Məhkəmə qərarları › İş №2-1(112)-184/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-184/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-184/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı qeydiyyat ünvanına düzəliş edilməsinə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək üzrə qeydiyyat ünvanının ünvan 2 rayonu, 6-cı Mkr., 7-ci Binəqədi küçəsi, məhəllə 3205, ev 1, mənzil 55 ünvanına düzəliş edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, uzun illərdir valideynləri və ailə üzvləri ilə birlikdə ünvan 10nzil, 55 ünvanda yaşayır. Həmin fərdi yaşayış evi atası X1 mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birgə yaşadığı ünvan 7nına qeydiyyata alınarkən Binəqədi Rayon Polis idarəsi onu səhv olaraq Binəqədi rayonu, 6-cı mkr, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil, 55 ünvanına qeydiyyata almışdır. Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, qeydiyyat ünvanının ünvan 6 rayonu, 6-cı mkr, 7-ci Binəqədi küçəsi, məhəllə 3205, ev 1, mənzil, 55 ünvanına düzəliş edilməsini xahiş etmişdir. Lakin Binəqədi Rayon Polis İdarəsi müraciətindən imtina etmişdir. İddiaçı hesab edir ki, Binəqədi Rayon Polis idarəsinin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır.

3. Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən iddiaçının ünvan 9 ünvanından ünvan 10nzil 55 ünvanına düzəliş edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 28 aprel 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, sorğu edilən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 12 ünvanında yaşayış yeri qeydiyyatdadır.

5. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, göstərilən mənzil sahəsinin əvvəlki ünvanı ünvan 13 elektron çıxarışda qeyd olunan Bakı şəhəri, ünvan 14 ünvanı eynilik təşkil edir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 14 saylı mənzilə dair sənədlərin surətləri təqdim edilmişdir. X2 ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 14 saylı mənzil X5 tərəfindən satın alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, ünvan 14 saylı mənzil X3 xüsusi mülkiyyətindədir.

7. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat ofisinin 16 noyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2013-cü il tarixli 4Ə-240 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı notariat ofisinin reyestr jurnallarında aşkar edilməmişdir.

9. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iddiaçı və üçüncü şəxs iştirak etmir.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan çoxsaylı məktublarda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

12. Məhkəmə qeyd edir ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi deyil, qeyd edilən daşınmaz əmlak qeydə alınmamışdır.

13. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən iddiaçının ünvan 15 ünvanından ünvan 10nzil, 55 ünvanına düzəliş edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

III. Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfindən müəyyən olunur ki, ünvan 10nzil, 55 saylı mənzil xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X3 mülkiyyətindədir.

15. Məhkəmənin sorğusuna cavab olaraq müəyyən edilmişdir ki, göstərilən mənzil sahəsinin əvvəlki ünvanı ünvan 13 elektron çıxarışda qeyd olunan Bakı şəhəri, ünvan 14 ünvanı eynilik təşkil edir.

16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

18. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən və qeyd edilən ünvanlar eynilik təşkil etdiyindən cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.

19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar