Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1815/2020 23.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı,iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1,272.3 kv.m (faktiki 1,204 kv.m) ibarət olan torpaq sahəsinə dair digər payçıların razılığı olmadan bölgü sxeminin tərtib edilməsini, həmin sxemə əsasən torpaq sahəsinin özəlləşdirilməsi və iddiaçıya çatacaq hissəyə dair çıxarışın verilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1,272.3 kv.m (faktiki 1,204 kv.m) ibarət olan torpaq sahəsinə dair digər payçıların razılığı olmadan bölgü sxeminin tərtib edilməsini, həmin sxemə əsasən torpaq sahəsinin özəlləşdirilməsi və iddiaçıya çatacaq hissəyə dair çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1,272.3 kv.m (faktiki 1,204 kv.m) ibarət olan torpaq sahəsinə dair digər payçıların razılığı olmadan bölgü sxeminin tərtib edilməsini, həmin sxemə əsasən torpaq sahəsinin özəlləşdirilməsi və iddiaçıya çatacaq hissəyə dair çıxarışın verilməsi barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1,272.3 kv.m (faktiki 1,204 kv.m) ibarət olan torpaq sahəsinə dair digər payçıların razılığı olmadan bölgü sxeminin tərtib edilməsini, həmin sxemə əsasən torpaq sahəsinin özəlləşdirilməsi və iddiaçıya çatacaq hissəyə dair çıxarışın verilməsi bаrədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1815/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1815/2020
23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver