Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1806/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Sənan Xaliq oğlu İmanovun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baхaraq, müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X1rşı “Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29 oktyabr 2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun işinə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə qəbul edilmiş 2-1(112)-6611/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Rеspublikasının Təhsil nazirliyinin tabeliyində olan Təhsildə X1rşı “Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsil nazirliyinə təqdim edilməsi üçün İddiaçı 15 gün, “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 30 gün müddət təyin edilməsi qərara alınmışdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi Bakı İnzibati Məhkəməsinə 28 yanvar 2021-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Rеspublikasının Təhsil nazirliyinin tabeliyində olan Təhsildə X1rşı “Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6611/2020 saylı qərardadı icra edilmiş və ekspert qrupu tərəfindən iddiaçı ilə yenidən müsahibə aparılaraq, ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Məcəllənin 67-ci maddəsinə göstərilmişdir: “67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 67-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnistitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2019 cu il tarixli, B19 106430 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması”tələbinə dair iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1806/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1806/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver