Məhkəmə qərarları › İş №2-1(112)-1844/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1844/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1844/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçıların nümayəndəsi və vəkili Vəkil üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 oglunun iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı "xxxx" ASC üçüncü şəxs kimi göstərilməklə “ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracda satılmasına dair cavabdeh tərəfindən verilmiş sifarişlərin qanunsuz hesab edilməsi və həmin əmlakların yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı "xxxx" ASC üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 167.7. kv.m. olan qeyri-yaşayış sahəsinin 306.000 manat qiyməti ilə hərracda satılması barədə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə verilmiş 01377-67027/20-15-4 saylı, xx.xx.2020-ci il tarixli sifarişin və X1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinin 357.000 manat qiymətə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli mənzilin 255.000 manat qiymətə hərracda satılması barədə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə verilmiş 01376- 66612/20-15-4 saylı, xx.xx.2020-ci il tarixli sifarişin qanunsuz hesab edilməsi, yuxarıda sadalanan əmlakların yenidən qiymətləndirilməsi vəzifəsinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-1844/2021 nömrəli iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində işin icraata qəbul edilməsindən sonra, hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, həmin Məcəllənin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 45.4, 49, 81-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı "xxxx" ASC üçüncü şəxs kimi göstərilməklə “ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracda satılmasına dair cavabdeh tərəfindən verilmiş sifarişlərin qanunsuz hesab edilməsi və həmin əmlakların yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə”tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar