Məhkəmə qərarları › İş №2-1(112)-18377/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18377/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18377/2025 03.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə iddiaçı arasında ünvan 1 ünvanda yerləşən “AVANT PARK” yaşayış kompleksinin 3-cü binası, 3-cü blok, 9-cu mərtəbə, 1 N-li, 1 otaqlı, sahəsi 46.41 kv.m təşkil edən mənzilin 15 avqust 2022-ci il N-0464 nömrəli alqı-satqısı müqaviləsi üzrə ödəniş etmiş olduğu 72632 manat məbləğin 11079.75 AZN əlavə dəyər vergisinin qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş (30% 3323.92 manat) hissəsinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə dəyəri 72632 manat təşkil edən, ünvan 2 ünvanda yerləşən, “AVANT PARK” yaşayış kompleksinin 3-cü binası, 3-cü blok, 9-cu mərtəbə, 1 N-li, 1 otaqlı, sahəsi 46.41 kv.m təşkil edən mənzilin alqı-satqısı ilə bağlı iddiaçı ilə 15 avqust 2022-ci il tarixli, N-0464 nömrəli müqavilə bağlanılmışdı. Müqavilə şərtlərinə uyğun olaraq tərəfindən həmin MTK-nın AZ191İBAZ******************** saylı hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 24832 manat ilkin ödəniş, xx.xx.2022-ci il tarixdə həmin hesaba 1411,11 manat aylıq ödəniş edilmişdir. Göstərilən bu hər iki ödəniş tərəfindən bilavasitə bank vasitəsilə edilmişdir. Sonrakı, 15 sentyabr 2025-ci il tarixə kimi olan aylıq ödənişləri MTK-nın Z191İBAZ******************** saylı hesab nömrəsinə ABB-nin mobile proqramı üzərindən onlayn qaydada, nağdsız formada, gecikmə hallarına yol vermədən müntəzəm surətdə ABB bank kartı vasitəsilə ödəmişdir. "xxxx" MTK tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışında MTK-ya borcunun olmaması göstərilmişdir. Eyni zamanda "xxxx" MTK tərəfindən 10 oktyabr 2025-ci tarixində “ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair” arayış verilmişdir. Nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödədiyi əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması məqsədilə tərəfindən vergi orqanına müraciət olunmuşdur. Hazırkı iş üzrə cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-1195441/2025 saylı cavab məktubunda müqavilə üzrə mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmadığının müəyyən edilməsi göstərilmişdir. Halbuki, həmin məktubun özündə də (2-ci vərəq, 1-ci abzas) göstərildiyi kimi, müvafiq sənədlər tərəfindən cavabdeh orqana təqdim edilmişdir. Hesab edir ki, cavabdeh orqanın təqdim etmiş olduğum sənədlərə münasibəti subyektiv xarakter daşımışdır. Cavabdehin həmin mövqeyinə görə tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində müqavilənin nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixə kimi olan ödəniş qəbzlərinin hər birində ödənişin MTK-nın Z191 İBAZ******************** saylı hesab nömrəsinə ödənildiyi işin mübahisə doğurmayan halıdır. Hesab edir ki, məhz həmin hesab nömrəsi cavabdeh tərəfindən mütləq surətdə nəzərə alınmalı və ödəniş qəbzlərinə heç bir irad tutulmamlı və ƏDV-sinin bir hissəsinin qaytarılması barədə ərizəsi cavabdeh tərəfindən müsbət qaydada həll edilməli idi. Ancaq bu dəlillərə, bütün zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-1195441/2025 saylı tarixli **********82 saylı məktubu ilə imtina cavabı verilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının xahişinin yerinə yetirilməsindən imtina etmişdir. Halbuki, tələb olunan bütün zəruri sənədlər xahişinin təmini üçün əsas olmalı idi. Hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan bu barədə xahişindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasında hər bir kəsin əmlak hüququ əks edilmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinə görə ölkə qanunvericiliyinin vermiş olduğu hüquqlardan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə satıcı "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2022-ci il tarixdə 0464 nömrəli payçı müqaviləsini imzalamış və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər ödənişləri həyata keçirmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində ƏDV-nin mütanasib hissəsini geri almaq üçün müraciət ərizəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin ödənildiyini təsdiq edən sənədlərin olmaması, “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində müqavilənin nömrəsinin, və ödəyən şəxsin adının, soyadının və ata adının qeyd edilmədiyi və yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-1211001/2025 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində uyğunsuzluq aradan qaldırılmamışdır. Bu səbəbdən də, iddiaçının müraciəti əsasında xx.xx.2025-ci il tarixli **********268900 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. Vergi orqanı tərəfindən imtina qərarının əsaslandırılması: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. . 1. Təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Lakin, İddiaçı tərəfindən təqdim olunan sənədlər araşdırılarkən, mənzilin tam dəyərinin (72632 manat) nağdsız ödənilməsini təsdiq edən sənədlərin tam olmadığı aşkar edilmişdir. Belə ki, 48544,5 manat hissənin nağdsız ödənildiyini təsdiq edən sənədlər təqdim edildiyi halda, digər 24087,5 manat hissənin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. 2. Həmçinin, Qaydaların 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin, təqdim edilmiş sənədlərin araşdırılması zamanı ödəniş sənədlərinin bəzilərində müqavilənin nömrəsinin səhv qeyd edildiyi müəyyən edilmişdir. 3. Qaydanın 5.1.2-ci bəndinə əsasən, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri portala göndərir. Ancaq, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərində Qaydanın 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ödənişin satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri göndərməmişdir. Vətəndaş tərəfindən MTK-nın bank hesabına ödənilən 48544,5 manat məbləğin müvafiq hissəsi olan (8738,01 manat) ƏDV məbləği MTK-nın ƏDV depozit hesabına köçürülməli olduğu halda köçürlüməmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödənişlər Qaydalara uyğun olmadığı üçün cavabdehin imtinası qanuni və əsaslıdır. Tətbiq edilən hüquq: 1. Vergi Məcəlləsi: 165.6 Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 2. Fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydası: 5.1.2 alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 3. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 4. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2- 1(103)-542/2025, xx.xx.2025-ci il tarixli, 2-1(102)-2593/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2- 1(102)-477/2025, xx.xx.2025-ci il tarixli, 2-1(102)-667/2025, xx.xx.2025-ci il tarixli 2-1(102)- 262/2025, xx.xx.2025-ci il tarixli 2-1(102)-1120/2025 saylı Qərarları: Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarlarında ödənişlərin ayrı hesablara yəni, əsas məbləğin satıcının bank hesabına ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməli olunduğu qeyd edilir. Yekun əsaslandırma: Aşağıdakı hallar nəzərə alaraq iddiaçının iddiası əsassız olduğundan iddia rədd edilməlidlir: 1. ödənişləri təsdiq edən sənədlərin müraciətə əlavə edilməməsi 2. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsi 3. aparılan ödənişlərin eyni bir hesaba ödənilməsi Qaydaların 5.1.2-ci maddəsi ilə ziddiyyət təşkil etməsi.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü

7. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

8. Hazırkı iş üzrə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin 30 faizinin ödəyiciyə qaytarılmasını tələb etmişdir.

9. Məhkəmə işə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarın ləğv edilməsi və ƏDV-nin 30 faizinin ödəyiciyə qaytarılması kimi baxır.

10. İddianın növü mübahisələndirmə haqqında iddiadır.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. 15 avqust 2022-ci il tarixli 0464 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 9- cu mərtəbə, 1 №-li, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 72632 manat təşkil edir.

12. 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 3-cü binasında, 3-cü blok, 9-cu mərtəbə, 1 saylı, 1 otaqlı, 46.41 kv.m. mənzil "xxxx" MTK-ya məxsusdur. 15 avqust 2022 tarixli, 0464 saylı Payçı müqaviləsinə əsasən 3-cü bina, 3-cü blok, 9-cu mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

13. “AVANT Group" MTK-nin xx.xx.2025-ci il tarixli 262 nömrəli arayışında qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 72 632 (yetmiş iki min altı yüz otuz iki manat) məbləğin 11 079.76 (on bir min yetmiş doqquz manat yetmiş altı qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ xx.xx.2025-ci il tarixli **********268900 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciətlər etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-cı il tarixli elektron ərizələrə 0464 nömrəli müqavilə və ödəniş sənədləri bir hissəsin əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxıl) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin, Qaydaların 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin təqdim edilmiş sənədlərin araşdırılması zamanı ödəniş sənədlərinin bəzilərində müqavilənin nömrəsi və ödəyən şəxsin ad soyadı və ata adı qeyd edildiyi müəyyən edilmişdir. Tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 72632 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 48544,5 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 24087,5manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmadığı müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırılması ilə əlaqədar xx.xx.2025-cı ıl tarixli 3-21-2-3/2- 1211001/2025 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı oğlu tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində uyğunsuzluq aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2025-ci il tarixli və xx.xx.2025 ərizələri uzrə ƏDV-nın geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.”

İV. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

16. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

17. Məhkəmə işin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.

18. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi qeyd olunmuşdur.

19. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etdikdə yaranır.

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir:

21. İddiaçı tərəfindən qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahəsinin müvafiq olaraq, 72632 manat dəyəri tam hissəsi (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir.

22. İddiaçı yaşayış sahəsinin dəyərini satıcıya ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmış və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etmişdir. İddiaçının ƏDV-nin qaytarılması barədə müraciətinə cavab olaraq cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış bildirişdə təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-daxil) satıcının bank hesabına ödənildiyindən cavabdeh orqan “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********268900 nömrəli qərar qəbul etmişdir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən yaşayış sahələrinin dəyərinin tam ödənilməsi ilə bağlı hər hansı şübhə yoxdur. Belə ki, iddiaçı tərəfindən "xxxx" MTK-yə həmin ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına ödənilməsi müəyyən edilmişdir.

24. Fərmanın tələbinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür.

25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir.

26. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilməz.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar