Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1827/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müxtəlif valyutalarda olan əmanətləri konvertasiya edərək, bir valyutada qaytarmaq cəhdini qanunsuz sayılması, qanunla göstərilən müddətdə müraciətinə cavab verməməsini onun müraciət etmək hüququnun pozulması kimi tanınması, dəymiş maddi zərərə görə 10000 manat və mənəvi ziyana görə 10000 manat cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığı halda müxtəlif valyutalarda olan əmanətləri konvertasiya edərək, bir valyutada qaytarmaq cəhdini qanunsuz sayılmasını; cavabdehin bir məhdudiyyətlə iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozması kimi tanınması; cavabdehin “Vətəndaşların müraciətləri haqqında” Qanunda göstərilən müddətdə vətəndaşın müraciətinə cavab verməməsini onun müraciət etmək hüququnun pozulması kimi tanınması; dəymiş maddi zərərə görə 10000 manat cavabdehdən tutularaq iddiaçıya, mənəvi zərərə görə isə 10000 manat cavabdehdən tutularaq X1 köçürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ləğv prosesində olan "xxxx"ASCnin “Kaspian” filialında xarici valyutalarda (dollar və avro ) hesablar açaraq, bu hesablardan istifadə etmişdir. "xxxx" ASC-nin ləğvetmə prosesi başladıqdan bir neçə ay sonra ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun proqram təminatı əsasında kompensasiyaların ödənməsi ilə bağlı təyin edilmiş Beynəlxalq Bankın Bakıxanov filialına müraciət etmişdir. Bu zaman ona müxtəlif valyutalarda olan əmanətlərin ƏSF tərəfindən bir valyutada konvertasiya edilərək qaytarılması barədə tapşırıq verildiyi və sistemin yalnız bir valyutada kompensasiya ödəməsi üçün hazırlandığı barədə məlumat verilmişdir. İddiaçı bu məhdudiyyəti qanunsuz sayaraq, iyul ayının ortasında ƏSF –na elektron müraciət edir, lakin heç bir cavab ala bilməmişdir.İddiaçı "xxxx" ASC-nin ləğvetmə prosesinin başlandıqdan sonra 5 ay ərzində ona məxsus vəsaitdən istifadə etmək, sərmayə qoymaq, gəlir əldə etmək imkanlarından məhrum edilir. Belə ki, 2020-ci ilin avqust ayında ona xarici ölkələrdən məhsulların elektron sifarişi və daşınması sahəsində biznes ortaqlığı imkanı təklif edilir, lakin cavabdeh ƏSF iddiaçıya aid vəsaiti zamanında qaytarmadığına görə iddiaçı bu imkandan məhrum olur və iddiaçıya maddi zərər vurulur. Məhkəmə iddiaçını dinlədikdən sonra iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia əzizəsindən göründüyü kimi iddiaçının tələbi ləğv prosesində olan "xxxx" ASC-də iddiaçıya məxsus hesablarda müxtəlif valyutalarda olan əmanətlərin qaytarılmasına, iddiaçının müraciətlərinə cavab verilməsinə, maddi və mənəvi zərərin ödənilməsinə cavabdehi məcbur edilməsindən ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərdən (bank hesabı müqaviləsindən)irəli gələn mübahisədir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Əmanətlərin Sığortalanması Fondu inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh Əmanətlərin Sığortalanması Fondu inzibati orqan deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığı halda müxtəlif valyutalarda olan əmanətləri konvertasiya edərək, bir valyutada qaytarmaq cəhdini qanunsuz sayılmasını; cavabdehin bir məhdudiyyətlə iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozması kimi tanınması; cavabdehin “Vətəndaşların müraciətləri haqqında” Qanunda göstərilən müddətdə vətəndaşın müraciətinə cavab verməməsini onun müraciət etmək hüququnun pozulması kimi tanınması; dəymiş maddi zərərə görə 10000 manat cavabdehdən tutularaq iddiaçıya, mənəvi zərərə görə isə 10000 manat cavabdehdən tutularaq X1 köçürülməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1827/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1827/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver