Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1849/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim olunmuş arayışlara əsasən 1980-2004-cü illər üçün onun pensiyasının yenidən hesablanması məqsədilə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx xxxxxx 1981-ci ildən xx xxx 1986-cı il tarixədək SSSR X4 filialında və xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda, X7 Sənaye Bankında və onun hüquqi varisi olan “Aqrarkredit” X2 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1972-ci ilin noyabr ayından hazırki dövrə kimi işləyir. Cari ilin (2019-cu il) iyun ayından ona pensiya təyin olunmuşdur. Pensiyasının düzgün hesablanmaması ilə əlaqədar olaraq (əmək kitabçası itidiyi üçün) tərəfindən müvafiq arayışlar alınmış və pensiyanın yenidən hesablanması üçün DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə təqdim edilmişdir. Lakin şöbə tərəfindən ona imtina edilmiş və bildirilmişdir ki, məsələyə məhkəmə qərarından sonra baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi məhkəməyə iddiaya dair yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, 2004-cü ildən 2006-cı ilədək işlədiyi “Mikromaliyyə” kredit təşkilatı tərəfindən ona məxsus əmək kitabçasının qaytarılmadığının nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Suraxanı RPİ tərəfindən xx.xx.2007-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçı aid DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsində olan 934327 №li pensiya işinin surətindən və DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verimiş **********8 №li xx xxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı həmin şöbədən yaşa görə 383 (üç yüz səksən üç) manat 44 (qırx dörd) qəpik məbləğində ömürlük pensiya alır. - “xxxxxxxxxxxx” ASC Nərimanov rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 463 №li xx.xx.2019-cu il tarixli məktubda sonuncuya bildirilmişdir ki, xx xxxxxx 1981-ci il tarixində 111 №li əmrə əsasən baş iqtisadçı vəzifəsini müvəqqəti icra etmişdir və xx xxx 1986-cı il tarixində 26 №li əmr ilə işdən azad olunmuşdur. Filialın arxivində işə daxil olma barəsində sənədlər aşkarlanmamışdır. Əlavə sənədlər təqdim edildiyi halda müraciətə yenidən baxıla bilər. - “Aqrarkredit” Qapalı X6mayan Kredit Təşkilatı tərəfindən verilmiş 2-9/219 №li xx xxxxxx 2010-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 1986-cı ildən xx.xx.2004-cü ilədək SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda, X7 Sənaye Bankında və onun hüquqi varisi olan “Aqrarkredit” X2, aşağıda göstərilən vəzifələrdə işləmişdir: xx.xx.1986-cı il-SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda Ticarətin kreditləşdirilməsi idarəsində böyük iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr №. 185/ş xx xxx 1986-cı il); xx.xx.1988-ci il-SSRİ X13 Azərbaycan Respublika Bankının kapital qoyuluşlarının kreditləşməsi və maliyyələşməsinin təşkili idarəsinin ASK- nın podrat təşkilatlarının kreditləşməsi və maliyyələşməsinin təşkili şöbəsinə böyük iqtisadçı vəzifəsinə keçirilmişdir (əmr №. 137/ş xx xxxxxx 1987-ci il); xx.xx.1989-cu il-SSRİ X13 Azərbaycan Respublika Bankının kapital qoyuluşlarının kreditləşməsi və maliyyələşməsinin təşkili idarəsinin ASK-nın podrat təşkilatlarının kreditləşməsi və maliyyələşməsinin təşkili şöbəsinə aparıcı iqtisadçı vəzifəsinə keçirilmişdir (əmr № 62/ş xx xxxxx 1989); xx.xx.1990-cı il SSRİ X13 Azərbaycan Respublika Bankının kapital qoyuluşlarının kreditləşməsi və maliyyələşməsinin təşkili idarəsinin ASK-nın podrat təşkilatlarının kreditləşməsi və maliyyələşməsinin təşkili şöbəsinə 1-ci dərəcəli iqtisadçı vəzifəsinə təsdiq edilmişdir (əmr №194/ş xx xxxx 1990); xx.xx.1991-ci il –SSRİ X13 Azərbaycan Respublika Bankının kapital qoyuluşlarının maliyyələşdirilməsi və kreditləşdirilməsinin təşkili idarəsinin kapital qoyuluşunun və podrat tikinti təşkilatlarının kreditləşməsi və maliyyələşməsinin təşkili şöbəsinin 1-ci dərəcəli iqtisadçısı vəzifəsində azad edilmişdir (əmr № 24/ş xx xxxx 1991); xx.xx.1992-ci il –Azərbaycan Respublikası X7 Sənaye Bankının İnventisiya idarəsinə rəis müavini vəzifəsinin icraedicisi təyin edilmişdir (əmr № 439/ş xx xxxxxxx 1992); xx.xx.1992-ci il – Azərbaycan Respublikası X7 Sənaye X1 rəis müavini vəzifəsinə təsdiq edilmişdir (əmr № 541/ş xx xxxxxx 1992); xx.xx.1994-cü il- Azərbaycan Respublikası X7 Sənaye Bankının İqtisadiyyat, istehlak fonduna nəzarət və beynəlxalq iqtisadi əlaqələr idarəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir (əmr № 18/ş 14 yanvar1994); xx.xx.1994-cü il- Azərbaycan Respublikası X7 Sənaye Bankının İqtisadiyyat, istehlak fonduna nəzarət idarəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir (əmr № 60/ş xx xxxx 1994); xx.xx.1994-cü il- Azərbaycan Respublikası X7 Sənaye Bankının İnvestisiya idarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir (əmr № 200/ş xx xxxxxx 1994) ; xx.xx.1998-ci il- Azərbaycan Respublikası X7 Sənaye Bankının X9 rəisi vəzifəsinin icrası həvalə edilmişdir (əmr № 313/ş xx xxxx 1998); xx.xx.1999-cu il- Azərbaycan Respublikası X7 Sənaye X12 Qurumu rəhbərinin müavini –X9 rəisi vəzifəsinə təyin edilmişdir (əmr № 454/ş xx xxxxxx 1999); xx.xx.2000-ci il- Azərbaycan Respublikası X7 Sənaye X12 Qurumunda aparılmış struktur dəyişiklikləri ilə əlaqədar X14 rəhbərinin müavini-Problemli borcların Yığımı idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir (əmr № 129/ş xx xxxxxx 1998); xx.xx.2000-ci il - Azərbaycan Respublikası X7 Sənaye X12 Qurumunda aparılmış struktur dəyişiklikləri ilə əlaqədar – Problemli borcların təhlili və mühasibat uçotu İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir (əmr № 158/ş xx xxxxxx 2000); xx.xx.2001-ci il - Azərbaycan Respublikası X7 Sənaye X12 Qurumu və onun tərkibində “Problemli borcların təhlili və əmək mühasibat uçotu” İdarəsi ləğv edildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir (əmr № 26/ş xx xxxxx 2001-ci il); xx.xx.2001-ci il - “Aqrarkredit” X3 Maliyyə, aktivlərin və öhdəliklərin idarə olunması idarəsinin Mühasibat uçotu və statistika şöbəsinə baş mütəxəssis-iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr №109/ş xx xxx 2001-ci il); xx.xx.2001-ci il – “Aqrarkredit” X3 Maliyyə, aktivlərin və öhdəliklərin idarəolunması idarəsinin Mühasibat uçotu və hesabatı şöbəsinə aparıcı mütəxəssis-mühasib vəzifəsinə keçirilmişdir (əmr №245/ş xx xxxxxx 2001-ci i); xx.xx.2002-ci il - “Aqrarkredit” X3 Problemli borcların və girov əmlakının idarəolunması idarəsinin Girov əmlakının idarə olunması şöbəsinə baş iqtisadçı vəzifəsinə keçirilmişdir (əmr № 49/ş xx xxxxxx 2002-ci i); xx.xx.2003-cü il -“Aqrarkredit” X3 Problemli aktivlərin və öhdəliklərin idarəolunması qurumunun əmlakın idarəolunması və məhkəmə qərarları ilə iş şöbəsinə baş iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr № 78/ş xx xxxxxx 2003-cü il); xx.xx.2004-cü il “Aqrarkredit” X3 Problemli aktivlərin və öhdəliklərin idarəolunması qurumunun əmlakın idarəolunmasıvə məhkəmə qərarları ilə iş üzrə şöbəsinin baş iqtisadçısı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu madəsinin 3-cü bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir (əmr 172/ş xx xxxxxx 2004-cü il). Arayış İddiaçı “Aqrarkredit” X3 arxivində saxlanılan xx xxx 1986-cı ildə açılmış və xx xxxxxx 2004-cü ildə bağlanmış şəxsi işi əsasında tərtib edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********6 №li imtina məktubunda sonuncuya bildirilmişdir ki, əmək pensiyası hüququnu zəruri edən vacib şərtlərdən biri tələb olunan iş stajının olmasıdr. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Eyni zamanda “Əmək Pensiyaları haqqında” Qaydaların 3.1.1-ci bəndinə görə əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Müraciətçinin xx.xx.1981-ci il tarixdən – xx.xx.2006-cı il tarixədək olan illəri əmək kitabçasında olmadığından (arxiv arayış) həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Məhkəmənin müvafiq sorğularına əsasən; -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 5/611 nömrəli cavab məktubunda “Mikromaliyyə” kredit təşkilatının arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. -“xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 157000/2-2726 №li məktubdan (məktuba 111 №li xx.xx.1981-ci il tarixli əmrin surəti əlavə olunmuşdur) müəyyən olunur ki, SSSR Tikinti Bankının Bakı şəhəri Nərimanov fililalının xx xxxxxx 1981-ci il tarixli 111 №li əmrinə əsasən İddiaçı xx xxxxxx 1981-ci il tarixdə SSSR X4 filialında Kapital-tikinti maliyyələşmə və kreditləşmə şöbəsinin iqtisadçısı vəzifəsindən müvəqqəti böyük iqtisadçısı vəzifəsinə təyin edilməsini və SSSR Tikinti Bankının Bakı şəhəri Nərimanov filialının xx xxx 1986-cı il tarixli 26 №li əmrinə əsasən xx.xx.1986-cı il tarixdən Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz istəyilə SSSR X4 filialında Kapital-tikinti maliyyələşmə və kreditləşmə şöbəsinin böyük iqtisadçısı vəzifəsindən azad edilməsini təsdiq edən sənədlər tapılmışdır. İddiaçı əmək fəaliyyətinə aid digər sənədlərin və məlumatların tapılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçıya əmək pensiyası təyin edilmiş, lakin müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, həmin dövr nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. Azərbaycan Respublikası Dövlət X10 Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd); Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı xx xxxxxx 1981-ci ildən xx xxx 1986-cı il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlərlə bağlı verilmiş arayışların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı xx xxxxxx 1981-ci ildən xx xxx 1986-cı il tarixədək SSSR X4 filialında və xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək (xx.xx.1986-cı il-xx.xx.1991-ci il; xx.xx.1992-ci il-xx.xx.2001-ci il; xx.xx.2001-ci il – xx.xx.2004-cü il) müvafiq olaraq SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda, X7 Sənaye Bankında və “Aqrarkredit” X2 işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1849/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1849/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver