Məhkəmə qərarları › İş №2-1(112)-184/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-184/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-184/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatında dəyişiklik edilərək yeni çıxarışın verilməsi” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatında dəyişiklik edilərək yeni çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Q.Vəzirov küçəsi ev 18 ünvanına aid xx.xx.2014-ci il tarixli adına rəsmiləşdirilmiş dövlət reyestrindən çıxarışa və mövcud texniki pasporta müvafiq əlavələr edilərək, qeyd edilən rəsmi 90 kv.m yaşayış sahəsinə əlavə olaraq 63,77 kv.m yaşayış sahə, cəmi 153,79 kv.m yaşayış sahəsinin qeyd edilməsi ilə iddiaçının adına yeni dövlət reyestrindən çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməsini və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəmin dəyişdirilərək, 153,77 yazılaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət təmin edilməmiş, iddia tələbi “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəmin dəyişdirilərək, 153,77 yazılaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X2 tərəfindən xx.xx.2011-ci il tarixində Sabunçu rayonu, Q.Vəzirov küçəsi, ev 18 ünvanı həyətyanı sahəsi ilə keçmiş sahiblərindən alqı-satğı müqaviləsi əsasında alındığı zaman Dövlət Reyestr Xidmətindən xx.xx.2011-ci ildə verilən müvafiq çıxarışda və texniki pasportda evin ümumi yaşayış sahəsi 90.0 kv.m göstərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2011-ci və xx.xx.2012-ci il tarixlərində (yüklülüyünə dair) tərtib edilən arayışları ilə təsdiqlənir ki, həmin evin ümumi yaşayış sahəsi rəsmi olaraq - 90.0 kv.m olsa da, orada 1992-ci ildən faktiki istifadə edilən daha 63.77 kv.m əlavə yaşayış sahələri mövcuddur. İddiaçı tərəfindən ölçülüb tərtib edilən sxemdən görünür ki, texniki pasportda göstərilən 90.0 kv.m sahəsindən əlavə: l.Evin giriş hissəsinə bitişik 19.50 kv.m-lik yaşayış sahəsi olan, üç tərəfdən divarla bağlanmış eyvan və 2.65 kv.m-lik məişət otağı ilə 2 kv.m-lik sanitar qovşağı otağı; 2. Həyətində isə 12.70 kv.m-lik və 15.17 kv.m-lik məişət otağları, 9 kv.m-lik hamam və 2.35 kv.m-lik sanitar qovşağı otağı iddiaçının həmin evə köçdüyü zamandan mövcud olmuşdur. Rəsmi qeyd olunan 90.0 kv.m sahədən əlavə istifadədə olan həmin 63.77 kv.m sahələr isə naməlum səbəbdən evin texniki pasportuna ümumi yaşayış sahələri qrafasına daxil edilməmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixli qonşuların imza etdiyi aktdan görünür ki, onlar iddiaçının mərhum həyat yoldaşı tərəfindən 2011-ci ilin sentyabr ayında Sabunçu rayonu, Q.Vəzirov küçəsi, ev 18 ünvanı keçmiş sahiblərindən alqı-satğı müqaviləsi ilə aldığı və evə köçdüyü zaman qeyd edilən əlavə tikililərin mövcudluğunu təsdiq etmişlər. Bütün bunlara baxmayaraq, cavabdehin **********24 saylı xx.xx.2018-ci il tarixli imtina məktubu ilə iddiaçının qanuni tələbləri rədd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının və vəkilinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uygun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqları qeydiyyata alınaraq ********** nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış və xx.xx.2012-ci il tarixli texniki pasport verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarışa və texniki pasporta müvafiq əlavələr edilərək yeni çıxarışın və texniki pasportun verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ayrılmış sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və ərazinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. Həmçinin fərdi yaşayış evinin “A” tikilisində rekonstruksiya işləri və əlavə tikililər (bitişik 2.1 kv.m, sanitar qovşağı, 2.7 kv.m anbar, açıq eyvan bağlı eyvanla əvəz edilmiş) inşa olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********24 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 90 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, 1992-ci ildə tikilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi yaşayış sahəsi 90.0 kv.m, faktiki əlavə sahələr - yaşayış evinə bitişik 2.7 kv.m-lik sanitar qovşağı, həyətdə 55.75 kv.m olan sanitar qovşagı-anbar və 3.5. kv.m anbar istifadədədir. - DƏDRX tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli arayışın surətindən görünür ki, 1992-ci ildə tikilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi yaşayış sahəsi 90.0 kv.m, faktiki istifadə edilən həyatyani tikililər - ayaqyolu 9.9 kv.m, həyətdə 33.2 kv.m olan ayaqyolu və anbar istifadədədir. - Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 90 kv.m göstərilmişdir. - Cavabdehin xx.xx.2018-ci il tarixli **********24 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı **********5 nömrəli, xx.xx.2018ci il tarixli ərizəsinə baxılmışdır. Elektron kadastr məlumatına əsasən ayrılmış sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və ərazinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. Həmçinin, fərdi yaşayış evinin “A” tikilisində rekonstruksiyası işləri və əlavə tikililər (bitişik 2.1 kv.m, sanitar qovşağı, 27 kv.m anbar, açıq eyvan bağlı eyvanla əvəz edilmiş) inşa olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - Bakı şəhəri Cavabdeh2 S-164-091 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ”Sizin Rayon İcra Hakimiyyətinə daxil olmuş S-164-091 saylı xx.xx.2018-ci il tarixli ərizənizə baxıldı. Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi 18 saylı evin çıxarışında və texniki pasportunda dəyişiklik edilməsi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1-ci və 79.1.9cu maddələrinin tələblərinə əsasən mülkiyyətdə icarədə və ya istifadədə olan torpaq sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kv.m. olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Qeydiyyat vəsiqəsində və texniki pasportda dəyişiklik edilməsilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilərsiniz.” - Bakı şəhəri Cavabdeh2 1/317 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin Rayon İcra Hakimiyyətinə daxil olmuş 02 saylı 12 fevral 2019-cu il tarixli məktubunuza baxıldı. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə bütün mülkiyyət növləri üzrə torpaqların xəritəçəkmə fəaliyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanunu istifadəsindəki (həyətyanı sahələrin) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Əlavə olaraq bildiririk ki, məktubda qeyd etdiyiniz məsələlər Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmadığından xahişinizin müsbət həlli imkanımız xaricindədir.” - xx.xx.2018-ci il tarixli R.Ə.Ramazanova, T.N.Muradova və S.X.Qaraxanovanın imza etdiyi aktdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X2 tərəfindən 2011-ci ilin sentyabr ayında Sabunçu rayonu, Q.Vəzirov küçəsi ev 18 ünvanı keçmiş sahiblərindən alqı-satğı müqaviləsi ilə alındığı və evə köçdüyü zaman: 1.Evin giriş hissəsinə bitişik 19.50 kv.m-lik yaşayış sahəsi olan və üç tərəfdən divarla bağlanmış açıq eyvan və 2.65 kv.m-lik məişət otağı ilə 2 kv.m-lik sanitar qovşağı otağı; 2. Həyətində isə 12.70 kv.m-lik və 15.17 kv.m-lik məişət otağlan, 9 kv.m-lik hamam və 2.35 kv.m-lik sanitar qovşağı otağının mövcudluğunu təsdiq etmişlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/907 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı 18 saylı fərdi yaşayış evinə dair aparılmış rekonstruksiya işləri və inşa edilmiş əlavə tikililər Azərbaycan Respublikası Səhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğundur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. İşin faktiki hallarından məlum olur ki, ünvan 4 ünvanında yerləşən 90 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və evə dair texniki pasport tərtib edilmişdir. Lakin 1992-ci ildən fərdi yaşayış evində rekonstruksiyası işləri aparılaraq inşa olunan əlavə tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə iddiaçı cavabdehə müraciət edərək, çıxarışda müvafiq dəyişiklik edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin. Yuxarıda göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən 18 saylı fərdi yaşayış evinə baxış keçirilərək mütəxəssiz rəyi alınmış və məlum olmuşdur ki, fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmiş 1, 2,3 və 4 saylı tikililərin faktiki ölçüləri sənəd üzrə göstərilən ölçülərlə eynidir. Texniki pasport üzrə 5 saylı açıq eyvanın ön hissəsinin sütunları arasında mişar daşından arakəsmə divarları, pəncərə blokları quraşdırılmış, nəticədə açıq eyvandan bağlı eyvan yaradılmışdır. Yəni tikiliyə əlavə yük verilməmişdir. Yaradılmış bağlı eyvanın sahəsi texniki pasportda göstərilən ölçülərlə eynidir. Həyətyanı sahədə texniki pasportda qeyd olunmuş, evin arxa hissəsində yerləşən sanitar qovşaq sökülərək, bağlı eyvanın qarşısında 1,32m X 1,50m ölçüdə yeni sanitar qovşaq inşa edilmişdir. Bundan başqa həyətyanı sahədə bitişik olmaqla ölçüləri 3,80m X 2,30m olan sanitar qovşaq və ölçüləri 3,80m X 3,15m olan anbar tikililəri inşa edilmişdir. Həmin tikililərin hündürlükləri 2,4 metr təşkil edir. Mütəxəssis rəyində belə nəticəyə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evinin texniki vəziyyətinin yaxşı vəziyyətdə olduğu müəyyən edilir, aparılmış artırmalar, yenidənqurma işləri mövcud qanunvericiliklə müəyyən edilmiş tikinti-texniki və şəhərsalma normalarına uygundur. Mütəxəssis rəyi nəzərə alınaraq ekspertin iştirakı ilə ölcü işləri aparılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2012-ci il tarixli RX-0090920 çıxarışa əsasən, tədqiq olunan ünvanda 0,01364 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,0 m2 olan yaşayış evi iddiaçının mülkiyətindədir. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş texniki pasporta əsasən “İ” literli sanitar qovşağının ümumi sahəsi 9,9 kv.m təşkil edir. Baxış zamanı isə aparılmış ölcü işləri nəticəsində tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Eyni zamanda məlum olmuşdur ki, 5 saylı açıq eyvanın qarşısı hörülərək və pəncərə quraşdırılaraq bağlanmış, həyətyanı sahədə 4,5x5,8 m ölçüdə 2,5 m hündürlükdə və yaşayış evinə bitişik 1,3x1,5m ölçüdə 2,9m hündürlükdə tikililər inşa olunmuşdur. Ekspert müəyyən etmişdir ki, çıxarışın sərhədləri daxilində cari təmir işləri aparılmış və həyətyanı sahədə əlavə tikililər inşa edilmişdir. İş materiallarında olan DƏDRX tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən də görünür ki, 1992-ci ildə tikilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi yaşayış sahəsi 90.0 kv.m, faktiki əlavə sahələrin - yaşayış evinə bitişik 2.7 kv.m-lik sanitar qovşağı, həyətdə 55.75 kv.m olan sanitar qovşagı-anbar və 3.5. kv.m anbarın iddiaçının istifadəsində oldugu təsdiq edilmişdir. Beləliklə də cavabdehin imtinasında göstərilən dəlillər məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı 18 saylı fərdi yaşayış evinə dair aparılmış rekonstruksiya işlərinin və inşa edilmiş əlavə tikililərin Azərbaycan Respublikası Səhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunlugu müəyyən edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Səhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmış rekonstruksiyası işləri nəticəsində fərdi yaşayış evinin ümumi sahəsinin dəyişməsi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanunun tələblərinə əsasən əmlak üzərində hüquqların qeydiyyatı fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumatlarına əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərlə rəsmiləşdirilmiş çıxarış arasında uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəminin dəyişdirilərək, 153,77 yazılması və bununla bağlı yeni çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/907 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəmin dəyişdirilərək, 153,77 yazılaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar