Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1821/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq ona məxsus iddia ərizəsində qeyd olunan ünvandakı ev № 2 mənzil 1 saylı 2 ədəd mənzilin birlikdə ilkin alqı-satqıya əsasən başqasına satılmadığının dəqiqləşdirillməsi və həmin 2 mənzilin birlikdə onun adına keçirilməsi və bununla bağlı ona müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundna sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək (dəyişdirərək) məhkəmədən faktiki olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə X6 ilə nikahları rəsmiləşdirilməklə ailə qurub və onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. xx.xx.1982-ci il tarixdə X10, xx.xx.1984-cü il tarixdə X11 adlı qızları, xx.xx.1986-cı il tarixdə isə X12 adlı oğlu doğulmuşdur. O, X2na qarşı nikahın pozulması tələbinə dair Bakı şəhəri Kirov rayon Xalq Məhkəməsində (indiki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi) iddia qaldırmışdır və həmin Məhkəmənin xx xxxxxx 1989-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Məhkəmə qətnaməsi xx xxxxxx 1989-cu il tarixdə qanuni qüvvəsini aldıqdan sonra X2 ilə aralarında olan nikahın pozulmasına dair Bakı şəhər Kirov rayon VVAQ şöbəsi tərəfindən ona xx.xx.1989-cu il tarixdə 1-JQ seriyalı 465712 nömrəli “Boşanma haqqında şəhadətnamə" verildi. Boşanmadan sonra ona nikaha qədər olan “Əsədova" soyadını yazdırmışdır. X2 ilə nikahları pozulanda adlarını yuxarıda göstərdiyi üç nəfər azyaşlı uşaqları onun yanında və himayəsində qaldıqlarına görə onun tələbi əsasında əri X1 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin ödənilməsi məsələsinə də baxılaraq, Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Sidorov A.D) iddia ərizəsi həmin hissədə də təmin edilərək, üç nəfər adları yuxarıda göstərilən uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.1989-cu il tarixdən başlayaraq, hər ay X3 bütün növ gəlirlərinin ½ hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir.Alimentin tutulması ilə bağlı Bakı şəhəri Kirov Rayon Xalq Məhkməsi tərəfindən xx.xx.1989-cu il tarixdə İcra vərəqəsi verilmişdir.X2 ilə nikahda yaşadıqları müddət ərzində onların birgə maliyyə vəsaitləri hesabına və atası Qədir Əsədovun da maliyyə köməkliyi sayəsində qonşuluqa yaşayan və qohumları olan X23 xx.xx.1987-ci il tarixdə 40.000 (qırx min) rubl ödəməklə 2 yaşayış sahəsini - Bakı şəhəri Nərimanov rayonu. Ə.Əliyev küçəsində yerləşən 15"A" saylı fərdi yaşayış evini və Yusifzadə küçəsi 2-də yerləşən 1 saylı mənzili faktiki olaraq almışdırlar. Aldıqları vaxt həmin ev və mənzil özəlləşdirilmədiyinə görə onlar X20 aralarında bununla bağlı müvafiq akt tərtib edərək, imzalamaqla kifayətlənmişdirlər. Həmin vaxt aktı o, yəni İddiaçı, X2, X29 və onun arvadı X21, Durmanovun yaxın dostu Zəngilan rayonundan olan Musayev Vəkil Abbas oğlu, Durmanovun qohumu X9, atası X25 və qayınatası X5 imzalamışdır. Aktda X22 həm fərdi yaşayış evini, həm də mənzili özəlləşdirəndən sonra onun adına rəsmiləşdirilməli olması, onu başqasına satmaq hüququnun olmaması və mənzillərin ona faktiki olaraq təhvil verildiyi göstərilmişdir. Qeyd edilən hər iki yaşayış sahələrinə X22 gələcəkdə mülkiyyət hüququnu əldə etməsi gözlənilən olduğuna görə onlar bu formada alqı-satqı etməyə razılaşmışdır. Boşanandan sonra keçmiş X2 daimi yaşamaq üçün Rusiya Federasiyasına əvvəlki arvadının yanına çıxıb gedəcəyinə görə Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli qətnaməsi ilə qət edilmiş onun bütün növ gəlirlərinin 1/2 hissəsi miqdarında alimenti tələb etməkdən imtina etməyi əvəzində onunla birgə nikah dövründə ümumi qazancları hesabına əldə etdikləri 2 (iki) yaşayış sahəsini, yəni Bakı şəhəri Nərimanov rayonu. Ə.Əliyev küçəsində yerləşən 15”A" saylı fərdi yaşayış evini və Yusifzadə küçəsi 2-də yerləşən 1 saylı mənzili ona verilməklə adına sənədləşdirilməsinə razılıq vermişdir. Ona görə də o keçmiş ərindən azyaşlı uşaqlarının saxlanması üçün aliment tələbindən birdəfəlik imtina etmişdir və aliment almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli H-21 nömrəli arayışından da görünür ki. O, aliment tələbi barədə məhkəməyə müraciət etməmişdir və hal-hazırda aliment almaqdan imtina etmişdir.Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli qətnaməsi ilə keçmiş əri X1 təyin edilən alimentin ödənilməsi tələbimdən imtina etməyinin əvəzində isə xx.xx.1987-ci il tarixdə X16 satın aldıqları Bakı şəhəri Nərimanov rayonu. Ə.Əliyev küçəsində yerləşən 15”A" saylı fərdi yaşayış evinin və Yusifzadə küçəsi 2-də yerləşən 1 saylı mənzilin ona verilməsi ilə razılaşmağı barədə tərəfindən imzalanmış xx.xx.1989-cu il tarixli AE-149 1989 saylı iltizam verilmişdir. Həmin iltizamın doğruluğunu alimentlə bağlı iddia ərizəsinə baxan Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin hakimi A.D.Sidorov imzası ilə təsdiq etmişdir.Qeyd edilən iltizamda yazılmışdır:”O, İddiaçı ərim X6 ilə birgə nigah dövründə ev almaq üçün toplamış olduqları vəsait heasbına mülkiyyətçi X31 40.000 rubl verib, geri qaytarmağa 2 il vaxt qoyaraq, xx.xx.1987-ci il tarixdə satın aldıqları Bakı şəhər Nərimanov rayonu Ə.Əliyev küçəsi. 15"A“say 11 mənzil ilə Yusifzadə küçəsi ev 2-də yerləşən 1 saylı 2 ədəd mənzil (verilmiş müddət ərzində X29 tərəfindən geri qaytarılmadığı üçün və o, əri N.V.Sadıqovdan boşandıqdan ondan pul və ev tələbi olduğundan) hər iki mənzil özgəninkiləşdirildikdən sonra onun adıma rəsmiləşdirilməli vəziyyətdə ayrıldıqlarına görə əks halda mənzilləri tələb etmə hüququnun olduğu təsdiq olunduğu üçün şikayəti yoxdur və Y.İ.Durmanov mənzili sata bilməz, ona təhvil verilmişdir. İmza - İddiaçı xx.xx.1989. Hakim: Sidorov A.D. (imza var və məhkəminin möhürü ilə təsdiq olunmuşdur”. Həmin vaxt evlər özəlləşdirilmədiyinə görə onların alqı-satqı müqaviləsini notarial qaydasında rəsmiləşdirmək mümkün olmamışdır.Mülkiyyətçi Y.İ.Durmanova məxsus yuxarıda adı çəkilən mənzil mülkiyyətçi tərəfindən ona satılmış.məhkəmədə təhvil verilmişdir. Vaxtilə tərəflərə verilmiş iltizamdan görünür ki.Y.İ.Durmanov mənzili digər şəxsə sata bilməz. Çünki satmaq hüququ onun əlindən alınmışdır və əks təqdirdə onun mənzili geri tələb etmək hüququnun olduğu təsdiq olunmuşdur.Y.İ.Durmanov bütün bu qeyd olunanları bilirdi və məhkəmə qarşısında verdiyi sözə görə məsuliyyətini dərk edirdi. Həmin səbəbdən Y.İ.Durmanov ondan sonra heç cür başqa şəxslə alqı-satqı müqaviləsini həyata keçirə bilməzdi və həqiqətən də o, ondan sonra həmin mənzili heç kəsə satmayıb və qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X14 məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən İddiaçı verilmişxx xxxxxx 1983-cü ildə verilmiş İJQ seriyalı 465712 №-li boşanma haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 İddiaçı ilə olan nikahı ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1989-cu ilin dekabr ayının 16-cı günündə 651 nömrə ilə qeyd edilmişdir. Kirov rayon Xalq Məhkəməsi (A.D.Sidorov) tərəfindən AE-149/1989 №-li iş üzrə verilmiş xx xxxxxx 1989-cu il tarixli icra vərəqəsindən görünür ki, X1 İddiaçı Qədr qızının xeyrinə uşaqların saxlanması üçün aliment tutulmuşdur.Qeyd olunan icra vərəqəsinə əlavə olunmuş İddiaçı, E.İ.Durmanov və Kirov rayon Xalq Məhkəməsinin hakimi A.D.Sidorovun imzaları və məhkəmənin möhürü ilə təsdiq olunmuş İddiaçı yazılı “ pul əvəzi həmişəlik etibar edilən mülkün məhkəmədə təhvil götürülməsi və birbaşa verilməsi barədə izahat”ından görünür ki, sonuncu qeyd etmişdir ki, “mən İddiaçı ərim X6 ilə atamın qohumu X18 arasında xx.xx.1987-ci ildə 2 (iki) illik bağlanılmış 40 000 rubl pul müqaviləsi əvəzində Y.İ.Durmanovun ərimə satdığı Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 15A və Yusifzadə küçəsi, ev № 2, mənzil 1 saylı 2 ədəd mülkü boşandıqdan ərinin razılığı ilə birbaşa və Y.İ.Durmanovdan həmişəlik mən aldım. Ərimdən və Y.İ.Durmanovdan pul və mülk tələbindən şikayətim yoxdur və bağlanılmış “akt” qüvvəsini almışdır”. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 170 №-li Sərəncamından görünür ki, vətəndaş İddiaçı Qadir qızı Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, pasport qeydiyyatında olaraq ailəsi ilə birlikdə yaşadığı 8 mikrorayon, Ş.Məmmədova küçəsi, 7 saylı binanın, 135 saylı xidməti mənzilinə daimi order verilməsinə köməklik göstərilməsini xahiş etmiş, Bakı şəhər İcra Hakimiyyəti isə araşdıraraq, baxılması üçün Binəqədi rayon İcra Hakimiyyətinə göndərmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən mənzil 2 otaqdan ibarət olub,yaşavış sahəsi 30,14 kv. metrdır və Binəqədi (keçmiş Kirov) ravon XDS İK-nin 521 saylı, xx.xx.1992-cu iİ tarixli sərəncamına və 007065 saylı, 25.06.92-ci il tarixli xidməti orderinə əsasən vət. İddiaçı Qadir qızına ailə tərkibi 4 nəfərlə (özü,3 uşağı) ayrılmışdır. Vət. İddiaçı Qadir qızına daimi order verilməsi Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələblərinə tam cavab verir. Belə ki, vət. İddiaçı xidməti order aldığı vaxtdan bu günədək (10 ildən yuxarı) xadimə işləyir. Qeyd olunanları nəzərə alaraq 8 mikrorayon, Ş.Məmmədova küçəsi, 7 saylı binanın, 2 otaqlı yaşayış sahəsi 30,14 kv. metr olan 135 saylı mənzilin xidməti mənzillər syahısından çıxarılması, 8 mikrorayon, Ş.Məmmədova küçəsi, 7 saylı binanın, 2 otaqlı yaşayış sahəsi 30,14 kv. metr olan 135 saylı mənzilin vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, üç uşağı) daimi order verilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********03 №-li məktubda ünvan 5 ünvanının X19 adına qeydiyyata alındığı və hazırda mülkiyyətində olduğu, Bakı şəhəri, Yusifzadə küçəsi, ev 2 ünvanının X8 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alındığı, lakin **********3 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə əsasən mənzilin söküldüyü üçün sözügedən ünvana hüquqların ləğv edildiyi qeyd olunmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mübahisəli ünvanlarda yerləşən daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istinad olunan xx.xx.1989-cu il tarixli AE-149/89 №-li iltizam (izahat) mübahisəli ünvanlarda yerləşən daşınmaz əmlakların ona məxsus olmasını təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə məhkəmə araşdrıması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi ünvanlardan biri, yəni Bakı şəhəri, Yusifzadə küçəsi, ev 2 ünvanı X8 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış, daha sonra həmin mənzil söküldüyü üçün sözügedən ünvana hüquqlar ləğv edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı inzibati orqana müraciət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1821/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1821/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver