Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1809/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Şəhər Poliklinikasına qarşı “iddiaçıya əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə dair forma 88 göndərişin rəsmiləşdirilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ömürlük ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi üçün 88 saylı forma arayışın Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilməsi öhdəliyinin ünvan 1 ünvanında yerləşən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı şəhər poliklinikasının baş həkimi Aidə Məmmədovanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəmənin qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı şəhər poliklinikasının baş həkimi Aidə Məmmədova əsl cavabdeh Bakı şəhəri 26 saylı Şəhər Poliklinikası ilə əvəz edilmiş, iddia tələbi “İddiaçı əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə dair forma 88 göndərişin rəsmiləşdirilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 26 saylı Şəhər Poliklinikasının üzərinə qoyulması” kimi icraata qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuş, səhhəti ilə bağlı əziyyət çəkir. Müxtəlif zamanlarda müalicə və müayinə məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müxtəlif müəssisələrinə müraciət etmiş, müayinə və müalicələr almışdır. Müalicələrini həkimlərin rəy və məsləhətlərinə əsasən, həm dispanser qaydada və həm də stasionar qaydada aparmışdır. Müraciət etdikləri kompleks bütün həkim kontingenti xəstəliyinin diaqnozu kimi “12 barmaq bağırsağın xorası, tez-tez qanaxmaya meyilli loporotomiya və perforativ xoranın tikilişindən sonrakı vəziyyət“ qoyulmuşdur. Əlilliyin müəyyən olunmasının meyarı kimi:-İİ dərəcəli əlillik-həzm orqanlarının residivli gedisli ağır xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” diaqnoz qoyulmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 07 saylı TSEK-i tərəfindən iddiaçıya 01 mart 2013-cü il tarixində İİ qrup əlillik dərəcəsi verilmişdir. Zaman keçdikcə bu xəstəliyin kəskinləşməsi hiss olunmaqla, müalicəsi də fayda verməməkdədir. Bütün cəhdləri fayda vermir və nəticəsi yoxdur, kafidir. Müalicə fayda vermədiyinə görə əlillik dərəcisinin müəyyən olunması və təyin edilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq müəssisələrinə müraciət etmiş, hamısında da eyni diaqnoz qoyulmuş və tövsiyyə olunmuşdur ki, müalicə davam etdirilsin. Həkimlərin hərəkətləri aydındır və anlaşılandır, cavabdehin isə əlilliyin ömürlük müəyyən edilməsinə maneçilik törətməsi aydın deyil və anlaşılmır. Xəstəliyində elə bir irəliləyişin olmadığını iddiaçı bildiyinə görə xahiş etmişdir ki, əlillik bir illik olmaqla hər il yenidən komissiyadan keçməsin, ömürlük təyin olunsun. Lakin çox təəssüflər olsun ki, həmişə də bu işə biganə və məsuliyyətsiz yanaşılmışdır. İkinci dəfə İİ qrup əlillik 04 mart 2014-cü il tarixində bir il, üçüncü dəfə xx.xx.2015-ci il tarixinədək, dördüncü dəfə 01 mart 2016-cı il tarixinədək müəyyən edilmişdir. Sonuncu xx.xx.2016-cı il tarixindən 26 fevral 2021-ci il tarixinədək beşillik müəyyən edilmişdir. Beləliklə, intensiv müalicələrin və müayinələrin nəticəsi onu deyir və diqtə edir ki, iddiaçının xəstəliyinin daimi nəzarətdə olması şərtdir. Yəni, tam müalicə və reabilitasiya olunmur, xəstədir. İİ qrup əlillik dərəcəsinin müddəti 2021-inci ilin 26 fevralında tamam olur. Hesab edir ki, cavabdehin iddiaçıya gələcəkdə yenidən və daimi müayinə kursu yazması və təyin etməsi, sadəcə vəzifə səlahiyyətlərindən boyun qaçırmaya xidmət edən hərəkətlərdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında” 29 avqust 1997-ci il tarixli, №-li 99 saylı Qərarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 70, mən. 57- də yaşayan 1961-ci il təvəllüdlü İddiaçı poliklinikada 2011-ci ildən 2015-ci ilə qədər İİ qrup əlil kimi qeydiyyatda olub. Lakin 2015-ci ildən hal-hazıra qədər heç bir dəfə də müayinə və müalicə haqqında sənəd təqdim etməyib və poliklinikaya müraciət etməyib. Bunun üçün də məhkəməyə heç bir sənəd təqdim edilə bilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uygun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçıya məxsus seriya AZE, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1961-ci il tarixdə Naxçıvan MR-nın ünvan 2 ünvanında qeydiyyatdadır. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı ona ömürlük 2-ci qrup əlillik təyin edilməsindən ötrü 88 nömrəli formanı TSEK-ə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış 276 saylı 23 iyul 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “siz beş il ərzində xəstəliyinizlə əlaqədar olaraq stasionar müalicə almadığınız üçün sizin sənədləri əlilliyin təkrar yoxlanılması üçün TSEK-na göndərə bilmərik. Yazıb nəzərinizə çatdırırıq ki, səhhətinizlə bağlı hər hansı bir şikayətiniz varsa stasionar müayinə və müalicə olunmalısınız. Stasionar şəraitdə müayinə və müalicə olunduqdan sonra poliklinikaya müraciət edəcəksiniz və xəstəliyiniz əlilliyin təyin olunması meyarlarına uyğun gələrsə o halda sizin sənədlər əlilliyin təsdiq olunması üçün təkrar olaraq TSEK-na göndərilə bilər”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx.xx.2021-ci ilədək İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 nömrəli X4 Sosial Ekspert Komissiyasının SER TSE – 01 № 147633 saylı müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixədək İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 nömrəli X4 Sosial Ekspert Komissiyasının SER TSE – 01 № 137289 saylı müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixədək İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 nömrəli X4 Sosial Ekspert Komissiyasının SER TSE – 01 № 370844 saylı müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixədək İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 nömrəli X4 Sosial Ekspert Komissiyasının SER TSE – 01 № 503036 saylı müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixədək İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fondunun Nizami rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdə 012727 nömrəli vəsiqəsinə əsasən ona xx.xx.2021-ci ilədək İİ qrup əlillik təyin edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – ona əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə dair forma 88 göndərişin rəsmiləşdirilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. İşin araşdırılan hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci ilədək İİ qrup 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyinat müddəti bitdikdən sonra iddiaçı müvafiq göndərişin göndərilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. İmtinaya əsas üçün iddiaçının beş il ərzində xəstəliyi ilə əlaqədar olaraq stasionar müalicə almadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Göründüyü kimi həmin müddəada göstərilən şərtlərin heç biri iddiaçıya münasibətdə mövcud deyil. Buna görə də, məhkəmə cavabdeh orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasını maddi hüquq normalarının tələbləri baxımından qanuni sayır. Belə ki, məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı beş il ərzində xəstəliyi ilə qeydiyyatda oldugu poliklinikada müayinə və müalicə haqqında sənəd təqdim etməmiş, bu barədə qeydiyyatda oldugu poliklinikaya heç müraciət etməmişdir. Bununla bağlı iddiaçıdan məhkəməyə hər hansı sübut və dəlilin təqdim edilməsi tələb edilsə də, bu barədə hər hansı sübut məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə dair forma 88 göndərişin rəsmiləşdirilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 26 saylı Şəhər Poliklinikasının üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1809/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1809/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver