Məhkəmə qərarları › İş №2-1(112)-1828/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1828/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1828/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının “Müharibə veteranı” adının ləgv edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona “Müharibə veteranı” adının ləgv edildiyi 2022ci ilin aprel ayından təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 1996-cı il tarixdən 25 dekabr 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyi Heydər Əliyev adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissədə ezamiyyətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuşdur. İddiaçı 25 dekabr 2021-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “v”bəndinə əsasən xəstəliyi ilə bağlı Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə və fəal iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya əvvəlcə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qərarı qəbul etmiş, sonra isə heç bir səbəb olmadan həmin addan məhrum etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdehin 05 iyul 2022-ci il tarixli 4/3-7792 saylı imtina məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının “Vətən müharibəsi”dövründə xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən, “Müharibə veteranı” statusunun ləğv edildiyi və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırıldıgı bildirilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən göründüyü kimi iddiaçı həmin hərbi hissələrdə döyüşlərin hərtərəfli təminatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətlərdə olmuşdur. Həmin hərbi hissələrdə xidmət edərkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları almış və yerinə yetirmiş, ona təltiflər verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarırın verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təyinat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks—kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər isasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd edilir ki, iş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubun surətindən görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Ali Hərbi Məktəbdən ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmişdir. Sözügedən məktubda Şəxsi Heyət Baş İdarəsinin Təhsil şöbəsinin rəisiidarə rəisinin müavinin 29 noyabr 2021-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərilmiş Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1, 2 və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” haqqında komissiyaya təqdim edilmiş siyahıdan çıxarılması üçün məktub ünvanlandığı görünür. Bundan başqa Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın vətəndaşa nümayəndəsi Vəkil ünvanlandığı xx.xx.2022-ci il tarixli 4/3-7792 nömrəli məktubundan görünür ki, istefada olan İddiaçı, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət keçdiyi üçün ona “Müharibə veteranı” statusu verilmişdir. Həmçinin, həmin məktubun ikinci abzasından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisinin yuxarıda sözügedən məktubuna əsasən sonuncuya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. Habelə sözügedən komissiyanın xx.xx.2023-cü il tarixli 4/3- 1838 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Beləliklə əlavə edilmiş sənədlərdən gürünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qeyd edilən məktubu əsasında 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmiş və ümumi siyahıya əsasən həmin hərbi qulluqçulara “Müharibə veteranı” statusu verilmişdir. Lakin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə “Vətən müharibəsində” iştirak edən hərbi hissələrin siyahısı müəyyən edildiyindən və N nömıəli hərbi hissənin döyüş əməliyyaytlarında iştirak etmədiyini nəzərə alaraq iddiaçıya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-11N/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-7792 saylı məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, “Vətən müharibəsi” dövründə istefada olan polkovnikleytenant İddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən istefada olan polkovnik- leytenant İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən istefada olan polkovnik-leytenant İddiaçı verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubu ilə cavabdehin Kadrlar İdarəsinə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramasına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim olunmuşdur. X4 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisi-idarə rəisinin müavininin 29 noyabr 2021-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının ‘Müharibə veteranı" və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısından görünür ki, iddiaçının adı 5-cı sırada göstərilmişdir. - Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri. - 4 saylı DOST Məkəzinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Sosial Müavinət və təqaüd haqqında arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 22 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin "Səfərbərlik zamanı yerdəyişmə Planı"na uyğun olaraq, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifərə təyin edilən aşağıda adları çəkilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 yanvar 2021-ci il tarixli 0101 nömrəli əmrinə əsasən əvvəlki vəzifələrinə qaytarıldıqlarına görə 23 yanvar 2021-ci il tarixdən, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, ərzaq təminatına daxil edilsinlər, vəzifələrinin icrasına başlasınlar: 2. Polkovnik-leytenant İddiaçı, X2-X3 avtomobil xidməti rəisi-Quru qoşunları fakültəsinin maddi- texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0101 nömrəli əmrindən çıxarış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 144, 147, 148, 149, 150, 151, 152, 153, və 154, nömrəli təyinat vərəqələri. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 232 №-li əmrindən çıxarışdan görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 07 avqust və 18 sentyabr 2020-ci il tarixli planlarına müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirmək üçün 29 sentyabr 2020-ci il tarixdən qeyd olunan hərbi hissələrə getmiş hesab edilsinlər, 30 sentyabr 2020ci il tarixdən Məktəbin ərzaq təminatından çıxarılsınlar və ərzaq attestatı ilə təmin edilsinlər: -N nömrəli hərbi hissəyə - 90. polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1182 nömrəli telefonoqramı. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 245 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları çəkilən zabitləri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 oktyabr 2020-ci il tarixli 0429 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilsinlər: 2.Polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi - Maddi- X3 Avtomobil Xidməti Rəisi. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0429 nömrəli əmrindən çıxarış (dax ol.№ 478). - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-25-11/2-2687/23 saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.2023-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 037, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. - Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2023-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 3-25-11/2-675/2023 və 3-25-11/2-2567/2023 nömrəli məktublarınıza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2022- ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2023-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir.” - Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli 4/3-4514 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli 26/05 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.” - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur. - Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından təltif edilmişdir. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 52 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan – Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl – Qubadlı rayonları) olmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 69 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Beyləqan – Fizuli (Horadiz)- Cəbrayıl - Zəngilan rayonları) olmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 9 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İşin hallarına görə iddiaçı istefada olan polkovnik-leytenant İddiaçı “Vətən müharibəsi” dövründə Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçdiyindən “Müharibə veteranı” statusu verilmiş, lakin sonradan həmin status ləgv edilmişdir. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-7792 saylı məktubundan göründüyü kimi iddiaçı istefada olan polkovnik-leytenant İddiaçı “Vətən müharibəsi” dövründə Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçdiyindən ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən onun xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən iddiaçıya verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. Cavabdehə ünvanlanmış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubu ilə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramasına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim olunmuşdur. X4 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisi-idarə rəisinin müavininin 29 noyabr 2021-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının “Müharibə veteranı" və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilmişdir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısında iddiaçının adı 5-cı sırada göstərilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubunda göstərilmişdir ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib (Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri). 4 saylı DOST Məkəzinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli 4/3-4514 nömrəli məktubundan görünür ki, iddiaçının “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Lakin məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya verilmiş Müharibə veteranı statusunun ləgvi ilə baglı hərəkətləri, həmçinin də iddiaçının həmin statusunun bərpası ilə baglı müraciəti üzrə imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. Belə ki, məhkəmə sorgusuna əsasən alınmış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 22 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin "Səfərbərlik zamanı yerdəyişmə Planı"na uyğun olaraq, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifərə təyin edilən adları çəkilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri sırasında iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 16 yanvar 2021-ci il tarixli 0101 nömrəli əmrinə əsasən əvvəlki vəzifəsinə qaytarıldıgına görə 23 yanvar 2021-ci il tarixdən, N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək ərzaq təminatına daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0101 nömrəli əmrindən çıxarış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 144, 147, 148, 149, 150, 151, 152, 153, və 154 nömrəli təyinat vərəqələri). Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 232 №-li əmrindən çıxarışdan görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 07 avqust və 18 sentyabr 2020-ci il tarixli planlarına müvafiq olaraq, adları göstərilən hərbi qulluqçular sırasında iddiaçı olmaqla döyüş tapşırığını yerinə yetirmək üçün 29 sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissəyə getmiş hesab edilmiş, 30 sentyabr 2020-ci il tarixdən Məktəbin ərzaq təminatından çıxarılmış və ərzaq attestatı ilə təmin edilmişdir (Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1182 nömrəli telefonoqramı). Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 245 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin adları çəkilən zabitlər sırasında iddiaçı olmaqla Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 oktyabr 2020-ci il tarixli 0429 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilmişdir (Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0429 nömrəli əmrindən çıxarış (dax ol.№ 478). Cavabdehin xx.xx.2023-cü il tarixli 3-25-11/2-2687/23 saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.2023-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 037, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. İddiaçının da sübut kimi təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 52 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan – Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl – Qubadlı rayonları) olmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 69 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Beyləqan – Fizuli (Horadiz)- Cəbrayıl - Zəngilan rayonları) olmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 9 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur. Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən təltif edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Bütün bu sadalan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən iddiaçının iddiasının təmin edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Məhkəmə hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması həm də ədalətsiz olmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının müraciətini araşdırılarkən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində “Müharibə veteranı” statusunu ləğv edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu baxımdan iddiaçıya verilmiş statusun ləgvi və sonradan isə müraciətindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun hərəkətləri yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının hüquqlarının pozulduğu aşkar edilmişdir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı “Müharibə veteranı” adının ləgv edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunsuz hesab edilərək iddiaçıya “Müharibə veteranı” adının ləgv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının ləgv edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı “Müharibə veteranı” adının ləgv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar