Məhkəmə qərarları › İş №2-1(112)-1834/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1834/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1834/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Bərdə rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X1 onun mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış evindən istifadə hüququnun itirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə xx.xx.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin dəqiqləşdirilməsini təklif etmiş, iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh qismində Binəqədi rayon Polis İdarəsinin qəbul edilməsini, tələbinin X2 Bakı şəhər, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 59 K, 276 saylı mənzildən qeydiyyatdan çıxarılması kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 276 saylı mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı hazırda həmin ünvanda qeydiyyatda olan keçmiş gəlini X2 qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin işdə olan üçüncü şəxs X3 məxsus 3 saylı ASAN Xidmət tərəfindən verilmiş AZE seriyalı AA2880896 nömrəli şəxsiyyət vəsiqəsinin elektron surətindən görünür ki, üçüncü şəxs artıq həmin ünvanda deyil, digər bir ünvanda - ünvan 3yatdadır. Göründüyü kimi, üçüncü şəxs artıq iddiaçıya məxsus mənzil üzrə qeydiyyatdan çıxmışdır və iş üzrə mübahisə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin olunaraq üçüncü şəxs mübahisəli ünvanan qeydiyyatdan çıxdığına və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar