Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1806/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması” tələbinə dair iş üzrə iddia ərizəsinə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qararının ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2007-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbayıl Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri olaraq işləmişdir. İşlədiyi müddət ərzində 16 il gecə növbəsində xidmət etmiş, son 06 ayda səhər növbəsində xidmət etməyə başlamışdır. 16 il gecə növbəsində çalışması səhətində ciddi problemlər yaratmışdır. Belə ki, növbədən sonra yuxu pozğunluğu yarandığından yata bilmir, yatmaq üçün müxtəlif dərmanlardan istifadə edirdi. Son vaxtlarda əsəb sistemi tamamilə çökdüyünə görə sakitləşdirici (psixotrop) dərmanlar içməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbayıl Rayon Polis İdarəsinin əməkdaşları hamılıqla illik tibbi yoxlanışdan keçmiş, yoxlanış zamanı analizinin cavabına görə iddiaçının sidik analizindən narkotik vasilə olan marixuana aşkar edilmişdir. İddiaçı sidik analizindən narkotik vasitə olan marixuananın aşkar edilməsini yalnız sakitləşmək üçün içdiyi psixotrop dərmanlara görə olacağını düşünür. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş etirazda bildirilmişdir ki, Səbail RPİ PPXB-nin manqa komandiri İddiaçı xx.xx.2024-cü il tarixdə DİN Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı Poliklinikada “Ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən ondan götürülmüş nümunənin tərkibində narkotik vasitə (THC) Marixuana və Morfin, eləcə də dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan Metamfetamin aşkar olunaraq bu barədə 17 nömrəli akt tərtib edilmişdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində həmin tarixdə keçirilmiş əlavə müayinə zamanı polis baş serjantı İddiaçı götürülmüş nümunələrin tərkibində marixuananın istifadəsi zamanı orqanizmdə qalıq məhsulu olan, psixotrop qrupuna aid maddələrin siyahısında əksini tapmış Dronabinol (delta 9-tetrahidrokannabinol) izləri aşkar edilmiş və bu haqda xx.xx.2024-cü il tarixli 24/181 nömrəli arayış tərtib olunmuşdur. İddiaçının hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarının 10-cu bəndinə əsasən narkotik vasitələrdən istifadə edən şəxslərin hüquq-mühafizə orqanlarında işləməsi yolverilməzdir. Yazılı icraat qaydasında iş üzrə sənədlər toplandıqdan sonra xx.xx.2025-ci il tarixə, xx.xx.2025-ci l tarixə məhkəmə iclasları təyin edilməsinə və iddiaçının məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi iddia ərizəsində qeyd edilən ünvan 1 ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Lakin xx.xx.2025ci il tarixli məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə üzrlü səbəb və ya məlumat verilməmişdir. Hazırkı iş üzrə növbəti məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 12:15-ə təyin edilərək bu barədə məhkəmə bildirişi yuxarıda qeyd olunan ünvana poçt vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 55.3-cü maddəsinin tələblərinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, iddiaçıdan göstərilənlərə əsasən iş üzrə təyin edilmiş növbəti məhkəmə iclasında iştirak etməsi tələb olunmuşdur. İddiaçı tərəfindən məhkəmənin məktubuna münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazın məzmununa uyğun izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2.
Məhkəmə qərarları › İş №2-1(112)-1806/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1806/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver