Məhkəmə qərarları › İş №2-1(112)-1844/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1844/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1844/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********04-12101 reyestr nömrəli texniki pasportun ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin 662 saylı sərəncamı ilə Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə “Memar Əcəmi” stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 torpaq sahəsi xxxxxxxxxxxxxxxxxxnin daimi istifadəsinə verilmişdir. Onun isə həmin torpaq sahəsi ilə yanaşı olan ərazidə yaşayış binası tikmək niyyəti olduğu üçün bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətindən sonra Bakı şəhər İcra Hakimiyyətinin 252 nömrəli, xx.xx.2018-ci il tarixli sərancamı ilə Nəsimi rayonu, 3005ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “xxxxxxxxxxxxxxxxxx” QSC-dən müsbət rəy alınması şərtilə ona və şəriki X2 icazə verilmişdir. Bundan sonra Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxxxxxxxxxxxxxxxx QSC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna xxxxxxxxxxxxxxxxxx QSC tərəfindən xx.xx.2018-ci ildə müvafiq cavab verilmişdir. Həmin cavabda göstərilmişdir ki, təqdim olunmuş layihə və digər cizgilərə “Bakımetrolayihə” institutu tərəfindən baxılıb və vətəndaş X1 Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı şimal-qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə rəy verilmiş və binanın yerləşdiyi ərazinin geoloji şəraitinin əlverişli olması, tunelin binanın tikintisinə heç bir maneçilik törətməməsi təsdiq olunmuşdur. Bütün bu müsbət rəy, icazə və sərəncamlardan sonra xx xxxxxxxx 2018-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti başçısının müavini E.Əzizovla torpaq sahəsinin icarəyə verilməsi haqqında 1514 nömrəli torpaq icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaqsahəsi 49 il müddətinə onların istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 27955 nömrəli rəy verilmiş və sözügedən torpaq sahəsindəki tikinti lahiyəsi razılaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 95 nömrəli obyektin tikintisinə icazə sənədi də verilmişdir. İcarəyə götürdükləri torpaq sahəsində yaşayış binasının tikintisi ilə bağlı bütün lazımı icazə və rəyləri almalarına baxmayaraq, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair Təhsil Nazirliyiyinin Bakı şəhəri üzrə Təhsil idarəsinə **********04- 12101 reyestr nömrəli texniki pasport verilmişdir.Sözügedən torpaq sahəsinə dair texniki pasportun Bakı şəhəri Təhsil İdarəsinə verilməsi üçün heç bir qanuni və əsaslı səbəb yoxdur. İcazə və layihələndirməsini bütövlüklə gördükləri, hətta ilkin tikinti işlərini gördükləri bir ərazinin texniki pasportunun onlara deyil, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinə verilməsi həm onların konstitusion hüquqlarını kobud şəkildə pozmuş, həm də sahibkarlıq fəaliyyətlərinin qarşısını tamamilə almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumların siyahısından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlardan biridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır; 1.3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir; 3.0.6, 3.0.11, 3.0.24-cü bəndlərinə əsasən hüquqları dövlət qeydiyyatına almaq; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək xidmətin vəzifələrinə daxildir. Hazırki iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi göstərilmişdir. Lakin qeyd olunan qanunvericilik aktlarından görünür ki, iddia tələbində qeyd olunan texniki pasportun verilməsi və ləğv edilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilir. Bu səbəbdən cavabdeh qismində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunmalı idi. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiilə əvəz edilməli olması iddiaçıya təklif olunsa da, bununla bağlı iddiaçıya təklif məktubu göndərilsə də, iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinə münasibət bildirilməmişdir, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, iddia ərizəsində göstərilən tələb cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə öz razılığını bildirməmişdir. Beləliklə, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar