Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18286/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlillik müddətinin davamı kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi üçün xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlillik müddətinin davamı kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi üçün xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç.29) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik müddətinin davamı kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi üçün xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə qoyulması barədə qərar qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2016-cı ildə Dövlət Sərhəd Xidməti Hospitalında yoxlama zamanı ona bildirdilər ki, boğazında düyünlər var, biopsiya etdilər və nəticədə qalxanabənzər vəzin bədxassəli şişi yeni törəməsi olduğu üçün DSX-nin hərbi hospitalında əməliyyat etdilər. “Total trieoidektomiya” və Milli Onkologiya mərkəsində yod müalicəsi qəbul etdi. Sonra isə həm sülh, həm müharibə dövründə xidmətə yararsız hesab edərək Dövlət Sərhəd Xidmətinin MHHK-nın 125 nömrəli şəhadətnaməsinə əsasən (Azərbaycan Respublikasının Nazirlər kobinetinin 2008-ci il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş Xəstəliklər cədvəlinin İİİ qrafasına əsasən 13 “a”, 8“b”, 60 “b”, 46 “c” 10 “c”, 13 “d” ) Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrin ehtiyatına (istefaya) buraxılmışdır. Bundan sonra 2017-2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSERA tərəfindən sağlamlıq imkanları şəhadətləndirilib və 5 il müddətinə 2-ci qurup əlillik təyin olunub və əmək pensiya təminatı təmin olunub. xx.xx.2022-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün əmək pensiya təminatı dayandırılıb və bu tarixdən etibarən 2022-ci, 2023-cü, 2024-cü və 2025-ci il tarixədək müxtəlif həkim komissiyalarında əyani müainələrdə Tibbi Sosial Ekspert Yoxlama komissiyaları tərəfindən yoxlamalarında olmağına baxmayaraq əlilliyin təyinindən imtina edilmiş və nəhayət ki, xx.xx.2025-ci il tarixdə xəstə olmağı ƏƏSMN-nin TSERA tərəfindən 1 il müddətinə 3 cü dərəcə əlillik təsdiq edilmişdir. DZ: Qalxanabənzər vəzin bədxassəli şişi yeni törəməsi, Qalxanabənzər vəzin papilyar karsioması PTNOMO mərhələ 1 Total tiroidektpmiyadan və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. xx.xx.2022-ci il tarixdə ona imtina verilmiş: Səbəb: Diaqnoz əlillik əlamətini təyin etmir. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Cavabdehin dəlilləri əsaslı olmadığı üçün eyni diqnozla əlilliyin təyinindən imtina etməklə eyni xəstəlik və eyni dianozla onu xx.xx.2025-ci il tarixədə 1 il müddətə 3 cü qrup əlil hesab etmişdir. Əlilliyin təyin edilməsini xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixdək qeyd etmişdir. Buna görə əvvəlki əlillik müddətinin davamı kimi yenidən əlilliyin təyin olunmasını xx.xx.2022-xx.xx.2025-ci il dövrü üçün ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsini tələb edir. Demək ki həmin komissiya üzüvlərinin səhvliyi ucbatından o, 37 ay əlilliyi təyin edilməmiş və aylıq əmək pensiya təminatı ödənilməmişdir. Qanunvericiliyə uyğun olaraq ona dəyən maddi və mənəvi zərərin aradan qaldırılması, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanunun, “Əmək pensiyaları haqqında” AR Qanunun müvafiq maddələrinə əsasən qanunvericiliyin tələbləri təmin edilməlidir. Yəni eyni xəstəlikdir və yuxarıda qeyd olunan eyni komissiyanin qərarı ilə təsdiq edilibsə xx.xx.2025-ci il tarixdəndən xx.xx.2025-ci il tarixədək əmək pensiyasının ödənilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. Əmək pensiyasının xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixdə ödənilməsi ilə bağlı ƏƏSMN-nin Xüsusi Şərlərlə Təyinat X4 ərizə ilə müraciət etdi, xx.xx.2022-ci il tarixdən əlillik təyin edilən tarixədək olan dövr üçün əmək pensiya ödənişlərinin ödənilməyəcəyi bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzi ilə əlaqə saxlanılmış səbəblər soruşularkən ƏƏSMN-nin əməkdaşı tərəfindən bildirilib ki, qanuna əsasən 6 ay müddəti keçdiyinə görə əvvəlki əlillik dövrü nəzərə alınmır və ödənişlər təyin edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, hazırda iddiaçının hüquqi marağı və məqsədi onun adının əlillik müddətinin davamı kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2025ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi üçün xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi ibarətdir. Bununla bağlı isə məhkəmə iddianın mümkünlüyü ilə bağlı inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən qoyulan müvafiq tələblə bağlı qüvvədə olan məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8813/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır./ Qeyd olunan qərarda göstərilmişdir ki; - Məhkəmə nəzərə alır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0008 nömrəli Qərarı ilə İddiaçı diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik verilməsindən imtina edilmişdir. - Məhkəmə eyni zamanda nəzərə alır ki, xx.xx.2022-ci il tarixdən sonra cavabdeh orqan tərəfindən İddiaçı Qurban oğluna sonuncu imtina məktubu xx.xx.2024-cü il tarixdə ünvanlanmış, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edildiyi bildirilmişdir. - Məhkəmə qeyd edir ki, iddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə qərarın qəbul edilməsindən təxminən 02 il 03 ay sonra, sonuncu imtinanın verildiyi vaxtdan təxminən 01 il 02 ay 07 gün sonra məhkəməyə şikayət etmişdir. 25.Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. - Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir. – Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir. – - Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir. - Odur ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli tarixli hüquqi yardım məktubunda 2022-ci ildən sonra tibbi göndərişlə müraciət edilməməsinin səbəbləri haqqında ətraflı məlumatın verilməsini təklif edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən müddətlərin üzrlü hesab edilməsini əsaslandıran hər hansı hal məhkəməyə bildirilməmişdir. Göründüyü kimi iddiaçı yenidən ona 2025-ci ildə təyin olunmuş əllik müddətinin 2022-ci ildən müəyyən olunmasını xahiş edir ki, qeyd olunan hala da məhkəmənin yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qərardadı ilə hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən tələbə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev