Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1840/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızının (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X7 (aparıcı mütəxəssis, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəbiyeva (Həmidova) Aidə Əyyub qızının 20 avqust 1976-cı il tarixdən 01 oktyabr 1979-cu il tarixədək X23 Kombinatında şagird, usta, 12 mart 1981-ci il tarixdən 13 sentyabr 1985-ci il tarixədək “Azərkitab” Kitab Ticarət Birliyinin 63 №-li mağazasında xəzinədar, kiçik satıcı, 02 yanvar 1986-cı il tarixdən 09 iyun 2006-cı il tarixədək Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsinin 18 №-li mağazasında xəzinədar, 21-22 №-li mağazalannda nəzarətçi xəzinədar, 32 №-li mağazasında satıcı və müdir vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiçı sonradan məhkəməyə idia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 61 yaş yarım tamam olduğu üçün 28 mart 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizə icraata qəbl edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 sentyabr 1958-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndində anadan olmuşdur. 20 avqust 1976-cı il tarixdən 01 oktyabr 1979-cu il tarixədək X23 X23 Kombinatında şagird, usta, 12 mart 1981-ci il tarixdən 13 sentyabr 1985-ci il tarixədək “Azərkitab” Kitab Ticarət Birliyinin 63 nömrəli mağazasında xəzinədar, kiçik satıcı, 02 yanvar 1986-cı il tarixdən 09 iyun 2006-cı il tarixədək Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsinin 18№-li mağazasında xəzinədar, 21-22 №-li mağazalannda nəzarətçi - xəzinədar və 32 №- li mağazasında satıcı və müdir vəzifəsində işləmişdir. X23 Kombinatında, “Azərkitab” Kitab Ticarət Birliyində və Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsində işlədiyi illər əmək kitabçası ilə rəsmiləşmədiyi üçün hazırda yaşıyla əlaqədar olaraq ona 130 manat sosial pensiya təyin edilmişdir. Bu barədə DSMF-nun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Onun 20 avqust 1976-cı il tarixdən 01 oktyabr 1979-cu il tarixədək X23 Kombinatında işləməyini Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 04 iyun 2021- ci il tarixli, 195/10 №- li arxiv arayışı, 12 mart 1981-ci il tarixdən 13 sentyabr 1985-ci il tarixədək, “Azərkitab” Kitab Ticarət Birliyində və 02 yanvar 1986-cı il tarixdən 09 iyun 2006-cı il tarixədək Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsində işləməyini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin **********46 №- li, 31 may 2021-ci il tarixli arxiv arayışı təsdiq edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiası etirazla qarşılaşır. Belə ki, A.Nəbiyeva Fondun 17 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və iddiaçının təqdim etdiyi arayışlarda qeyd olunmuş əmək fəaliyyəti dövrü əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmamışdır. Buna görə də qeyd olunan dövrün sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cvabdeh qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanunidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Cavabdeh bildirir ki, Qanunun 7ci maddəsinin tələblərinə əsasən iddiaçının hüququnun yarandığı 28.03.2020-ci il tarixə qadınların pensiya yaşı 61.5 yaş müəyyən edilmiş və həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün tələb olunan pensiya kapitalı 28800 manatdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir ill azaldılmaqla hesablanır. Məlumat üçün bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X17 Sisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə (həmçinin yaşa görə pensiya hüququ yaranan tarixədək və hazıradək) fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir.... Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 01 iyul 1999-cu ilə qədər qüvvədə olan 1971-ci il 1 dekabr tarixli Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdeh əlavə olaraq bildirir ki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İş üzrə icraat materiallarından göründüyü kimi, iddiaçı Ə.Nəbiyeva tərəfindən əmək kitabçası təqdim edilməmiş və buna görə də arxiv arayışlarında qeyd olunan iş illəri əmək kitabçasında əks edilməmişdir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən də məlum olduğu kimi arxiv arayışı sığorta stajını təsdiq edən sənəd hesab oluna bilməz. Həmçinin iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 04 iyun 2021 -ci il tarixli 195/10 nömrəli arxiv arayışında A.Ə.X14 Sənaye Kombinatında işləməsi haqqında olan əmrlər barədə məlumatlar qeyd edilmiş, həmçinin Kombinatın əməkhaqqı kitabları arxivə natamam təhvil verildiyindən iddiaçının əməkhaqqını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31 may 2021-ci il tarixli **********46 nömrəli arxiv arayışında A.Ə.Nəbiyevanın işə qəbul və işdən azad edilmə əmrləri barədə məlumatlar qeyd edilsə də, iddiaçının aldığı əməkhaqqı barədə məlumatlar öz əksini tapmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin sözügedən arayışına əsasən A.Nəbiyeva Yevlax şəhəri Qarışıq Mallar Ticarət İdarəsinin 22.09.1992-ci il tarixli 83 №-li əmri ilə 32 №-li mağazaya 3-cü dərəcəli satıcı keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 19.04.1999-cu il tarixli 230 №-li sərəncamı və 20.04.1999-cu il tarixli 23 №-li əmrinə əsasən Yevlax şəhəri QMTİ ləğv edilmişdir. İqtisadi inkişaf Nazirliyinin Ticarət, xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin 14.01.2005-ci il tarixli 10M №-li əmri ilə 12.01.2005-ci il tarixdən Yevlax şəhərində yerləşən 32 saylı mağazaya müdir vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, sözügedən arayışda Yevlax şəhəri QMTİ-nin 1999-cu ildə ləğv edilməsinin göstərilməsinə baxmayaraq, iddiaçının həmin İdarədə işdən azad edilməsinə dair hər hansı məlumat qeyd edilməmişdir. Halbuki, 01 iyul 1999-cu ilə qədər qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin a bəndinə və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisənin ləğvi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmuşdur. İddiaçının isə 1999-2005-ci illərdə işləyib-işləməməsini müəyyənləşdirmək, həmçinin ümumi sığorta stajının nə qədər olduğunu hesablamaq mümkün deyildir. Əmlak Məsələləri Dövlət Komitəsinin İXMİM-nin 31 may 2021-ci il tarixli arayışına əsasən iddiaçı İXMİM-nin 09.06.2006-cı il tarixli əmri ilə 08.06.2006-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Lakin 01.01.2006-cı il dövrü üçün iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Belə ki, iddiaçının işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilməmiş və fərdi hesabın sığorta hissəsində hər hansı məbləğdə pensiya kapitalı qeydə alınmamışdır. Halbuki 01.01.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi sərt kimi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirik ki, iddiaçı X8 "işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə pensiya təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - iddiaçıya məxsus AZE seriyalı 06771577 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 28 sentyabr 1958-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və X4 Mərkəzi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli **********46 nömrəli Arxiv arayışından görünür ki, arayış 28.09.1958-ci il tarixdə Azərbaycan Respublikası, Ağdam rayonu, Sarıcalı kəndində doğulmuş Nəbiyeva (Həmidova) Aidə Əyyub qızına ondan ötrü verilmişdir ki, o, həqiqətən “Azərkitab” Kitab Ticarət Birliyinin (KTB) 12.03.1981-ci il tarixli 26-un №-li əmri ilə 10.03.1981-ci il tarixdən 63 №-li mağazaya xəzinədar qəbul edilmişdir; 31.03.1981-ci il tarixli 34-un №-li əmri ilə 30.03.1981-ci il tarixdən həmin mağazada kiçik satıcı keçirilmişdir; 13.09.1985-ci il tarixli 110 №-li əmri ilə 15.09.1985-ci il tarixdən 63 №-li mağazanın kiçik satıcısı Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Yevlax şəhəri Qarışıq Mallar Ticarət İdarəsinin (QMTİ) 02.01.1986-cı il tarixli 01 №-li əmri ilə həmin tarixdən 18 №-li mağazaya xəzinədar qəbul edilmişdir; 15.04.1987-ci il tarixli 35 №-li əmri ilə 16.04.1987-ci il tarixdən 22 №-li mağazaya nəzarətçi-xəzinədar keçirilmişdir; 17.10.1988-ci il tarixli 105 №-li əmri ilə həmin tarixdən analıq və öz hesabına məzuniyyətdən qayıtdığı üçün işdə hesab edilmişdir və 21 №-li ərzaq mağazasına nəzarətçi-xəzinədar keçirilmişdir; 22.09.1992-ci il tarixli 83 №-li əmri ilə həmin tarixdən körpə uşağa qulluq üçün öz hesabına məzuniyyətinin qurtardığına görə işdə hesab edilmişdir və 32 №-li mağazaya 3-cü dərəcəli satıcı keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) 19.04.1999-cu il tarixli 230 və 20.04.1999cu il tarixli 23 №-li əmrinə əsasən Yevlax şəhəri QMTİ ləğv edilərək, arxiv sənədləri DƏKin “İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.12.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK-si ləğv edilərək Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in 28.12.1999-cu il tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, 14.01.2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29.03.2001-ci il tarixli 667 №-li Fərmanı ilə “Azərkitab” KTB ləğv edilərək müəssisə və obyektləri DƏN-nin tabeliyinə verilmişdir. DƏNin 06.04.2001-ci il tarixli 73 №-li əmri ilə “Azərkitab” KTB-nin müəssisə və obyektlərinin bir qismi DƏN-nin TXMOFƏM-nin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30.04.2001-ci il tarixli 475 №-li Fərmanı ilə Mərkəzin təsisçisi -DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının bazasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİNin 26.01.2004-cü il tarixli 03 №-li əmri ilə TXMOFƏM-nin bazasında Ticarət, xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. İİN-in TXİMOFƏM-nin : 14.01.2005-ci il tarixli 10M №-li əmri ilə 12.01.2005ci il tarixdən Yevlax şəhərində yerləşən 32 saylı mağazaya müdir vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16.11.2005-ci il tarixli, 313 №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) tabeliyinə verilmiş TXİMOFƏM-nin 06.12.2005-ci il tarixli 11 №-li əmri ilə adı dəyişdirilərək istehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. DƏİEDK-in İXMİM-nin 09.06.2006-cı il tarixli 132M №-li əmri ilə, 08.06.2006-cı il tarixdən Yevlax şəhərində yerləşən 32 saylı mağazanın müdiri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “ç” yarımbəndinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli 116 №-li Fərmanı ilə DƏİEDK-in bazasında Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yaradılmışdır. -Azərbaycan Respublikası Milli arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət arxivinin Yevlax filialı tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 195/10 nömrli Arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan X23 kombinatının 1976-1979-cu illərə dair əmr kitablarında Nəbiyeva (Həmidova) Aidə Əyyub qızının kombinatda işləməsi haqqında aşağıdakı əmrlər vardır. X23 kombinatının 26 avqust 1976-cı İl tarixli 137 saylı əmrininin 6-cı paraqrafına əsasən o, toxucu sexinə şagird qəbul olunmuşdur. X23 kombinatının 16 dekabr 1976-cı il tarixli 194 saylı əmrinin 17-ci paraqrafına əsasən usta vəzifəsinə keçirilmiş, X23 kombinatının 21 noyabr 1977-ci il tarixli 168 saylı əmrinə əsasən növbəti məzuniyyətə buraxılmış, X23 kombinatının 04 dekabr 1978-ci İl tarixli 195 saylı əmrinə əsasən 1978-ci ilin hesabına növbəti məzuniyyətə buraxılmış, X23 kombinatının 03.09.1979-cu il tarixli 149 saylı əmrinin 16-cı paraqrafına əsasən 20.09.1979-cu ilədək növbəti məzuniyyətə buraxılmış, X23 kombinatının 01 oktyabr 1979-cu il il tarixli 165 saylı əmrinin 12-ci paraqafına əsasən öz ərizəsilə işdən azad olunmuşdur. -ünvan 3 ünvanda yaşayan X13 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, X13 bildirir ki, o Yevlax şəhəri, Qarışıq Mallar Ticarəti İdarəsində 29 dekabr 1972-ci il tarixdən 13 avqust 008-ci il tarixədək (20 aprel 1999-cu il tarixdə Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsi ləğv edilib Dövlət Əmlak Komitəsinin İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmiş, 28 dekabr 1999-cun il tarixdə İstehsalat və Təərrüfat İdarəsi ləğv edilib, Dövlət Əmlak Nazirliyinin Ticarət və Xiddmət müəssisə və Obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzin tabelliyinə verilmiş, 30 aprel 2001-ci il tarixdə həmin mərkəzin təsisçisi dəyişdirilərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmiş, 26 yanvar 2004-cü il tarixdə mərkəzin adı dəyişdirilib Ticarət Xidmət və İstehsalat Müəssisə və Obyektlərinin fəaliyytinin Əaqələndirilməsi Mərkəzi adlandırılmışdı) qladavşik, ekspeditor, mağaza müdiri və satıcı işləmişdir. ünvan 4 ünvanında yaşayan iddiaçı X9 tanıyır. X8 02 yanvar 1986-cı il tarixdən 09 iyun 2006-cı il tarixədək həmin müəssisədə xəzinədar, satıcı və mağaza müdiri vəzifəsində işləmsini təsdiq edir. - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakınn hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən görünür ki, X3 şəhəri, H.Əliyev prospekti 55 ünvanda yerləşən 32 saylı mağazanı qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, **********40 saylı pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubdan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 X17 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. İddiaçıya əmək kitabçasının və ya əmək fəaliyyətinin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına təqdim etdikdən sonra ona yaşa gərə əmək pensiyası hüququnuza yenidən baxıla biləcəyi hüququnun olduğu izah edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və iddiaçının təqdim etdiyi arayışlarda işlədiyini təsdiq edən bütün dövrlər sosial sığorta stajına hesablanmaqla, pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Hazırki halda iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək iddiaçının 20 avqust 1976-cı il tarixdən 01 oktyabr 1979-cu il tarixədək X23 Kombinatında şagird, usta, 12 mart 1981-ci il tarixdən 13 sentyabr 1985-ci il tarixədək “Azərkitab” Kitab Ticarət Birliyinin 63 №-li mağazasında xəzinədar, kiçik satıcı, 02 yanvar 1986-cı il tarixdən 09 iyun 2006-cı il tarixədək Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsinin 18 №-li mağazasında xəzinədar, 21-22 №-li mağazalannda nəzarətçi xəzinədar, 32 №-li mağazasında satıcı və müdir vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanması ilə bağlı mübahisə yaranmışdır. Belə ki, cavabdeh imtinanın səbəbi olaraq iddiaçının əmək kitabçasının və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmadığını əsas olaraq göstərmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin mövqeyi əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçının dəlillərinə istinadən onun 32 nömrəli mağazanın özəlləşdirilməsi zamanı 2006-cı il tarixdə əmək kitabçasını Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verdiyini nəzərə alaraq 28 sentyabr 1958-ci il təvəllüdlü X10 məxsus əmək kitabçasının təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli, **********77 saylı məktubdan görünür ki, X18 Xidmətinin strukturuna daxil olan və tabelliyindəki qurumların arxivində Nəbiyeva (Həmidova) Aidə Əyyub qızına aid əmək kitabçası aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının 28 sentyabr 1958-ci il təvəllüdlü X8 1999-2005-ci illər ərzində hansı müəssisələrdə və hansı vəzifələrdə işləməsi barədə məlumatın verilməs sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X5 və X11 Hüquqi Şəxs tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli, **********69 saylı məktubdan görünür ki, Yevlax şəhəri Qarışıq Mallar Ticarətinin 06.01.1993-cü il tarixli 01 №-li istehsalat əmri ilə (Azərbaycan Respublikası Ticarət Nazirliyinin 07.09.1992-ci il tarixli, 175 №-li əmrinə əsasən) bir sıra ticarət obyektləri, o cümlədən 32 №-li mağaza ticarətin strukturundan çıxarılaraq, ona hüquqi şəxs statusu verilmiş və ticarətin tabeliyindən çıxarılmışdır. Bu əmrin icrası ilə əlaqədar mağazanın 3-cü dərəcəli satıcısı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızının əmək kitabçası və şəxsi işi həmin kommersiyalaşdırılmış mağazaya təhvil verilmişdir. Sorğuya cavab məktubuda həmçinin 1999-cu ildən 12.01.2005-ci il tarixədək “X5 və Koordinasiya Mərkəzi” X19 arxivində adı çəkilən şəxs barədə heç bir məlumat olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X21 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının yuxarıda sadalanan müəssisələrdə işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1976-2006-cı illərdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31.05.2021-ci il tarixli, **********46 nömrəli, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax Filialının 04.06.2021-ci il tarixli, 195/10 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçı ilə bir müəssisədə işləmiş X2 əmək kitabçasından və məhkəməyə ünvanladığı ərizədən müəyyən edilmişdir ki, O, Yevlax şəhəri, Qarışıq Mallar Ticarəti İdarəsində 29 dekabr 1972-ci il tarixdən 13 avqust 2008-ci il tarixədək (20 aprel 1999-cu il tarixdə Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsi ləğv edilib Dövlət Əmlak Komitəsinin İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmiş, 28 dekabr 1999-cun il tarixdə İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilib, Dövlət Əmlak Nazirliyinin Ticarət və Xiddmət müəssisə və Obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzin tabelliyinə verilmiş, 30 aprel 2001-ci il tarixdə həmin mərkəzin təsisçisi dəyişdirilərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmiş, 26 yanvar 2004-cü il tarixdə mərkəzin adı dəyişdirilib Ticarət Xidmət və İstehsalat Müəssisə və Obyektlərinin fəaliyytinin Əaqələndirilməsi Mərkəzi adlandırılmışdı) qladavşik, ekspeditor, mağaza müdiri və satıcı işləmişdir. X15 da 02 yanvar 1986-cı il tarixdən 09 iyun 2006-cı il tarixədək həmin müəssisədə xəzinədar, satıcı və mağaza müdiri vəzifəsində işləmişdir. Cavabdehin qeyd olunanlarla bağlı etirazının yeganə dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bnnla bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları sabit olmaya bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1976-2006-cı illərdə müxtəlif müəssisələrdə işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyü birmənalı qaydada nəzərə alınmalıdır. Ona görə də, qeyd olnan dövrlərə aid iş stajı sadalanan arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutlmamışdır. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, həmçinin iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçası olmasa da, onun 1976-2006-cı illərdə yuxarıda sadalanan müəssisələrdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31.05.2021ci il tarixli, **********46 nömrəli, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax Filialının 04.06.2021-ci il tarixli, 195/10 nömrəli arxiv arayışlaı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməsinə dair müddəa tətbiq edilməməlidir. Çünki iddiaçının əmək kitabçası olmasa da “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənəd, arxiv arayışları mövcuddur. Qeyd olunanlara əsasə məhkəmə hesab edir ki, göstərilən dövlər üzrə iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin iyul ayının 1-dən 2020-ci ilin iyul ayının 1-dək qadınların yaş həddi 61 yaş 6 ay olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı 28.09.1958-ci il təvəllüdlü olmaqla, pensiya yaşı (61 il 6 ay) 28.03.2020-ci ildə tamam olmuşdur. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızına 61 yaş 6 ay tamam olduğu üçün 28 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızına 61 yaş 6 ay tamam olduğu üçün 28 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1840/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1840/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver