Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1804/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “Kirayə müqaviləsinin bağlanması tələbi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə ünvanında yerləşən 4 otaqlı, 15 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə ünvanında yerləşən 4 otaqlı, 15 saylı Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin xx xxxxxx 1987-ci il tarixli, 579 saylı sərəncamı ilə “Azərnəqliyyatyoltikinti” ATSC X4 rəhbərliyi ilə Həmkarlar İttifqanın 7 saylı, xx xxxxxx 2001-ci il tarixli protokolu ilə ona ayrılmışdır. Həmin mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması üçün bütün hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana müraciət etmiş, lakin orqan onun müraciətinə imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı Cavabdehnə müraciət edərək yaşadığı mənzilə kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. İddiaçı mənzilin verilməsinə dair qərar Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Azərnəqliyyatyoltikinti” ATSC-nin X5 tərəfindən verilmiş və həmin qərar təsdiq edilməsi və order verilməsi üçün Xətai rayon İcra hakimiyyətinə göndərilmişdir. Lakin İddiaçı qeyd edilən mənzilə kirayə müqaviləsinin bağlanması üçün müraciət edərkən hüquqmüəyyənedici sənədləri Cavabdehnə təqdim etmədiyindən məsələ öz müsbət həllini tapmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İcra Hakimiyyəti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin 233 saylı xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Mustafayev X1 2383-2387 məhəllənin 15 nömrəli mənzildə qeydiyyatdadır. “Azərnəqliyyatyoltikinti” ATSC-i “Tikinti hissələri” zavodu müdiriyyətinin və Həmkarlar təşkilatının birgə iclasının 7 saylı xx xxxxxx 2001-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, 8-ci km qəsəbəsi Naxçıvan küçəsi 2383-2387-ci məhəllə mənzil 15 blok 2 mərtəbə 3, sahəsi 56.5 kv.m, 4 otaqlı mənzilə ümumi siyahıda birinci olan İddiaçı təqdim edilməsi qərara alınmışdır. Xətai rayon İcra Hakimiyyətinə qərarın təsdiqi və order yazılması üçün göstəriş verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin xx xxxxxxx 2019-cu il tarixli imtina məktubunda mənzilin verilməsi barədə qərar qəbul edən təşkilat Xətai rayon ərazisində yerləşdiyindən həmin rayonun İcra Hakimiyyətinə müraciət edilməsi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı iş üzrə zərurət yarandığından, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya xx.xx.2020-ci il tarixli cavab məktubu göndərilərək qeyd edilmişdir ki, araşdırılma aparılaraq vətəndaş İddiaçı order verilmədiyi məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33-cü maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia)inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Beləliklə, iddiaçının sübut qismində təqdim etdiyi sənədlər “Azərnəqliyyatyoltikinti” ATSC-i “Tikinti hissələri” zavodu müdiriyyətinin və Həmkarlar təşkilatının birgə iclasının 7 saylı xx xxxxxx 2001-ci il tarixli protokolundan çıxarış və iddiaçının ailə üzvləri ilə birlikdə sözügedən mənzildə 2011-ci ildən qeydiyyatda olmasına dair Nizami rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin 233 saylı xx xxxxxxxx 2019-cu il tarixli arayışıdır. Həmin protokoldan çıxarışdan aydın görünür ki, sözügedən mənzilin iddiaçıya təqdim edilməsinə dair qərarın təsdiq edilməsi və orderin yazılması Xətai Rayon İcra Hakimiyyətinə xahiş edilmışdir. Lakin iddiaçı məhkəmə araşdırması zamanı nə həmin qərarı, nə dəki, orderi təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 238-.2387-ci məhəllə ünvanında yerləşən mənzilin vətəndaş İddiaçı sahibliyi və istifadəsinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Xətai rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubuna əsasən iddiaçıya ümumiyyətlə order verilməmişdir. Belə olan təqdirdə Cavabdeh sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin x xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icrədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (x xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Cavabdehnə qarşı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə ünvanında yerləşən 4 otaqlı, 15 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “Kirayə müqaviləsinin bağlanması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1804/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1804/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver