Məhkəmə qərarları › İş №2-1(112)-183/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-183/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-183/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “öhdəliyin icrası” tələbi barədə mübahisəyə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı iddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər qismində Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə “Bakı Şəhər İcra Hakimiyyətindən, borcun ödənilməməsi ilə bağlı indeksasiya tətbiq etməklə: İddiaçı1 xeyrinə 12.930+5.395=18.325 manat, İddiaçı6 xeyrinə 10.290+4.294=14.584 manat, İddiaçı2nnun xeyrinə 8.970+3.743=12.713 manat, X2 xeyrinə 8.970+3.743=12.713 manat, İddiaçı4 xeyrinə 8.970+3.743= 12.713 manat, İddiaçı5 xeyrinə 8.970+3.743=12.713 manat cəmi: 83.761 manat pulun tutulub iddiaçılara verilməsi öhdəliyin Cavabdeh1 üzərinə qoyulması, illərlə borc öhdəliyini yerinə yetirmədiyinə görə Bakı şəhər İcra Hakimiyyətinə cərimə tətbiq edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmədiyinə görə Cavabdeh1 aidiyyəti əməkdaşları barəsində xüsusi qərardad çıxarılması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcu ödəməkdən qəsdən boyun qaçıran şəxslərin barəsində cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon icra və probasiya şöbəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəbul etdiyi bütün qanuna zidd qərarların və icra sənədlərinin ləğv edilməsi və artıq əmlakın ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29 avqust 2019-cu il tarixdə iddiaçıların vəkili və nümayəndəsi məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı Şəhər İcra Hakimiyyətindən, borcun ödənilməməsi ilə bağlı indeksasiya tətbiq etməklə: İddiaçı1 xeyrinə 12.930 +5.395 = 18.325 manat; İddiaçı6 xeyrinə 10.290 +4.294=14.584 manat, İddiaçı2nnun xeyrinə 8.970 +3.743= 12.713 manat, X2 xeyrinə 8.970 +3.743= 12.713 manat, İddiaçı4 xeyrinə 8.970 +3.743= 12.713 manat, cəmi 71.048 manat pulun tutulub iddiaçılara verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, illərlə borc öhdəliyini yerinə yetirmədiyinə görə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cərimə tətbiq edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmədiyinə görə Cavabdeh1 aidiyyəti əməkdaşları barəsində xüsusi qərardad çıxarılması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcu ödəməkdən qəsdən boyun qaçıran şəxslərin barəsində cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 03 dekabr 2019-cu il tarixdə iddiaçıların vəkili və nümayəndəsi məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 12.930 manatın alınıb İddiaçı1, 10.290 manatın alınıb İddiaçı6, 8.970 manatın alınıb İddiaçı2, 8.970 manatın alınıb X3, 8.970 manatın alınıb İddiaçı4, cəmi 50.130 manat pulun tutulub iddiaçılara verilməsi öhdəliyinin icrasının Cavabdeh1 üzərinə qoyulması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcu ödəməkdən qəsdən boyun qaçıran şəxslərin barəsində cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmədiyinə görə Cavabdeh1 aidiyyəti əməkdaşları barəsində xüsusi qərardad çıxarılması, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən borcun ödənilməməsi səbəbi ilə əldən çıxmış faydanın kompensasiyası (indeksasiyası) olaraq Bakı Şəhər İcra Hakimiyyətindən 5.395 manatın tutulub, İddiaçı1, 4.294 manatın tutulub, İddiaçı6, 3.743 manatın tutulub, İddiaçı2, 3.743 manatın tutulub, X3, 3.743 manatın tutulub X1, cəmi 20.918 manat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş və həmin iclasda iddiaçı iştirak etmiş, cavabdehin nümayəndəsi isə iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. 22 may 2020-ci il tarixdə iddiaçıların vəkili və nümayəndəsi məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaya Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “öhdəliyin icrası” həddində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların vəkili və nümayəndəsi iddia ərizəsinə və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2012-ci il tarixli, 2(103)-688/2012 saylı qətnaməsinə əsasən Bakı şəhər Səbail rayon Məhkəməsinin 01 mart 2010-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, qaraj söküntüsü ilə əlaqədar dəymiş maddi ziyana görə Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı6 xeyrinə 10.290 manat, İddiaçı1 xeyrinə 12.930 manat, İddiaçı2 xeyrinə 8.970 manat, X2 xeyrinə 8.970, İddiaçı4 xeyrinə 8.970 manat, İddiaçı5 xeyrinə 8.970 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddia tələbləri ayrı-ayrı inzibati orqanlara qarşı yönəlmiş müxtəlif tələblərdən ibarət olmaqla, prosessual həmiştirakçılığın tələblərinə cavab verməməsi barədə iddiaçılara hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanmışdır. Dəqiqləşdirilmiş iddia ərizəsindən də görünür ki, iddiaçı qeyd edilən tələblərə riayət etməmişdir. Eyni zaman məhkəmə qeyd edir ki, da iddiaçılar göstəilən tələblə bağlı əvvəlcədən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmədiyi müəyyən edilir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Əvvəla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan "İcra haqqında" Azarbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012 -ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar va ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzəzrə alınmalıdır ki, Qanunıın həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması va ya ona xitam verilməsi məsələlərini tənzimləyəyn 21-ci maddəsinə dəyişiklik edilməmişdir. "İcra haqqında" Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra" sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır va ya ona xitam verilirdi. "İcra haqqında'" Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş va icra sənadi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, "Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228). əlavə qətnamənin çıxarılması (maddə 229). Qətnamənin izah edilməsi (maddə 230). Qətnamənin icrasına möhlət verilməsi va ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun va qaydasının dəyişdirilməsi (maddə 231.1. 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının hayata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki- Prosessual Məcəllədə olduğu kimi "İcra haqqında" Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn "İcra haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7. 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclıı olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında va düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin "İcra haqqında" Qanunun 20-ci maddəsinda nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, "İcra haqqında" Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfındən yoxlanılaraq təsdiq olunıır va onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermis məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, "İcra haqqında" Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qarar daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzra icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi va bu məhkəmə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nazarət etməsini təmin etmək məqsədi daşıyır. Göründüyü kimi, "'İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə "İcra haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin "İcra haqqında Qanunun 20.2, 20.4 va 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə üzrə icraata xitam verilməsi barədə qararı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər." "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlarə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işdəki sənədlərdən görünür ki, icrası mübahisələndirilən hərəkətlər icra sənədi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2012-ci il tarixli, 2(103)-688/2012 saylı qətnaməsiilə bağlıdır. Buna görə də məhkəmə iddiaçıya izah edir ki, həmin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən müvafiq tələblə icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “öhdəliyin icrası” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar