Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1805/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə onun tələbə sıralarına bərpa olunması və təhsilinin davam etdirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdehnə və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tələbə sıralarına bərpa olunması və təhsilinin davam etdirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, onun xx.xx.2019-cu il tarixdən tələbə sıralarına bərpa olunması və təhsilini 4-cü kursdan davam etdirilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə X2 (əvvəlki Qərb Universiteti) “İşgüzar inzibatçılıq” fakültəsinin “biznes menecment” ixtisasının axşam şöbəsinə daxil olmuşdur. xx.xx.1996-cı ildə ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyət almış, xx.xx.2000-ci ildə universitetdən xaric edilmişdir. xx.xx.2019-cu ildə ərizə ilə universitetə müraciət edərək təhsilinin davam etdirilməsi üçün universitetə bərpa edilməsini xahiş etmiş, universitet tərəfindən 15 ildən çox müddət keçməsi əsası ilə müraciəti təmin edilməmişdir. Hesab edir ki, həmin imtina qanunsuzdur və onun konstitusion hüquqlarını kobud şəkildə pozur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2-1(112)-1805/2020 saylı qərardadı ilə X4 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, Yasamal RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, İddiaçı Bakı şəhəri, Tolstoy küçəsi, dalan 1, ev 2 ünvanında qeydiyyatdadır. İddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixdə cavabdeh X3 müraciət etmiş və etdiyi müraciətinə cavab olaraq X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1662 saylı imtina məktubunda göstərilmişdir ki, Cavabdeh Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların tələbləri sırasında bərpa adlanan 4-cü maddənin 1-ci bəndinə əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından 1 smestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisələrinə bərpa olunmaq hüququna malikdir. Onun xaric olunduğu vaxtdan 15 ildən artıq müddət keçməsi səbəbindən ərizəsinin icrası mümkün olmamış, ona yenidən ali təhsil almaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməli olduğu göstərilmişdir. İddiaçı eyni tələblə xx.xx.2019-cu il tarixdə Ə-6219 saylı ərizə ilə Cavabdehnə müraciət etmiş, inzibati orqanın xx.xx.2019-cu il tarixli Ə-6219/10-24 saylı imtina məktubu ilə ona, Cavabdeh Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların tələbləri sırasında bərpa adlanan 4-cü maddənin 1-ci bəndinə əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından 1 smestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisələrinə bərpa olunmaq hüququna malik olduğu bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən X4 tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Qərb Universitetinin xx.xx.1996-cı il tarixli 109 saylı əmri ilə İddiaçı 1995/1996-cı illər üçün ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyət verilmiş, o, xx.xx.2000-ci il tarixdə sənədlərini geri götürməklə bağlı universitetə müraciət etmiş, universitetin xx.xx.2000-ci il tarixli 10 saylı əmri ilə o, öz ərizəsinə əsasən tələbə sıralarından xaric edilmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdeh Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarının 1.1-ci bəndinə əsasən Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Qaydaların 1.8-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Cavabdeh razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Qaydaların 3.1-ci bəndinə əsasən tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda. Qaydaların 4.1-ci bəndinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Qaydaların 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Cavabdeh razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri yerinə yetirilməmiş, iddiaçı xx.xx.2000-ci ildə öz arzusu ilə universitetdən xaric edilməsinə baxmayaraq, universitetə bərpa olunmaq üçün xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, bununla da Qaydalar ilə müəyyən edilmiş 15 illik müddəti ötürmüşdür. Bundan başqa iddiaçı tərəfindən qeyd edilən müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı sübut nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur .İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı, X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə onun tələbə sıralarına bərpa olunması və təhsilinin davam etdirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1805/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1805/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver