Məhkəmə qərarları › İş №2-1(112)-1827/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1827/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1827/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, müəyyənetdi: İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin 3-cü rübü əsas götürülməklə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4429 (dörd min dörd yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik, faizlər üzrə 1046 (bir min qırx altı) manat 05 (beş) qəpik olmaqla, cəmi 5475 (beş min dörd yüz yetmiş beş) manat 90 (doxsan) qəpik məbləğində hesablanmış borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Sahə B2000/130 ünvanında yerləşən tikiş sexində fəaliyyət göstərir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” göndərilmiş elektron bildirişdən müəyyən olmuşdur ki, ona 2020-ci ilin 3-cü rübü əsas götürülməklə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4429 (dörd min dörd yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik, faizlər üzrə 1046 (bir min qırx altı) manat 05 (beş) qəpik olmaqla, cəmi 5475 (beş min dörd yüz yetmiş beş) manat 90 (doxsan) qəpik məbləğində borc hesablanmışdır. Bununla bağlı qeyd edir ki, 2020-ci ilin 3cü rübü (avqust, sentyabr, oktyabr) ərzində ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar olaraq tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmişdir. Bununla bağlı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə cavabdehə bəyannamə (hesabat) verilmiş, həmin bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında iddiaçıya bildiriş ünvanlanmışdır. Həmçinin, xx.xx.2020-ci il tarixdə tərəfindən cavabdehə “Covid-19" virusu ilə bağlı pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 3-cü rübü üzrə işləmədiyi, ona görə də işçilərə əmək haqqı köçürülmədiyi və icarə haqqı hesablanmadığı barədə məktub ünvanlanmışdır. Belə olan halda, cavabdeh tərəfindən vergi borcunun hesablanması qanunsuz və əsassızdır. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasından alınmış məlumata əsasən fiziki şəxs İddiaçı 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) iyul-sentyabr aylarında muzdlu işçilərinin olmadığını və buna uyğun olaraq ümumi əmək haqqı fondunun 0 manat olduğunu qeyd etmiş və bu hal kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********299600 nömrəli bildiriş göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Tələb olunan sənədlər təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********709500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. İddiaçının ərizəsində qeyd etdiyi xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair borc bildirişi”ndə qeyd olunan 4429,90 manat məbləğin 407,40 manatı 2019-cu ilin 3-cü rübü üzrə, 3835 manatı 2020-ci ilin 3-cü rübü üzrə, 187,50 manatı isə 2021-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləğləridir. Yəni iddia ərizəsində qeyd olunan 4429,90 manat borc məbləği sadəcə 2020-ci ilin 3-cü rübünü əhatə etməmişdir. 2019-cu ilin 3-cü rübü və 2021-ci ilin 1-ci rübü üzrə olan borc vergi ödəyicisinin təqdim etdiyi hesabatlara əsasən yaranmışdır və həmin dövrlər üzrə vergi orqanı tərəfindən hər hansı hesablama aparılmamışdır. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və dəqiqləşdirilmiş iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair vəsatətə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnamənin (VÖEN) surətindən görünür ki, iddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyata alınmışdır. -Təqdim edilməmiş bəyannamələrdə yaranmış kənarlaşmalar barədə bildirişdən görünür ki, iddiaçıya 5 (beş) gün ərzində yaranmış kənarlaşma üzrə işçi sayı və (və ya) əmək haqqı məbləği göstərilməklə müvafiq bəyannamənin və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi bildirilmiş, eyni zamanda cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubu göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçıya vergi öhdəliklərini yenidən hesablamaq hüququnun oldugu izah edilmişdir. - Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 14 oktyabr 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən 14 oktyabr 2020 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda məktubda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadıgı nəzərinə çatdırılmışdır. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Covid-19 pandemiyası ilə əlaqədar olaraq 3-cü rüb işləmədiyi üçün işçiyə əmək haqqı köçürmədiyi, icarə haqqının hesablanmadıgını nəzərə alınmasını xahiş etmişdir. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********9 saylı bildirişdən görünür ki, iddiaçıdan xx.xx.2021-ci il tarixinə ümumilikdə 5,475.95 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********709500 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. “Sosial sığorta haqqında” Qanun: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin **********709500 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək, mübahisələndirmişdir. İddia tələbinin əsası kimi isə həmin dövrdə fəaliyyət göstərməməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın **********709500 saylı xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin əlaqəli məlumata əsasən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü (iyul, avqust və sentyabr ayları) ərzində iddiaçı tərəfindən işə götürülən şəxslərlə bağlanılmış əmək müqavilələrinin qüvvədə olmasına, muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edilməsinə baxmayaraq, bu dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) iddiaçı tərəfindən düzgün təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərinin yenidən hesablamaq hüququ yaranmışdır. Çünki “Əmək müqaviləsi bildirişləri” bazasından alınmış məlumata əsasən iddiaçının 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) iyul-sentyabr aylarında muzdlu işçilərinin olmadığını və buna uyğun olaraq ümumi əmək haqqı fondunun 0 manat olduğunu qeyd etmiş və bu hal kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********299600 nömrəli bildiriş göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Tələb olunan sənədlər təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********709500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. Göründüyü kimi iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərini vaxtında icra etmədiyindən onun yuxarıda qeyd olunan məbləğdə məcburi dövlət sosial sığorta haqqı borcu yaranmışdır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş həmin qərarla hesablanmış məbləğin qanunsuz və çox olduğunu bildirsə də, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Həmçinin, məhkəmə tərəfindən müvafiq dəqiqləşdirilmiş bəyannamənin cavabdehə təqdim edilməsi və ya təqdim etdiyi bəyannamənin həqiqəti əks etdirməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunsa da, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də, cavabdehin qərarı qanuni və əsaslı olmuşdur. Bundan başqa, Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşsə də, vergi məbləğinin səhv hesablanması barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının iddiasında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə inzibati aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 saylı qərarının ləğv edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar