Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1842/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 (Qəblə rayonu, kiçik Pirəli kəndi ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı «Bakı X1» ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Bakı X1» ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmiyyətin 2013-cü ildən başlayaraq (2013-cü il də daxil olmaqla) 28 sentyabr 2016-cı il tarixinə yaranmış 381.468,23 manat vergi borclarının və bu borclara görə hesablanmış 139.269,66 manat faiz məbləğinin ümidsiz borc kimi müəyyən edilib, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı üçün silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbimizin dəyişdirilərək 2013-cü ildən başlayaraq (2013-cü ildə daxil olmaqla) 07 noyabr 2019-cu il tarixinədək, yəni məhkəməyə müraciət olunan tarixədək yaranmış verği borclarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı NeftaqzX5" Açıq Səhmdar Cəmiyyəti hüquqi varis olmaqla ləğv olunmuş “Bakı Nelt Qaz X5" X11 Cəmiyyətinin yerində yaradılmışdır. Şəxsi hesab vərəqi ilə müəyyən olunmuşdur ki, cəmiyyətin 28 sentyabr 2016-cı il tarixinə ödəmə müddəti keçmiş 381.468,23 manat məbləğində vergi borcu və bu borclara görə hesablanmış 139.269,66 manat faiz borcu yaranmaşdır. Yaranmış bu borcların ödənilməsi üçün cəmiyyətin maddi və iqtisadi cahətdən imkanı olmadığından qanunvericiliyə əsasən ümidsiz borc kimi silinməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 78.3. 85.4, 90.3, və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair" 12 yanvar 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına və Vergi Məcəlləsinin 93.1 və 93.1.1 maddələrinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergi orqanları tərəfindən silinir. Cəmiyyətin 2013-cü ildən başlayaraq (2013-cü ildə daxil olmaqla) 28 sentyabr 2016-cı il tarixinə yaranmış 381.468,23 manat vergi borclarının və bu borclara görə hesablanmış 139.269,66 manat faiz məbləğinin ümidsiz borc kimi müəyyən edilib, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı üçün silinməsi barədə hər hansı tədbir görülməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2013-cü ildən başlayaraq (2013-cü ildə daxil olmaqla) 30 iyul 2019-cu il tarixinədək, yəni məhkəməyə müraciət olunan tarixədək yaranmış vergi borclarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1842/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddianın əsasının dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində texniki səhv olaraq 2013-cü ildən başlayaraq (2013-cü ildə daxil olmaqla) 28 sentyabr 2016-cı il tarixinədək yaranmış borcların vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığına görə silinməsi tələbi qoyulmuşdur. Hal-hazırdsa iddia tələbinin həcminin artırılmasına ehtiyac yaranmışdır. Belə ki, cəmiyyətin 2013-ci ildən 2019-cu il tarixinədək olan şəxsi hesab vərəqlərindən çıxarışlarla və həmin illər ərzində vergi orqanı tərəfindən vergi borclarının ödənilməsi barədə elektron bildirişlərlə bir daha bu borcların 2013-cü ildən əvvəl yaranması təsdiq olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Bakı X1” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2013-cü ildən başlayaraq (2013-cü il də daxil olmaqla), 28 sentyabr 2016-cı il tarixinə yaranmış 381.468,23 manat vergi borclarının və bu borclara görə hesablanmış 139.269,66 manat faiz məbləğinin ümidsiz borc kimi müəyyən edilib, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia cavabdeh tərəfindən etirazla qarşılanır. Belə ki, şəxsi hesab vərəqəsinə əsasən "Bakı X1” ASC-nin vergilər üzrə 468.446,63 manat (o cümlədən əsas vergi üzrə 259.336,99 manat, faizlər üzrə 61.964,64 manat, maliyyə sanksiyası üzrə 147.145,0 manat) əmlaka yönəldilən vərəqə üzrə 66.802,18 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə isə 23.3940,18 manat borcu vardır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2013-xx.xx.2016-cı illər ərzində (2013-cü il də daxil olmaqla) yaranmış vergi borclarının ümidsiz borc hesab edilərək silinməsini tələb etsə də, vergi ödəyicinin mübahisələndirdiyi dövr üzrə vaxtı keçmiş borc məbləğləri mövcud deyildir (cədvəl əlavə edilir). Cədvəldən göründüyü kimi, vergi ödəyicisinin hazırda mövcud olan vergi borcu 2015-2016-cı illər üzrə əlavə dəyər vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ödəmə mənbəyində tutulan vergi tədiyyələrindən ibarət vergi borclarını əhatə edir. Qeyd olunan vergi öhdəliklərinin tələbetmə müddəti bitmədiyindən həmin borcların ümidsiz borc kimi müəyyən edilib silinməsi qanunvericiliklə müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən 2013- 2019-cu illər üzrə etdiyi ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergi borclarına aid edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunan normaların məzmunundan və vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə edilmiş ödənişlərdən aydın olur ki, vergi ödəyicisinin xx.xx.2013-xx.xx.2016-cı il tarixə şəxsi hesab vərəqəsi üzrə yaranmış vergi borcunun tələbetmə müddəti keçməmişdir. Bundan əlavə bildirlər ki, vergi ödəyicisinin tələbetmə müddəti keçmiş ümumilikdə 119.797,71 manat olmaqla, xx.xx.2015-ci il tarixli **********982800 nömrəli qərara əsasən 42.609,84 manat faiz, həmçinin 1065,67 manat maliyyə sanksiyası, xx.xx.2015-ci il tarixli **********126900 nömrəli qərara əsasən 76122,20 manat faiz borcu məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmişdir. İşin hallarına və təqdim edilmiş sübutlara nəzər yetirdikdə aydın olur ki, Vergi Məcəlləsinin 93-cü maddəsində sadalanan hallar mövcud olmadığından hazır ki, iş üzrə vergi ödəyicisinin mübahisələndirdiyi dövr üzrə tələbetmə müddəti başa çatmış vergi borcu yoxdur. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ilə Bakı “X1” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən hesablanmış 381468,23 manat vergi borcu və bu borca görə hesablanmış 139269,66 manat faiz məbləği 2013-cü ildən başlayaraq (2013-cü il də daxil olmaqla) 28 sentyabr 2016-cı il tarixinə kimi yaranıb-yaranmaması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Bakı “X1” Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 381468,23 manat vergi borcu və bu borca görə hesablanmış 139269,66 manat faiz məbləğinin ümidsiz borc hesab edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/954 nömrəli 01 iyul 2020-ci il tarixli rəyinin tədqiqat hissəsində də göstərilmişdir ki, Bakı “X1” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən hesablanmış 381.468,23 manat vergi borcunun və bu borca görə hesablanmış 139.269,66 manat faiz məbləğinin 2013-cü ildən də əvvəlki dövrdən başlayaraq 28 sentyabr 2016-cı il tarixinə olan dövrədək hesablanması və həmin borcun 346.139,01 manat əsas vergi borcu üzrə hissəsinin, 28 sentyabr 2016-cı il tarixinə olan dövrədək hesablanması və həmin borcun 346.139,01 manat əsas vergi borcu üzrə hissəsinin, 103.932,31 manat faiz borcu üzrə hissəsinin 5 illik tutulması müddətinin keçməsi müəyyən olunduğu, həmçinin 28 sentyabr 2016-cı il tarixədək hesablanmış faiz borcunun yuxarıda qeyd edilmiş qanunun tələblərinə əsasən vergi orqanı tərəfindən silindiyi müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145,0 (yüz qırx beş) manat təşkil etmişdir. İddiaçı tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının 01 iyul 2020-ci il tarixli 9/954 saylı rəyinə münasibət daxil olmuşdur. İddiaçı məhkəmə-mühasibatlıq ekspertizasında müəyyən edilənlərə etiraz edərək mövqeyini onunla əsaslandırmışdır ki, əsas vergi üzrə 185.511,00 manat, maliyyə sanksiyaları üzrə 173,373,05 manat, faizlər üzrə 120.030,89 manat məbləğində vergi borclarının müddəti keçmiş vergi borcları olması 25 dekabr 2015-ci il tarixli müraciətlə təsdiq olunmuşdur. Həmin müraciətə cavab olaraq müəssisənin ümumilikdə 532.634, 34 manat vergi borcu olması və vaxtı keçmiş borcun olmamasının qeyd edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən 43.675,51 manat, 76.122,20 manat olmaqla, ümumilikdə 119.797,71 manat məbləğində müddəti keçmiş faiz və maliyyə sanksiyaları üzrə borclarının silinməsi bildirilmişdir. Müddəti keçmiş vergi borclarının silinməsi barədə 12 mart 2015-ci il tarixli qərardan görünür ki, vergi orqanı müddəti keçmiş əsas vergi borcunu deyil, ümumilikdə 43.675,51 manat, o cümlədən 42.609,84 manat hesablanmış faiz borcunu və 1.065, 67 manat maliyyə sanksiyası üzrə borcu silmişdir. Müddəti keçmiş vergi borclarının silinməsi barədə 24 aprel 2015-ci il tarixli qərardan görünür ki, vergi orqanı müddəti keçmiş əsas vergi borcunu deyil, 76.122,20 manat hesablanmış faiz borcunu silmişdir. Müddəti keçmiş faiz və maliyyə sanksiyası üzrə borcların müəyyən olunaraq silinməsi, lakin bu zaman həmin faiz və maliyyə sanksiyalarının tətbiq olunmasına səbəb olmuş müddəti keçmiş əsas vergi borclarının silinməməsinin səbəbi aydın deyildir. Müddəti keçmiş borcların silinməsi barədə 02 mart 2016-cı il tarixli növbəti müraciətimizə təkrar olaraq 12 mart 2015-ci il tarixli və 24 aprel 2015-ci il tarixli qərarlarla faiz və maliyyə sankisayaları üzrə borcların silinməsi barədə bildirilmişdir. Yuxarıda göstərilənlər bir daha onu sübut edir ki, vergi orqanı heç bir vəchlə müəssiəmizə aid müddəti keçmiş borcların mövcud olmasını etiraf etmir, müraciətlərimizə faiz və maliyyə sanksiyalarının silinməsi barədə bəhanələrlə dolu cavablar verməklə kifayətlənərək öz hərəkətsizliyi ilə müəssisənin ağır olan maliyyə vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Etiraza əlavə olunmuş müraciətlərin, müraciətlərə baxılması barədə qərarların, müəssisənin şəxsi hesab vərəqəsindən çıxarışların tarixləri və işə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə bir daha təsdiq olunmuşdur ki, yaranmış vergi borcları müddəti keçmiş ümidsiz borclardır və qanunvericiliyə əsasən silinməsi təmin olunmalıdır. Odur ki, iddiaçı cavabdehin etirazının rədd edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddianın əsasının dəyişdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasənmüəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasənqəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. İş materialları ilə müəyyən edilir ki; - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, «Bakı X1» ASC ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergu uçotu qeydiyatına alınmışdır, təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyət, hüquqi ünvanı AZ 1049, ünvan 3iyyatına alındığı tarix xx.xx.2001ci ildir. - «Bakı X1» ASC tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanan 30 iyul 2019-cu il tarixli 16/04-37 saylı məktubdan görünür ki, «Bakı X1» ASC-nin şəxsi hesab vərəqi ilə cəmiyyətin 28 dekabr 2016-cı il tarixinə ödəmə müddəti keçmiş 369.812,79 manat məbləğində vergi borcu və bu borclara görə hesablanmış 139.269,66 manat faiz borcu yaranması müəyyən olunduğu, yaranmış həmin borcların ödənilməsi üçün cəmiyyətin maddi və iqtisadi cəhətdən imkanının olmadığından qanunvericiliyə əsasən ümidsiz borc kimi silinməli olduğu və Vergi Məcəlləsi və Mülki Məcəllənin qeyd olunan müvafiq maddələrinə əsasən 2013-cü ildən başlayarq (2013-cü il də daxil olmaqla) 28 sentyabr 2016-cı il tarixinə olan dövrdə uaranmış 381.468,23 manat vergi borclarının və bu borcların məbləğinə görə hesablanmış 139.269,66 manat faiz məbləğinin ümidsiz borc kimi müəyyən edilib, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı üçün silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. -Halbuki, işin araşdırılan halları ilə müəyyən edilir ki, “vergi orqanlarının tələbetmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya tərəfindən 12 mart 2015-ci il taridə Qərar qəbul edilərək, Bakı neft qaz X8 X11 cəmiyyətinin (VÖEN **********) 10 mart 2015-ci il tarixinə dövlət büdcəsinə olan 43675,51 manat borc məbləği (o cümlədən faizlər üzrə 42609,84 manat və maliyyə sanksiyası üzrə 1065,67 manat) vergi orqanının tələbetmə müddəti bitdiyi üçün silinmişdir. Həmçinin “vergi orqanlarının tələbetmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya tərəfindən 24 aprel 2015-ci il taridə Qərar qəbul edilərək, “Bakı neft qaz X8” X11 cəmiyyətinin (VÖEN **********) 15 aprel 2015-ci il tarixinə dövlət büdcəsinə olan faizlər üzrə 76122,2 manat borc məbləği vergi orqanının tələbetmə müddəti bitdiyi üçün silinmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu əsasında təqdim edilmiş Q2000044 saylı 16 yanvar 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərardan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsinin müstəntiqi, X9 icraatında olan ********* nömrəli cinayət işinin materiallarını nəzərdən keçirərək qərara almışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Bakı Neft Qaz X8” TASC-nin (VÖEN:**********1) şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, müəssisədə cari bəyannamə ilə hesablanmış, 2016-cı il üzrə 27364,93 manat əmlak vergisi, 2016 - 2017-ci illər üzrə 3148,50 manat torpaq vergisi, 2016-cı ilin 2-ci - 2017-ci ilin 2-ci rübləri üzrə 1992,10 manat ödəmə mənbəyində tutulan vergi, 2016-cı ilin aprel - 2017-ci ilin avqust ayları üzrə 68782,80 manat əlavə dəyər vergisi və 2337,82 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 103626,15 manat məbləğndə vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Həmin fakt üzrə xx.xx.2017-ci il tarixdə Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilib ibtidai araşdırma aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi Məmmədzadə Azər Vəkil oğlu ifadəsində “Bakı Neft Qaz X5” TASC-də “Vergi borclarının ödənilməməsinin nəticələrinə dair” 12 oktyabr 2017-ci il tarixli aktı tərtib etdiyini, müəssisənin bəyannamə məlumatlarına əsasən 2016-cı il üzrə 27364,93 manat əmlak vergisi, 2016 - 2017-ci illər üzrə 3148,50 manat torpaq vergisi, 2016-cı ilin 2-ci - 2017-ci ilin 2-ci rübləri üzrə 1992,10 manat ödəmə mənbəyində tutulan vergi, 2016-cı ilin aprel - 2017-ci ilin avqust ayları üzrə 68782,80 manat əlavə dəyər vergisi və 2337,82 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 103626,15 manat məbləğndə vergi borcunun olduğunu göstərmişdir. Cinayət işinin istintaqı zamanı “Bakı Neft Qaz X5" TASC-nin sədri X6 şahid qismində dindirilərkən ifadəsində 2013-cü ildə cəmiyyətə sədr vəzifəsinə təyin edildiyini, TASC-nin fəaliyyətinin neft avadanlıqları məhsullarının cari və əsaslı təmirindən ibarət olduğunu, bəyannamələrin elektron qaydada vergi orqanına göndərilməsi üçün nəzərdə tutulan şifrə-parol, kod zərfinin hər zaman özündə saxlandığını, cəmiyyətin fəaliyyətinə faktiki olaraq özünün rəhbərlik etdiyini, cəmiyyətin bütün vergi öhdəliklərinin cari bəyannamələrlə bəyan edildiyini, hesablanmış vergilərlə razı olduğunu, vergiləri vaxtında ödəmədiyini, yayındırdığı məbləğ şəxsi işlərinə xərclədiyini, zavoda məxsus əmlakın bir hissəsini icarəyə verdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2019-cu il tarixdə 230000,0 manat məbləğndə vəsait “Bakı Neft Qaz X5” TASC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. “Bakı Neft Qaz X5” TASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair” 12 oktyabr 2017-ci il tarixli akta əsasən hesablanmış ümumilikdə 103626,15 manat məbləğində vergilərin dövlət büdcəsinə tam şəkildə ödənilməsi təmin edilmişdir. Beləliklə, cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı İslam Feyziyevin 103626,15 manat məbləğndə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması və bununla da Azərbaycan Respublikasının CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İslam Feyziyev xx.xx.2020-ci il tarixli müvafiq ərizə ilə Baş İdarəyə müraciət edərək, dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergiləri tamamilə ödədiyinə görə barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış məlumata əsasən X4 əvvəllər CM-nin 213- cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmədiyi məlum olmuşdur. Qərara əsasən X6 cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizə ilə müraciət etdiyini nəzərə alaraq, onun barəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. Qərar üzrə araşdırılan hallardan müəyyən edilir ki, müəssisənin bəyannamə məlumatlarına əsasən 2016-cı il üzrə 27364,93 manat əmlak vergisi, 2016 - 2017-ci illər üzrə 3148,50 manat torpaq vergisi, 2016-cı ilin 2-ci - 2017-ci ilin 2-ci rübləri üzrə 1992,10 manat ödəmə mənbəyində tutulan vergi, 2016-cı ilin aprel - 2017-ci ilin avqust ayları üzrə 68782,80 manat əlavə dəyər vergisi və 2337,82 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə 103626,15 manat məbləğndə vergi borcu olmuş, xx.xx.2019-cu il tarixdə 230000,0 manat məbləğndə vəsait “Bakı Neft Qaz X5” TASC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. “Bakı Neft Qaz X5” TASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair” 12 oktyabr 2017-ci il tarixli akta əsasən hesablanmış ümumilikdə 103626,15 manat məbləğində vergilərin dövlət büdcəsinə tam şəkildə ödənilməsi təmin edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı 2013-cü il də daxil olmaqla 07 noyabr 2019-cu il tarixinədək, yəni məhkəməyə müraciət olunan tarixədək yaranmış vergi borclarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən silinməsi barədə qərar qəbul edilməsini tələb etməkdədir. Məhkəmə iddiaçının tələbinin əsası kimi göstərdiyi müəssisənin 2013-cü ildən başlayaraq (2013-cü ildə daxil olmaqla) 30 iyul 2019-cu il tarixədək, yəni vergi orqanına müraciət olunan tarixədək yaranmış vergi borclarının və bu borclara görə hesablanmış faiz məbləğinin ümidsiz borc kimi müəyyən edilərək, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı üçün silinməli olduğu ilə bağlı göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir; 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Hazırki mübahisə üzrə “Bakı Neft Qaz X5” ASC-nin fəaliyyətdə olan müəssisə olması və onun tərəfindən xx.xx.2019-cu il tarixdə 230000,0 manat məbləğndə vəsaitin dövlət büdcəsinə ödənilməsi işin mübahisə edilməyən halını təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, bu ödəniş müraciət tarixindən sonra həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi işin faktiki hallarına uyğun gəlmir. Belə ki, müsəssisənin şəxsi hesab vərəqisindən aydın görünür ki, 13 mart 2015-ci il tarixində dövlət büdcəsinə olan 42609,84 manat borc məbləği (o cümlədən 173.687,54 manat faiz, 318.624,60 manat qalıq borc), 27 aprel 2015-ci il tarixdə dövlət büdcəsinə olan faizlər üzrə 76122,2 manat borc məbləği (o cümlədən 101.626,63 manat faiz, 336.32535 manat qalıq borc),vergi orqanının tələbetmə müddəti bitdiyi üçün silinmişdir. Sonradan müəssisə tərəfindən ödənilən vəsaitlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbi baxımından xronoloji ardıcıllıq qaydasında iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir; 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunun qeyd olunan normalarından görünür ki, iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid edilir. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığını tənzimlədiyindən, məhkəmə qeyd olunan prinsipdən irəli gələrək iddiaçı tərəfindən ödənilən cari vəsaitlərin cavabdeh tərəfindən müəssisənin əvvəl yaranmış borclarına yönəldilməkdə haqlı olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Sadalanan xüsusatlara əsasən hazırkı mübahisə ilə bağlı məhkəmə ekspert rəyində göstərilənlərin işin halları ilə uyğunluq təşkil etmədiyindən əsaslı hesab etmir. Beləliklə tədqiq edilən iş materialları ilə iddiaçının 30 iyul 2019-cu il tarixə, yəni müraciət tarixinə son 5 il ərzində vergi orqanına ödənilmiş məbləğlər nəzərə alınmaqla hər hansı məbləğ üzrə tələbetmə müddətinin keçməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələblərinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, bundan fərqli olaraq isə cavabdeh tərəfindən "Bakı X1” ASC-nin 30 iyul 2019-cu ilədək üzrə vaxtı keçmiş borc məbləğlərinin mövcud olmadığı məhkəmə araşdırması zamanı təsdiqini tapdığından, bununla da, iddia tələbləri əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti iddiaçı «Bakı X1» ASC-dən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34.1-ci, 52-ci, 58-ci, 68-69-cu, 73-cü və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145,0 (yüz qırx beş) manat məbləğində pul vəsaiti iddiaçı «Bakı X1» ASC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1842/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1842/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver