Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1816/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 21 yanvar 2022-ci il tarixli 3274 saylı qərarın ləğv edilməsi, yazılmış 6090,48 (altı min doxsan manat qırx səkkiz qəpik) manat borcun silinməsi, 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayınadək ödənilməli olan sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi, 2022-ci ilin may ayından etibarən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı çıxanadək aylıq olaraq sosial müavinətdən borc məbləği adı altında tutulan vəsaitlərin hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. 2021-ci ilin 30 noyabr tarixədək həmin sosial müavinəti almışdır. 2021-ci ilin 30 noyabr tarixdən isə sosial müavinəti dayandırılmışdır. Cavabdehin 23 fevral 2022-ci il tarixli məktubunda dayandırılmanın səbəbi kimi qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir, bu səbəbdən ona təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu həqiqətə uyğun deyildir. Belə ki, o, xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınmış xx.xx.2016-cı il tarixədək fəaliyyət göstərmişdir. İşlətdiyi ərzaq dükanı ilə bağlı onun VÖEN-i olmuşdur. xx.xx.2016-cı il tarixdən isə həmin ərzaq dükanının fəaliyyətinin dayandırılması ilə əlaqədar VÖEN-i bağlamışdır. Lakin xx.xx.2018ci il tarixdə onun heç bir müraciəti olmadan, eləcə də məlumatı olmadan VÖEN-i yenidən açılmışdır. Bu açılma sistem xətasıdır və 125300 kodlu VÖEN-ə olan 0,96 qəpik və 0,44 qəpik qalıq borcdan qaynaqlanır: VÖEN-i bu səbəblə avtomatik açılmışdır, lakin bu barədə ona heç bir məlumat verilməmişdir. 2016-cı ilin 01 oktyabr tarixdən heç bir sahibkarlıq, həmçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. O, bundan yalnız cavabdeh tərəfindən göndərilmiş məktub vasitəsilə xəbər tutmuşdur. "xxxx" ASC tərəfindən verilmiş arayışdan aydın olur ki, onun (VÖEN: 1901 1756.12) LPO "xxxx" ASC-də olan **********0000 saylı hesab nömrələri xx.xx.2016-cı il tarixdən bağlanmış hesab edilir. Ona ödənilən yaşa görə sosial müavinətin verilməsinin dayandırılmasından sonra cavabdeh inzibati orqana müavinətin bərpa olunması ilə bağlı müraciət etmişdir. Müraciətinə mənfi cavab verilmişdir. 2022-ci ilin 05 yanvar tarixdən xx.xx.2052-ci il tarixədək VÖEN-i yenidən bağladıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bir daha yaşa görə sosial müavinətin verilməsini xahiş etməyə məcbur olmuşdur. 22 iyun 2022-ci il tarixli məktubda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı qeyd edir ki, ona yaşa görə sosial müavinət xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12025 qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə aktiv VÖEN-i olduğu üçün 4598,00 (dörd min beş yüz doxsan səkkiz) manat artıqalma yaranmışdır və bu artıq alınmış vəsait ona yaşa görə sosial müavinət üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat vəsait ilə əvəzləşdirildikdən sonra qalıq 3907,03 (üç min doqquz yüz yeddi manat 03 qəpik) manat 2022-ci ilin may ayından 20% olmaqla 36,00 (otuz altı) manat tutularaq fondun hesabına bərpa edilir. Bu qanunazidd qəbul edilmiş qərardan irəli gələn hərəkətlər onun sosial təminat hüququnu ciddi şəkildə pozur və bu hüquqazidd hərəkətlərin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda məhkəməyə müraciət etmişdir. Məhkəmənin 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, dayandırmanın və tutulmanın qanunsuz hesab edilməsi, müavinətdən tutulmuş məbləğin hesablanaraq geri ödənilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, dayandırmanın və tutulmanın qanunsuz hesab edilməsi və yaranmış fərq məbləğinin geri ödənilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinətlər - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 63 yaş müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən müavinətlərin ödəniş qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ötmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; əlilliyə görə müavinət şəxs əmək pensiyası hüququ qazandıqda; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə; 8 övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda. İş üzrə icraat materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim edilmiş məlumatdan da aydın olduğu kimi, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı göstərilmişdir. Həmçinin həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş məlumatda aydın şəkildə göstərilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2018-ci il tarixdə bərpa olunmuş, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək yenidən dayandırılmışdır. Həmin məlumatda iddiaçının xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək VÖEN-nin dayandırıldığı göstərilmişdir. Yəni ki, iddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuşdur. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Deməli, İddiaçı yaşa görə müavinət aldığı dövrdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Məhz, bu əsasla da ona təyin edilmiş yaşa görə müavinət dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 4598 manat artıq ödəmə yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı sosial müavinətdən tutulma barədə məlumat 23 fevral 2022-ci il tarixdə göndərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt hamin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə müavinət məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki haliarı və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının yaşa görə müavinət aldığı dövrdə aktiv VÖEN-i olmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinətlər - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 63 yaş müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən müavinətlərin ödəniş qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ötmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; əlilliyə görə müavinət şəxs əmək pensiyası hüququ qazandıqda; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə; 8 övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda. İş üzrə icraat materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim edilmiş məlumatdan da aydın olduğu kimi, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı göstərilmişdir. Həmçinin həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş məlumatda aydın şəkildə göstərilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2018-ci il tarixdə bərpa olunmuş, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək yenidən dayandırılmışdır. Həmin məlumatda iddiaçının xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək VÖEN-nin dayandırıldığı göstərilmişdir. Yəni ki, iddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuşdur. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Deməli, İddiaçı yaşa görə müavinət aldığı dövrdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Məhz, bu əsasla da ona təyin edilmiş yaşa görə müavinət dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 4598 manat artıq ödəmə yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı sosial müavinətdən tutulma barədə məlumat 23 fevral 2022-ci il tarixdə göndərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt hamin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə müavinət məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki haliarı və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının yaşa görə müavinət aldığı dövrdə aktiv VÖEN-i olmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23 fevral 2022-ci il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqia), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Mərkəzi Filialın xidməti yoxlaması zamanı məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2016-cı il tarixdən sizə yaşa görə müavinət təyin edilmişdir. Bu səbəbdən sizə təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 3274 nömrəli qərarına əsasən sizə təyin edilmiş sosial müavinətin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 6090,48 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Təqdim etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********104700 saylı arayışına əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2022-ci il tarixində dondurulmasına baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 6090,48 manat məbləği 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun aşağıda qeyd olunan hesabına ödəməyi tələb olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 251 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 66 manat, xx.xx.2018-ci il tarixdən ömürlük 73 manat yaşa görə müavinət təyin edilmişdir. 103 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən iddiaçıya verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 7, mənzil 64 ünvanında yaşayır və qeydiyyatdadır. Akta əsasən heç bir yerdə işləməyib və hal-hazırda işləmir. Ləğv prosesində olan X7 Cəmiyyətinin Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinə ünvanladığı 04/A-5445, 09 dekabr 2016-cı il tarixli məktubunda bildirilmişdir ki, bankın müştərisi İddiaçı (VÖEN: **********) LPO "xxxx" ASCdə olan **********0000 saylı hesab nömrələri xx.xx.2016-cı il tarixdən etibarən bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli 18102954 saylı arayışa əsasən Fətiyeva Tamilə Həsən qızı həqiqətən kompüter bazasının məlumatına əsasən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsindən pensiya, sosial birdəfəlik müavinət və təqaüd alır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2022-ci il tarixli uçota dair arayışa əsasən İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya təqdim olunmuş **********655200 saylı, 02 mart 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********500800 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdə bərpa olunması, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması. xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək yenidən dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Cavabdehin 3274 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə xx.xx.1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müavinət üzrə artıq ödənilmiş 6090,48 manat məbləğ tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı **********8 saylı, 22 iyun 2022-ci il tarixli sosial müavinətdən tutulma haqqında məktubda bildirilmişdir ki, yaşa görə sosial müavinət üzrə (Suraxanı rayonu, iş № 623931) xx.xx.2022-ci il tarixdən təyinat aparılmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12025 saylı qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə aktiv VÖEN-i olduğu üçün 4598,00 (dörd min beş yüz doxsan səkkizi manat) artıqalma yaranmışdır. Artıq alınmış vəsait yaşa görə sosial müavinət üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödəniləcək 690,97 (altı yüz doxsan manat 97 qəpik) manat vəsait ilə əvəzləşdirildikdən sonra qalıq 3907,03 (üç min doqquz yüz yeddi manat 03 qəpik) manat 2022-ci ilin may ayından 20% olmaqla 36,00 (otuz altı) manat tutularaq fondun hesabına bərpa edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********438400 saylı, 16 avqust 2022-ci il tarixli müraciətə baxılması barədə məktubda bildirilmişdir ki, X1 (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu, həmçinin uçot-baza məlumatlarına əsasən X5 tərəfindən təqdim edilmiş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizə”lərinə əsasən fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı müəyyən edilmişdir. X5 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövlət büdcəsinə ödənilmiş vergi, həmçinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu müəyyən edilməmişdir. X5 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən X1 dövriyyəsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına göndərilmiş xx.xx.2022-ci il tarixli, **********703400 saylı məktubda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci il tarixdə uçota alınması, fəaliyyətin xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixli **********023800 saylı fiziki şəxsin vergi uçotunun ləğv edilməsinə dair ərizə ilə müraciət etməsi barədə məlumat mövcuddur. xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən müvafiq dövrlər üzrə dövriyyə, habelə həmin dövr üzrə büdcəsinə vergi ödənilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi İddiaçı tərəfindən cavabdehə ünvanladığı şikayət ərizəsində bildirilmişdir ki, 3 uşağa görə aldığı sosial müavinatın Dekabr 2021-ci il dayandırılması səbəbi ilə müraciət etmişdir. Gərəkli məlumatları və sənədləri vermişdir. May ayından etibarən müavinət kartına yatırılsa da 36 manat əksik yatırılmışdır. 142 çağrı mərkəzi ilə əlaqə saxladıqda bildirmişlər ki, hər ay müavinətdən 20 faiz tutulma olacaqdır. Baş verən tutulmalarla bağlı olaraq ona yazılı şəkildə məlumat göndərmələri və bu tutulmaların əsaslandığı mənbələri ona yazılı şəkildə göndərmələri üçün göstəriş verilsin. Bu barədə araşdırılması üçün məhkəməyə müraciət etmək istəyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli “03 saylı Bakı DOST Mərkəzi”-nə iddiaçının ünvanladığı ərizəyə əsasən X5 cavabdehə yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında 3274 saylı, xx.xx.2022-ci il tarixli qərarında İddiaçı barədə xx.xx.2016 - xx.xx.2021-ci il tarixədək olan dövrdə artıqvermə müəyyən edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli “03 saylı Bakı DOST Mərkəzi” ərizəyə əsasən İddiaçı cavabdehə yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi barədə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 iyun 2022-ci il tarixli, **********0 saylı məktubda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Mərkəzi Filialın xidməti yoxlaması zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Bu səbəbdən təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Təqdim etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırıldığından xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 12025 saylı qərarına əsasən təyin edilmiş sosial müavinətin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4598,00 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilmiş 4598,00 manat məbləğ xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödəniləcək 690,97 manat məbləğlə əvəzləşdirildikdən sonra qalıq borc 3907,03 manat təşkil edir ki, bu məbləğ aylıq 36 manat olmaqla sosial müavinətdən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. Cavabdehin sosial müavinət təyinatı üzrə 12025 saylı, 25 aprel 2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, 3274 saylı qərar ləğv edilmişdir. İddiaçıya yaşa görə 180 manat məbləğində müavinət təyin edilmişdir. Vətəndaşa rəsmi məlumat verildikdən sonra xx.xx.2018 – xx.xx.2021-ci il tarixədək aktiv VÖEN olduğuna görə ödənilən artıqvermə sosial müavinətdən tutulma qeyd edilmişdir. Cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın ünvanladığı **********0 saylı, xx.xx.2022-ci il tarixli sosial müavinətdən tutulma barədə məktubda bildirilmişdir ki, yaşa görə sosial müavinət alan İddiaçı (Suraxanı rayonu, iş № 623931) aktiv VÖEN-i aşkarlandığı üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə ödəniləcək 690,97 manat məbləğlə əvəzləşdirildikdən sonra qalıq 3907,03 manat məbləğ 2022-ci ilin may ayından 20% olmaqla 36,00 manat tutularaq bərpa ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda sosial müavinətin hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər. X10 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, sosial müavinət hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu sosial müavinət almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olubolmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. – hesab edilmişdir. İşin materialları ilə müəyyən edilir ki, İddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Hazırki vəziyyətdə iddiaçının dinlənilmə hüququ təmin edilmədən və inzibati icraat aparılmadan xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmış, cavabdeh tərəfindən bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Bundan başqa, iddiaçıya müxtəlif məbləğlərdə artıq ödəmə müəyyən edilmiş, iddiaçı inzibati icraata cəlb edilmədən və onun bu barədə razılığı olmadan müavinətdən tutmalar aparılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial müavinətin ödənişinin faktiki olaraq dayandırılmasından sonra xx.xx.2022-ci il tarixdə artıqvermənin müəyyən edilməsi barədə, xx.xx.2022-ci il tarixdə isə yenidən sosial müavinətin təyinatı və tutulma aparılması barədə qərarlar qəbul edilmişdir. Beləliklə işin materiallarından aydın olur ki, cavabdeh iddiaçıya təyin edilmiş müavinəti inzibati icraat aparmadan və bu barədə qərar qəbul etmədən faktiki hərəkətlə dayandırmış, yenidən xx.xx.2022-ci il tarixdə təyin edilmiş müavinətdən isə iddiaçının bu barədə razılığı olmadan tutmalar aparılır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə başlaması ilə bağlı araşdırılma aparılmamış, nəticədə düzgün olmayan qərara gəlinmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövlət büdcəsinə ödənilmiş vergi, həmçinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu müəyyən edilməmişdir. X5 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən X1 dövriyyəsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş müavinət dayandırılarkən iddiaçının həqiqətən əmək fəaliyyəti ilə məşğul olub-olmaması araşıdırılmalı və bu barədə sübutlar toplanmalı, inzibati icraat aparılmalı, iddiaçının özü də həmin inzibati icraata cəlb edilməli idi. Yalnız bundan sonra müavinətin dayandırılması barədə qərar qəbul edilə bilər və müvafiq qərar qəbul edildikdən sonra müavinətin ödənilməsi dayandırıla bilərdi. İddiaçının sosial müavinətinin ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Lakin hazırda məhkəmə tərəfindən toplanmış sübutlarla iddiaçının qeyd edilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair hər hansı təsdiq edici məlumat yoxdur. Bu barədə sübutlar cavabdeh tərəfindən də təqdim edilməmişdir. Məhkəmə icraatı zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə sosial müavinətin təyin edilməsinə əsas olan inzibati aktın ləğv edilməsi ilə yanaşı tutulmaların aparılmasının da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməməsi də öz təsdiqini tapmışdır. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sosial müavinətin ödənişinin dayandırılması məsələsini həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətlərin ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Sosial müavinətlər haqqında” Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz. “Sosial müavinətlər haqqında” Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb müavinətin ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız sosial müavinətin ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Sosial müavinət təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş yaşa görə müavinətin dayandırılması və tutmaların aparılması qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1816/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1816/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver