Məhkəmə qərarları › İş №2-1(112)-1832/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1832/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1832/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının İddiaçın qanuni təmsilçisi X3 və nümayəndəsi və vəkili Nümayəndə4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, çüncü şəxs “X9” MMC-nin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı (üçüncü şəxs “X9” MMC cəlb edilməklə) “qərarın dəyişdirilməsi, sanksiyanın tətbiq olunması və məsuliyyət tədbirlərinin görülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilməsi; “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə məxsus “CUATRO” və "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verildiyi üçün “X9” Məhdud Məsuliyyətli Cəmiyyətindən 50,000 AZN miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi; “AzEstetik X4 rəhbəri S.Cəlilova tərəfindən təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olmaması faktının müəyyən edilməsi məqsədilə araşdırma aparılması və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı) 2013-cü ildən etibarən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışını həyata keçirən və bu sahədə tanınan, böyük müştəri dairəsi olan şirkətlərdən biridir. Lakin bir ildən çoxdur ki, rəqib şirkət “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) (bundan sonra - “Az Estetik”) tərəfindən qanunsuz müdaxilələrə məruz qalmışlar. Belə ki, “Az Estetik” hər vəchlə İddiaçıin bazarda sahib olduğu imici zədələmək üçün qeyri-hüquqi yollara baş vuraraq şirkətin bazarda sahib olduğu nüfuzu kölgə altına salmağı özünə məqsəd bilmişdir. İlkin olaraq İddiaçıin öz xidmətlərini təqdimatının həyata keçirildiyi brend adlara hücum edilmiş, istehlakçılar və sahibkarlar arasında çaşqınlıq yaratmaq üçün İddiaçıə məxsus əmtəə nişanlarından istifadə etməyə başlamış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq buna davam etmişdir. Belə olduqda, İddiaçıin adına rəsmiləşdirilmiş “Cuatro” və "xxxx" nişanlarından qanunsuz istifadəsinə son qoyulması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə (bundan sonra - Xidmət) müraciət etmişdir. Xidmətə ünvanlanan müraciət əsasında, “Az Estetik” haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə xx.xx.2022-ci il tarixli FA-42 nömrəli iş qaldırılmış və işə baxılması üçün Komissiya yaradılmışdır. Həmin işin araşdırılması ilə bağlı nümayəndələrin iştirakı ilə bir neçə dəfə iclas keçirilmiş, nəticədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən “Az Estetik”ə İddiaçıə məxsus “Cuatro” (iddia sənədinin nömrəsi: 2022 00439, ilkinlik tarixi: xx.xx.2022, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032, dövlət reyestrində qeyd olunub: xx.xx.2022, 35-ci sinif - kosmetoloji avadanlıqların satışı üzrə qeydiyyata alınmışdır) və "Wertex” (iddia sənədinin nömrəsi: 2022 00437, ilkinlik tarixi: xx.xx.2022, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032, dövlət reyestrində qeyd olunub: xx.xx.2022, 35-ci sinif - kosmetoloji avadanlıqların satışı üzrə qeydiyyata alınmışdır) əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi və bununla əlaqədar görülmüş tədbirlər barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş müəyyən edilmişdir. Xidmətin həmin qərarı haqsız rəqabət və antiinhisar qanunvericiliyinin normaları düzgün tətbiq edilmədən və təqdim edilmiş sübutlar nəzərə alınmadan qəbul edildiyindən, xüsusilə də “Az Estetik”in xeyrinə olduğundan və onun sənədlərin saxtalaşdırılmasından tutmuş dövlət orqanlarının göstərişlərinə belə məhəl qoyulmamasına qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qeyri-hüquqi hərəkətlərinə göz yumulduğundan xx.xx.2023-cü il tarixli qərardan Apellyasiya Şurasına şikayət ünvanlamışlar. Nazirliyin 19 iyun 3-21/2-Z-1609/4- 32/2023/5940 nömrəli cavab məktubu ilə irəli sürdüyümüz dəlillər araşdırılmadan sadəcə xx.xx.2023-cü il tarixli qərarın antiinhisar qanunvericiliyinə uyğun olaraq qəbul edildiyi bildirilmişdir. Bir sözlə, şikayətə mahiyyəti üzrə baxılmamışdır. Xidmətin xx.xx.2023-cü il tarixli qərarı işin faktiki halları nəzərə alınmamaqla çıxarılmışdır. Haqsız rəqabətə yol verilmə fatkı müəyyən edilsə də, qərarda bu fəaliyyətin hüquqi nəticələri göstərilməmişdir. Maraqlıdır ki, xx.xx.2023-cü il tarixli qərarla “Az Estetik”in İddiaçıə məxsus “CUATRO” və "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğu müəyyən edilmiş, lakin bu pozuntuların hansı hüquqi nəticələr doğurması məsələsinə toxunulmamışdır. Birmənalı olaraq Xidmət təsbit etmişdir ki, “Az Estetik”, İddiaçıin təsərrüfat fəaliyyətini təqlid etmiş, müxtəlif yollarla istehlakçıların çaşdırılmasına səbəb olmuşdur. “Az Estetik” “Cuatro” və "xxxx" əmtəə nişanlarını öz nişanı kimi istifadə edərək xeyli miqdarda satış həyata keçirmiş, daha sonra öz çirkin məqsədlərini həyata keçirmək üçün həmin nişanlardan bir vasitə kimi istifadə etmişdir. Bununla da o, istehlakçıların seçiminə qanunsuz müdaxilə etmiş, onları aldatmış və onlarda çaşqınlıq hissi yaratmışdır. Bu qeyri-qanuni əməllərlə haqsız olaraq “Az Estetik”in üstünlük əldə etdiyi, İddiaçıə isə zərər vurulması şübhəsizdir. Hazırki qərarla “Az Estetik”in üzərinə yalnız və yalnız gələcək fəaliyyətində haqsız rəqabətə yol verməməsi öhdəliyi qoyulmuşdur. Bu qərarla “Az Estetik” heç bir şey itirməmişdir, əksinə bu qərar sanki onun xeyrinə qəbul edilmişdir. Bu onu deməyə əsas verir ki, Xidmət qərəzli olaraq qanunla ona verilmiş vəzifə-səlahiyyətlərini “Az Estetik”ə münasibətdə həyata keçirmək istəməmişdir. “Haqsız rəqabət haqqında” Qanunun 11-ci maddəsində Xidmətin səlahiyyətləri qeyd edilmişdir. Həmin maddəyə əsasən Xidmət: bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. Hazırki işdə digər bazar subyektinin əmtəə nişanının qanunsuz istifadə edilməsi fonunda İddiaçıin təsərrüfat fəaliyyətinin təqlidi və əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması yolu ilə istehlakçıların çaşdırılması maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə (təsərrüfat fəaliyyətinin təqlidi) yol verildikdə haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində maliyyə sanksiyası və bu Qanunun 9-cu maddəsində qadağan olunmuş hərəkətlərə yol verildikdə haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyası tətbiq edilir. Bu o deməkdir ki, İddiaçıin qanuni sahibi olduğu “Cuatro” və "xxxx" əmtəə nişanlarından heç bir hüquqi əsas olmadan istifadəyə, habelə bu nişanlar yerləşdirilmiş qanunazidd reklamların yayımlanmasına görə “Az Estetik”in haqsız rəqabətə yol verməklə qazandığı gəlirin müəyyən qismi tutulmalı idi. Pozuntu olduğu təqdirdə heç bir tədbirin görülməməsi “Az Estetik”də formalaşmış cəzasızlıq hissini daha da möhkəmləndirmişdir. Bu qərar uğursuz nümunə rolunu oynamaqla digər bazar subyektlərində bu kimi pozuntuların nəticəsiz qalması düşüncəsinin meydana gəlməsinə zəmin varadır. Xidmət tərəfindən tələb olunan məlumatlar təqdim edilmədiyinə görə “Az Estetik”ə qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanksiya tətbiq edilməmişdir. Hazırki iş üzrə qəbul edilən xx.xx.2022-ci il tarixli qərar ilə, haqqında iş qaldırılan “Az Estetik”ə xx.xx.2022-ci il tarixinə kimi bəzi sənəd və məlumatların Xidmətə təqdim edilməsi barədə imperativ göstəriş verilmişdir. Həmin göstəriş “Az Estetik” tərəfindən icra edilmədiyindən, iş üzrə çıxarılan xx.xx.2022-ci 11 tarixli qərarında da sənədlərin siyahısı təkrarlanmış və “Az Estetik”ə xx.xx.2022-ci il tarixinə kimi Xidmətə təqdim edilməsi barədə əlavə imperativ göstəriş verilmişdir. Lakin ilk göstərişin verilməsindən 3 (üç) aydan çox müddət keçməsinə və işə baxılmasının 3 iclas təxirə salınmasına baxmayaraq, “Az Estetik” tərəfindən aşağıdakı sənədlər Xidmətə təqdim edilməmişdir: “Cuatro” və "xxxx" əmtəə nişanlarına oxşar “Cuatro” və "xxxx" sözlərindən istifadə hüququnu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri; Üzərində “Cuatro” və "xxxx" sözləri yazılmış və satışı həyata keçirilmiş kosmetoloji avadanlıqların alışını və mənşəyini təsdiq edən sənədlərin surətləri; Üzərində “Cuatro” və "xxxx" sözləri yazılmış və satışı həyata keçirilmiş kosmetoloji avadanlıqların satışına başlandığı tarix; Üzərində “Cuatro” və "xxxx" sözləri yazılmış kosmetoloji avadanlıqların hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumat və bu təsdiq edən sənədlərin (qaimə-faktura və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; Üzərində “Cuatro” və "xxxx" sözləri yazılmış kosmetoloji avadanlıqların satışına başlandığı tarixdən hazırkı tarixədək əldə edilmiş ümumi gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların müvafiq qaydada təsdiq edilmiş surətləri; 2022-ci ilin iyul, avqust və sentyabr aylar üzrə əldə edilmiş ürnuıni gəlirlər barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; Üzərində “Cuatro” və "xxxx" sözləri yazılmış kosmetoloji avadanlıqların satışının dayandırıldığı tarix. “X9” tərəfindən sözügedən lazımi məlumatların tam formada qəsdən təqdim edilməməsi, işə baxılmasının əsassız olaraq yubanmasına, obyektiv və hərtərəfli araşdırmasının aparılmasına mane olmuşdur. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci bəndinə əsasən, bazar subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilir. Bununla bağlı tərəfimizdən xx.xx.2023-ci il tarixli vəsatət də təqdim edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi zamanı heç nə baş verməmiş kimi bu fakt “nəzərdən qaçırılmış”dır. Açıq-aşkar saxta məlumatların təqdim edilməsinə görə “Az Estetik” barəsində heç bir tədbir görülməmişdir. Komissiyanın keçirilmiş iclasları zamanı “Az Estetik” dəfələrlə “Cuatro” və "xxxx" əmtəə nişanlarından istifadəni müvəqqəti olaraq dayandırdığını, İddiaçıin ünvanladığı xəbərdarlıq məktublardan sonra isə bəhs olunan nişanların həkk olunduğu lazer-epilyasiya və kosmetoloji avadanlıqların satışını həyata keçirmədiyini bildirmişdir. İddiaçı tərəfindən bunu təkzib edən sənədlər, video-görüntülər, fotoşəkillər təqdim edilmişdir. Bakı səhəri X7 İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda G.Nəzərovanın həvat yoldaşı Xəval Nəzərovun "xxxx" əmtəə nişanı olan “F2000” modelli Diod lazer cihazını “Az Estetik”dən aldığı öz təsdiqini tapmışdır. Bu materiallar birbaşa “Az Estetik” tərəfindən hüquq pozuntusuna yol verildiyinin bariz nümunəsidir. Lakin Xidmət nədənsə həmin metarialları araşdırmaqdan imtina etmişdir. “Az Estetik”in iddiasının əksi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumata əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" adı altında nəzarət-kassa aparatı vasitəsilə “Az Estetik”in satış həyata keçirdiyi məlum olmuşdur. “Az Estetik” bu müqavilələrin nisyə alqısatqı müqavilələrinin olduğunu bildirmişdir. Komissiya isə nisyə alqı-satqı müqavilələrin bağlandığı şəxslərə sorğu verilməsini məqsədəuyğun hesab etmişdir. Bu minvalla müqavilə tərəfi olan 7 nəfər alıcıya sorqu göndərilmiş, 2 nəfər istisna olmaqla digərləri sorğuya cavab verməkdən imtina etmişdir. Bununla da, həmin müqavilələrin xəbərdarlıq məktublarında əvvəlki dövrdə bağlanıldığı öz təsdiqini tapmamışdır. Nəticədə, “Az Estetik” öz təqsirsizliyini sübut edə bilməmişdir. Digər tərəfdən guya “Az Estetik”in nümayəndələri tərəfindən xəbədarlıq məktublarından sonra “Cuatro” və "xxxx" əmtəə nişanlarından istifadə etmədiklərini təsdiq edən sənədlər Komissiyaya verilmişdir. Lakin işdə olan materiallar isə tamamilə əskini sübut edir. Bir sözlə, “Az Estetik” işin gedişatını öz xeyrinə dəyişdirmək üçün saxta məlumatlar verməkdən belə çəkinməmişdir. Qəsdən düzgün olmayan məlumatın verilməsi isə öz növbəsində maliyyə sanksiyasının tətbiq edilməsinin əsasını təşkil edir. İş üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli faktları özündə əks etdirən sübutlar Xidmət tərəfindən qiymətləndirilməmişdir. Komissiyanın xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında tərəfimizdən sübut qismində vətəndaş Elnarə Həsənova ilə “Az Estetik”lə bağlanmış müqavilənin fotoşəkilləri təqdim edilmişdir. Həmin fotoşəkillərdə müqavilədə "xxxx" əmtəə nişanının adı qeyd olunduğundan E.Həsənovaya sorğu göndərilmişdir. Təəccüblüsü odur ki, E.Həsənovanın sorğuya cavab olaraq təqdim etdiyi müqavilədə "xxxx" sözü əks olunmamışdır. Xidmət isə yaranmış uyğunsuzluğa biganə qalmış, hansı müqavilənin həqiqəti əks etdirdiyini müəyyən etməyə belə cəhd göstərməmişdir. Halbuki etibarlı müqavilənin aşkarlanması hazırki işin həll olunması üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, eyni şəxslər arasında eyni məsələ ilə bağlı iki fərqli müqavilənin olması həmin sənədlərdən birinin saxtalaşdırılması məsələsini ortaya çıxarır. Bunu müəyyənləşdirmək üçün iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə müvafiq tədbirlər görülməli idi. Xidmət isə məsələyə münasibət bildirməmək mövqeyindən yanaşmışdır. Xidmət xx.xx.2023-cü il tarixli müraciətimizdə əks olunan hallara xx.xx.2022-ci il tarixli FA-42 nömrəli işdə baxıldığından və xx.xx.2023-cü il tarixli qərarla yekun nəticəyə gəlindiyindən münasibət bildirməyi lüzumsuz hesab etmişdir. Nəzərinizə çatdırırıq ki, Xidmətin istinad etdiyi qərarda “Az Estetik”ə İddiaçıə məxsus “CUATRO” və "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi və bununla əlaqədar görülmüş tədbirlər barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş müəyyən edilmişdir. xx.xx.2023- cü il tarixli qərarla “Az Estetik” tərəfindən “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğu müəvvən edilmişdir. İddiaçıin xx.xx.2023-cü il tarixli müraciətində isə tələb tamamilə başqadır. Sözügedən müraciətdə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 3-cü abzasının, 5-ci maddəsinin 2-ci abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzaslarının tələblərinin pozulması faktı göstərilərək qeyd edilən maddələr üzrə işin araşdırılması tələb edilmişdir. xx.xx.2023-cü il tarixli qərarın nəticələrinin hazırki müraciətə heç bir aidiyyəti yoxdur. Belə ki, “Az Estetik” tərəfindən xx.xx.2023-cü il tarixdə sosial şəbəkə üzərindən lazer- epilyasiya avadanlıqlarının reklamının əks olunduğu video-çarx paylaşmışdır. Həmin videoda “CUATRO” nişanı həkk olunmuş avadanlıqlar yerləşdirilmişdir. Maraqlıdır ki, həmin avadanlıqların heç biri İddiaçıə məxsus deyildir. Lakin “Az Estetik” qanunazidd yollara əl ataraq İddiaçıin olmayan, lakin üzərində İddiaçıin əmtəə nişanı yapışdırılmış avadanlıqları “QUARTET” nişanlı avadanlıqlarla yanaşı şəkildə müqayisə edir, əsassız iddialarla öz cihazlarının müqayisədə daha üstün olduğunu vurğulayır. Nəticədə, bu video vasitəsilə çoxlu satışlar həyata keçirərək “Az Estetik” İddiaçıin xitab edə biləcəyi müştərilərin siyahısını azaltmışdır. Qeyd edilir ki, video-çarxda alıcıların məhz “Az Estetik"i seçməsi üçün əsas səbəblərdən biri atış saylarının miqdarı ilə əlaqələndirilmişdir. Reklam vasitəsilə belə təəssürat formalaşdırılmışdır ki, guya “CUATRO” nişanlı lazer-epilyasiya cihazlarında 200 000 resurs atış təklif olunur, “Az Estetik”in cihazları isə 500 000 atış sayına qarantiya verir, nəticədə, atış sayının çoxluğu daha çox gəlir əldə edilməsinə imkan verir. Bu müqayisəli reklamlarla “Az Estetik” açıqaşkar İddiaçıin qanuni sahibi olduğu “CUATRO” əmtəə nişanının “Qara PR”nı aparır, İddiaçıin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə əhaliyə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədir. Maraqlıdır ki, həmin video sonradan “Az Estetik”in rəsmi “İnstagram” hesabından https://instaqram.com/azestetik?igshid=YmMvMTA2M2Y= paylaşılmış, lakin bu dəfə “CUATRO” nişanı blurlanmışdır. Əslində bu hərəkəti ilə “Az Estetik” qanunsuz davranış törətdiyini bəyan etmişdir. Video “Az Estetik”in sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəldiyini, bununla da bazarda ciddi rəqibi olan İddiaçıə zərər vuran, yaxud onun işgüzarlıq nüfuzuna xələl yetirən hərəkətlərə yol verdiyini açıq-aşkar təsdiq edir. Bu pozuntuları aşağıdakı şəkildə qruplaşdırmaq olar: İddiaçıin təsərrüfat fəaliyyətinin təqlidi. Videodan göründüyü kimi, “Az Estetik” bazarda əsassız üstünlük əldə etmək məqsədilə İddiaçıin sahibkarlıq fəaliyyətini kölgələməyə çalışmış, heç bir razılıq olmadığı halda onun qanuni sahibi olduğu “CUATRO” əmtəə nişanından istifadə etmişdir. xx.xx.2023-cü il tarixli video-çarx “Az Estetik in İddiaçıin əmtəə nişanından hüquqazidd şəkildə istifadə etdiyinin faktiki sübutudur. Videoçarxda “CUATRO” nişanın sahibi naməlum olan avadanlıqlara yerləşdirilməsi əmtəə nişanından istifadənin formalarından biridir və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanununda nəzərdə tutulmuş “Əmtəə nişanlarından istifadə” anlayışı ilə ehtiva olunur. “CUATRO” əmtəə nişanından qanunazidd reklamlarda istifadə edilməsi birbaşa İddiaçıin təsərrüfat fəaliyyətinin təqlididir. “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətinin təqlidi formalarından biri də eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsidir və buna yol verilmir. İddiaçıin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması. “Az Estetik” bu qanunsuz reklam vasitəsilə İddiaçıin məhsullarının elmi-texniki xüsusiyyətləri haqqında məlumatları təhrif olunmuş şəkildə açıqlamışdır. Guya “CUATRO” nişanlı lazer-epilyasiya cihazlarında 200,000 resurs atış təklif olunur, “Az Estetik”in cihazları isə 500 000 atış sayına qarantiya verir, nəticədə, atış sayının çoxluğu daha çox gəlir əldə edilməsinə imkan verir. Videoda deyilənlər həqiqəti əks etdirmir. İlk növbədə qeyd edək ki, istənilən İPL(foto) lazerepilyasiya cihazları 400,000-dən çox atış imkanına malikdir. İstifadə qaydası və saxlanma şəraitindən asılı olaraq atış miqdarı 800,000 və ya ondan da çox ola bilir. İddiaçı və “Az Estetik’’in satışını həyata keçirdiyi cihazların foto sistemləri ayrı-ayrı zavodlarda hazırlansa da, bu foto sistemlərin bütün detalları eynidir. Hər iki şirkətin cihazlarının başlıqları eyni zavoddan gəlir. Qeyd edilən hallarda hansı fərqdən söhbət gedə bilər? Həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatlar təqdim etməklə “Az Estetik” istehlakçılarda “CUATRO” nişanları altında satılan malların keyfiyyətinə dair mənfi rəy formalaşdırmaq və onları aldatmaq məqsədini güdmüş ki, bu da İddiaçıin bazar nüfuzuna xələl gətirmişdir. Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran hərəkətlərə (rəqibin elmi- texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması) yol verilmir (“Haqsız rəqabət haqqında” Qanun, maddə 5). Təəssüflər olsun ki, nə xx.xx.2023-cü il tarixli qərarda, nə də 25,04.2023-cü il tarixli. 3-21- 1/2-7094/2023 nömrəli məktubda bu məsələyə toxunulmusdır. Əsassız müqayisələrlə istehlakçıların çaşdırılması. Nəzərinizə çatdırırıq ki, reklam - biznes fəaliyyətinin ayrılmaz hissəsidir. Məhsulun düzgün reklam edilməsi, istehlakçıda maraq oyatması, reklamın onu inandırması çox vacibdir. Reklam məhsulun sürətlə satılmasına birbaşa təsir göstərir. Yəni reklam istehlakçının diqqətini əmtəəyə cəlb etməli, onun barəsində məlumat verməklə yanaşı hər hansı fikir formalaşdırmaqla məhsula tələbat yaratmalıdır. Çünki reklam məhsul və ya şirkət haqqında inandırıcı informasiya vasitəsidir. “Az Estetik” isə vətəndaşları vönləndirən reklam üsullarından istifadə edir, haqsız, qevri- dəaig və gizli reklamlara vol verir. Əslində o, istehlakçıların seçiminə qanunsuz müdaxilə edir, onları aldadır, çaşqınlıq hissi yaradır, öz cihazlarını İddiaçıin reklam etdiyi məhsulun daha üstün əvəzedicisi olan başqa məhsul kimi təqdim edir. Qeyd edək ki, “Haqsız rəqabət haqqında” Qanunun 3-cü maddəsində istehlakçıların çaşdırılması haqsız rəqabətin bir forması olaraq müəyyən edilmişdir. Əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, habelə əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir (“Haqsız rəqabət haqqında” Qanun, maddə 9). Videodan göründüyü kimi “Az Estetik” haqsız reklam üsulu ilə öz məhsullarını istehlakçını çaşdıra bilən formada yanlış müqayisə edilməsinə səbəb olmuşdur. Bu qeyri-qanuni əməllərlə haqsız olaraq “Az Estetik”in üstünlük əldə etdiyi, İddiaçıə isə zərər vurulması şübhəsizdir. “Haqsız rəqabət haqqında” Qanunun 11-ci maddəsində Xidmətin səlahiyyətləri qeyd edilmişdir. Həmin maddəyə əsasən Xidmət: bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. Hazırki işdə digər bazar subyektinin əmtəə nişanının qanunsuz istifadə edilməsi fonunda İddiaçıin təsərrüfat fəaliyyətinin təqlidi və əmtəənin alınması, təsərrüfat fəaliyyətinin nüfuzdan salınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması yolu ilə istehlakçıların çaşdırılması maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. Eyni zamanda, ünvanlanmış digər 3 məktuba ümumiyyətlə baxılmamış, aidiyyəti olmadığı halda Nazirliyin 19 iyun 2023-cü il tarixli 3-21/2-Z-1609/4-32/2023/5940 nömrəli məktubu ilə bağlanmışdır. Bu birbaşa “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasıdır. Belə ki, həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Hazırkı halda isə Nazirlik şikayətlərə baxmadan qanunla təminat verilən müraciət etmək hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçı tərəfindən Nazirliyə AzEstetik X4 rəhbəri olan Sevinc Cəlilovanın qeyri-qanuni hərəkətləri barədə məlumat verilmiş və bildirilmişdir ki, S.Cəlilova sosial şəbəkələr (https://instagram.com/dr.sevinccalilova?igshid=YmMyMTA2M2Y=) vasitəsilə özünü “Doktor” kimi tanıtdırmaqla öz sahəsində yüksək ixtisaslı mütəxəssis olması haqda əhaliyə çağırışlar edir. S.Cəlilova ixtisasca həkim olmasa da, həkim kimi fəaliyyət göstərməkdədir, hətta “həkim peşəsinə xas bilik və bacarıqlarım” yüzlərlə insanlarla bölüşür. S.Cəlilova kosmetoloq, dermatoloq və sair bu sahədə fəaliyyət göstərən şəxslər, hətta heç bir peşəsi olmayanlara kosmetoloji prosedurların tətbiqi və lazer-epilyasiya avadanlıqlarından istifadə qaydaları üzrə təlimlər keçir. Bu təlimlərdə iştirak edən şəxslərə pasiyentlərin bədəninə müdaxilə növləri (tatuaj, liftinq, dolğu və sair) və üsulları öyrədilir. Təlimlərin sonunda verilmiş sertifikatlar əsasında həmin şəxslər sanki tibb işçisi statusunu əldə etmişcəsinə fəaliyyətə başlayır, onlara müraciət edən pasiyentlərə öyrəndiklərini tətbiq edirlər. Lakin bu biliklərin tədrisi üçün qanunvericiliklə lisenziya tələb olunsa da, S.Cəlilova qanunun tələblərinə əməl etməyərək lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərir. Lakin Nazirlik müraciətə baxmamış, heç bir araşdırma aparmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X9” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçının iddiası əsassız və qanunsuz olduğundan rədd edilməlidir və işə xitam verilməlidir. Belə ki, İddiaçı MMC-nin təsisçisi Kənan Zeynalovun “X9” MMC tərəfindən “CUATRO” və "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə İqtisadiyyat Nazirliyinə müraciəti (daxilolma qeydiyyatı: İN-D/O-Z-88/2022, xx.xx.2022-ci il), “CUATRO” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə müraciəti (daxilolma qeydiyyatı: 5/2606, xx.xx.2022-ci il) Dövlət Xidmətinə daxil olmuşdur. Təqdim edilmiş məlumatlara əsasən 2022 1271 nömrəli əmtəə nişanının şəhadətnaməsinə əsasən “CUATRO” əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2022 00439, ilkinlik tarixi: xx.xx.2022, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032, dövlət reyestrində qeyd olunub: xx.xx.2022) İddiaçı MMC-nin adına 35-ci sinifkosmetoloji avadanlıqların satışı üzrə qeydiyyata alınmışdır. Aparılmış araşdırmalar zamanı “CUATRO” əmtəə nişanının xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinin rəsmi bülletenində dərc olunduğu müəyyən edilmişdir. Eyni zamanda, "xxxx" əmtəə nişanı xx.xx.2022-ci il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. Aparılmış araşdırmalar zamanı "xxxx" əmtəə nişanının xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinin rəsmi bülletenində dərc olunduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-07/07-5/3144 nömrəli məktubu ilə Kənan Zeynalovdan müraciətinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun araşdırılması məqsədilə aşağıda qeyd olunan sənəd və məlumatların 5 (beş) iş günü müddətində Xidmətə təqdim edilməsi xahiş edilmişdir: 31,08.2022-ci il tarixindən sonra "xxxx" əmtəə nişanından X9 MMC tərəfindən qanunsuz istifadə edildiyini təsdiq edən faktlar; "xxxx" əmtəə nişanının ona məxsus olması barədə “X9” MMC-yə məlumat verilib-verilmədiyi barədə məlumat; “CUATRO” VƏ "WERTEX” əmtəə nişanlarından sahibkarlıq fəaliyyətində istifadəni hansı formada həyata keçirdiyi barədə ətraflı məlumat, habelə bunu təsdiq edən sənədlərin surətləri. Lakin sənəd və məlumatlar Kənan Zeynalov tərəfindən təqdim edilməmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və “X9” MMC (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış, habelə ərizə verən tərəf kimi İddiaçı MMC (VÖEN: **********) işə cəlb edilmişdir. İşəbaxılma iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda “X9” MMC-dən və İddiaçı MMC-dən zəruri sənəd və məlumatlar tələb edilmişdir. “X9” MMC-nin direktoru Nümayəndə1 tələb olunan sənəd və məlumatların bir hissəsini Komissiyaya təqdim edərək, İddiaçı MMC-nin “CUATRO” və "xxxx" əmtəə nişanlarını almamışdan öncə “X9” MMC tərəfindən Çin Xalq Respublikasından bu adlarda kosmetoloji avadanlıqların idxalının həyata keçirildiyini və bununla bağlı müvafiq sənədlərin olduğunu bildirmişdir. Həmçinin Azərbaycan Respublikasında bu adda kosmetoloji avadanlıqların ilk satışının “X9” MMC tərəfindən həyata keçirildiyi üçün İddiaçı MMC-yə məxsus “CUATRO” və "xxxx" əmtəə nişanlarının ləğvi üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etdiyini, eyni zamanda müvəqqəti olaraq həmin adlardan istifadəni dayandırdığını bildirmişdir. “X9” MMC-nin direktoru Nümayəndə1 21.11,2022-ci il tarixində tələb olunan sənəd və məlumatları (daxilolma qeydiyyatı: 5/4167, 22.11,2022-ci il) Xidmətə təqdim etmişdir. Təqdim edilmiş məlumatlarda “CUATRO” və "xxxx" əmtəə nişanları olan kosmetoloji avadanlıqların satışının, həmçinin avadanlıqlarla bağlı reklam və marketinq işlərinin İddiaçı MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubları “X9” MMC-yə daxil olduğu vaxtdan etibarən dayandırıldığı, buna görə də satışa dair məlumatların təqdim edilməsinin mümkün olmadığı, üzərində “CUATRO” sözü yazılmış kosmetoloji avadanlıqların satışının xx.xx.2022-ci il tarixindən, "xxxx" sözü yazılmış kosmetoloji avadanlıqların satışının isə xx.xx.2022-ci il tarixindən dayandırıldığı qeyd olunmuşdur. Həmçinin “X9” MMC-nin “CUATRO” və "xxxx" əmtəə nişanları ilə bağlı Əqli Mülkiyyət Agentliyinə yazdıqları etiraz məktubları sənədlərə əlavə olunmuşdur. “X9” MMC-nin direktoru Nümayəndə1 və nümayəndəsi Ceyhun Haqverdiyev iclasda çıxış edərkən üzərində “CUATRO” və "xxxx" əmtəə nişanları olan kosmetoloji avadanlıqların satışının, həmçinin avadanlıqlarla bağlı reklam və marketinq işlərinin dayandırıldığını bildirmiş, həmçinin İddiaçı MMC-nin “CUATRO” və "xxxx" əmtəə nişanlarını almamışdan öncə “X9” MMC tərəfindən bu adlarda kosmetoloji avadanlıqların idxalının həyata keçirildiyini bir daha vurğulamışdır. İddiaçı MMC-nin təsisçisi Kənan Zeynalov “X9” MMC tərəfindən “CUATRO” və "xxxx" adları ilə kosmetoloji avadanlıqların reklam və satışının hazırda həyata keçirilmədiyini lakin iyun ayından sonra müəyyən müddət ərzində həmin adlarda satışın aparıldığını və bununla əlaqədar müqavilələrin olduğunu, həmin müqavilələri KoTnissiyaya təqdim edə biləcəyini qeyd etmişdir. Həmçinin “CUATRO” və "xxxx" əmtəə nişanlarının “X9” MMC tərəfindən satılan “FQA-031” və “FG-2000D” markalı kosmetoloji avadanlıqların üzərində əks olunduğunu bildirmişdir. Eyni zamanda “X9” MMC tərəfindən təqdim edilən müqavilələrdə satılan avadanlıqların bəzi hallarda "FQ A 31” göstərildiyi müəyyən edilmişdir. “X9” MMCnin direktoru Nümayəndə1 xx.xx.2022-ci il tarixində tələb olunan sənəd və məlumatları (daxilolma qeydiyyatı: 5/4569, xx.xx.2022-ci il) Xidmətə təqdim etmişdir. İclasda çıxış zamanı “X9” MMC-nin nümayəndəsi Ceyhun Haqverdiyev “CUATRO” və "xxxx" adlarından istifadənin tamamilə dayandırıldığını, bununla əlaqədar MMC daxilində qərar qəbul edildiyini bildirmiş, həmçinin tələb olunan satış müqavilələrinin həcmi çox olduğu üçün həmin məlumatları məktubla deyil, yaddaş kartında Komissiyaya təqdim etmişdir. Eyni zamanda “X9” MMC-dən tələb olunan bütün fəaliyyət növləri üzrə 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə (hər ay üzrə ayrı- ayrılıqda) əldə edilmiş ümumi gəlirlər barədə məlumatların həddindən artıq çox olduğunu, yalnız kosmetoloji avadanlıqlar deyil çoxlu sayda digər məhsul və avadanlıqların satıldığını, buna görə də həmin məlumatların təqdim edilməsinin fiziki cəhətdən mümkün olmadığını bildirmiş, Komissiya tərəfindən nəzərə alınmasını xahiş etmişdir. “X9” MMC tərəfindən xx.xx.2022-ci il tarixindən hazırkı tarixə kimi “CUATRO” adı ilə (satış sənədlərində (elektron-qaimə fakturada və nəzarət-kassa çekində) “CUATRO” sözünün qeyd olunub-olunmaması) kosmetoloji avadanlıqların satılıb-satılmaması, xx.xx.2022-ci il tarixindən hazırkı tarixə kimi "xxxx" adı ilə (satış sənədlərində (elektron- qaimə fakturada və nəzarət-kassa çekində) "xxxx" sözünün qeyd olunub-olunmaması) kosmetoloji avadanlıqların satılıb-satılmaması, “CUATRO” və “WERTEX’ adları ilə kosmetoloji avadanlıqların satışı olduğu təqdirdə satışın tarixi, həcmi (natural və dəyər ifadəsində) və onları təsdiq edən sənədlərin surətlərinin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. “X9” MMC tərəfindən Dövlət Vergi Xidmətindən verilmiş məlumata əsasən "xxxx" adı altında nəzarət-kassa aparatı vasitəsilə xx.xx.2022-ci il - xx.xx.2023-cü il ərzində satış edilmiş mallar üzrə olduğu bildirilən müqavilələrin surətləri xx.xx.2023-cü il tarixli məktubla (daxilolma qeydiyyatı: 3-21-1/1-2721/2023, xx.xx.2023-cü il) Xidmətə təqdim edilmişdir. Təqdim edilmiş müqavilələrə əsasən Komissiya işin araşdırılması üçün həmin nisyə alqı-satqı müqavilələrinin bağlanıldığı Mirayə Axundovaya, Əmrah Mehdiyevə, Sənubər Terexinaya, Esmira Quliyevaya, Ləman İsmayılovaya, Nicat Qüdrətliyə və Reyhanə Əliyevaya sorğular göndərmişdir. Vətəndaşlardan yalnız Mirayə Axundova və Sənubər Terexina sorğuya cavab vermiş və müqavilələrin surətini təqdim etmişdir. Digər vətəndaşlarla əlaqə saxlanılmış, onlardan Əmrah Mehdiyev sorğuya cavab verməkdən imtina etmiş, “X9” MMC ilə heç bir probleminin olmadığını bildirmiş, digərləri isə sorğunu cavablandıracağını bildirmişdir. Eyni zamanda, işəbaxılma zamanı İddiaçı MMC tərəfindən vətəndaş Elnarə Həsənovaya məxsus müqavilənin telefonla çəkilmiş şəkilləri təqdim edilmişdir. Həmin şəkillərdə müqavilədə "xxxx" adının qeyd olunması səbəbindən vətəndaş Elnarə Həsənovaya da sorğu göndərilmişdir. Elnarə Həsənova sorğuya cavab olaraq müqavilənin surətini təqdim etmişdir. Həmin müqavilədə "xxxx" adının qeyd olunmadığı iclas zamanı tərəflərin nəzərinə çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “X9” MMC-nin direktoru Nümayəndə1 “CUATRO” və "xxxx" əmtəə nişanlarının İddiaçı MMC-nin adına qeydiyyata alındığım və onlara məxsus olduğunu qəbul etdiyini bildirərək, əvvəllər üzərində “CUATRO” və "xxxx" adının qeyd olunduğu avadanlıqların satışının həyata keçirildiyini lakin İddiaçı MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubları “X9” MMC-yə daxil olduğu vaxtdan etibarən həmin avadanlıqların satışının dayandırıldığını bildirmişdir. Eyni zamanda həmin əmtəə nişanlarından əvvəllər istifadə etdiklərini nəzərə alaraq “CUATRO” və “WERTEX" əmtəə nişanlarının aid olduğu xidmətlər üzrə qeydiyyatına qarşı Əqli Mülkiyyət Agentliyinin ərzində satış edilmiş mallar üzrə olduğu bildirilən müqavilələrin surətləri xx.xx.2023-cü il tarixli məktubla (daxilolma qeydiyyatı: 3-21-1/1-2721/2023, xx.xx.2023-cü il) Xidmətə təqdim edilmişdir. Təqdim edilmiş müqavilələrə əsasən Komissiya işin araşdırılması üçün həmin nisyə alqı-satqı müqavilələrinin bağlanıldığı Mirayə Axundovaya, Əmrah Mehdiyevə, Sənubər Terexinaya, Esmira Quliyevaya, Ləman İsmayılovaya, Nicat Qüdrətliyə və Reyhanə Əliyevaya sorğular göndərmişdir. Vətəndaşlardan yalnız Mirayə Axundova və Sənubər Terexina sorğuya cavab vermiş və müqavilələrin surətini təqdim etmişdir. Digər vətəndaşlarla əlaqə saxlanılmış, onlardan Əmrah Mehdiyev sorğuya cavab verməkdən imtina etmiş, “X9” MMC ilə heç bir probleminin olmadığını bildirmiş, digərləri isə sorğunu cavablandıracağını bildirmişdir. Eyni zamanda, işəbaxılma zamanı İddiaçı MMC tərəfindən vətəndaş Elnarə Həsənovaya məxsus müqavilənin telefonla çəkilmiş şəkilləri təqdim edilmişdir. Həmin şəkillərdə müqavilədə "xxxx" adının qeyd olunması səbəbindən vətəndaş Elnarə Həsənovaya da sorğu göndərilmişdir. Elnarə Həsənova sorğuya cavab olaraq müqavilənin surətini təqdim etmişdir. Həmin müqavilədə "xxxx" adının qeyd olunmadığı iclas zamanı tərəflərin nəzərinə çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tef&firrdsn təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə. mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması * qadağandır. Həmçinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəcərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına or a'in mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “X9” MMC-nin direktoru Nümayəndə1 “CUATRO” və "xxxx" əmtəə nişanlarının İddiaçı MMC-nin adına qeydiyyata alındığını və onlara məxsus olduğunu qəbul etdiyini bildirərək, əvvəllər üzərində “CUATRO” və “WERTEX adının qeyd olunduğu avadanlıqların satışının həyata keçirildiyini lakin İddiaçı MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubları “X9” MMC-yə daxil olduğu vaxtdan etibarən həmin avadanlıqların satışının dayandırıldığını bildirmişdir. Eyni zamanda həmin əmtəə nişanlarından swəilər :stifadə etdiklərini nəzərə alaraq “CUATRO’ və ‘WERTEX əmtəə nişanlarının aid ciduğu xidmətlər üzrə qeydiyyatına qarşı Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına müraciət edildiyini və məsələnin hüquqi müstəvidə mübahisələndirdiklərini bildirmişdir. Bununla əlaqədar bildirilir ki, Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A223-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli və A224-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları ilə "xxxx" və “CUATRO” əmtəə nişanlarının İddiaçı MMC-yə məxsusluğunu bildirən qeydiyyat şəhadətnamələri etibarsız hesab edilmişdir. Bildirilir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Habelə həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir VƏ bu hərəkətlərə yol verilmir. Habelə həmin Qanunun 9-cu maddəsinin ikinci abzasına əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir və bu hərəkətlərə yol verilmir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehklak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3 yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra - təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri hazırlayır və həyata keçirir. Həmin Əsasnamənin 3.0.6-cı yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması, aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, “Azestetik”in qanunsuz hərəkətləri nəticəsində İddiaçıin işgüzar nüfuzuna xələl gəldiyindən, cavabdeh inzibati orqanın "xxxx" MMC barəsində qanunvericiliyin tələbinə zidd olaraq maliyyə sanksiyası tətbiq etməməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olduğundan hazırkı tələbi irəli sürməyə subyektiv hüquqları olmuşdur. AzEstetik X4 rəhbəri S.Cəlilovanın lisenziyaya malik olmaması faktının müəyyən edilməsi isə ictimai əhəmiyyətli məsələ olduğuna görə müraciətlərinə uyğun araşdırma aparılmalı və inzibati akt qəbul edilməli idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin qeyrimümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin qeyri-mümkün sayılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsinin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında Qərardan görünür ki, “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə İddiaçınə məxsus “CUATRO” və "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi və bununla əlaqədar görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi haqqında göstəriş verilməsi barədə qərar qəbul edilmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçılararın hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman İddiaçılarlarnın arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçılarnın hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. (6.1 və 6.2). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilməklə üçüncü şəxs “X9” MMC-yə maliyyə sanksiyasının tətbiq edilməsinə, həmçinin “X9 Tədris Akademiyası”nın rəhbəri S.Cəlilovaya münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin görülməsinə yönəlmişdir. İnzibati prosessual qanunvericiliyin istinad olunan normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, şəxs özünə münasibətdə əlverişsiz hüquqi nəticələr yaratmayan inzibati aktı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməklə başqasına münasibətdə əlverişsiz hərəkətlər tətbiq edilməsi tələbini irəli sürə bilməz. Çünki mübahisələndirmə iddiası bilavasitə şəxsin özünün hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi imkanını nəzərdə tutur. Hazırkı halda isə cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmır və üçüncü şəxsə maliyyə sanksiyasının tətbiq edilməsi iddiaçının hüquqi vəziyyətində heç bir dəyişikliyə səbəb olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır. İddiaçı hazırkı tələbi irəli sürərkən qanunvericilikdə təsbit edilmiş və onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İddiaçının iş üzrə üçüncü şəxs tərəfindən əmtəə nişanlarından qanunsuz istifadə edilməsi nəticəsində ehtimal etdiyi hüquqlarının pozulması ilə əlaqədar kompensasiya tələbi ilə aidiyyəti üzrə ümumi məhkəmədə iddia irəli sürmək imkanı vardır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənatə gəlir ki, iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar