Məhkəmə qərarları › İş №2-1(112)-1828/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1828/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1828/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X3rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Yolu Nəqliyyatı Universiteti tərəfindən adına verilmiş B 18 № 205082 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü ildə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən X6 Yolu Nəqliyyatı Universitetinin “Daşıma proseslərini idarəetmə” fakültəsinin əyani şöbəsinə qəbul olunub. xx.xx.2018-ci ildə həmin universiteti bitirib və universitet tərəfindən adına xx.xx.2018-ci il tarixli B18 № 205082 saylı Bakalavr Diplomu ilə “Nəqliyyat texnologiyaları” sahəsi üzrə bakalavr ali təhsil dərəcəsi verilmişdir. Təhsilini başa vurduqdan sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinin tələbinə əsasən 2018-ci ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ilin oktyabr ayınadək, yəni bir il müddətində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində İxtisaslarının tanınması və ekvivlanetliyinin müəyyən edilməsi Qaydaları”na əsasən X6 Yolu Nəqliyyatını bitirməyi ilə əlaqədar olaraq B18 № 205082 saylı Diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmalı olduğundan, həmin qaydaların tələbinə əsasən xx xxxx 2020-ci il tarixdə ********** nömrə ilə Təhsil Nazirliyinə Elektron Ərizə Sistemi vasitəsilə müraciət etməklə müsahibəyə qoşulmuş və müsahibə zamanı suallara qənaətbəxş cavablar vermişdir. Lakin müraciətinə dair mənfi qərar qəbul edilmiş və elektron qaydada ona cavab verilməklə göstərilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün diplomun ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. O, rus dilini mükəmməl bilir, onlayın müsahibə zamanı da suallara qənaətbəxş cavablar vermişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Təhsli Nazirliyi üçüncü şəxs qimində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, X6 Yolu Nəqliyyatı Universiteti tərəfindən verilmiş B18 №-li 205082 qeydiyyat nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlməməsi barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarxdə məhkəməyə daxil olmuş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı işi ilə Bakı İzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1828/2021 saylı qərardadı icra edilərək, ona xarici ali təhsil ixtisasının tanınması ilə bağlı müvafiq şəhadətnamələr təqdim edilmişdir.Cavbdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğunu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkəmə icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-cu il tarixli 2-1(112)-1828/2021 saylı qərardadının icra olunmaqla İddiaçı ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələrin verildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 2021-ci il tarixli İ 023438 №-li şəhadətnamədən müəyyən olunur ki, X5 Nəqliyyatı Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il B18, 205082 №-li diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X3rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar