Məhkəmə qərarları › İş №2-1(112)-1813/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1813/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1813/2020 19.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56)açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1, mənzil 31A ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 31A saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı ünvanda yerləşən yaşayış sahəsinin onun adına kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsindəki 75 nömrəli evin, 31 A nömrəli mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı adına bağlanması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 241 saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsindəki 75 nömrəli evin, yaşayış sahəsi 25,30 kv.metr olan 2 otaqlı mənzilinin icarə müqaviləsi, ailə tərkibi 4 nəfər olmaqla (özü, 2 oğlu, qızı) vətəndaş İddiaçı adna bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. İddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də iddiaçı müvafiq qaydada sənədləri toplayaraq, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabdeh inzibati orqan tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Hesab edilir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1, mənzil 31A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzildən istifadə edilməsi ilə əlaqədar kommunal xidmət haqları tərəfindən mütəmadi olaraq ödənilir. Mənzil onun istifadəsinə Səttarxan adına zavodun Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1996-cı il tarixli 13 saylı qərarına əsasən verilmişdir. Uzun müddətdir ki, həmin mənzildə yaşayır. Mənzilə dair üçüncü şəxslərin hal-hazırkı tarixədək heç bir iddiası olmamışdır. Mənzilin balansında olduğu Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti də həmin yaşayış sahəsinin özəlləşdirilməsinə etiraz edilmədiyini bildirmişdir. Mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin ərizəsi təmin edilməmiş, ona imtina edilmiş, imtinaya əsas kimi isə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi göstərilmişdir. Halbuki, o, ərizəsinə onda olan sənədləri əlavə etmişdir. Əlavə olaraq isə hansı sənədlərin təqdim edilməli olduğu barədə inzibati orqan tərəfindən ona heç bir yardım göstərilməmişdir. Övladlarından biri, X8 cəbhə bölgəsində yerləşən “n” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Hazırda həmin mənzildə bir oğlu və bir qızı ilə birlikdə yaşayır. Sözügedən mənzildən başqa heç bir yaşayış sahəsi yoxdur. İddiaçı izahatının sonunda hazırkı vəziyyətdə ona köməklik göstərilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Səttarxan adına zavodun Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1996-cı il tarixli 13 saylı protokolundan çıxarışdan müəyyən edilir ki, müzakirələrdən sonra zavod Həmkarlar İttifaqı Komitəsi Səttarxan adına zavodun uşaq bağçasının işçisi X5 müvəqqəti sığınacaq kimi verilmiş zavoda məxsus Qarabağ küçəsi, 75 saylı binanın zirzəmisində başqa yaşayış sahəsi ilə təmin olunana qədər Səttarxan adına zavodun 22 saylı sexinin işçisi İddiaçı müvəqqəti yaşaması (ailə tərkibi 3 nəfər – özü, həyat yoldaşı, uşağı) üçün məqsədəuyğun sayılmışdır. - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının “Qarabağ küçəsindəki 75 nömrəli evin, 31 A nömrəli mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı adına bağlanması haqqında” 271 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qarabağ küçəsindəki 75 nömrəli evin, yaşayış sahəsi 25,30 kv.metr olan 2 otaqlı mənzilinin icarə müqaviləsi, ailə tərkibi 4 nəfər olmaqla (özü, 2 oğlu, qızı) vətəndaş İddiaçı adına bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. - Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş ünvan 1 ünvanında yerləşən zirzəminin mərtəbəsi eskizindən müəyyən edilir ki, həmin yaşayış sahəsinin ümumi ölçüsü 25.30 kv.metr təşkil edir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 36/1369 saylı “Forma 2” arayışından müəyyən edilir ki, Ələkbərov X1 75 nömrəli 3 mərtəbəli evin zirzəmi mərtəbəsində 25.30 kv.metr sahəsi olan 2 otaqlı 31A nömrəli mənzildə yaşayır. Onun adına 7523 saylı şəxsi maliyyə hesabı xx.xx.2012-ci ildə açılmışdır. Mənzil tam kommunal şəraitlidir. Bina icra hakimiyyətinə məxsusdur. Sahibi (kirayişin) İddiaçıdur. İddiaçı ailə tərkibi 3 nəfərdən ibarətdir: özü, oğlu - X12 və qızı – X6. - Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 saylı MKİS tərəfindən verilmiş 7523 saylı şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 31A saylı mənzilin kirayəşinidir. Mənzilin yaşayış sahəsi 25.30 kv.metr, köməkçi sahəsi 16.60 kv.metrdir. İddiaçı ailə tərkibi 3 nəfərdən ibarətdir: özü, oğlu - X12 və qızı – X6. - Nümunəvi müqavilədən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 31A saylı mənzilə dair İddiaçı ilə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 saylı MKİS arasında mənzil kirayə müqaviləsi bağlanmışdır. - 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2in(82)- 1255/2011 saylı qərarı ilə İddiaçı ünvan 1 ünvanında yerləşən 31A saylı mənzilə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon polis idarəsinin Pasport və qeydiyyat vəsiqəsi şöbəsinə həvalə edilməsi qərara alınmışdır. - Notarial qaydada tərtib edilmiş **********063 saylı ərizədə X12 (AZE 17000838, ASAN 1, xx.xx.2016, FİN: 635HY5H) ünvan 1 ünvanında yerləşən 31A saylı mənzilin özəlləşdirilməsinə və reyestrdən çıxarışın alınmasına etiraz etmədiyini bildirmişdir. - ASAN 1 tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən edilir ki, xx.xx.1964-cü il təvvəllüdlü İddiaçı və xx.xx.1997-ci il təvəllüdlü X12 ünvan 1 ünvanında yerləşən mənzil 31A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - xx.xx.2016-cı il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, 17000838 saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1997-ci il təvəllüdlü X12 ünvan 1 ünvanında yerləşən mənzil 31A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - xxxxxxx fərdi identifikasiya nömrəli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1964-cü il təvvəllüdlü İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil 31A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 475760 saylı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X2 xx.xx.2011-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011ci il tarixdə 379 nömrəsi qeydiyyat aparılmışdır. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 914800 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.2017-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 59 nömrəsi qeydiyyat aparılmışdır. Ölümün səbəbi baş beyinin diffuz tarvmasıdır. Öldüyü yer Ağdərə rayonudur. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş 1/334 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Nərimanov rayonu, Qarabağ küçəsi ev № 75 ünvanında yerləşən 31 nömrəli mənzil üzrə yaşayış sahəsi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə İddiaçı daimi istifadəsinə verilməklə mənzil kirayə (icarə) müqaviləsi onun adına sənədləşdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Mənzil xidməti mənzil deyildir. Sərəncamın 2-ci bəndinə əsasən sözügedən yaşayış sahəsinin (mənzilin) daşınmaz əmlakın dövlət reyestrində mükiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə edilmişdir. İddia tələbinə münasibətdə gəldikdə isə bildirilir ki, mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün hər hansı bir maneələr yoxdur. - ünvan 1 ünvanında yerləşən mənzil 31A ünvanına kommunal xidmət müqavilələrindən müəyyən edilir ki, həmin müqavilələr üzrə istehlakçı İddiaçıdur. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********11 saylı, xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 31A saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsi ilə göndərilmiş ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə baxılmışdır.Ərizənin icrası zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair İddiaçı adına heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı yaşadığı və kirayəçisi olduğu mənzili öz adına özəlləşdirilməsi üçün ərizə ilə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və ərizəsinə Səttarxan adına zavodun Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1996-cı il tarixli 13 saylı qərarını, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilən mənzilin kommunal məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 №-li forma), sözügedən mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzilə sahəsinə hüquq olan 18 yaşı tamam olmuş şəxsin (ailə üzvünün) ərizəsini və digər sənədləriəlavə etmiş və həmin sənədlər onun “31A” mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yetərli olmuşdur. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı **********11 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubunda isə bildirilmişdir ki, mənzil fondunun özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş sənədlər təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin ilkin redaksiyasında özəlləşdirilməsi nəzərdə tutulan mənzillərə dair hüquqmüəyyənedici sənəd kimi yalnız orderin adı göstərilmişdir. Bu hal mənzil fondunun özəlləşdirilməsi zamanı vətəndaşlarla müvafiq icra hakimiyyəti orqanı arasında fikir ayrılığı yaratdığına görə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir.Dəyişikliyə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi əvəzinə mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam sənədini də əlavə edə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 42-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. Bundan başqa, həmin Məcəllədə idarə mənzil fondu evlərində yaşayış sahəsinin müvafiq müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin qərarı üzrə verilməsi qaydası nəzərdə tutulmuşdur. Digər tərəfdən, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İş materiallarında olan Səttarxan adına Maşınqayırma zavodun Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1996-cı il tarixli 13 saylı qərarı da məhz həmin kateqoriyaya aid olan sənədlərdən hesab edilir və sözügedən mənzilə dair iddiaçının hüquqlarının Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə, yəni xx.xx.2009-cu il tarixədək yarandığını işin mübahisəsiz halına çevirir. Məhkəmə xüsusi olaraq o halı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2in(82)-1255/2011 saylı qərarı ilə də öz təsdiqini tapmışdır ki, Ələkbərov X3, 75 saylı binanın zirzəmisində ailəsi ilə birlikdə 1996-cı ilin iyun ayından etibarən, yəni 15 ildən artıq müddət ərzində daimi yaşayır, onun ünvan 1, mənzil 31A ünvanında yerləşən yaşayış sahəsinə köçmək üçün əsas Səttarxan adına Maşınqayırma zavodunun Həmkarlar İttifaqı Komitəsinin qərarı olmuşdur və DƏDRX-in Bakı şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli arayışına əsasən İddiaçı adına hər hansı daşınmaz əmlak yoxdur. Yuxarıda şərh edilən qanunvericilik müddəalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmək olur ki, iddiaçının yaşadığı və kirayəçisi olduğu mənzili özəlləşdirmək üçün cavabdeh inzibati orqana müraciəti və bununla bağlı təqdim etdiyi sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olduğundan, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə müvafiq olaraq Səttarxan adına Maşınqayırma zavodun Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1996-cı il tarixli 13 saylı qərarından irəli gələn hüquq əsasında verilmiş Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 271 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı və həmin sərəncam əsasında bağlanmış kirayə müqaviləsi sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilən hallar da qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində isə qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı imtinasını və yuxarıda şərh edilən qanunvericiliyin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaması qanunsuz və əsassız olmuşdur. Cavabdehin cavab məktubunda çatışmazlıqların inzibati icraat zamanı aradan qaldırılması mümkün olduğu halda, cavabdeh inzibati orqan imtinaya üstünlük verərək, məsələnin həllindən yayınmışdır. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.2-1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Beləliklə, işin faktiki və yuxarıda şərh edilən hallarından görünür ki, cavabdeh iddiaçının kirayəçisi olduğu mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqdan imtina etməklə mövcud qanunvericiliyin tələblərini pozmuş və bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Məhkəmə, həmçinin, o halı da qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində qəti olaraq müəyyən edilmişdir ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilin yuxarıda göstərilmiş kateqoriyalara aid olması iş materialları ilə təkzib edilir. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X9rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X4rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd etmışdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Digər tərəfdən, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 31A saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 31A saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan şikayət onun tam formada tərəfə təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 6 vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 8 məhəllə) verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar