Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1817/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının vəkili Şərifov Elvin Nurəddin oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, hüquq idarəsinin məhkəmə işlərinin təşkili şöbəsinin rəisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin 29.12.2020-ci il tarixli, **********5438 nömrəli “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 04.11.2020-ci il tarixli **********1178 saylı qərarı ilə iddiaçıya məxsus ünvan 1-də yerləşən “topdan və pərakəndə satış” təsərrüfat subyektində (obyektində) pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə 27.11.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Həmin aktda iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı yanvar 2020 - 26 noyabr 2020-ci il dövründə nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş 3152 ədəd nəzarət-kassa aparatının çeki üzrə ümumi dəyəri 50 667 311,78 manat olan satışa elektron qaiməfakturanın təqdim edilmədiyi qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar - noyabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 50 667 311,78 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaiməfaktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 29 dekabr 2020-ci il tarixdə **********5438 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan iddiaçı inzibati şikayət vermiş və DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 1 mart 2021-ci il tarixli **********161800 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. DVX-nin qərarından iddiaçı 4 mart 2021-ci il tarixdə AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və 25 iyun 2021-ci il tarixli 47 nömrəli qərarla iddiaçının şikayəti təmin edilməmişdir. AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının sözügedən qərarı iddiaçıya 7 iyul 2021-ci il tarixli məktubla göndərilmişdir. Odur ki, qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. İddiaçı hesab edir ki, vergi orqanının operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt əsassız və qanunsuzdur. Belə ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda və 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi təsbit edilmişdir. Lakin hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 29 dekabr 2020-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Operativ vergi nəzarəti tədbirinin nəticələrinin rəsmiləşdirilməsi zamanı kobud ganun pozuntusuna yol verilmişdir. Keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə 27 noyabr 2020-ci il tarixdə akt tərtib edilərək vergi orqanın əməkdaşları tərəfindən imzalansa da, iddiaçı tərtib edilmiş aktla razı olmadığı üçün həmin aktı imzalamaqdan və onun bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Vergi orqanı isə tərtib edilmiş aktı yalnız 1 dekabr 2020-ci il tarixində internet vergi idarəsi vasitəsilə iddiaçının elektron kabinetinə göndərmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi gaydada çatdırılmış sayılır. Belə olan təqdirdə, qeyd olunan normanın tələbinə uyğun olaraq vergi orqanı tərəfindən 27 noyabr 2020-ci il tarixində tərtib edilmiş akt 4 gün sonra, 1 dekabr 2020-ci il tarixində iddiaçıya göndərilsə də, həmin akt iddiaçıya 3 iş günü sonra, yəni 4 dekabr 2020-ci il tarixində çatdırılmış sayılır. Belə olan halda, vergi orqanı tərəfindən operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli aktın iddiaçıya yuxarıda qeyd olunduğu kimi elektron kabinetinə göndərilməklə 4 dekabr 2020-ci il tarixində lazımi qaydada çatdırılmasını nəzərə alaraq akta dair münasibət bildiriməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin son günü 4 yanvar 2021-ci il tarixinə təsadüf edir. Lakin buna baxmayaraq, vergi orqanı qeyd olunan qanun normalarının tələblərini pozaraq aktın iddiaçıya təqdim ediliyi 4 dekabr 2020-ci il tarixindən 25 gün sonra, yəni 30 günlük müddəti gözləmədən 29 dekabr 2020-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Belə ki, iddiaçı onun barəsində aparılmış operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli akta dair öz etirazını təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin vergi orqanı qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı operativ vergi nəzarət tədbirinin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlilləri yoxlamamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, VMnin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edib-edilməməsinə vergi nəzarət forması kimi təsbit etmişdir. Başga sözlə desək, vergi ganunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamaları başa düşülməlidir. Vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyalarını hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbig edə bilər. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun 01.01.2020-ci il tarixdən 26.11.2020-ci il tarixədək, ümumilikdə 11 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 9 aylıq dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir. Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar - noyabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 50 667 311,78 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. İddiaçı MMC uzun müddətdir ki, iri vergi ödəyicisi olaraq ölkə ərazisinə müxtəlif çeşiddə ərzaq malları idxal etməklə onların həm topdan, həm də ki pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. İddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotunda qeydiyyata alınmışlar. Vergi Məcəlləsinə əsasən “topdansatış” və “pərakəndə satış” - anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət- kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda VÖEN-ni olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edə biləsən. Həmçinin qanunvericilikdə malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Lakin operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən iddiaçının yanvar - noyabr 2020-ci il dövrü ərzində olan satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə isə, görmək olur ki, elə günlər var ki, ümumiyyətlə nəzarət kassa aparatına çek vurulmayıb, elə gunlər var ki, bir və ya bir neçə dəfəyə satılmış malların dövriyyəsi bölünərək nəzarət kassa aparatına daxil edilibdir. Buna səbəb isə, satışların çox olması səbəbindən hər bir satış üzrə nəzarət kassa aparatına məbləği daxil etmək demək olar ki, mümkün olmaması olmuşdur. Belə olan təgdirdə, isə bir və yaxud bir necə gündə olan satışların həcmini vaxta gənaət etmək baxımından toplayarag həmin gündə bir və ya bir neçə dəfəyə nəzarət kassa aparatına daxil edilirdi. Lakin aydın məsələdir ki, bu halda heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq bütün satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergilər dövlət büdcəsinə ödənilmişdir. İddiaçı tərəfindən törədilən yeganə pozuntu isə hər bir pərakəndə satış üzrə ayrı çekin nəzarət kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda VM-nin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Çeklərdə məbləğlərin böyük olması isə vergi orqanı tərəfindən iddia etdiyi kimi VM-nin 58.13-cü maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Belə ki, vergi orqanının operativ vergi yoxlaması ilə yoxladığı 2020-ci ildə iddiaçının pərakəndə satış anbarından mütəmadi olaraq pərakəndə qaydada özlərinin istehlakı üçün mal alan müştərilərinə müraciət edilsə də, onlardan yalnız 3 nəfər X4, X6 və X3 hazırkı iş üzrə inzibati təkrar şikayətə baxan Apellyasiya Şurasına həqiqəti əks etdirən ərizələri verməyə razılaşdılar. Həmin ərizələri iddiaçı sübut qismində Apellyasiya Şuraya təqdim etmişdir. Ərizələrdən də göründüyü kimi, qeyd olunan şəxslər iddiaçıya məxsus olan topdan və pərakəndə satış anbarından vətəndaş olaraq, yəni özləri və yaxın qohumlarının istehlakı üçün pərakəndə qaydada mallar aldığını bildirmişlər. Göstərilənlərə əsasən, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi huquqpozuntusu hadisəsi mövcud olmamışdır, çünki iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 04.11.2020-ci il tarixli **********1178 nömrəli Qərarına əsasən 27.11.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən topdan və pərakəndə satış obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2020-ci ilin yanvar ayından 26.11.2020-ci il tarixədək olan dövr ərzində nəzarətkassa aparatına mədaxil edilmiş 3152 sayda çek üzrə ümumilikdə 50.667.311,78 manat dəyərində malların elektron qaimə-faktura tərtib edilmədən satışının aşkar olunduğu müəyyən edilərək, 27.11.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsləsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Nəzarət tədbiri zamanı Cəmiyyətin baş mühasibi təqdim etdiyi izahatında Cəmiyyətin topdansatış fəaliyyəti ilə yanaşı pərakəndə satış fəaliyyəti də həyata keçirdiyini, pərakəndə satış zamanı daxil olmuş vəsaitləri nəzarət-kassa aparatına mədaxil etdiyini, bu zaman malların vergi uçotunda olmayan şəxslərə təqdim edildiyini, onlara elektron-qaimə faktura verilmədiyi bildirmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli, **********5438 nömrəli Qərar qəbul olunaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən vergi ödəyicisinə 5.066.731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində 27.11.2020-ci il tarixli aktın vergi ödəyicisinə çatdırılması tarixindən hesablanmaqla akta münasibət bildirilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin son gününün 04.01.2021-ci il tarixə təsadüf etdiyini, lakin buna baxmayaraq vergi orqanı tərəfindən 25 gün sonra, 30 günlük müddəti gözləmədən 29.12.2020-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edildiyini, vergi orqanının Cəmiyyətə akta dair öz etiraz və ya münasibətini bildirməsi və akta dair sübutların qanunla nəzərdə tutulmuş müddət ərzində təqdim edilməsi üçün şərait yaradılmadığını bildirmişdir. Bundan əlavə ümumilikdə 667.311,78 manat dəyərində malların elektron qaimə-faktura tərtib edilmədən 3152 sayda nəzarət-kassa aparatı çeki üzrə özlərini sadə vətəndaş kimi təqdim edən şəxslərə satıldığını bildirmişdir. Cəmiyyətin barəsində tərtib edilmiş 27.11.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt Cəmiyyətə 01.12.2020-ci il tarixli **********148300 nömrəli bildirişlə göndərilmiş, bildiriş elektron qutuda 01.12.2020-ci il tarixdə oxunmuşdur. Cəmiyyət tərəfindən Baş İdarəyə operativ vergi nəzarətinin nəticələri barədə 23.12.2020-ci il tarixdə rəsmi etiraz məktubu ünvanlanmış və Cəmiyyətin nümayəndəsi Vergi Məcəlləsinin 39.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində 28.12.2020-ci il tarixdə Baş İdarədə “Zoom” proqramı vasitəsilə qəbul edilmiş və bundan sonra Cəmiyyət barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixdə **********5438 nömrəli Qərar qəbul edilərək maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə məxsus olan ünvan 1 ünvanda yerləşən “Topdan və pərakəndə satış” adlı obyektdə quraşdırılmış Mini-T61 markalı nəzarət-kassa aparatına yanvar 2020-ci il tarixdən 26.11.2020-ci il tarixədək 3152 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 50.667.311,78 manat vəsaitin daxil edildiyi (1 çek üzrə orta dəyər 50.667.311,78 : 3152 = 16.074,6 manat), o cümlədən 04.05.2020-ci il tarixdə 15 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 365.817,66 manat (1 çek üzrə orta dəyər 365.817,66 : 15 = 24.387,85 manat), 08.05.2020-ci il tarixdə 13 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 747.181,67 manat (1 çek üzrə orta dəyər 747.181,67 : 13 = 57.475,5 manat), 13.05.2020-ci il tarixdə 14 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 378.893,34 manat (1 çek üzrə orta dəyər 378.893,34 : 14 = 27.063,8 manat), 14.05.2020-ci il tarixdə 23 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 1.076.067,68 manat (1 çek üzrə orta dəyər 1.076.067,68 : 23 = 46.785,56 manat), 09.06.2020-ci il tarixdə 31 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 950.239,82 manat (1 çek üzrə orta dəyər 950.239,82 : 31 = 30.652,9 manat), 11.06.2020ci il tarixdə 23 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 601.244,81 manat (1 çek üzrə orta dəyər 601.244,81 : 23 = 26.141,1 manat), 16.06.2020-ci il tarixdə 15 sayda nəzarətkassa aparatı qəbzləri üzrə 217.084,61 manat (1 çek üzrə orta dəyər 217.084,61 : 15 = 14.472,31 manat), 17.06.2020-ci il tarixdə 15 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 376.752,07 manat (1 çek üzrə orta dəyər 376.752,07 : 15 = 25.116,8 manat), 18.06.2020ci il tarixdə 27 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 619.496,47 manat (1 çek üzrə orta dəyər 3619.496,47 : 27 = 22.944,32 manat), 22.06.2020-ci il tarixdə 24 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 661.187,39 manat (1 çek üzrə orta dəyər 661.187,39 : 24 = 27.549,5 manat), 30.06.2020-ci il tarixdə 75 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 1.487.810,55 manat (1 çek üzrə orta dəyər 1.487.810,55 : 75 = 19.837,5 manat), 29.06.2020-ci il tarixdə 41 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 729.947,16 manat (1 çek üzrə orta dəyər 729.947,16 : 41 = 17.804,0 manat), 24.06.2020-ci il tarixdə 12 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 258.545,07 manat (1 çek üzrə orta dəyər 258.545,07 : 12 = 21.545,4 manat), 25.06.2020-ci il tarixdə 17 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 386.601,53 manat (1 çek üzrə orta dəyər 386.601,53 : 17 = 22.741,3 manat) və s. məbləğlərdə satışlar edilmiş və qeyd olunan məbləğlər nəzarət-kassa aparatına mədaxil edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə orta dəyər 16.074,6 manat olmaqla, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitləri mədaxil olunmuşdur. Sözügedən hal faktiki olaraq topdansatış qaydasında satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının vəkili Şərifov Elvin Nurəddin oğlu iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Abdullayev Şamil Xasayxan oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergi orqanının - cavabdehin 04.11.2020-ci il tarixli **********1178 nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “topdan və pərakəndə satış” təsərrüfat subyektində (obyektində) pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir. Cavabdehin 27.11.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı yanvar 2020 - 26 noyabr 2020-ci il dövründə nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş 3152 ədəd nəzarət-kassa aparatının çeki üzrə ümumi dəyəri 50 667 311,78 manat olan satışa elektron qaimə-fakturanın təqdim edilməmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********5438 nömrəli Qərarına əsasən 27.11.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktı əsas götürülərək iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 1 mart 2021ci il tarixli **********161800 nömrəli qərarına əsasən iddiaçının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli, **********5438 nömrəli Qərardan verdiyi şikayət təmin edilməmişdir. Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 25 iyun 2021-ci il tarixli 47 nömrəli qərarına əsasən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 1 mart 2021-ci il tarixli **********161800 nömrəli qərarından iddiaçının verdiyi şikayət təmin edilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində operativ vergi nəzarət tədbiri təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar – 26 noyabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 50 667 311,78 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akt əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən, iddiaçıya ümumilikdə 5066731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə 29 dekabr 2020-ci il tarixli, **********5438 nömrəli Qərar qəbul edilmişdir, iddiaçı həmin qərardan cavabdehin yuxarı inzibati orqanlarına şikayət vermiş, lakin şikayətlər təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. İş materiallarından göründüyü kimi cavabdehin 04.11.2020-ci il tarixli **********1178 nömrəli qərarı ilə iddiaçıya məxsus ünvan 1-də yerləşən “topdan və pərakəndə satış” təsərrüfat subyektində (obyektində) pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd edilənlərlə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, iddiaçıda operativ vergi nəzarətin keçirilməsi üçün qanunveirci tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir. Belə ki, məhkəmə cavabdehin operativ vergi nəzarətinin həyata keçiriıməsi barədə qərarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin 04.11.2020- ci il tarixli qərarda vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmişdir, həmin qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Azərbayan Respublikasının Vergi Məcəlləsinin 50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Sözügedən Məcəllənin 39.4-ci maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. İşin faktiki halalrına əsasən isə keçirilmiş opertiv vergi nəzarət tədbirinin nəticəsi üzrə 27 noyabr 2020-ci il tarixdə akt tərtib edilmiş, iddiaçı aktı imzalamaqdan və onun bir nüsxəsini qəbul etməkdən imtina etdiyi üçün vergi orqanı tərəfindən tərtib edilmiş akt 1 dekabr 2020-ci il tarixində internet vergi idarəsi (onlayn kargüzarlıq) vasitəsilə iddiaçının elektron kabinetinə göndərmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi gaydada çatdırılmış sayılır. Vergi orqanı tərəfindən 27 noyabr 2020-ci il tarixində tərtib edilmiş akt 4 gün sonra, 1 dekabr 2020-ci il tarixində iddiaçıya göndərilmişdir və həmin akt iddiaçıya 3 iş günü sonra, yəni 4 dekabr 2020-ci il tarixində çatdırılmış hesab edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.5-ci maddəsinə görə vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafig vergi organına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-ci maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi organının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təgdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi ganunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafig sanksiyaların (cərimələrin) tətbig edilməsi məsələsinə baxır. Göründüyü kimi, qanunverici vergi ödəyicisinin operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə tərtib edilmiş akt ilə razılaşmadığı halda həmin aktın ona təqdim edildiyi gündən akta dair öz etirazının və ya imzalanmamasının səbəblərinin bildirilməsi üçün konkret olaraq 30 günlük müddət və yalnız bu müddət bitdikdən sonra vergi orqanının rəhbəri tərəfindən akta və digər sənədlərə baxaraq müvafiq qərarın qəbul edilməsi üçün 15 gündən çox olmayan müddət müəyyən etmişdir. Belə olan halda, vergi orqanı tərəfindən operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli akt iddiaçının elektron kabinetinə -1 dekabr 2020-ci ildə göndərilməklə 4 dekabr 2020-ci il tarixində çatdırıldıqda akta dair münasibət bildiriməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin son günü 4 yanvar 2021-ci il tarixinə təsadüf edir ki, vergi orqanı da aktın iddiaçıya təqdim ediliyi 4 dekabr 2020-ci il tarixindən 25 gün sonra, yəni 30 günlük müddəti gözləmədən 29 dekabr 2020-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir ki, bununla da daha əvvəl sadalanmış vergi qanunvericiliyinin normaları (AR VM-nin 39.5 və 39.6-cı maddələri) cavabdeh tərəfindən pozulmuşdur və məhkəmə hesab edir ki, bu hal da mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasdır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-ci maddəsinə görə bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmağla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olarag məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 83.3-ci maddəsində göstərilmişdir ki, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Beləliklə Vergi Məcəlləsinin müddəalarında vergi sahəsində yoxlama kimi kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi göstərilmişdir, yəni vergi ganunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir. Habelə yuxarıda qeyd edildiyi normalardan aydındır ki, vergi orqanına vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Belə olan halda operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbig edə bilər. Lakin işin faktki hallarına görə cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının 01.01.2020-ci il tarixdən 26.11.2020-ci il tarixədək, ümumilikdə 11 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, qanunvericilikdə nəzərdə tutulmadığı halda vergi orqanı iddiaçının 9 aylıq fəaliyyət dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, məhkəmə bu halı da mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab edir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının 2020-ci ilin yanvar - noyabr dövrü ərzində 50 667 311,78 manat dəyərində malların topdan satış kimi satılması və elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına - vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Belə olan halda pərakəndə satışı topdansatışdan fərqləndirən meyar pərakəndə satışda malın alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılması, topdansatışda isə malların alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılmasıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların 1.2-ci bəndində təsbit edilmişdir ki, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-ci bəndində göstərilmişdir ki, elektron qaimə-faktura yalnız vergi odəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Göründüyü kimi topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin. Lakin nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışının pərakəndə, hansı həddə və ya həcmdə satışının isə topdansatış kimi qəbul edilməsi müəyyən edilməmişdir. Cavabdeh isə operativ vergi nəzarətinin nəticələri haqqında aktda yalnız kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə cavabdehin satdığı malları topdan satış kimi göstərmişdir ki, bununla da yuxarıda istinad edilən normaların tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahsələndirilən qərar qəbul edilmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Məhkəməyə iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinə əsas kimi təqdim edilmiş çeklərə gəldikdə isə iddiaçı özü iddia ərizəsində etiraf etmişdir ki, elə günlər olmuşdur ki, ümumiyyətlə nəzarət kassa aparatına çek vurulmamış, bəzən isə bir və ya bir neçə dəfəyə satılmış malların dövriyyəsi bölünərək nəzarət-kassa aparatına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən pozuntu Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi üçün əsas olduğu halda VM-nin 58.13-cü maddəsini tətbiq edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi huquqpozuntusu hadisəsinin mövcud olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli **********5438 nömrəli Qərar ləğv edilməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli **********5438 nömrəli Qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli **********5438 nömrəli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1817/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1817/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver