Məhkəmə qərarları › İş №2-1(112)-1817/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1817/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1817/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır,ixtisası hüquqşünas, baş mütəxəssis-böyük inspektor vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış ana kimi nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Gürcüstan Respublikasında Bolnisi rayonunda doğulmuşdur. Hazırda 58 yaşı var, 2019-cu ilin 06 mart tarixində 57 yaşı tamam olmuşdur, üç övladı vardır: xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1988-ci il təvəllüdlü X12, xx.xx.1982-ci il təvəllüdlü X7. Onlara böyüyünə kimi qulluq etmişdir. 2019-cu ilin may ayında ona 57 yaşdan 3 uşaqlı ana kimi sosial müavinətin verilməsi üçün AR ƏƏSMN yanında DSMF-nin Sabunçu rayon şöbəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, adına aktiv VÖEN olduğu üçün 57 yaşdan 3 uşaqlı ana kimi sosial müavinət verilə bilməz. Adına olan VÖEN ləğv edildikdən sonra müraciətinə baxılacaqdır. Qeyd edir ki, onun adına olan VÖEN aktiv olmamışdılr, müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra o Vergilər Nazirliyinə müraciət edərək VÖEN-in ləğv edilməsini xahiş etmiş, nəticədə VÖEN ləğv edilmiş və bu barədə arayış verilmişdir. Lakin həmin arayış təqdim edildikdən sonra da ona sosial müavinət təyin edilməkdən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 2019-cu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Vətəndaş ərizəsində ona 57 yaşdan 3 uşaqlı ana kimi yaşa görə sosial müavinətin təyin olunmasını xahiş etmişdir. Lakin vətəndaşın müraciətinə imtina verilmiş və imtina cavabı onunla əsaslandırılmışdır ki, İddiaçı adına aktiv VÖEN mövcuddur. Daha sonra xx.xx.2020-ci il tarixində vətəndaş “yaşa görə (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar) müavinət” üçün yenidən müraciət etmişdir. Vətəndaşın müraciətinə xx.xx.2020-ci il tarixli məktubla imtina verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.Həmin Qanunun 1.0.2-ci maddəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir:əmək qabiliyyəti olmayan şəxslər əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş xx.xx.2019-cu il tarixli düzəlişə əsasən:əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.Göründüyü kimi “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri yeni redaksiyada qanundan çıxarılmışdır.Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra 7.0.10-3-cü maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur.Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Məhkəmə iclasında İddiaçı iddiada göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X3 iddiaya etiraz edərək göstərmişdir ki, üç uşağa görə müavinət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020ci il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X4” altsistemində onun xx.xx.2019-cu il tarixindən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli Uçota dair arayışa əsasən vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 Departamentinin xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli Uçota dair arayışına əsasən vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-ci il tarixədək dayandırılmışdır. Hazırda dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “Sosial müavinətıər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (fərdi sahibkar İddiaçı, VÖEN **********) aktiv əmək müqaviləsi olması əsası ilə qeyd edilən normanın iddiaçıya şamil edilmədiyi iddiaçıya bildirilmişdir. Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon Məşğulluq Mərkəzinin xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı iş axtaran kimi qeydiyyata alınmamış və ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemi”ndə müqaviləsi aşkar edilməmişdir. Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı əmək kitabçasına əsasən iddiaçı xx.xx.2002-ci ildən işləmir. “Doğum haqqında şəhadətnamə”lərə əsasən xx.xx.1982-ci il təvəllüdlü X2, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1986-cı il təvəllüdlü X6 atası X8, anası İddiaçıdır. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda işləmir, vergi ödəyicisi deyildir, İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-ci il tarixədək dayandırılmışdır. İddiaçı xx.xx.1982-ci il təvəllüdlü X2, xx.xx.1988-ci il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü X6 anasıdır.İddiaçı cavabdehə müraciət edərək 57 yaşdan 3 uşaqlı ana kimi sosial müavinətin təyin edilərək ona verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:4.0.1. aylıq müavinətlər:4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;4.0.1.2. yaşa görə müavinət;4.0.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət;4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət;4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət. Göründüyü kimi qanunvericilikdə iddiaçının iddia ərizəsində göstərilən – 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış analar üçün sosial müavinət nəzərdə tutulmamışdır və belə olan halda iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış ana kimi nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış ana kimi nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar