Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-18216/2025 27.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdən 2 illik müddətə təyin edilmiş əlillik müddətinin dəyişdirilərək 5 illik müddətə təyin edilməsi, əlilliyin səbəbinin isə dəyişdirilərək “Hərbi Xidmət Vəzifələrinin icrası ilə əlaqədar” əlillik kimi göstərilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən ##.##.2023cü il tarixdə 2 illik müddətə təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi Xidmət Vəzifələrinin icrası ilə əlaqədar əlillik” kimi göstərilməsi vəzifəsinin oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(112)****/**** №-li qərarı ilə iddiaçıya 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi barədə cavabdehin imtinası qanunsuz hesab edilmiş və 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik r.üquqi şəxsinə həvalə edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən icra edilmiş və iddiaçıya 2 illik müddətlə (##.##.2023-##.##.2025) səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi göstərilən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Bu zaman 2 səhvə yol verilmişdir: 1ci səhv: Eyni diaqnozla iddiaçıya ##.##.2014-cü ildə 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilsə də, bu dəfə əlillik qrupu 2 illik müddətə təyin edilmişdir. 2-ci səhv: Əlilliyin səbəbinin təyin olunması üçün əsas olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ** №-li, ##.##.2025-ci il tarixli Qərarında aldığı “X1 Travması”nın səbəbi “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələrini) X2” kimi göstərilsə də, əlilliyin səbəbi “Hərbi Xidmət Dövrü ilə əlaqədar” əlillik kimi göstərilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin müddətinin 5 illik müddətə təyin edilməsi, əlilliyin səbəbinin isə dəyişdirilərək “Hərbi Xidmət Vəzifələrinin icrası ilə əlaqədar” əlillik kimi göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə ##.##.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciət nəticəsiz qalmışdır. İddiaçı müraciətin cavablandırılmamasını imtina kimi qiymətləndirir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə Mərkəzinin ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla Sol baldırın orta 1/3-nin odlu silahla yaralanmasından s/v. Hər iki pəncənin donvurmadan sonra barmaqların açıcı-bükücü kontrakturası. Sol pəncənin parezi.Hər iki pəncənin donvurması. Üzvi (travma mənşəli) affektiv pozuntu depressiv epizodlarla. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini ##.##.1976-cı il təvəllüdlü İddiaçı (FİN: *******) Göndərişin nömrəsi: J00300086EBN Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusi Müraciətlərin sayı: ##.##.2016- DƏƏTE; ##.##.2016- Əlavə müalicəyə ehtiyacın olması; ##.##.2017- ##.##.2022 (5 il) II dərəcə HXVYY; ##.##.2022- DƏƏTE (ESDAS 22420339720); ##.##.2023- DƏƏTE (ESDAS 3-17-4/3-1-8304/2023) -##.##.2025- də Müayinə etibarsız edilib; ##.##.2023- ##.##.2025 (2 il) OFP 65% HXD (ESDAS 3-17-4/3-1-*****/**** №-li XM. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1(102)-****/**** №-li Qərarı. Qeyd: Hərbi Qərarda göstərilən "HXVYY" səbəb əlaqəsi F88-də qeyd edilməmişdir.). Təqdim edilmiş sənəd sayı: 17 Hərbi bilet: Təqdim edilib- EZ №******* Hərbi xidmət illəri: ##.##.1994-##.##.2013 Hərbi rütbə: Əsgər Qərar - MN MHK ##.##.2025-ci il tarixli ** nömrəli Qərar Obyektiv müayinə: Vətəndaş komissiya otağına narazı halda daxil olmuş, bir neçə dəfə əyani müayinədə olduğunu, imtina cavabı aldığını bildirmişdir. Başında, belində olan ağrılar, halsızlıq, əsasən gecələr baş verən tərləmə, əsəbilik, qulağında səs, yuxusuzluq, yaddaşsızlıqdan şikayətlənmiş, əvvəllər qıcolma tutmaları olduğunu qeyd etmiş, lakin qıcolma tutmalarını halsızlıq kimi təsvir etmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Nootropil”, “Finlepsin”, “Cardio magnil”, “Oxybral” qəbul etdiyini bildirmişdir. Nevroloji müayinə: (Orucova Pərvanə)- Müayinə zamanı aşağı ətraflarda parez, iflic əlamətləri aşkarlanmamış, yerişi sərbəst olmuşdur. Vətəndaş nevroloji çəkiclə müayinədən “mənə pis təsir edir” söyələrək imtina etmişdir. Hal-hazırda vətəndaşda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkarlanmamışdır. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Qərarın əsaslandırılması: Qeyd edilməlidir ki, vətəndaş Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahş edilir. II. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. III. Tədqiq edilən sübutlar və faktiki hallar: TSEK-Müayinələr: ##.##.2017-ci il tarixində “Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş X1 travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Veqetativ damar distoniyası sindromu, tez-tez təkrarlanan simpato-adrenal tipli paroksizmlərlə. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar hövzədə beyin qan dövranının xr. çatmamazlığı. Ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər 167.4 Hipertenziv ensefalopatiya, Dissirkulyator ensefalopatiya. Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu. Diski protruziyası, kökçük ağrıları ilə” diaqnozun mətni ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ilkin ikinci dərəcə əlillik təyin edilmişdir. ##.##.2022-ci il tarixində “Kəllədaxili travmaların nəticələri, Kecirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət” diaqnozun mətni ilə diaqnoz əlillik əlamət təyin etməməsi səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. ##.##.2023-cü il tarixində “Kecirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Bel-oma fəqərələrinin diskopatiyası” diaqnozun mətni ilə hərbi xidmət dövrü ilə əlaqədar 2 il müəddtinə təkrar ikinci dərəcə əlillik təyin edilmişir. ##.##.2025-ci il tarixində “Kecirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Bel-oma fəqərələrinin diskopatiyası” diaqnozun mətni ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə iddiaçı İddiaçı 2-ci dərəcəli əlillik qrupunun təyi edilməsi barədə cavabdehin imtinası qanunsuz hesab edilsin və ona 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli ** nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı ş. Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən ##.##.2001-ci ildə aldığı və ##.##.2001-ci ildən ##.##.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi” “HƏRBİ TRAVMADIR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ ( XİDMƏTİ VƏZİFƏLƏRİ) X2” ##.##.2007-ci ildə, ##.##.2007-ci ildə MN Mərkəzi Hərbi Polilinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Vegetativ damar distoniyası”, ##.##.2008-ci ildə MN Mərkəzi Hərbi Polilinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Soltərəfli üçlü sinirin nevralgiyası. Asteno-nevrotik təzahürlər” ##.##.2009-cu ildə və ##.##.2009-cu ildə MN Mərkəzi Hərbi Polilinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Vegetativ damar distoniyası” ##.##.2009-cu ildən ##.##.2009-cu ilə kimi və ##.##.2010-cu ildə N nömrəli hərbi hissədə ambulator müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Vegetativ damar distoniyası” ##.##.2013-cü ildə SQ Baş Klinik Hospitalının nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: “Vertebrogen lümbalgiya” ##.##.2013-cü ildən ##.##.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Vertebrogen lümbalgiya. Vegetativ damar distoniyası” “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR” və hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və ##.##.1995-ci ildən ##.##.1995-ci ilə kimi SQ Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Soltərəfli alt çənənin əzilməsi (sol çənə bucağı nahiyəsində yerdəyişmənin olmaması ilə)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Yasamal rayon idarəsinin ##.##.2023-cü il tarixli 3-43-71/2-1328' nömrəli göndərişi, ##.##.2023-cü il tarixli 173. nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş ##.##.2023cü il tarixliarxiv arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “TRAVMADIR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR". MN MHHK-nın ##.##.2016-cı il tarixli *** nömrəli, ##.##.2023-cü il tarixli *** nömrəli qərarları ləğv edilir. IV. İddianın növü və mümkünlüyü İddia tələbi iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ...1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
VI. Məhkəmənin mövqeyi
Məhkəmə ilk növbədə müəyyən edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə iddiaçı İddiaçı 2-ci dərəcəli əlillik qrupunun təyi edilməsi barədə cavabdehin imtinası qanunsuz hesab edilsin və ona 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Odur ki, ##.##.2023-cü il tarixində “Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Bel-oma fəqərələrinin diskopatiyası” diaqnozun mətni ilə hərbi xidmət dövrü ilə əlaqədar 2 il müəddtinə təkrar ikinci dərəcə əlillik təyin edilmişir. Məhkəmə nəzərə alır ki, iddiaçı ona təyin edilmiş ikinci dərəcə əlilliyi mübahisələndirmir. İddiaçı sadəcə təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsini cavabdeh orqandan tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi zamanı tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli ** nömrəli Qərarına əsasən: “Bakı ş. Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən ##.##.2001-ci ildə aldığı və ##.##.2001-ci ildən ##.##.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi” “HƏRBİ TRAVMADIR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ ( XİDMƏTİ VƏZİFƏLƏRİ) X2” ##.##.2007-ci ildə, ##.##.2007-ci ildə MN Mərkəzi Hərbi Polilinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Vegetativ damar distoniyası”, ##.##.2008-ci ildə MN Mərkəzi Hərbi Polilinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Soltərəfli üçlü sinirin nevralgiyası. Asteno-nevrotik təzahürlər” ##.##.2009-cu ildə və ##.##.2009-cu ildə MN Mərkəzi Hərbi Polilinikasında müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: “Vegetativ damar distoniyası” ##.##.2009-cu ildən ##.##.2009-cu ilə kimi və ##.##.2010-cu ildə N nömrəli hərbi hissədə ambulator müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: “Vegetativ damar distoniyası” ##.##.2013-cü ildə SQ Baş Klinik Hospitalının nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: “Vertebrogen lümbalgiya” ##.##.2013-cü ildən ##.##.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlikdiaqnoz: “Vertebrogen lümbalgiya. Vegetativ damar distoniyası” “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR” və hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və ##.##.1995-ci ildən ##.##.1995-ci ilə kimi SQ Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Soltərəfli alt çənənin əzilməsi (sol çənə bucağı nahiyəsində yerdəyişmənin olmaması ilə)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Yasamal rayon idarəsinin ##.##.2023-cü il tarixli 3-43-71/2-1328' nömrəli göndərişi, ##.##.2023-cü il tarixli 173. nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş ##.##.2023-cü il tarixliarxiv arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “TRAVMADIR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR"”. Məhkəmə qeyd edir ki, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə səbəb olmuş xəstəliyin (keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Bel-oma fəqərələrinin diskopatiyası) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025ci il tarixli ** nömrəli qərarına əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alındığı təsdiq edilmişdir. Odur ki, iddiaçı İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” kimi dəyişdirilməlidir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının *- *(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları). Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Beləliklə, məhkəmə qeyd edir ki, Qaydaların tələbinə əsasən, (3.2-ci bənd) əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməli olduğu müəyyən edilmiş, bu zaman hər hansı göndərişin rəsmiləşdirilməsi və ya əyani müayinə tələbi nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə 2 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbinin “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” kimi dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aydın Babayev