Məhkəmə qərarları › İş №2-1(112)-18128/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18128/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18128/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə (ünvan: ünvan 1əmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı ünvan 2 ünvanından xx.xx.1998-ci il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsudur. Mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmış və mənzilə dair çıxarış verilmişdir. Adıçəkilən mənzil xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi əsasında X2 almışdır. Alqı-satqı prosesi 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində həyata keçirilmişdir. Müqavilə bağlanarkən cavabdeh müqavilənin tələbinə əsasən (müqavilənin 8-ci və 13-cü bəndinə əsasən) üçüncü şəxslərin hüquqlarından azad mənzil vermək və mənzildən qeydiyyatdan çıxmaq öhdəliyi götürmüşdür. Lakin, hal-hazıradək müqavilə üzrə öhdəliyini tam yerinə yetirə bilməmişdir. Belə ki, satıcı X4 ailə üzvü olan xx.xx.1998-ci il təvəllüdlü X3 hal-hazırda ona məxsus evdə qeydiyyatda olsa da, mənzilində yaşamır. Cavabdehə müraciət edərək X1 qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətinin təmin ediləsindən imtina edilərək məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir. Hesab edir ki, imtina əsassızdır və cavabdehin üzərinə həmin şəxsin qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmalıdır. Məhkəmənin 2-1(112)-18128/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iclasa gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki: - Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili X2 almışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bak şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 80, mənzil 100 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 14 yanvar 2026-cı il tarixli, 3-52-13-11/2-24/2026 nömrəli məktubla təqdim edilmiş 68 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 06 nömrəli, xx.xx.2026-cı il tarixli arayışına və ona əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Bak şəhəri, ünvan 4nda yerləşən 100 saylı mənzil ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən X5 xüsusi mülkiyyətindədir. X3 mənzilin satılması ilə əlaqədar olaraq göstərilən mənzildə qeydiyyatı olmasına baxmayaraq həmin ünvanda yaşamır. Göründüyü kimi, Bak şəhəri, ünvan 4nda yerləşən 100 saylı mənzil xx.xx.2025-ci il tarixdən etibarən başqa fiziki şəxsin - X5 xüsusi mülkiyyətində olmasına baxmayaraq iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək X1 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Halbuki, iddiaçı artıq mübahisəli mənzilin mülkiyyətçisi olmamaqla mənzilə dair hər hansı bir subyektiv hüququ mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi və onun hazırki iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüququ istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçılar iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar