Məhkəmə qərarları › İş №2-1(112)-1824/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1824/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1824/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbi akademiyada müəllim işləyir), cavabdehin nümayəndəsi X4 (Salyan rayonunda qeydiyyatdadır, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İ Qarabağ müharibəsi veteranıdır, veteran olduğu üçün iddiaçıya xx.xx.2005-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən 953 nömrəli bağın istifadəyə verilməsi haqqında 96600 nömrəli müqavilə bağlanmışdır.Bu günə qədər bağın torpaq sahəsinin sxemi olmadığı üçün o bağdan istifadə edə bilməmişdir. Lakin bu günə qədər həmin torpaq sahəsi üçün bələdiyyə ödənişləri etmişdir. Cavabdehə müraciət edərək bağ sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, texniki baxış keçirilən zaman digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsi göstərilmişdir və qeyd edilən bağ sahələrindən ikisi digər fiziki şəxslərin - X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlmədiyi məlum olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. X3 və İstismarı Birliyinin 318345 nömrəli mədaxil qəbzinə, Bakı şəhəri Xəzər rayonu Türkan bələdiyyəsinin 101262 nömrəli, 003673 nömrəli, 002604 nömrəli qəbzlərinə əsasən iddiaçı Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsi ilə bağlı xx.xx.2005-ci ildə, xx.xx.2010-cu ildə, xx.xx.2008-ci ildə,xx.xx.2006-cı ildə torpaq vergisi və digər ödənişlər etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatının 36/893 nömrəli, xx.xx.2013-cü il tarixli arxiv arayışına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2005-ci ilə dair sərəncamlar kitabında 289 nömrəli, xx.xx.2005-ci il tarixli “X3 və istismarı birliyinin protokolunun təsdiq edilməsi haqqında” sərəncam mövcuddur, həmin sərəncamla X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №li protokolu təsdiq edilmişdir və qeyd edilən protokola əsasən İddiaçı Türkan qəsəbəsində 953 №li bağ ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 953 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismar Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilə mövcuddur, lakin həmin bağ sahəsinin yerləşmə cizgisi arxivdə aşkar olunmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilənin cavabdeh tərəfindən təsdiq edilmiş surətinə əsasən iddiaçıya Türkan qəsəbəsinddə 953 nömrəli, sahəsi 0,11 ha olan torpaq sahəsi ayrılmışdır. 027807 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən iddiaçı müharibə veterandır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə” əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi qeyd edilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsi göstərilmişdir və qeyd edilən bağ sahələrindən ikisi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematk xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlmədiyi məlum olmuşdur”. Cavabdehn xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli torpaq sahəsinin yerləşdiyi hissənin sxematik xəritəsinin surəti təqdim edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə X2 və X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində bağ sahələrinin qeydiyyata alınması üçün əsas olmuş sənədlər təqdim edilmişdir, qeyd edilən məktuba və sənədlərə əsasən X2 adına Türkan qəsəbəsində 955 saylı, X5 adına 1106 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır,müharibə veteranıdır, iddiaçıya X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 № li protokoluna əsasən Bakı şəhərində, Xəzər rayonunda, Türkan qəsəbəsində 953 №li bağ sahəsi ayrılmışdır, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilə bağlanmışdır. İddiaçı qeyd edilən bağ sahəsinə görə bələdiyyəyə vergilər ödəmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsinin göstərilməsi və qeyd edilən bağ sahələrindən ikisinin digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematk xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlməməsi ilə əsaslandırmışdır. Odur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də iddiaçıya X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №li protokoluna əsasən Türkan qəsəbəsində 953 №li bağ sahəsi ayrılmışdır, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilə bağlanmışdır. Hər iki halı təsdiq edən mötəbər sənədlər mövcuddur. Belə ki, X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №li protokolu Bakı şəhəri İcra Hakimiyyəti Başçısının arxivində saxlanılır,Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 953 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismar Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilə isə cavabdehin arxivində saxlanılır. İddiaçı həmin mötəbər sənədləri cavabdehə təqdim edərək qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi baxış zamanı digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsinin göstərilməsi və qeyd edilən bağ sahələrindən ikisinin digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematk xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlməməsi ilə əsaslandırmışdır. Cavabdeh anoloji etirazında bağ sahələrindən ikisinin digər fiziki şəxslərin - X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlmədiyini göstərmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsaslarla imtinasını və etirazını əsassız hesab edir: Belə ki, cavabdehin təqdim etdiyi sənədlərə əsasən etirazda adları göstərilən X2 adına Türkan qəsəbəsində 955 saylı, X5 adına isə 1106 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır, yəni həmin şəxslərin iddiaçının istifadəsinə ayrılmış 953 saylı bağ sahəsi ilə heç bir əlaqələri mövcud deyildir, 953 nömrəli bağ sahəsi onların fakriki istifadəsində, icarəsində, kirayəsində və rəsmi mülkiyyətində deyillər. Etirazda göstərilən “digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 953 nömrəli bağ sahəsinə uyğun gəlmədiyi” barədə göstərilənlərə gəldikdə isə cavabdeh 953 nömrəli bağ sahəsinə uyğun gəlməyən bağın əslində hansı bağ sahəsi olmasını, kimin istifadəsində və mülkiyyətində olmasını göstərməməklə yanaşı uyğunsuzluğun da konkret nədən ibarət olmasını qeyd etmir. Digər tərəfdən isə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri i lə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Göründüyü kimi cavabdehin imtina məktubunda göstərilən uyğunsuzluq mövcud olduğu halda belə həmin uyğunsuzluğun aradan qaldırılması iddiaçının deyil, cavabdehin özünün vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinın əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, imtina məktibunda göstərilən əsaslarla iddiaçının Bakı şəhəri, Türkan qəsəbəsi, 953 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilmiş halların mövcud olması isə hal-hazırda işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xeyrinə olan halları - bağ sahəsinin ayrılması haqqında protokolun olması, iddiaçı ilə bağ sahəsinə dair müqavilənin elə cavabdehin özünün arxidində mövcud olması, iddiaçı tərəfindən həmin bağla bağlı müxtəlif illərdə bələdiyyə vergilərinin ödənilməsi kimi halları nəzərə almamasında, iddiaçıya ayrılmış bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsində ifadə olunan hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar