Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1826/2022 01.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X8 Azərbaycan Elmi X7 İnstitutunda (xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi, 10 ay 28 gün) sürücü, Azərbaycan Tərəqqisi Uğrunda KGİ Xızı rayon Komitəsində (xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi, 2 ay 9 gün) sürücü, 1 №-li Bakı avtobus parkında (xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, 7 ay 26 gün) sürücü, “Elvin” kiçik müəssisəsində (xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi, cəmi 9 ay 15 gün) sürücü, Şəhərlərarası Sərnişindaşıma “Avtokombinatı”nda (xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi, 5 il 10 ay 3 gün) sürücü, "xxxx" X20 Cəmiyyətində (xx.xx.2000-ci ildən xx.xx.2001-ci il tarixə kimi, 1 il 5 ay 20 gün) sürücü, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi, 3 ay 14 gün) sürücü və "xxxx" ASC-də (xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə kimi, 3 il 11 ay 24 gün) sürücü, cəmi 14 il 1 ay 19 gün sürücü kimi işlədiyinin və 14 il 1 ay 19 gün sığorta stajının təsdiq olunması; xx.xx.2008-ci il tarixində anadan olmuş övladı İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2026-cı il tarixədək ailə başçısını itirməyə görə aylıq əmək pensiyası təyin olunması və övladı İddiaçı ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı tarixdən (xx.xx.2020-ci il tarixdən) pensiyanın yenidən hesablanması və pensiya təyin olduğu vaxtdan hal-hazırkı tarixə kimi ötən dövr üçün yaranmış fərqin hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Əztəzə kəndində doğulmuşdur. O, 30 dekabr 1992-ci ildə X14 ilə ailə həyatı qurub və Abşeron rayonu Mehdiabad qəsəbəsi üzrə icra hakimiyyətinin nümayəndəliyində nikaha düşüb və nikahın bağlanması haqqında şəhadətnamə almışdır. Bu nikahdan onların xx xxxxxx 2008-ci il tarixdə oğulları İddiaçı doğulmuşdur. Həyat yoldaşı X14 xx.xx.1969-cu ildə Abşeron rayonu, Şurabad qəsəbəsində doğulmuş və xx.xx.2020-ci il tarixdə beyin infarktından Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmişdir. Mərhum əri X13 aşağıdakı idarə və müəssisələrdə işləmişdir: 03 may 1990-cı il tarixdə Azərbaycan X2 İnstitutuna UAZ markalı avtomaşına sürücü vəzifəsinə təyin olunmuşdur. 01 aprel 1991-ci il tarixdə öz xahişi ilə ərizəsinə əsasən işdən azad olunmuşdur (İş stajı 10 ay 28 gün). 11 iyul 1991-ci il tarixdə Azərbaycan Tərəqqisi Uğrunda KGİ Xızı Rayon Komitəsinə sürücü kimi işə qəbul olunmuşdur. 20 sentyabr 1991-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 2 ay 9 gün olub). 09 oktyabr 1991-ci il tarixdə 1 №-li Bakı Avtobus parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 05 iyun 1992-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 7 ay 26 gün olub). xx.xx.1992-ci il tarixdə “Elvin” kiçik müəssisəsinə sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 9 ay 15 gün olub). xx.xx.1993-cü il tarixdə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nda sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.1999-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 5 il 10 ay 3 gün olub). xx.xx.2000-ci il tarixdə "xxxx" X20 Cəmiyyətinə sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 1 il 5 ay 20 gün olub). xx.xx.2001-ci il tarixdə "xxxx" Məhdud-Məsuliyyətli Cəmiyyətinə sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 3 ay 14 gün olub). xx.xx.2001-ci il tarixdə "xxxx" ASC-nə sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (İş stajı 3 il 11 ay 24 gün olub). Nəticədə, mərhum ərinin işlədiyi dövrləri üst-üstə topladıqda məlum olur ki, 14 il 1 ay 19 gün əmək kitabçasında iş stajı vardır. Mərhum əri X14 xx.xx.1969-cu il tarixdə doğulub və xx.xx.2020-ci il tarixdə, yəni 51 yaşında vəfat edib. Nəticəni analiz etdikdə (51 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 36 il) x 4 ay = 144 ay: 12 = 12 il sığorta stajı qanunda tələb olunur. Mərhum ərinin 14 il 1 ay 19 gün sığorta stajı vardır. Beləliklə, övladı İddiaçı mərhum ərinin ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi Qanuna uyğundur (Tələb olunan sığorta stajı 12 il, faktiki sığorta stajı 14 il 1 ay 19 gündür). İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzində ərizə və ona əlavə olunmuş sənədlərlə Qanuna uyğun olaraq müraciət etmişdir ki, övladı İddiaçı mərhum ərinin ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilsin. Nəticədə, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********9 №-li məktubla iddiaçıya bildirmişlər ki, mərhum əri X8 cəmi 3 il 9 ay sığorta stajı vardır, bu da qanunvericilikdə tələb olunan müddətdən (17 il 8 aydan) azdır. Qanunvericiliklə mərhum əri 51 yaşında vəfat edib, ona cəmi 12 il sığorta stajı lazımdır. Faktiki olaraq əmək kitabçasında 14 il 1 ay 19 gün sığorta stajı vardır. İddiaçıya göndərilmiş məktubun düzgünlüyünü analiz etdikdə görünür ki, övladına pensiya təyin olunması düzgün hesablanmamışdır. Ailə başçısını itirməyə görə mərhum ərinin öldüyü günə kimi 17 il 8 ay sığorta stajının olmasını hansı sənədlər və qanun əsasında tələb edildiyi məlum deyildir. “Əmək pensiyası haqqında” Qanuna uyğun olaraq mərhum əri öldüyü günə kimi 51 yaşı olub və azyaşlı övladına pensiya təyin olunması üçün 12 il sığorta stajı olmalıdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial iddiaçının az yaşlı övladına pensiya təyin edərkən hesabatı düzgün aparmamışdır. Nəticədə, övladı İddiaçı aylıq 200 manat pensiya əvəzinə xx.xx.2020-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin etmişlər. Beləliklə, övladı İddiaçı mərhum ərinin 51 yaşında (xx.xx.2020-ci ildə vəfat edib) ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə 200 manat aylıq əmək pensiyası təyin olunmalıdır (Mərhum ərinin sığorta stajı 14 il 1 ay 19 gündür, 200 manat aylıq pensiya təyin olunması üçün 12 il sığorta stajı Qanunla tələb olunur). Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmiş, iddia tələbi İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. İddiaçı X3 övladı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ onun atası X14nun vəfat etdiyi xx.xx.2020-ci il tarixindən yaranmışdır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sosial sığorta stajı olduqda təyin edilir. Həmin maddəyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək T.Soltanovun 12 il (51 yaş - 15 yaş = 36) x 4 ay =144 ay : 12= 12 il) sosial sığorta stajı olduğu halda təyin edilə bilərdi. İddiaçı Fəxriyyə Soltanovanın təqdim etdiyi mərhum əri T.Soltanova məxsus əmək kitabçasının surətinə əsasən onun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Azərbaycan Elmi-Tədqiqat, Üzümçülük, Şərabçılıq İnstitutunda, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Azərbaycan Tərəqqi Uğrunda KKİ, Xızı rayon komitəsində işlədiyi (1 il 9 ay 3 gün) dövrlər və hərbi biletin surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət (2 il 24 gün) ümumilikdə 3 il 9 ay 27 gün olmaqla xx.xx.2006-cı il tarixinə kimi mübahisələndirilməyən sığorta stajı mövcuddur. Eyni zamanda bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə X17, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən mərhum T.Soltanovun əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək (5 il 10 ay 3 gün) işlədiyi “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi (1 il 9 ay 4 gün) işlədiyi "xxxx" MMC-nin sənədləri və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (3 il 11 ay 23 gün) işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin araşdırılması mümkün olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək Tofiq Soltanovun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə müavinət təyin edilib və ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunnaların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 X18 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İşin obyektiv, tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixdə **********4 nömrəli sorğu ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmişdir. Mübahisələndirilən illər üzrə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın, "xxxx" MMC-nin və "xxxx" ASC-nin arxiv sənədlərinin şəxsi vərəqlərində iddia olunan dövrdə iddiaçının mərhum əri T.Z.Soltanovun işə daxilolma, işdən azad edilmə, əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanıbhesablanmaması barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xx.xx.2021-ci il tarixli, 1-6-118/6166-21 nömrəli məktub ilə sorğu əsasında müvafiq məlumatların verilməsini təmin etmişdir. Təqdim edilən məlumatlara əsasən X14 xx.xx.1993-cü il tarixdə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nda sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdən "xxxx" X20 Cəmiyyətinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın sənədləri Nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi üçün işdən azad edilmə barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Həmçinin "xxxx" ASC-nin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilməmişdir. Beləliklə, imtina cavabı tam əsaslı və qanuni olmaqla iddiaçı X3 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1970-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İX-ЖГ 357099 nömrəli, xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1969-cu ildə Abşeron rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 40 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ 313368 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X14 ilə X6 xx.xx.1992-ci ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 53 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 059173 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 07 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2008-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ 108228 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2020-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 501 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən X14 xx.xx.1990-cı ildə Azərbaycan X2 İnstitutunda UAZ markalı avtomaşına sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə Azərbaycan Tərəqqisi Uğrunda KGİ Xızı Rayon Komitəsinə sürücü qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə 1 №-li Bakı Avtobus parkına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “Elvin” kiçik müəssisəsinə sürücü qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”na sürücü qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. xx.xx.2000-ci ildə "xxxx" X20 Cəmiyyətinə Müəssisəyə VSD kateqoriyası üzrə 2-ci dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə "xxxx" ASC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********063000 nömrəli məktubunda bildirilmişdir ki, idarədə olan reyestrdə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı” adlı kommersiya qurumu aşkar edilməmişdir. İnzibati icraat materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən X14 xx.xx.1987-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1989-cu ildə hərbi xidmətdən tərxis edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1-6-118/6200-21 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2021-ci il tarixli, MA-192 nömrəli X14nun əmək fəaliyyəti ilə bağlı arxiv arayışında qeyd olunmuşdur ki, verilir X4 ondan ötrü ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən onun həyat yoldaşı X14 (vəfat etmişdir) həqiqətən xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/84 №-li əmr) Şəhərlərarası Sərnişindaşıma Avtokombinatına sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əsas: Əmək haqqı cədvəlləri. Qeyd: Şəhərlərarası Sərnişindaşıma Avtokombinatının sənədləri Nazirliyin Mərkəz Arxivinə tam təhvil verilmədiyi üçün sonrakı illər üzrə əmək fəaliyyəti ilə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2021-ci il tarixli, 104-01- 09/372-21 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2021-ci il tarixli, MA-205 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir X4 ondan ötrü ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan 1993-cü il üzrə (2-ci dəstə) əmək haqqı kitabına əsasən onun həyat yoldaşı X14 (vəfat etmişdir) həqiqətən iyun 1993-cü il tarixdən Şəhərlərarası Sərnişindaşıma Avtokombinatına sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əsas: 1993-cü il üzrə əmək haqqı kitabı, fond.№ 85, siyahı.№ 1, saxlanma/vahidi.№ 102, vərəq.№ 43. Qeyd: Şəhərlərarası Sərnişindaşıma Avtokombinatının sənədləri Nazirliyin Mərkəz Arxivinə tam təhvil verilmədiyi üçün sonrakı illər üzrə əmək fəaliyyəti ilə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********858700 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestr məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin hüquqi ünvanı AZ1108, ünvan 3araq bildirilir ki, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin hüquqi ünvanı AZ1142, ünvan 4 Həmçinin "xxxx" ASC və "xxxx" MMC-nin ləğv edilməsi, yenidən təşkili və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********715800 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestr məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin hüquqi ünvanı AZ1108, ünvan 5nda bildirilir ki, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin hüquqi ünvanı AZ1142, ünvan 4 Həmçinin "xxxx" ASC və "xxxx" MMC-nin ləğv edilməsi, yenidən təşkili və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, uçot baza məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması barədə məlumat aşkar edilməmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2006-cı il tarixdən bərpa olunması, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək dayandırılması, xx.xx.2012-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması və xx.xx.2018-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1-6-118/6166-21 nömrəli məktubu ilə təqdim olunmuş X14nun əmək fəaliyyəti ilə bağlı arxiv arayışlarından görünür ki: - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli, MA-190 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, verilir X4 ondan ötrü ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən onun həyat yoldaşı X14 (vəfat etmişdir) həqiqətən xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/84 №-li əmr) Şəhərlərarası Sərnişindaşıma Avtokombinatına sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/08 №-li əmr) "xxxx" X20 Cəmiyyətinə 2ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdən (xx.xx.2001-ci il tarixli, kş/68 №-li əmr) Azərbaycan Respublikası ƏQM-in 69-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Əsas: Əmək haqqı cədvəlləri, əmr kitabları. Qeyd: 1. Şəhərlərarası Sərnişindaşıma Avtokombinatının sənədləri Nazirliyin Mərkəz Arxivinə tam təhvil verilmədiyi səbəbindən işdən azad edilməsi barədə məlumatın qeyd edilməsi tərəfimizdən mümkün olmamışdır. 2. "xxxx" ATSC-nin sənədləri Nazirliyin Mərkəz Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli, MA-191 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, verilir X4 onun həyat yoldaşı (vəfat etmişdir) X14nun ondan ötrü ki, iş vaxtından sonra görülən işlərə görə əvəzetmə və birdəfəlik ödənişlər istisna olmaqla, onun əmək haqqısı aşağıdakılardan ibarətdir: əmək haqqı, aylıq mükafatlar, əlavə ödənişlər və əmək haqqına əlavələr, o cümlədən rüblük, yarımillik, illik və s. mükafatlar, əlavələr və təltiflər daxil edilməklə 1993-cü il üzrə iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları; 2000-ci il üzrə fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları; 2001ci il üzrə yanvar, mart, aprel, may, iyun, iyul, avqust ayları. Qeyd: Qanunvericilikdə nəzərdə tutulmayan səbəblər üzündən işçinin işləmədiyi və yaxud iş günlərinin tam olmadığı ayları hesablamadan çıxarılmayıb, başqa aylarla əvəz edilməyib. Əsas: Şəxsi hesablar. Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı, "xxxx" ATSC. Qeyd: Şəhərlərarası Sərnişindaşıma Avtokombinatının 1994-1999-cu illər üzrə sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********535600 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) barədə məlumat və sənəd surətinin təqdim edilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Hüquqi şəxsin xx.xx.1997-ci il tarixli nizamnaməsinə əsasən bildirilir ki, cəmiyyət dövlət müəssisəsi olmuş Bakı şəhəri 12 saylı Yük Avtonəqliyyat müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisi olmuşdur. Bundan başqa, cəmiyyətin xx.xx.2006-cı il tarixli nizamnaməsinə əsasən "xxxx" ASC "xxxx" X20 Cəmiyyətinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Eyni zamanda hüquqi şəxsin nizamnaməsi təqdim olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli məktubunda bildirilmişdir ki, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 423 №-li sərəncamı ilə ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin 12 saylı Yük Avtonəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. xx.xx.1969-cu il təvəllüdlü mərhum X14 xx.xx.2001-ci il tarixdə "xxxx" ASC-nə (bundan sonra - cəmiyyət) sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işçinin öz xahişi ilə işdən azad olunmuşdur. 21 may 2018-ci il tarixində cəmiyyətin yerləşdiyi ünvan 6 ünvanında 3 ədəd 50 litrlik propan qaz balonlarının partlaması ilə baş vermiş yanğında cəmiyyətə məxsus arxiv sənədlərinin bir hissəsi yanaraq məhv olmuşdur. Bu səbəbdən mərhum X14nun cəmiyyətdə əmək fəaliyyəti barədə məlumat, işə qəbul və işdən azad olunması barədə əmrlərin (və ya əmrlər kitabından çıxarışın), işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərindən çıxarışların verilməsi mümkün olmamışdır. Amma zərurət yaranacağı halda mərhum X14nun cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul olmasını onu tanıyan və onunla bir vaxtda işləyən şahidlərlə təsdiq edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 423 nömrəli sərəncamı ilə Azəravtonəqliyyat Dövlət Şirkətinin tabeliyində olmuş Bakı 12 saylı Yük avtomobil nəqliyyatı müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X14nun adı qeyd edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 X18 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Təqdim etdiyiniz mərhum əriniz X10 məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surəti və ona əlavə edilmiş sənədlərə əsasən sığorta stajı 3 il 9 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (17 il 8 aydan) azdır. Əlavə olaraq bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X15, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən mərhum ərinizin xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi işlədiyi "xxxx" MMC-nin sənədləri və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən övladınız İddiaçı mərhum ərinizin ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, övladınızın “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.5-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Sözügedən Qanunun tələblərinə uyğun olaraq, övladınız İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği cari müavinətin üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün “Kapital Bank”ın Nərimanov rayon filialına müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci ildə atası X14nun vəfat etməsi ilə əlaqədar görə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə pensiya təyini üçün vəfat etmiş X14nun sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin övladına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: - yaşı 18-dən aşağı olmalı, - vəfat etmiş ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Qeyd edilən şərtlər iddiaçıya münasibətdə ödənilir. Belə ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü olmaqla 14 yaşı olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Vəfat etmiş şəxsin tələb olunan sığorta stajına gəlincə isə yuxarıda adıçəkilən Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1969-cu il tarixdə doğulmuş və xx.xx.2020-ci ildə vəfat etmiş 51 yaşlı sığortaolunan üçün 12 il (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (51 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 36) x 4 ay = 144 ay/12 = 12) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarında əlavə edilmiş mərhum T.Z.Soltanova məxsus hərbi bilet və əmək kitabçası qeydlərindən görünür ki, xx.xx.1987-xx.xx.1989-cu ilədək hərbi xidmət dövrü 02 il 25 gün, əmək faəliyyəti üzrə xx.xx.1990-xx.xx.1991-ci ilədək 10 ay 29 gün, xx.xx.1991xx.xx.1991-ci ilədək 02 ay 10 gün, xx.xx.1991-xx.xx.1992-ci ilədək 07 ay 27 gün, xx.xx.1992-xx.xx.1993-cü ilədək 09 ay 16 gün, xx.xx.1993-xx.xx.1999-cu ilədək 05 il 10 ay 04 gün, xx.xx.2000-xx.xx.2001-ci ilədək 01 il 05ay 21 gün, xx.xx.2001-xx.xx.2001-ci ilədək 03 ay 15 gün, xx.xx.2001-xx.xx.2005-ci ilədək 03 il 11 ay 25 gün olmaqla ümumilikdə 16 il 02 ay 22 gün təşkil edir. Cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili vəfat etmiş sığortaolunanın əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi işlədiyi "xxxx" MMC-nin və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin araşdırılması mümkün olmaması və bununla da həmin dövrlərin sığorta stajına daxil edilməməsidir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, qeyd edilən dövrlərlə bağlı məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Bu baxımdan 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddia tələbinin əsası kimi mərhumun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirdiyi halda kitabçadakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı iş üzrə vəfat etmiş sığortaolunanın iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Məhkəmə qeyd edilən müəssisələrdə iddiaçının işləməsi barədə əmək kitabçasında qeydlərin olduğunu, həmin qeydlərin mötəbərliliyinə ən azından əmək kitabçasının tərtib edilmə qaydası, əmrlərin tarixi, səlahiyyətli şəxslərin imzaları, möhür əkslərinin mötəbərliliyinə şübhə yaradacaq hər hansı halın aşkar olunmadığını nəzərə alaraq qeyd edilən dövrlərin əlavə olaraq arxiv sənədləri (işə daxilolma, işdən azad edilmə, əməkhaqqı cədvəllərində əmək haqqı barədə məlumatlar) ilə təsdiq edilməsinə zərurət görmür. Digər tərəfdən məhkəmə sorğuları ilə əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli, MA-190 və MA-191 nömrəli nömrəli arxiv arayışlarında T.Soltanovun həqiqətən xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/84 №-li əmr) Şəhərlərarası Sərnişindaşıma Avtokombinatına sürücü vəzifəsinə işə qəbul edildiyi, 1993-cü il üzrə iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə əmək haqları ödənildiyi, xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/08 №-li əmr) "xxxx" X20 Cəmiyyətinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edildiyi, 2000-ci il üzrə fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları; 2001-ci il üzrə yanvar, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə əmək haqları ödənildiyi, xx.xx.2001-ci il tarixdən (xx.xx.2001-ci il tarixli, kş/68 №-li əmr) işdən azad edildiyi qeyd edilmişdir. Başqa sözlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmiş sənədlərdə Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı, "xxxx" X20 Cəmiyyəti kimi müəssisələrin mövcudluğu, həmin müəssisələrə işə girmə, işdən çıxma barədə əmrlərlə iddiaçının həmin müəssisələrdə əmək fəaliyyəti göstərmiş olduğu öz təsdiqini tapır. “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nda işdən azad edilmə barədə əmrin, həmin müəssisədə, eləcə də "xxxx" MMC-də əmək haqqı cədvəllərinin arxivə tam təhvil verilmədiyinə görə təqdim edilməsinin mümkün olmaması iddiaçının ziyanına tətbiq və təfsir edilə bilməz. Məhkəmənin qənaətinə görə əmək kitabçasının özü və həmin qeydlərlə üst-üstə düşən arxiv arayışı qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.1999cu il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi işlədiyi müddətin ümumi sığorta stajına daxil edilməsinə əsas verir. Mərhum T.Seyidovun xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilməməsi də həmin dövrün vəfat etmiş şəxsin sığorta stajına daxil edilməsinə mane olmur. Belə ki, iş üzrə əldə edilmiş məhkəmə sorğularına cavablardan müəyyən olunur ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 423 №-li sərəncamı ilə ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin 12 saylı Yük Avtonəqliyyat müəssisəsinin bazasında xx.xx.1997-ci il tarixdə "xxxx" X20 Cəmiyyəti təsis edilmiş, daha sonra xx.xx.2006-cı il tarixdə "xxxx" X20 Cəmiyyətinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Əmək kitabçası qeydlərinə əsasən mərhum X14 xx.xx.2001-ci il tarixdə "xxxx" ATSC-nə sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.2005-ci il tarixində işdən azad olunmuşdur. Göründüyü kimi iddiaçı xx.xx.1997-ci il tarixdə "xxxx" X20 Cəmiyyəti təsis olunduqdan sonra xx.xx.2001-ci il tarixdə həmin müəssisəyə işə qəbul olunmuşdur. Bu halda məntiqlidir ki, 1997-ci ildə “Azəravtonəqliyyat” Dövlət Konserninin 12 saylı Yük Avtonəqliyyat müəssisəsi özəlləşdirilərkən həmin müəssisənin tərkibində yaradılmış özəlləşmə komissiyası tərəfindən tərtib edilmiş əmək kollektivi siyahısında X14nun adı qeyd olunmamışdır. Yalnız müəssisə özəlləşdikdən 4 ilə yaxın müddət keçdikdən sonra T.Soltanov "xxxx" ATSC-də işləməyə başlamış, eyni zamanda ATSC xx.xx.2006-cı il tarixdə eyni adlı ASC-yə çevrilməzdən öncə xx.xx.2005-ci il tarixində həmin müəssisədən işdən azad olunmuşdur. Mərhum T.Soltanovun "xxxx" X20 Cəmiyyətində əmək fəaliyyəti ilə məşğul olmasını hazırda adı çəkilən hüquqi şəxsin bazasında yaradılmış, hüquqi varisi olan "xxxx" ASC rəhbərliyi məhkəmənin sorğusuna cavabla da bilavasitə təsdiq edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə mübahisələndirilən xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün də T.Seyidovun ümumi iş stajına hesablanmasını əsaslı sayır. Beləliklə, mərhum X14nun ümumilikdə topladığı 16 il 02 ay 22 gün sığorta stajı iddiaçıya ailə başçısını itirməyə görə tələb olunan 12 il sığorta stajından çoxdur. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1826/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1826/2022
01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver