Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1828/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıta “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2NN6-cı il tarixdən hal-hazıradək N №-li hərbi hissədə (hərbi zavodda) çalışır (əsas: N №-li hərbi hissə komandirinin N №- li, xx.xx.2NN6-cı il tarixli əmri, əmrdən çıxarışın təsdiqlənmiş surəti ərizəyə əlavə olunur, qoşma 2), 2N15-ci ildə ştat dəyişikliyi ilə əlaqədar N №-li hərbi hissə N №-li hərbi hissə adlandırılmışdır (əsas: N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2N15-ci il tarixli əmri, əmrdən çıxarışın surəti əlavə olunur, qoşma 3). 2N2N-ci il tarixdə 44 Vətən Müharibəsi dövründə iddiaçı xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək və xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsi üçün 193 №-li, N №-li və N54 №-li hərbi hissələrdə xidməti ezamiyyətdə olmuşdur, (əsas: ezamiyyət vəsiqələri, vəsiqələrin təsdiqlənmiş surətləri əlavə olunur, qoşma 1N,11), N №-li hərbi hissənin komandirinin 24N №-li, xx.xx.2N2N-ci il tarixli, 249 №-li, xx.xx.2N2N-ci il tarixli, 25N №-li, xx.xx.2N2N-ci il tarixli, 257 №-li, xx.xx.2N2N-ci il tarixli əmrləri, N №-li hərbi hissə komandirinin N Kəli, xx.xx.2N2N-ci il tarixli və 289 №-li, xx.xx.2N2N-ci il tarixli əmrləri, əmrlərin çıxarışların surətləri əlavə olunur, qoşma 4-9), 1177 №-li, xx.xx.2N2N-ci il tarixli və 1215 №-li, xx.xx.2N2N-ci il tarixli ezamiyyət vəsiqələrinin surətləri əlavə olunur. Lakin iddiaçıya müharibə veteran adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur (əsas: AR Müdafiə Nazirliyi Katibliyinin 2/26115 №-li, xx.xx.2N24-cü il tarixli imtina məktubu, məktubun surəti əlavə olunur, qoşma 12). İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Ezamiyyət vaxtı aşağıdakı döyüş təminatı tapşırıqlarını yerinə yetirmişdir: Madditexniki təminat üzrə tapşırıqlar, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9 АЗЗВМЗ. 9T217BM2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanılmasının təmin etmişdir (əsas: N №-li hərbi hissə tərəfindən ona müharibə veteranı adının verilməsi üçün barəsində tərtib edilmiş və AR Müdafiə Nazirliyinin müvafiq komissiyasına göndərilmiş Arayış-məlumat, surəti əlavə olunur, qoşma 13). AR Müdafiə Nazirinin N6N №-li, xx.xx.2N21-ci il tarixli əmri ilə iddiaçınn ezam olunduğu 193, N və N54 №-li hərbi hissələr N günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab olunmuşdur (əmr məxvidir, məhkəmə tərəfindən təqdim olunması cavabdehdən tələb oluna bilər). Həmin hərbi hissələrdə yerinə yetirdiyi fəaliyyət döyüş təminatı ilə əlaqəli olmuşdur. AR Müdafiə Nazirinin xx.xx.2N21-ci il tarixli, 48N №-li müharibə veteranı adının verilməsi üçün meyarlar müəyyən edilmişdir. Həmin əmrin 3-cü bəndində nəzərdə tutulmuş meyarlara əsasən 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilrə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qullarçular və mülki işçilər müharibə veteranı adı və vəsiqəsi ala bilərlər. İddiaçının adı işlədiyi N №-li hərbi hissənin komandiri tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarı komandanlığa (AR Müdafiə Nazirliyinin aparatı nəzdində yaradılmış müvafiq komissiyaya) göndərilmiş siyahıya daxil edilmişdir.
3. Cavabdeh imtina məktubunda bildirmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən döyüş əməliyyatları aparılan dövrdə ezam olunduğu ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2N24-cü il tarixli iclasının protokoluna əsasən komissiya mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.”
4. Cavabdehin iddia qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının ezam olunduğu ərazi (Kürdəmir, Şəmkir, Tovuz şəhərləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli 216 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
8. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
9. İddiaçının tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.
10. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
11. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. 311 saylı hərbi hissə komandirinin N nömrəli N8 may 2NN6-cı il tarixli əmrindən çıxarışa əsasən: xx.xx.2NN6-cı il tarixindən 3 № li sexə 4-cü dərəcəli radiomexanik vəzifəsinə, əmək haqqı işəmuzd mükafatlı qaydada ödənilməklə işə qəbul edilsin. Əsas: İddiaçıərizəsi və əmək müqaviləsi.
13. 989 saylı hərbi hissə komandirinin N nömrəli N1 dekabr 2N15-ci il tarixli əmrindən çıxarışa əsasən: Azərbaycan Respublikası Müdafiə nazirinin 1N noyabr 2N15-ci il tarixli N1N9 nömrəli əmri ilə N nömrəli hərbi hissənin ştat strukturunun və nömrəsinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə əlaqədar olaraq aşağıda adları göstərilən mülki işçilər N1 dekabr 2N15-ci il tarixdən işə qəbul edilsinlər. N nömrəli istehsalat sexi. 12N.İddiaçı, 6-cı dərəcəli radiomexanik. Əsas: sex rəislərinin raportları.
14. 989 saylı hərbi hissə komandirinin 24N nömrəli N7 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: N7 oktyabr 2N2N-ci il tarixdə getmiş hesab edilsinlər:
2. İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3-ün radiomexaniki, xidməti zərurəti ilə əlaqədar, 19N nömrəli, 81N nömrəli və N54 hərbi hissələrə, N (beş) gün müddətinə, ezamiyyətə. Əsas: hərbi hissənin komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2N2N-ci il tarixli raportu.
15. 989 saylı hərbi hissə komandirinin N nömrəli 12 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: 12 oktyabr 2N2N-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, 19N nömrəli, 81N nömrəli və N54 hərbi hissələrdən, ezamiyyətdən Əsas: xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi.
16. 989 saylı hərbi hissə komandirinin 25N nömrəli 15 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: 15 oktyabr 2N2N-ci il tarixdən getmiş hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, istehsalat zərurəti ilə əlaqədar, 19N nömrəli və 81N nömrəli hərbi hissələrə, N (beş) gün müddətinə, ezamiyyətə. Əsas: Hərbi hissə komandirinin istehsalat üzrə müavini-istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2N2N-ci il tarixli raportu.
17. 989 saylı hərbi hissə komandirinin N nömrəli 19 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: 19 oktyabr 2N2N-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, 19N nömrəli və 81N nömrəli hərbi hissələrdən, ezamiyyətdən Əsas: xx.xx.2N2N-ci il tarixli 1215 nömrəli ezamiyyət vəsiqəsi.
18. 812 saylı hərbi hissə komandirinin N nömrəli N8 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adı göstərilən mülki işçisi N8 oktyabr 2N2N-ci il tarixdən N (beş) gün müddətinə ezamiyyətə gəlmiş hesab edilsin. 1.Mülki işçi İddiaçı. Əsas: N nömrəli hərbi hissənin (Bakı şəhəri) xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi.
19. 812 saylı hərbi hissə komandirinin N nömrəli N9 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adı göstərilən mülki işçisi N9 oktyabr 2N2N-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilsin. 1.Mülki işçi İddiaçı. Əsas: N nömrəli hərbi hissənin (Bakı şəhəri) xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi
20. Ezam olunmuş mülki şəxs barədə arayış-məlumata əsasən döyüş əməliyyatları aparılan zaman (27.N9.-xx.xx.2N2N-ci il tarixlərdə) İddiaçı işlədiyi hərbi hissə (müəssisə) N nömrəli hərbi hissə; Rütbəsi mülki işçi; Vəzifəsi N nömrəli hərbi hissənin istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi Sex №3-ün (radiotexniki vasitələrin təmiri sexi) radiomexaniki; İşlədiyi hərbi hissədən ezam olunma və qayıtma (tarixlər və əmrin nömrələri göstərilməklə) xx.xx.2N2N №242, xx.xx.2N2N №249, xx.xx.2N2N №252, xx.xx.2N2N №257; Ezam olunduğu hərbi hissə 812, 193, N54 nömrəli hərbi hissələr; Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri) 81N nömrəli hərbi hissə №288 xx.xx.2N2N. №289 xx.xx.2N2N, xx.xx.2N2N-xx.xx.2N2N, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-11 1N/2N2N; Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə 81N nömrəli hərbi hissə xx.xx.2N2N - xx.xx.2N2N, xx.xx.2N2N - xx.xx.2N2N. N54 nömrəli hərbi hissə xx.xx.2N2N - 11.1N 2N2N); Ezam olunmasının səbəbi və məqsədi, fəaliyyət növü “maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9АЗЗБ1У13. 9Т217БМ2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması” olub.
21. N54 saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2N22-ci il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı adı xx.xx.2N2N-ci il tarixindən xx.xx.2N2N-ci il tarixinə qədər N54 nömrəli hərbi hissədə nizami hissə üzrə əmrlər kitabında qeydiyyatı aparılmamışdır.
22. Məhkəmənin sorğusuna cavab olaraq, AR Müdafiə Nazirliyinin N54 nömrəli hərbi hissəsinin xx.xx.2N24-cü il tarixli 1135 nömrəli məktubu ilə bildirilmişdir ki, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək Müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N6N nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2N2N-ci il tarixli N21 nömrəli və hərbi hissə komandirinin N sentyabr 2N2N-ci il tarixli N7N nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
23. Məhkəmənin sorğusuna cavab olaraq, AR Müdafiə Nazirliyinin 81N nömrəli hərbi hissəsinin xx.xx.2N24-cü il tarixli 144N nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək aparılan döyüş əməliyyatlarına 81N nömrəli hərbi hissənin reaktiv artilleriya batalyonu cəlb olunmuşdur.
24. Məhkəmənin sorğusuna cavab olaraq, AR Müdafiə Nazirliyinin 19N nömrəli hərbi hissəsinin xx.xx.2N24-cü il tarixli 4686 nömrəli məktubu ilə bildirilmişdir ki, 19N nömrəli hərbi hissənin dislokasiya yeri sülh dövründə Şəmkir rayonunda, 81N nömrəli hərbi hissənin dislokasiya yeri Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşmişdir. Döyüş əməliyyatların başlanması ilə 19N nömrəli hərbi hissə döyüş əməliyyatları dövründə tabeliyindəki əməliyyatlara cəlb olunan hərbi hissələrin idarəetməsini Göygöl rayonu Əzgilli kəndindən keçirmişdir. 81N nömrəli hərbi hissə şərti dövlət sərhəddində müdafiə və mühafizəni təşkil etmişdir. N günlük müharibə dövründə 81N nömrəli hərbi hissənin cavabdeh olduğu şərti dövlət sərhəddində aktiv döyüş əməliyyatları olmamışdır.
IV. Məhkəmənin mövqeyi
25. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
27. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1N və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
28. Göründüyü kimi, ... hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir.
29. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir.
31. İşin hallarına əsasən, İddiaçı xx.xx.2NN6-cı il tarixdən N №-li hərbi hissədə (hərbi zavodda) 4-cü dərəcəli radiomexanik vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin N və N nömrəli əmrlərinə əsasən xidməti zərurəti ilə əlaqədar, 19N nömrəli, 81N nömrəli və N54 nömrəli hərbi hissələrdə N (beş) gün müddətinə ezamiyyətə göndərilmə ilə əlaqədar N7 oktyabr 2N2N-ci il tarixdən 12 oktyabr 2N2N-ci il tarixədək həmin hərbi hissələrdə iştirak etmişdir. Eyni zamanda, N saylı hərbi hissənin N və N nömrəli əmrlərindən göründüyü kimi, o, xx.xx.2N2N-xx.xx.2N2N-ci il tarixlərdə N və 81N nömrəli hərbi hissələrdə ezamiyyətdə olmuşdur.
32. Həmin əmrlər ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə 81N nömrəli hərbi hissə: xx.xx.2N2N - xx.xx.2N2N, xx.xx.2N2N - xx.xx.2N2N. N54 nömrəli hərbi hissə: xx.xx.2N2N - 11.1N 2N2N) əsasında verilmişdir. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması olub.
33. Məhkəmənin araşdırması nəticəsində müəyyən olunur ki, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
34. Göründüyü kimi iddiaçı xx.xx.2N2N-11.1N 2N2N-ci il tarixdə N54 nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edərək 9АЗЗБM3. 9Т217БМ2 döyüş texnikalarında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikaları texniki cəhətdən döyüş tapşırıqlarını yerinə yetirməyə hazır vəziyyətə gətirmiş və texnikaların saz vəziyyətdə işkəməsini təmin etmişdir.
35. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında iştirakı onun hərbi bileti, ezamiyyət vəsiqəsi, əmrdən çıxarışları, həmçinin fəal iştirakına görə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri və digər qurumlar tərəfindən fəxri fərman ilə təltif olunması ilə təsdiq edilir.
36. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
37. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
38. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir.
39. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.
40. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
41. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
43. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva