Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1837/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1açı -İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə 3-cü şəxs - Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin S-125 saylı texniki batareyasında telefonçu vəzifəsinin bərpa olunması; ona dəyən ağır mənəvi sarsılmalara görə 50000 (əlli min) manat təzminatın təqsirkarlardan tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 06.11.N0-ci il tarixli qərardadı ilə iddiaçının “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 27.08.N0-ci il tarixli 0112ƏÇ saylı əmrinin ləğv edilməsi və onun - İddiaçı işə bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 13.10.N1-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 08 mart N0-ci il tarixdən bağlaşma əsasında və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N mart N0-ci il tarixli 035ƏÇ saylı əmri ilə N saylı hərbi hissənin S-125 saylı texniki batareyasına əskər rütbəsi ilə telefonçu vəzifəsinə təyin edilmişdir. 27 avqust N0-ci il tarixdə isə adı qeyd olunan hərbi hissə komandirinin 0112ƏÇ saylı əmri ilə Azərbaycan Respublikasında Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin "e" bəndi ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin, hərbi vəzifə və xidmətlə bağlı işçilərlə yüksək vəzifəli şəxslər arasında, onların hüquq bə azadlıqlarının qorunması ilə əlaqəli yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət haqqında Qanun və Azərbaycan Respublikasında Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə əsasında baxılır. İşə qəbul olunma və işdən onun iradəsindən asılı olmadan xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma arasında cəmi 5 ay müddətin ötməsi xeyli qanun pozuntuları və aşkar qərəzlə müşaiyət olunmuşdur. Azərbaycan Respublikasında Hərbi X2 28-ci maddəsində müddətdən artıq həqiqi hərbi xidmətə qadın personalının işə qəbul olunması prosedurları və tələbləri aşkar əks olunmuşdur. Belə ki, həmin Əsasnamənin qeyd olunan maddəsinin tələblərinə müvafiq olaraq, hərbi vəzifəlilər və hərbin uçotda olmayan qadınlar arasından həqiqi hərbi xidmətə qəbul üçün namizədlərin seçilməsi, hərbi hissə komandirlərinin tələbnamələri və ya Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuların heyəti üzrə sərəncamları əsasında rayon (şəhər) səfərbərlik xidməti orqanları tərəfindən fərdi qaydada aparılır. Hərbi hissə komandirlərinin tələbnamələrində və Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarında həqiqi hərbi xidmətə qəbul üçün hərbi vəzifəlilərin və hərbin uçotda olmayan qadınların seçilməli olduqları hərbi hissələr, onların yerləşmə məntəqəsi, hərbin uçot ixtisasları, vəzifələri və həmin vəzifələr üzrə pul təminatı haqqında məlumatlar verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmətə daxil olmaq istəyən həqiqi hərbi xidmət qulluqçularının, hərbi vəzifəlilərin və hərbi uçotda olmayan qadınların seçilməsini və sənədlərin tərtib edilməsini həmin orqanların müvafiq qurumları həyata keçirirlər. Seçim zamanı Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 33-cü maddəsinin “b” bəndinin tələblərinə də əməl ediməlidir. Həmin bənddə qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçuların, hərbi vəzifəlilərin və hərbi uçotda olmayan qadınların 8 sinifdən aşağı olmayan təhsilə malik olmaqları kifayətdir. Kadr seçimi məqsədi ilə ətraflı prosedurların ardınca, göründüyü kimi, cəmi 5 ay ərzində iddiaçının xidməti uyğunsuzluq adı altında ehtiyata məcburi buraxılmağım ağlabatan deyildir və bunun qərəzli xarakter daşıdığı mütləqdir və bu səbəbdən də mübahisələndirmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı N mart N0-ci il tarixdə Hərbi Hava Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin S-125 Texniki batareyasın Rabitə manqasının telefonçusu vəzifəsinə təyin olunmuşdur. Xidməti müddəti ərzində əsgər İddiaçı özünü nizam- intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. 22.08.N0-ci il tarixdə bölmə komandiri hərbi hissə komandirinə raportla müraciət edərək əsgər İddiaçı şərəf məhkəməsində dinlənilməsinə dair raportla hərbi hissə komandirinə məruzə etmişdir. Əsgər İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanması xidmət vərəqəsində öz təstiqini tapmışdır. Təqdimatında əsgər İddiaçı xidmətə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi qeyri kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına laqeyd yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Əlavə olaraq sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı 8 avqust N0-ci il tarixdə saat 10:30 radələrində xidməti otaqda onun əl çantasına baxış keçrilmişdir. Keçirilən baxış zamanı onun əl çantasından 1 ədəd bükümdə təmiz çəkisi 0,325 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. 10 avqust N0-ci il tarixdə əsgər İddiaçı qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X4 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 709/k nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı əsgər İddiaçı qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan kannbimimetiklərin nümayəndəsi olan və tərkibində Fenil0-indol qrupu saxlayan vasitələrinizləri (qalıqları) aşkar olunmuşdur. Buda o deməkdir ki, İddiaçı ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Bundan başqa Məhkəmə-bioloji ekspertizanın 19 avqust N0ci il tarixli 7/506 nömrəli rəyindən görünür ki, əsgər İddiaçı əl çantasından aşkar edilmiş və tədqiqata təqdim olunmuş 1 ədəd təmiz çəkisi 0,325 qram olan bükümdə bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş narkotik vasitə marixuanadır. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən əsgər İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 14 avqust N0-ci il tarixdə “Müddətdən artıq hərbi qulluqçuların şərəf məhkəməsinə” çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə nazirinin- müavini Hərbi Hava Qüvvələri komandanının 27 avqust N0-ci il tarixli 0112ƏÇ nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzərə alaraq Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək iddiaçının xidmətə bərpası mümkün deyil. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin məhkəmə araşdırılması ilə aşağıdakılar məlum olur: - sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı N mart N0ci il tarixdə Hərbi Hava Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin S-125 Texniki batareyasın Rabitə manqasının telefonçusu vəzifəsinə təyin olunmuşdur. -22.08.N0-ci il tarixdə bölmə komandiri hərbi hissə komandirinə raportla müraciət edərək əsgər İddiaçı şərəf məhkəməsində dinlənilməsinə dair raportla hərbi hissə komandirinə məruzə etmişdir. -Əsgər İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanması xidmət vərəqəsində öz təsdiqini tapmışdır. -Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı 8 avqust N0-ci il tarixdə saat 10:30 radələrində xidməti otaqda onun əl çantasına baxış keçrilmişdir. Keçirilən baxış zamanı onun əl çantasından 1 ədəd bükümdə təmiz çəkisi 0,325 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. -10 avqust N0-ci il tarixdə əsgər İddiaçı qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X4 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 709/k nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı əsgər İddiaçı qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan kannbimimetiklərin nümayəndəsi olan və tərkibində Fenil0-indol qrupu saxlayan vasitələrinizləri (qalıqları) aşkar olunmuşdur. -Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən əsgər İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 14 avqust N0-ci il tarixdə “Müddətdən artıq hərbi qulluqçuların şərəf məhkəməsinə” çıxarılmışır. -Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. -Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 27 avqust N0-ci il tarixli 0112ƏÇ nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Hazırda iddiaçı cavabdehin 27 avqust N0-ci il tarixli 0112ƏÇ nömrəli əmrini mübahisələndirir. İş materiallarından görünür ki, 03.10.N0-ci il tarixdə Bakı hərbi prokurorunun köməkçisi ədliyyə mayoru X6 tərəfindən İddiaçı əməllərində Azərbaycan Respublikası CMnin 234.1 və 333.3-cü maddələrinin tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2- ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və əməlində İXM-nin 206.1 və 613.2-ci maddələrinin tərkib əlamətləri olduğundan inzibati xətaya dair müvafiq materiallar Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 3-1(093)-1/N1 saylı 19.01.N1-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edildiyi vaxtdan üç aydan artıq müddət keçdiyi üçün İddiaçı barəsində olan inzibati xəta haqqında icraata İXM-nin 53.0.6-cı maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 15-ci bəndinə Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən; ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ailə vəziyyətinə görə — qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa... Həmin Əsasnamənin 156-cı bəndinə əsasən Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X3”nin 1-ci bəndinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Həmin Nizamnamənin 2-ci bəndinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə; - mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; - hərbi və dövlət sirlərini möhkəm saxlamağa; - namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; - komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; - hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. Həmin Nizamnamənin 48-ci bəndinə əsasən əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları
48. Əsgərlərə və matroslara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Əsgər İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanması, əl çantasından 1 ədəd bükümdə təmiz çəkisi 0,325 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi, Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 709/k nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı əsgər İddiaçı qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan kannbimimetiklərin nümayəndəsi olan və tərkibində Fenil0-indol qrupu saxlayan vasitələrinizləri (qalıqları) aşkar olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından (Bakı Hərbi Məhkəməsinin 3-1(093)-1/N1 saylı 19.01.N1-ci il tarixli qərarına əsasən), cavabdehin 27 avqust N0-ci il tarixli 0112ƏÇ nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına dair əmri qanuna zidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 27.08.N0-ci il tarixli 0112ƏÇ saylı əmrinin ləğv edilməsi və İddiaçı işə bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddia təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev