Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1809/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən heablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinə görə, İddiaçı 1995-ci ildə yaşa görə təqaüdə çıxmış və buna görə 5 illik əmək haqqısına dair arayışı Nərimanov rayonu Sosial Müdafiə Fonduna təqdim etmişdir. Nərimanov rayonu Sosial Müdafiə Fondu əmək haqqının yüksək olduğuna görə özbaşnalıq edib və 2 illik arayışı tərtib edib, yəni 1991-ci il 10 ay, 1992-ci il 12 ay və 1993cü il 2 ayı nəzərə alaraq iddiaçıya 153 rub pensiya təyin edib. Həmin 2 illik əmək haqqı barədə arayış Nərimanov rayonun Sosial Müdafiə Fondu tərəfindən tərtib olunduqda Bakı Şin Zavodunun direktoru Abdullayev Məhəmməd və həmin zavodun baş mühasibinin saxta imzaları və Nərimanov Sosial Müdafiə Fonduun saxa möhürü ilə təsdiq ediblər. Bakı Şin Zavodunun direktoru 1994-cü ildə direktor kimi təyin olunub. Bakı Şin Zavodunun arxivində direktor Abdullayev Məhəmmədin imza nümunəsi var və məhkəmə xətşünaslıq ekspertizası təyin etməklə bunu asanlıqla müəyyən edə bilər. İddiaçının təqaüdünün düzgün hesablanması ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh hər dəfəsində iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cabadeh tərəfindən pensiya məbləği düzgün təyin edilməyib və buna görə də yenidən hesablanmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-184693/2024 nömrəli məktubuna əlavə olunmuş yazılı etirazda qeyd etmişdir ki, İddiaçı əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, sonradan Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən müraciəti müsbət həllini tapmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir İddiaçı xx.xx.1995-ci il tarixdə ona pensiya təyin edildiyini və pensiya təyin edilərkən qanunsuzluğa yol verildiyini idda etmişdir. Belə ki, iddiaçı ona pensiya təyin edilərkən təqdim etdiyi əməkhaqqından çıxarışlara əsasən ardıcıl gələn 60 ay nəzərə alınaraq hesablanmalı olduğu halda son 24 ayda aldığı əməkhaqqının nəzərə alındığını bildirmişdir. İddiaçı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmış və iddiaçıya cavab məktubu ünvanlanmışdır. Sözügedən məktubda İddiaçı xx.xx.1993-cü il tarixdən həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 14-cü maddəsinə əsasən çoxuşaqlı ana kimi (4 uşaqlı ana) yaşa görə əmək pensiyası təyin edildiyi 11,09.1995-ci ildə isə iddiaçının müraciətinə əsasən onun pensiyasının yenidən hesablandığı qeyd edilmişdir. Qanunun 71-ci və 72-ci maddələrinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əməkhaqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki əməkhaqqından hesablanırdı. Orta aylıq əməkhaqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirlərin ümumi məbləğinin müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilirdi. Sonrakı yenidən hesablamalar Qanunun 86-cı maddəsinə (1 iyul 1997-ci il tarixində qüvvədən düşüb) əsasən pensiya təyin edildikdən sonra azı 24 ay işləmiş və pensiyanın hesablanması üçün əsas götürülmüş gəlirdən daha yüksək gəlir əldə etmiş pensiyaçıların pensiyalarının məbləği onların ərizələrinə əsasən həmin müddətdə ardıcıl gələn 24 ayın gəliri əsasında (pensiyanın hər növbəti hesablanması pensiyaçı əvvəlki hesablamadan sonra azı 24 ay işlədikdə aparıla bilərdi) aparılırdı. İddiaçı 11,09.1995-ci il tarixdə müraciət edərək pensiyasını həmin tarixdən 1993- 1995-ci illərin əməkhaqqısı ((45828 AZM (9,16 AZN) orta aylıq əməkhaqqından 36662 AZM (7,33 AZN) məbləğində)) yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək 42 il 6 ay 15 gün sığorta stajı və xx.xx.2006-cı ıı taı ıxdən xx.xx.2010-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 228,92 manat pensiya kapitalı əsasında hesablanmış əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 283,54 manata, xx.xx.2021-ci il tarixdən 315,86 manata, xx.xx.2022-ci il tarixdən 326,60 manata, Qanunun 26.4-cü və 29.1-ci maddələrinin tələblərinə əsasən 01.01,2023cü il tarixdən 393,72 manata çatdırılmışdır. Eyni zamanda, İddiaçı müraciətinə qoşma kimi əlavə etdiyi 1990,1991,1992,1993,1994 və 1995-ci illərin 5 illik orta aylıq əməkhaqqından pensiyası hesablanmış olsa belə (halbuki əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin edildikdən sonra pensiyanın sonrakı dövrlərin 5 illik orta aylıq əməkhaqqından yenidən hesablanması nəzərdə tutulmamışdı) pensiyasının məbləği hazırda aldığı pensiya məbləğini artırmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir kı şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 i! sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. İşdə olan AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1940-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-12-P-9175/2023 nömrəli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktuba əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan 1990-1994-cü illərin əməkhaqqı arayışına uyğun olaraq iddiaçıya əmək pensiyası təyin olunan tarixədək (xx.xx.1993-cü il) son 24 ayın əmək haqlarına əsasən əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək xx.xx.2011-ci il tarixində 43,93 manat müəyyən olunmuşdur. Eyni zamanda xx.xx.2006-cı il tarixinə kimi 42 il 6 ay 15 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək xx.xx.2017-ci ıl tarixinə 108,80 manat müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən yüksək olan pensiya məbləği əsasinda əmək pensiyası yenidən hesablanmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci ıl tarixindən 326,60 manata çatdırılmışdır. Sözügedən Qanuna 01.01 2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-cı il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1 dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023- cü il tarixindən 343,26 manat müəyyən edilib. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 27.3-cü maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. (qüvvədən düşmüş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 14. Çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların pensiyaları Qəhrəman analar aşağıdakı şərtlərlə tam pensiya almaq hüququna malikdirlər: yaşından asılı olmayaraq azı 10 il iş stajı olduqda; 50 yaşına çatdıqda iş stajından asılı olmayaraq. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar aşağıdakı şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər: 9 uşağı olanlar—45 yaşına çatdıqda və azı 10 il iş stajı olduqda. 8 uşağı olanlar,—46 yaşına çatdıqda və azı 11 il iş stajı olduqda; 7 uşağı olanlar—47 yaşına çatdıqda və azı 12 il iş stajı olduqda: 6 uşağı olanlar—48 yaşına çatdıqda və azı 13 il iş stajı olduqda; 5 uşağı olanlar—49 daşına çatdıqda və azı 14 il iş stajı olduqda; 4 uşağı olanlar—50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda; 3 uşağı olanlar—51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda. (...) Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır:(...) Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisi deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əməkhaqqı onun son on iki ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisindən və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir. İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı xx.xx.1993-cü il tarixindən etibarən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın hesablanması zamanı 1991-1993-cü illər üzrə orta aylıq əməkhaqqı nəzərə alınmış, sonradan isə xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbləri tətbiq edilməklə pensiya ödənişi davam etdirilmişdir. İş materiallarında mövcud olan pensiya işi sənədlərindən və xidməti məktubdan göründüyü kimi, ilkin pensiya təyinatı zamanı iddiaçının təqdim etdiyi arayış əsasında 1991-1993-cü illər üzrə orta aylıq əməkhaqqının məbləği 66,99 manat (1991-ci ilin martdekabr ayları üzrə: 9849 AZM x 0,68 x 393,10=2.632.716,49; 1992-ci ilin yanvar-dekabr ayları üzrə: 104617,12 AZM x 0,68 x 47,9=3.407.588,88; 1993-cü ilin yanvar-fevral ayları üzrə: 54600 AZM x 36,6=1.998.360) təşkil etmişdir. Bu məbləğ iddiaçının həmin dövrdə qazandığı orta aylıq əməkhaqqının 24 təqvim ayına bölünməsi və müvafiq məzənnəyə uyğun hesablanması yolu ilə müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti ilə 1990-1994-cü illəri əhatə edən yeni arayış təqdim etmişdir. Bu arayış əsasında aparılmış hesablamalar nəticəsində onun orta aylıq əməkhaqqının 28,02 manat (1990-cı ilin yanvar-dekabr ayları üzrə 2.251.529,42; 1991-ci ilin yanvar-dekabr ayları üzrə 3.122.681,36; 1992-ci ilin yanvar-dekabr ayları üzrə 3.407.588,88; 1993-cü ilin yanvar-iyun ayları üzrə 1258117,460; 1993-cü ilin iyul-oktyabr ayları üzrə 579770,16; 1993-cü il noyabr ayı üzrə 165588,50; 1993-cü ilin dekabr-1994-cü ilin may ayları üzrə 46239,20; 1994-cü ilin yun-sentyabr ayları üzrə 161280; 1994-cü ilin oktyabr ayı üzrə 26.880; 1994-cü ilin noyabr-dekabr ayları üzrə 35.840 manat) olduğu müəyyən edilmişdir. Bu məbləğ 60 təqvim ayı ərzində qazandığı ümumi gəlirin həmin müddətə bölünməsi yolu ilə hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə tam riayət edərək iddiaçı üçün ən əlverişli variantı tətbiq etmişdir. Belə ki, “Vətəndaşların təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71 və 72-ci maddələrinin tələblərinə əsasən, pensiya məbləğinin hesablanması zamanı pensiya üçün müraciət edənin arzusuna uyğun olaraq ya son 24 təqvim ayı, ya da istənilən ardıcıl gələn 60 təqvim ayı üzrə orta aylıq əməkhaqqı əsas götürülə bilər. Bu zaman müraciət edən şəxs üçün daha əlverişli variant seçilməlidir. Cavabdeh orqan tərəfindən iddiaçının 24 təqvim ayı üzrə qazandığı orta aylıq əməkhaqqı (66,99 manat) 60 təqvim ayı üzrə qazandığı orta aylıq əməkhaqqı (28,02 manat) ilə müqayisə edilərək, qanunvericiliyin tələblərinə uyğun olaraq onun üçün daha əlverişli olan hesablanma üsulu seçilmişdir. Bu isə cavabdehin ƏPQ-nin 27.3-cü maddəsinin tələblərinə tam uyğun hərəkət etdiyini, vətəndaşın pensiya təminatını mümkün qədər optimal və əlverişli şəkildə təmin etdiyini göstərir. İddiaçının irəli sürdüyü arqumentlərə gəldikdə isə, o, pensiyanın hesablanması zamanı 1990-1994-cü illər üzrə deyil, yalnız 1991-1993-cü illər üzrə orta aylıq əməkhaqqının nəzərə alınmasını onun hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Lakin məhkəmə müəyyən edir ki, pensiya təyinatı zamanı cavabdeh orqan qanunvericiliyin tələblərinə tam əməl etmiş, iddiaçının pensiya hüquqlarını maksimum dərəcədə qorumaq məqsədilə onun üçün daha əlverişli olan dövrü əsas götürərək pensiyanı məhz həmin göstəricilər əsasında hesablamışdır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, şəxsə pensiya təyin edildikdən sonra pensiyanın sonraki dövrlərin 5 illik orta aylıq əməkhaqqından yenidən hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən sorğu edilərək, iddiaçıya münasibətdə əmək pensiyasının hesablanması ilə bağlı ətraflı izah cavabdehdən tələb edilmiş, sorğunun cavablandırılması barədə xidməti məktub məhkəməyə təqdim edilmişdir ki, məhkəmə araşdırması ilə hesablanmanın düzgün aparılmasını təkzib edən hal aşkar edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq hesab edir ki, cavabdeh tərəfindən aparılan hesablamalar əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasından ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-1809/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1809/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver