Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1810/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2ə və Azərbaycan Respublikasının Cavabdeh3nə qarşı "xxxx" Qrup MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin qarşısının alınması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2ə, Azərbaycan Respublikasının Cavabdeh3nə və "xxxx" qrup MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçıya “hüquqi yardım” məktubu ünvanlamışdır. İddiaçı tərəfindən məhkəmə dəftərxanası vasitəsilə 24.09.2020-ci il tarixli ərizə təqdim edilərək, cavabdeh qismində Cavabdeh2, Azərbaycan Respublikasının Cavabdeh3 göstərilməklə cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli 2-1(112)-6617/2020 saylı qərardadları ilə İddiaçı cavabdehlər Cavabdeh2ə və Azərbaycan Respublikasının Cavabdeh3nə qarşı, cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə ərizə icraata qəbul edilmiş, "xxxx" Qrup MMC isə 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1810/2021 nömrəli, 09.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2ə və Cavabdeh3nə qarşı "xxxx" Qrup MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin qarşısının alınması”na dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1596/2021 nömrəli, 16.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2ə, Azərbaycan Respublikası Cavabdeh3nə qarşı (üçüncü şəxs "xxxx" Qrup MMC) cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1596/2021 nömrəli, 16.06.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2- 1(112)-1810/2021 nömrəli qərardadı ləğv edilərək, iş birinci instansiya məhkəməsinə göndərilərkən iddia tələbinin mücərrəd, qeyri-müəyyən xarakter daşıdığı qeyd edilmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin dəqiqləşdirilməsi, tələblərin hər birinə cavabdehlərə münasibətdə ayrı-ayrılıqda yoxlanılması, asılılığın olub-olmamasının müəyyən edilməsi barədə göstərişlər verilmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya məhkəməsinin qeyd edilən mövqeyini nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıyayenidən hüquqi yardım göstərərək, iddia tələbinin mücərrəd, qeyri-müəyyən xarakter daşıdığından hər bir cavabdehə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi izah olunmuşdur. Daha sonra iddiaçı tərəfindən 26.10.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə daxil olmuşdur. Əlavə ərizəsində cavabdeh qismində Nərimanov rayon Prokurorluğu, Nərimanov rayon Polis İdarəsi və 18-ci polis şöbəsi göstərilmişdir. Tələbdə isə icazəsi olmadan "xxxx" MMC, indiki "xxxx" MMC tərəfindən zəbt olunmuş torpaq sahəsinin sənədləri olmadığı halda, heç bir tədbir görülməmiş, fəaliyyətsizlik göstərərək dövlətə deyil, kimlərəsə xidmət etdikləri qeyd edilmiş və dəfələrlə müraciətlərinə baxmayaraq hansı səbəbdən heç bir tədbirin görülməməsi soruşulmuşdu. Məhkəmə tərəfindən 26.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya yenidən hüquqi yardım göstərilərək, iddia tələbinin mücərrəd, qeyri-müəyyən xarakter daşıdığından hər bir cavabdehə münasibətdə iddia tələbinin dəqiqləşdirilməli olduğu, həmçinin 26.10.2021-ci il tarixli iddiaçının işə əlavə sayılan ərizəsində tələbin konkret göstərilmədiyi, həmçinin cavabdehlər qismində göstərilən dövlət orqanlarına müraciətlərin və müraciətlərinə cavabların əlavə edilmədiyi qeyd edilmişdir. İddiaçı 16.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, tələbi 2020-ci ilin başlanğıcında qanunsuz tikili başlayandan müraciətlərinə məhəl qoymayan dövlət qurumlarının fəaliyyətsizlikləri ilə əlaqədardır. Müvafiq instansiyalar tikintini dayandırmalı və zəbt olunmuş torpağın əvvəlki vəziyyətinə qaytarılmasını təmin etməli idilər. Bu işlə əlaqədar fəaliyyətsizlik göstərən dövlət qurumlarının rəhbərlərinin qanununun bütün ciddiliyi ilə məsuliyyətə cəlb edilməsini, həmçinin qanunsuz zəbt olunan torpağın əlavə tikililərdən azad olunaraq əvvəlki vəziyyətə qaytarılması tələbini, üzərlərinə düşən dövlət qurumları tərəfindən layiqincə, məsuliyyətlə yerinə yetirilməsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmənin növbəti iclası 20 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində dəqiqləşdirmə aparmayaraq, iddianın mümkün hesab edilməsi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X.Cavadov hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında izahat verərək, bildirdi ki, qüvvədə olan qanunvericiliyə əsasən sifarişçi tikintiyə icazə almaq üçün ərizə ilə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Bu halda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqan sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 (üç) iş günü ərzində bu barədə Cavabdeh3nə məlumat verməlidir. Bundan sonra, Cavabdeh3 tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalar’nın 4.1-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Cavabdeh3nə 1 (bir) iş günü müddətində yazılı məlumat verməlidir. Bildiririk ki, ötən müddət ərzində iddia ərizəsində göstərilən tikinti obyekti ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən nə verilmiş icazə, nə də həmin ünvanda özbaşına tikinti işlərinin aparılması barəsində məlumatlar Cavabdeh3nə təqdim olunmamışdır. Bu səbəbdən də, qeyd olunan tikinti işləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq tikintidə dövlət nəzarəti jurnalı vaxtında açılması və tikintiyə dövlət nəzarətinin aparılması mümkün olmamışdır. Eyni zamanda iddia ərizəsinin predmetinə dair bildiririk ki, torpaq ərazilərinin zəbt edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hər hansı tədbirin görülməsi Cavabdeh3 səlahiyyətlərinə aid deyil. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2ə və 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2in və 3-cü şəxs "xxxx" Qrup MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən Cavabdeh2in və 3-cü şəxs "xxxx" Qrup MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddia ərizəsindən və iş materialarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi tikili ünvan 1 ünvanında yerləşir. İddiaçı qeyd edilən tikilinin ona mane olduğunu, bundan əlavə həmin ərazidə yerləşən dövlətə məxsus torpaq sahəsinin zəbt olunduğunu iddia edir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ünvanı ünvan 2nunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə İddiaçı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında da qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpağın əvvəlki vəziyyətə qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hüquqi yardım məktubuna cavab olaraq iddia tələblərini dəqiqləşdirməmiş, tələblərinin yönəldiyi cavabdehləri qeyd etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə, həmçinin iddiaçının tələblərinin hər biri cavabdehə münasibətdə ayrılıqda müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1810/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1810/2021
20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver