Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1837/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması və məxsusluq barədə arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən "3624a" saylı və 3624" saylı torpaq sahələrinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-13534/2023 2330203 13534 saylı, xx.xx.2022-ci il tarixli **********48 saylı bildirişlərinin, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxs İdarə heyətinin 25 iyun 2023-cü il tarixli 3-21-3- 02/2-M-0176-8/2023 saylı məktubunun ləğv edilməsi, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışların verilməsi öhdəliyinin barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbinin “Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi olan 3624A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması, eləcə də Ləhiş bağ massivində ərazisi 0,12 ha olan 3624 saylı torpaq sahəsinin iddiaçının atası mərhum İbrahim Dostməmməd oğluna məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi olan 3624A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması, eləcə də Ləhiş bağ massivində ərazisi 0,12 ha olan 3624 saylı torpaq sahəsinin iddiaçının atası mərhum İbrahim Dostməmməd oğluna məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olub, Bakı şəhəri, Nəsimi rayonu H.Cavid küçəsi 39-də qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani 8a, mənzil 47 (Zaman-İ MTK) yaşayır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və X8 bağlar sahəsindəki 200 nömrəli kooperativin 27 nömrəli Orderinə əsasən Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 1/143 nömrəli Qərarı ilə Ləhiş bağlar sahəsində 200 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 3624a nömrəli bağ İddiaçı adına ayrılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 29 sentyabr 2022-ci ildə təqdim etdiyi arxiv sənədlərində də göstərir ki, İddiaçı Ləhiş bağlar sahəsində 200 nömrəli BTK nəzdində 0.12 hektar, 3624a nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti, X3 və İstismarı Birliyi, Ləhiş ərazisindəki 3624 nömrəli bağın, iddiaçının atası İbrahim Dostməmməd oğluna 30 sentyabr 2004-cü il tarixli 26735 saylı Müqavilə ilə istifadəyə vermişdir. İddiaçının atası İbrahim Dostməmməd oğlu xx.xx.2014-cü ildə vəfat etdiyi üçün ondan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət olunmuş, Bakı şəhəri 14 saylı notariat ofisində vərəsəlik işi açılmış, miras qoyanın vərəsələri olması barədə xx.xx.2023-cü il tarixli 1148 saylı məlumat məktubu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə şəxsiyyət vəsiqəsinin surətini, vərəsəlik haqqında Dövlət Notariat Kontorunun məktubunu, arxiv arayışını və ərizəsini, sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının verilməsi üçün cavabdeh orqana - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. Cavabdeh orqanın 25 aprel 2023-cü il tarixli 3-21-3-30/2-13534/2023 ******* 13534 saylı məktubu ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir, sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən “3624” və “3624a” saylı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti ilə bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi arasında uyğunsuzluq mövcuddur, həmçinin 1 saylı Bakı Ərazi ;darəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahələrinin ümumi hasar daxilində yerləşdiyi aşkar edilmişdir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən “3624” saylı torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Ərizəçinin ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavabda bağ nömrəsində texniki səhvə yol verilsə də, mahiyyəti üzrə düzgün cavab hazırlanmışdır.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3624a” saylı və “3624” saylı torpaq sahələrinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair, Əmlak Məsələləri Dövlət Xidməti Daınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-13534/2023 **********34 saylı, xx.xx.2022-ci il tarixli **********48 saylı bildirişlərinin, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi İdarə Heyətinin 25 iyun 2023-cü il tarixli 3-21-3- 02/2-M-0176- 8/2023 saylı məktubunun ləğv edilməsi, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3624” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir, sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********34 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3624a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bu səbələrdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********48 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən sahə arxiv cizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazinin böyük hissəsi digər bağ sahələrinin və bağlararası yolun ərazisinə düşür. Tikilinin qeydiyyatı barədə vahid elektron kadastr bazasında məlumat yoxdur.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ümumi hasar daxilindədir. Faktiki ümumi sahə 3215.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə arxiv cizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Faktiki göstərilən ərazinin bir hissəsi bağlararası yola, bir hissəsi 3623, 3622, 3625, 3485, 3484 saylı torpaq sahələri və bölünənlərinin ərazilərinə uyğun gəlir.
11. Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli Qərarına əsasən 200 №-li Ləhiş bağ tikinti kooperativinin şəxsi tərkibi təsdiq edilmiş və bağ tikinti kooperativinin üzvlərinə bağ sahələri ayrılmışdır.
12. 200№-li Ləhiş bağ-tikinti kooperativinin üzvlərinin siyahısında İddiaçı adı qeyd olunmuşdur (27.İddiaçı...).
13. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X8 bağlar sahəsindəki 200№-li Kooperativ tərəfindən qəbul edilmiş 27 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarilxi 4/143 nömrəli qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 200 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3624A №-li bağ ayrılmışdır.
14. X3 və X8 ərazisindəki 3624 nömrəli bağın istifadəyə verilməsi haqqında 30 sentyabr 2004cü il tarixli, 26795 saylı Müqaviləyə əsasən Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 3624 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla yaşayış otağı istifadəçiyə (İbrahim Dostməmməd oğluna) vermiş və istifadəçi həmin bağı istifadəsinə götürmüşdür.
15. Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İbrahim Dostməmməd oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. İbrahim Dostməmməd oğlunun xx.xx.2014-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, İddiaçı və X4 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir.
16. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddiaçı Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində ona ayrılmış 0,12 ha torpaq sahəsi olan 3624A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və Ləhiş bağ massivində ərazisi 0,12 ha olan 3624 saylı torpaq sahəsinin mərhum atası İbrahim Dostməmməd oğluna məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.
22. Cavabdeh orqan hazırki iddia tələblərinə bir iddiada baxılmasına etiraz etmədiyini bildirmişdir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
24. Məhkəmə hazırki iddia tələblərinin bir-biri ilə əlaqəli olduğunu və bir cavabdehə yönəldiyini nəzərə alaraq iddiaçı tərəfindən hazırki iddia tələblərinin bir iddiada birləşdirilməsini yolverilən hesab edir.
25. Odur ki, iddia mümkündür.
III. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
27. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
32. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
33. X10 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
34. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
35. İddiaçı Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində ona ayrılmış 0,12 ha torpaq sahəsi olan 3624A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və Ləhiş bağ massivində ərazisi 0,12 ha olan 3624 saylı torpaq sahəsinin mərhum atası İbrahim Dostməmməd oğluna məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.
36. Məhkəmə Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində olan 3624A saylı bağ sahəsinə münasibətdə müəyyən edir ki: - Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli Qərarına əsasən 200 №-li Ləhiş bağ tikinti kooperativinin şəxsi tərkibi təsdiq edilmiş və bağ tikinti kooperativinin üzvlərinə bağ sahələri ayrılmışdır. - 200№-li Ləhiş bağ-tikinti kooperativinin üzvlərinin siyahısında İddiaçı da adı qeyd olunmuşdur. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X8 bağlar sahəsindəki 200№li Kooperativ tərəfindən qəbul edilmiş 27 nömrəli Orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarilxi 4/143 nömrəli qərarına əsaslanaraq İddiaçı Ləhiş bağlar sahəsində 200 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3624A №-li bağ ayrılmışdır.
37. Məhkəmə Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində olan 3624A saylı bağ sahəsinə münasibətdə müəyyən edir ki: - X3 və X8 ərazisindəki 3624 nömrəli bağın istifadəyə verilməsi haqqında 30 sentyabr 2004-cü il tarixli, 26795 saylı Müqaviləyə əsasən Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 3624 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla yaşayış otağı 2 = 27,75 kv.m İstifadəçiyə (iddiaçının mərhum atası İbrahim Dostməmməd oğluna) vermiş və İstifadəçi (iddiaçının mərhum atası İbrahim Dostməmməd oğlu) həmin bağı istifadəsinə götürmüşdür.
38. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir; faktiki göstərilən ərazinin bir hissəsi bağlararası yola, bir hissəsi 3623, 3622, 3625, 3485, 3484 saylı torpaq sahələri və bölünənlərinin ərazilərinə uyğun gəlir.
39. Məhkəmə bağ sahələrinin vəziyyətini əks etdirən ortofoto çıxarışını və Ləhiş bağlar massivinə dair bağ sahələrinin bölgüsü sxemini tədqiq edərək müəyyən edir ki, 3624 saylı və 3624A saylı bağ sahələri faktiki olaraq Ləhiş bağlar massivinə dair bağ sahələrinin bölgü sxemində əks olunmuş digər bağ sahələri (3482, 3482t, 3483, 3483a, 3620) ilə qonşuluqda yerləşir və mübahisələndirilən bağ sahələrinin ortofoto çıxarışındakı mövqeyi Ləhiş bağlar massivinə dair bağ sahələrinin bölgü sxemində əks olunmuş mövqeyinə nəzərən şimalda yaxın məsafədə təsvir olunmuşdur. Təqdim edilən sxematik xəritədən görünür ki, 3482, 3483, 3620 və 3624 nömrəli bağ sahələri bir-biri ilə yaxın məsafələrdə yerləşir. Odur ki, məhkəmə qeyd edir ki, sxematik xəritədə faktiki olaraq bağ sahələrinin bölünənləri göstərilmədiyindən hazırda bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan və mübahisəli olmayan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.
40. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
41. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
42. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
43. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
47. Məhkəmə hesab edir ki, iddia tələbinin torpaq sahəsinə dair texniki sənədin tərtibatı hissəsi iddiaçının hüquqi marağına uyğun olaraq torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib olunması kimi nəzərə alınmalıdır.
48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Ləhiş bağ massivində 200 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3624A saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və Ləhiş bağ massivində ərazisi 0,12 ha olan 3624 saylı torpaq sahəsinin iddiaçının atası mərhum İbrahim Dostməmməd oğluna məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva