Məhkəmə qərarları › İş №2-1(112)-18157/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18157/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18157/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 2024-cü il tarixli pensiyanın yenidən hesablanması barədə qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, 2 iyun 2023-cü ildən hesablanmış və sonradan yenidən hesablanaraq 2024-cü ilin indeksləşməsi ilə birlikdə əvvəlki pensiya məbləğinin (5286,09 manat üstəgəl 2025-ci il indeksləşmə nəzərə alınaraq) bərpa edilməsini və 9798,03 manat artıq ödənişin geri tutulması barədə tələbin ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 2024-cü il tarixli pensiyanın yenidən hesablanması barədə qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, 2 iyun 2023-cü ildən hesablanmış və sonradan yenidən hesablanaraq 2024-cü ilin indeksləşməsi ilə birlikdə əvvəlki pensiya məbləğinin (5286,09 manat üstəgəl 2025-ci il indeksləşmə nəzərə alınaraq) bərpa edilməsini və 9798,03 manat artıq ödənişin geri tutulması barədə tələbin ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (İş № 2-1(112)-18157/2025) Ona qədər iddiaçı X1 xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi pensiyanın bərpa edilməsi öhdəliyinin vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbini irəli sürmüşdür (iş № e-2-1(112)- 7583/2025). Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-18157/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-7583/2025 nömrəli inzibati iş üzrə icraata birləşdirilməlidir. Azərbyacan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 83.1-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: 2-1(112)-18157/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)- 7583/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar