Məhkəmə qərarları › İş №2-1(112)-1828/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1828/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1828/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X20, iddiaçının nümayəndəsi və vəkili X12 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X23 Ömər qızı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə xx xxxxx 1992-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Həmin vaxtdan o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Həmin mənzilə dair Nərimanov rayon soveti icraiyyə komitəsinin 39 nömrəli, xx.xx.1986-cı il tarixli qərarı əsasında xx xxxx 1986-cı il tarixli, 199988 nömrəli order verilmişdir. Order X6 adına olmuş və orderdə X9, X2 və X3 adları vardır. O, 1993-cü ildə X4 faktiki ayrılmışdır. Həmin vaxtdan X13 və onun ailə üzvləri olan X18, X10, X14 daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdılar. Onların barəsində heç bir məlumat yoxdur və harada olması məlum deyildir. Hal-hazırda həmin mənzildə o və oğlu Rəhimov Rauf Ömər oğlu, onun azyaşlı uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X27 və xx.xx.2017-ci il təvəllüdlü X28 daimi qeydiyyatdadırlar və yaşayırlar. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilindən istifadəyə görə uzun müddətdir ki, kommunal xərclərini o ödəyir. Mənzil dövlət mənzil fonduna aiddir, mənzilin faktiki sahibi odur. O, Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X6, X9, X2 və X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onun həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 2972/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X6, X9, X2 və X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, cavabdehlərin qeyd edilən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi ona müvafiq icra hakimiyyəti orqanı ilə qanunvericiliklə tələb olunan digər zəruri sənədləri təqdim etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə dair yeni kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququnu verir. Məhkəmə hesab etmişdir ki, onun həmin mənzilə istifadə hüququ tanınmışdır. Ona görə də iddia tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə istifadə hüququnun tanınması barədə hissəsi təmin edilməməlidir. Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixli, 2(010)-2972/2019 saylı qətnamə xx xxxx 2019cu il tarixdə qanuni qüvvəyə minmişdir. O bir neçə dəfə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə X6, X9, X2 və X3 məhkəmə qətnaməsi əsasında istifadə hüquqları itirilmiş hesab edildiyinə görə həmin mənzilə dair kirayə müqaviləsinin dəyişdirilərək onunla bağlanması ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyəti tərəfindən tələb edilən sənədlərin təsdiqlənmiş surətini təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə onun sonuncu müraciətinə Suraxanı rayonu İcra Hakimiyyətindən xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti onun xahişini təmin etməyərək ona göndərdikləri cavab məktubunda bildirmişlər ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Sözügedən mənzilin kirayəçisi X13 ilə nikahda olduqları müəyyən edilidyindən və onun vəfatına dair hər hansı sənəd təqdim olunmadığından xahişinin müsbət həlli RİHnin səlahiyyətləri xaricindədir. Suraxanı rayonu İcra Hakimiyyətinin onunla kirayə müqaviləsinin bağlanmasından imtina etməsini tam qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili X21 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Gürcüstan, Dmanisi rayonunda doğulmuş, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 3 ünvanıdır. - Azərbaycan SSR Bakı şəhər X25 İcraiyyə Komitəsinin yaşayış sahələrinin qeydiyyatı və ayrılması şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 199988 №-li orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nərimanov rayon İcraiyyə Komitəsinin 39 №-li, xx.xx.1986-cı il tarixli qərarına əsasən X15 3 nəfər ailə tərkibi ilə (X18, X10 və X14) ünvan 2 ünvanında yerləşən sahəsi 46,73 kv.metr olan 3 otaqlı mənzil ayrılmışdır. - Gürcüstan Respublikası, Dmanisi rayon VVAQŞ-də qeydə alınmış xx.xx.1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə İddiaçı arasında xx.xx.1992-ci ildə nikah bağlanmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)- 2972/2019 №-li, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər X11, X16, X5 və X1rşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzilə istifadə hüququnun tanınmasına dair iddiası qismən təmin edilərək cavabdehlər X6, X9, X2 və X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin qeyd edilən ünvana istifadə hüquqlarının itirilmiş hesab edilməsinin iddiaçıya müvafiq icra hakimiyyəti orqanı ilə qanunvericiliklə tələb olunan digər zəruri sənədləri təqdim etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə dair yeni kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququnun verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edillmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci il tarixlidə doğulmuş İddiaçı, xx.xx.1987-ci ildə doğulmuş Rəhimov Rauf Ömər oğlu, xx.xx.2015-ci ildə doğulmuş X29, xx.xx.2017-ci ildə doğulmuş X28 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilndə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası vətəndaşının AZE 15951359 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Rəhimov Rauf Ömər oğlu xx.xx.1987-ci ildə Gürcüstan, Dmanisi rayonunda doğulmuş, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 3 ünvanıdır. - Rəhimov Rauf Ömər oğlunun notarial qaydada təsdiq edilmiş **********246 №-li, xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8 ünvanında yerləşən 3 saylı mənzilin sosial kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına etiraz etmir. - Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil Kommunal İstismar Sahəsinin 596 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 3 ünvanıda qeydiyyatda olmaqla yaşayır. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 1/381 №-li, xx.xx.2020-ci il tarixli məktubundan və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil Kommunal İstismar sahəsindən alınmış xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8 Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin binanın 3-cü mənzilinin sahibi 199986 saylı, xx.xx.1986-cı il itarixli orderə əsasən X8. Lakin həmin mənzildə İddiaçı, X17 və X22 yaşayır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********71 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, 3 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan R- 100/2-068/2 №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsinə köməklik göstərilməsi haqqında ərizəsinə Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Müraciətdə qaldırdığı məsələ ilə bağlı hazırki, eyni zamanda əvvəlki ərizələrə əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-2972/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən sözügedən mənzilin kirayəçisi X13 ilə nikahda olduğu müəyyən edildiyindən və onun vəfatına dair hər hansı sənəd təqdim olunmadığından xahişi müsbət həlli RİH-in səlahiyyətləri xaricindədir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair X11 xx xxxx 1986-cı il tarixli, 199988 nömrəli order verilmişdir. X13 ilə İddiaçı xx xxxxx 1992-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı X13 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçərək orada yaşamağa başlamış və həmin ünvan üzrə qeydiyyata alınmışdır. İddiaçı 1993-cü ildə X4 faktiki olaraq ayrılmışdır. Qanuni qvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə dair verilmiş orderdə adları qeyd olunmuş şəxslərin mənzilə istifadə hüquqları itirilmişdir. İddiaçı mübahisəli mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan mənzil kirayəçisinin vəfatına dair sənəd təqdim edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə hesab edir ki, İddiaçı 1992-ci ildən mübahisəli mənzildə yaşadığından mənzil münasibətləri ilə bağlı mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları ilə tənzimlənməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin x xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan): - 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. - 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X25 icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X25nin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X25nin icraiyyə komitəsinə məlumat verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X25nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Hazırki mübahisə üzrə müəyyən edilmişdir ki, mənzilin icarədarının mənzil üzrə hüquqlarına qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən xitam verilmiş, mənzilin icarədarının ailə üzvü olan İddiaçı isə mübahisəli mənzildə yaşayaraq icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirir. Məhkəmə hesab edir ki, iddiaçı uzun müddət yaşadığı və faktiki olaraq icarədarı olduğu mənzilə bağlı icarə müqaviləsininin onun adına dəyişdirilməsini tələb etmək hüququna malik olmaqla bu tələbi qanunvericiliyə uyğundur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin mənzilin kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar