Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1812/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi, mənzil 13; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Xırdalan şəhər Vəkil Burosu, vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 4, mənzil 9-a dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün sərəncam vermək öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 4, mənzil 9-da yaşayan X4 ilə 22 yanvar 1991- ci il tarixində nikaha daxil olmuşdur. Bununla da qeyd olunan mənzil 22 yanvar 1991-ci il tarixindən ümumi mülkiyyətdədir. X1 21 aprel 2016-cı il tarixində öldüyünü və həmin mənzilə dair rəsmi sənədlərdə yalnız onun adının qeyd olunduğunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 4, mənzil 9 ünvana dair sənədləri onun adına rəsmiləşdirilməsi məqsədi ilə sərəncamın verilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət olunmuşdur. Qeyd olunan ərizəni Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, i- 71-032 nömrəli məktubla cavablandırmış və mənzilə dair rəsmi sənədlərin təqdim edilmədiyini əsas gətirərək, sərəmcam verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Bakı Şəhər Xalq Deputatları Soveti icraiyyə komitəsinin xx.xx.1963-cü il tarixli 10603 saylı orderinə əsasən ünvan 2 ünvan Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 4, mənzil 9) X2 verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən tərəflərin izahatından Bakı Şəhər Xalq Deputatları Soveti icraiyyə komitəsinin xx.xx.1963cü il tarixli 10603 saylı orderində göstərilən “ünvan 4 ünvanının dəyişdirilərək hazırda “ünvan 5 ünvanı adlandırılması müəyyən edilmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş 05/2-2105-01 nömrəli arayışa əsasən İddiaçı və X1 nikahı haqqında xx.xx.1991-ci il tarixdə 50 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş 800783 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, mənzilə dair hüquqi sənədlər Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra ərizəyə müvafiq qaydada baxılacaqdır. İş materiallarından və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.1963-cü il tarixli 04035 nömrəli Order əsasında iddiaçının arvadı X2 ayrılmışdır, İddiaçı həmin mənzildə yaşayır, həmçinin həmin mənzil hal-hazırda Cavabdeh balansındadır. Həmçinin, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarından müəyyən edilmişdir ki, mərhum X1 adına verilmiş xx.xx.1963-cü il tarixli 10603 saylı orderin etibarsız hesab edilməsi barədə tələb irəli sürülməmiş, onun ailə üzvlərinə digər yaşayış sahəsi verilməmişdir. Məhkəmə hesab edir ki, mərhum X1 adına verilmiş xx.xx.1963-cü il tarixli orderin etibarlı olması, həmçinin həmin orderdə göstərilən ünvanın dəyişdirilərək hazırda “ünvan 5 ünvanı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı əvvəlki icarədarla birlikdə təsərrüfat aparan şəxs kimi, əvvəlki icarədar vəfat etdiyi halda, mənzildə yaşayan digər şəxslərin razılığı ilə (bu razılığın olmaması ilə bağlı xüsusat inzibati icraatda və məhkəmə icraatında müzakirə predmeti olmadığından, məhkəmə ona toxunmağı zəruri bilmir) mənzilin balans saxlayıcısı olan orqan Nizami RİH-dən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Bakı şəhəri, Uqlovaya küçəsi, 3-cü mikrorayon, 8-ci km, ev 2, 9 nömrəli (hazırkı Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 4, mənzil 9) mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı ilə Bakı şəhəri, Uqlovaya küçəsi, 3-cü mikrorayon, 8-ci km, ev 2, 9 nömrəli (hazırkı Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 4, mənzil 9) mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1812/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1812/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver