Məhkəmə qərarları › İş №2-1(112)-185/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-185/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-185/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 aprel 2021-ci il tarixdə İddiaçı 60 yaşının tamam olması ilə əlaqədar prokurorluq orqanlarında fəaliyyətinə xitam verilmişdir. O, 31 oktyabr 1984-cü ildə prokurorluq orqanlarına qəbul olunmuş və onun 36 il 5 ay həmin orqanda iş stajı vardır. Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU) qəbul olunmamışdan əvvəl iddaçı iki ilə kimi işləmiş, həmin Universitetdə 5 il ali təhsil almışdır. Ümumiyyətlə onun 43 il 6 ay əmək stajı vardır. 6 mart 2018-ci il tarixədək «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri pensiya hüququ vardır. Ona görə də 2009-cu ildə prokurorluq işçisi kimi 25 il xidmət etdiyi üçün ona pensiya təyin edilmiş və prokurorluqda xidmətini davam etdirdiyindən, təyin edilmiş pensiyanın yarısı, 1.400 manat ödənilmişdir. Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən işlədiyi 2003-cü ilin avqust ayından 2005-ci ilin aprel ayınadək və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrəböyük müstəntiqi vəzifəsində işlədiyi 2005-ci ilin may ayından 2007-ci ilin iyul ayınadək olan dövrlər götürülmüşdür. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin vəzifə maaşı 1.420 manat, həmin maaşa xidmət ilinə görə 45%– 639 manat və baş ədliyyə müşaviri rütbəsinə görə isə 138 manat, Baş prokurorun əmri ilə 50% – 710 manat əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası prokurorluq orqanları sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarı ilə dövlər büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə edilmişdir. Göstərilən vəzifə maaşına əlavələri nəzərə alaraq, Baş prokuror yanmda Korrupsiyaya qarşı Mübariz Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin əmək haqqısı 4.327 manat təşkil etmişdir. Hər il, yəni 2005, 2006, 2007-ci illərdə və 2008-ci ilin iyul ayında məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində, yəni iki aylıq əmək haqqı məbləğində pul təminatı iddiaçıya ödənilmişdir. Həmin İdarədə xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işlədiyi dövrdə 2005-ci ilin sentyabr ayında, 2006-cı ilin mart və sentyabr aylarında 100% əmək haqqı həcmində mükafatlar verilmişdir. Baş prokurorluğunun İstintaq İdarəinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin vəzifə maaşı 1.425 manat, həmin maaşa xidmət ilinə görə 45% – 641,25 manat və baş ədliyyə müşaviri rütbəsinə görə isə, 138 manat əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarı ilə dövlər büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə edilməklə Baş prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin əmək haqqı – 3.629,25 manat təşkil etmişdir. Hər il, yəni 2003 və 2004-cü illərdə məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində, yəni iki aylıq əmək haqqı məbləğində pul təminatı iddiaçıya ödənilmişdir. Həmin vəzifədə işlədiyi dövrdə 2003-cü ilin sentyabr ayında, 2004- cü ilin mart və 2005-ci ilin mart aylarında 100% əmək haqqı həcmində mükafatlar verilmişdir. Qeyd olunanlar barədə Baş prokurorluğunun Maliyyə İdarəsindən arayış alınmış və həmin arayış və əmək kitabçası 9 avqust 2021-ci il tarixdə 4 nömrəli DOST Mərkəzinə təqdim edilmişdir. Təxminən 30 gündən artıq müddət keçdikdən sonra 2.600 manat pensiya təyin edildiyi məlum olmuşdur. Həmin təyin olunmuş pensiya əsassız və qanunusuzdur, düzgün təyin edilməmişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilmişdir ki, prokurorluq və digər orqanlar dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları və 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Qanun 7.1-ci maddəsində qeyd olunur ki. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. 8.1.2 maddəsində isə, Azərbaycan Respublikası Baş prokurorluğu 1-ci, Azərbaycan Respublikası Hərbi prokurorluğu 2-ci, Bakı şəhər prokurorluğu 3-cü və rayon (şəhər) prokuroluqları 4-cü kateqoriya dövlət orqanları olduğu göstərilmişdir. «Azərbaycan Respublikasının Baş prokurorluğu haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun strukturuna daxil olan idarə və şöbələrin tərkibində idarə rəisləri, idarə rəislərinin müavinləri və şöbə rəisləri, habelə prokurorlar, müstəntiqlər və əməliyyatçılar vardır. İddiaçı Baş prokurorluğunun İstintaq idrəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyiik müstəntiqi və digər vəzifələrdə dövlət qulluqçusu kimi işləmişdir. Ona görə də «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq iddiaçıya düzgün pensiya təyin edilməmişdir. Faktiki olaraq iddiaçıya daha yüksək pensiya təyin edilməli idi. İddiaçı ona əmək pensiyasının yenidən hesablanması və ödənilməsi üçün 16 noyabr 2021-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Belə ki, iddiaçı əmək pensiyasının təyinatı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğundan maliyyə arayışını alaraq, əmək kitabçası ilə birlikdə Bakı 4 saylı DOST Mərkəzinə təqdim etmişdir. Baş Prokurorluğunun maliyyə arayışında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqivəzifəsində işləyərkən bütün mükafatlar, müavinətlər və maddi yardımlar nəzərə alınmaqla orta aylıq əmək haqqım 4.327 manat təşkil etmişdir (4.327 x 80% = 3.461.60 manat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə edilməklə Baş prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyərkən əmək haqqı 3.629,25 manat təşkil etmişdir (3.629,25 x 80% = 2.903,40 manat). Göründyü kimi, iddiaçıya yuxarıda göstərilən məbləğlərdə pensiya təyin edilməli idi. Cavabdeh tərəfin imtina məktubunda göstərdiyi 3.365,97 manatı hansı mənbədən, hansı sənəddən götürdüyü məlum deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 12, 38, 71, 125, 149-cu maddələrinə, «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 5.2.2-ci maddəsinə, «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 2- ci maddəsinə, İPM-in 2, 4, 34, 68, 69, 75, 81, 85, 110-cu maddələrinə əsaslanaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifələrində işlədiyi üçün 14 aprel 2021-ci il tarixdən təyin olunmuş əmək pensiyasının 2003-cü ilin avqust ayından 2008-ci ilin iyul ayınadək olan dövrdə əmək haqqı, məzuniyyət və mükafatlar «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun və «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması xahişi ilə xx.xx.2021 -ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, iddiaçının müraciəti cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əsasən İddiaçı ərizədə göstərdiyi prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə əmək pensiyası hesablanarkən əsas götürülən dövr ərzində (xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr) ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci ıl tarixli 2-1(112)-5574/2022 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, iddiaçıya 14 aprel 2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının onun 2003-2008-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı baş İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işlədiyi dövr əsasında və aldığı əmək haqqı, məzuniyyətlərə görə pul təminatı, mükafat məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-450/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (112)-5574/2022 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Bakı inzibati Məhkəməsinə göndərilmişdir. İnzibati işin hazırki mərhələsində İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək 31 may 2023-cü il tarixli iddia ərizəsi təqdim edilmişdir, iddia ərizəsinin əsasları kimi xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək dövrdə Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin Azərbaycan Respublikası Nazirlət Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarında nəzərdə tutulan bir aylıq vəzifə maaşı həcmində əlavə ilə birlikdə 3629,25 manat məbləğində və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin 4327 manat məbləğində əmək haqlarının və Baş Prokurorluğun 04 avqust 2021-ci il tarixli 20/753 nömrəli arayışında göstərilən maddi yardımların, mükafatların, məzuniyyətə görə müavinətlərin, müalicə üçün pul ödənişlərinin 14 aprel 2021-ci il tarixdən etibarən dövlət qulluqçusunun dövlət məvacibinin hesablanması qaydalarına uyğun olaraq İddiaçı pensiya məbləğinin yenidən hesablanaraq ödənilməli olduğu qeyd edilmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin qulluq stajına görə əmək pensiyasına əlavələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən: 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: • 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; • 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarına uyğun olaraq hesablanır. İddiaçı Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1421,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 639,79 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələr 1166,43 manat olmaqla orta aylıq əmək haqqısı 3365,97 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 08 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3365,97 manat) 80 faizi-2692,78 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda İddiaçı əmək pensiyasının məbləği vəzifə maaşının artımı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən 26.01,2023-cü il tarixli 3-17-1/3-7-1396/2023 nömrəli Qərarla yenidən hesablanmışdır (Qərar və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir). İddiaçı əmək pensiyasının məbləği vəzifə maaşının artımı ilə əlaqədar olaraq yenidən hesablanaraq vaxtilə qulluq keçidiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1871,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 842,29 manat, rütbəyə görə əlavəsi 138.00 manat, digər növ əlavələri 1534,18 manat olmaqla orta aylıq əmək haqqısı 4376,22 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 08 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (4376,22 manat) 80 faizi-3500,98 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 3851,7 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4417,18 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1 0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə ki, yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı tərəfindən təqdim edilən ardıcıl gələn 60 ayın əmək haqqı arayışı əsasında (xx.xx.2003- xx.xx.2008-ci il tarixləri arasındakı dövr) dövlət məvacibi hesablanarkən iddiaçının vəzifə maaşı, qulluq stajına görə əlavə, rütbəyə görə əlavələr, mükafat, müavinət və maddi yardımlar nəzərə alınmaqla əmək pensiyasının məbləği hesablanmışdır. Həmçinin, İddiaçı iddia ərizəsində göstərdiyi prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə əmək pensiyası hesablanarkən əsas götürülən dövr ərzində (xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr) ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, İddiaçı iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(112)-7505/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5574/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 14 aprel 2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının onun 2003–2008-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı baş İdarəində xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işlədiyi dövr əsasında və aldığı əmək haqqı, məzuniyyətlərə görə pul təminatı, mükafat məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5574/2022 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşə birinci instansiya məhkəməsidə təkrar baxılarkən iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2023-cü il tarixdən xx.xx.2008-ci il tarixədək dövrdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarında nəzərdə tutulan bir aylıq vəzifə maaşı həcmində əlavə ilə birlikdə 3629,25 manat məbləğində və baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin 4327manat məbləğində əmək haqlarının və Baş Prokurorluğun 04 avqust 2021-ci il tarilxi 20/753 nömrəli arayışında göstərilən maddi yardımların, mükafatların, məzuniyyətə görə müavinətlərin, müalicə üçün pul ödənişlərinin 14 aprel 2021-ci il tarixdən etibarən Azəraycan Respublikası Dövlət qulluğu haqqında Qanunun və “Dövlət qulluqçularının əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının tələblərinə uyğun olaraq pensiyaslna yenidən hesablanılması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaısnda iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçıya aid pensiya işi və inzibati icraat materiallarından görünür ki: -DSMF Nərimanov rayon şöbəsinin xx.xx.2009-cu il tarilxi 581 nömrəli qərarı ilə xx.xx.2009-cu il tarixdən xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmiş, işlədiyinə görə təyin edilmiş pensiyanın 50%-nin ödənilməsi qərara alınmışdır. -Əmək pensiyasının yenidən hesabıanmasına dair xx.xx.2021-ci il tarilxi ********** nömrəli qərara əsasən yenidən hesablamanın səbəbi: qulluğa xitam verilmə ilə əlaqədar (50%-100%), pensiya faizi 80%, dövət məvacibin məbləği 3365 manat 97 qəpik, yenidən hesablanan məbləğ 2692 manat 78 qəpik, hazırkı pensiya məbləği 1429 manat təşkil edir. -Baş Prokurorluğun xx.xx.2009-cu il tarilxi 1067 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Xİ.2003-cü –İV.2005-ci il tarixinə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, V. 2005ci il-X.2008-ci il tarixllərə kimi Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı kimi mükafat, müavinət və maddi yardımlar almışdır: 2003-cü dekabr ayı 100% əmək haqqı həcmində; 2004-cü il mart ayı 100%; sentyabr ayı 100%; dekabr ayı 100% əmək haqqı həcmində; 2005-ci il mart ayı 100%; sentyabr ayı 100%; dekabr ayı 100% əmək haqqı həcmində; 2006-cı il mart ayı 100%; sentyabr ayı 100% əmək haqqı həcmində; 2007-ci il mart ayı 100%; sentyabr ayı 100% dekabr ayı 100% əmək haqqı həcmində 2008-ci il mart ayı 100% sentyabr ayı 100% əmək haqqı həcmində Bundan əlavə 2007, 2008-ci illərdə məzuniyyətə çıxarkən 2 qat əmək haqqı həcmində müavinət almışdır. Məhkəmə sorğusuna cavab olaraq Azəbaycan Respubliaksı Baş Prokuorluğunun xx.xx.2023-cü il tarixli 2-2-20/2-586/2023 saylı məktubu ilə təqdim edilmiş İddiaçı xx.xx.20003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı bardə arayışdan görünür ki: -xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək ona hesablanmış ödənişlər 201 386 872,62 (iki yüz bir milyon üç yüz səksən altı min səkkiz yüz yetmiş iki AZM 62 qəpik) AZM, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək ona hesablanmış ödənişlər 72 287,90 (yetmiş iki min iki yüz səksən yeddi AZN 90 qəpik) AZN olmuşdur. -2003-cü il mart ayının mükafatı 3 150 000,00, sentyabr ayının mükafatı 3 150 000,00, noyabr ayının mükafatı 3 150 000,00, cəmi mükafatı 9 450 000,00 olmuşdur. -2004-cü il mart ayının mükafatı 3 150 000,00, sentyabr ayının mükafatı 3 150 000,00, noyabr ayının mükafatı 3 150 000,00, dekabr ayının mükafatı 9 450 000,00, iyun ayının məzuniyyət pulu 4 662 828,72, cəmi mükafat 9 450 000,00 və məzuniyyət pulu 4 662 828,72 olmuşdur. -2005-ci il mart ayının mükafatı 3 150 000,00, sentyabr ayının mükafatı 8 442 500,00 noyabr ayının mükafatı 8 442 500,00 cəmi mükafatı 20 035 000,00 olmuşdur. -2006-cı il mart ayının mükafatı 1 694,30, oktyabr ayının mükafatı 1 694,30, yanvar ayının məzuniyyət pulu 2 036,00, iyun ayının məzuniyyət pulu 2 453,04, cəmi mükafat 3 388,60 və məzuniyyət pulu 4 489,04 olmuşdur. -2007-ci il mart ayının mükafatı 1 731,50, oktyabr ayının mükafatı 1 731,50, dekabr ayının mükafatı 1 731,50, iyun ayının məzuniyyət pulu 2 343,24 cəmi mükafat 5 194,50 və məzuniyyət pulu 2 343,24 olmuşdur. -2008-ci il mart ayının mükafatı 1 731,50, sentyabr ayının mükafatı 1 731,50, cəmi mükafat 3 463,00 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 4 avqust 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 2003-cü ilin avqust ayından 21 aprel 2005ci il tarixədək Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, 22 aprel 2005-ci il tarixdən 2008-ci ilin iyul ayınadək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı kimi mükafat, müavinət və maddi yardımlar almışdır: 2003-cü sentyabr ayı 100% əmək haqqı həcmində mükafat; 2003-cü il dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım 2004-ci il mart ayı 100% əmək haqqı həcmində mükafat; 2004-ci il sentyabr ayı 100% əmək haqqı həcmində mükafat; 2004-cü il dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2005-ci il mart ayı 100% əmək haqqı həcmində mükafat; 2005-ci il sentyabr ayı 100% əmək haqqı həcmində mükafat; 2005-ci il dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2006-cı il mart ayı 100% əmək haqqı həcmində mükafat; 2006-cı il sentyabr ayı 100% əmək haqqı həcmində mükafat; 2007-ci il mart ayı 100% əmək haqqı həcmində maddi yardım; 2007-ci il iyul ayı 200% əmək haqqı həcmində məzuniyyətə görə müavinət; 2007-ci il sentyabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2007-ci il dekabr ayı 100% ərpək haqqı həcmində maddi yardım; 2008-ci il mart ayı 100% əmək haqqı həcmində maddi yardım. 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 ve 20.9-cu məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Hal-hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm İşlər üzrə böyük müstəntiqin: vəzifə maaşı – 1.420 manat, xidmət ilinə əlavə 45%- 639 manat rütbəyə görə əlavə (baş ədliyyə müşaviri) – 138 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə 1.420 manat, vəzifə maaşına 50% əlavə 710 manat, cami 4.327 manat təşki edir. Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin; vəzifə maaşı – 1.425 manat, xidmət ilinə əlavə 45% - 641,25 manat, rütbəyə görə əlavə (baş ədliyyə müşavin) – 138 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə - 1.425 manat., cəmi 3629,25 manat təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1-146058/23 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 iyun 2023-cü il tarixində daxil olmuş 2-1(112)-7505/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı Dövlət Sosial X1 rayon Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin 14 aprel 2021-ci il tarixindən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanıb. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1421,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 639,79 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1166,43 manat olmaqla orta aylıq əmək haqqısı 3365,97 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3365,97 manat) 80 faizi-2692,78 manat məbləğində müəyyən edilib. Eyni zamanda vəzifə maaşının artımı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixindən yenidən Hesablanaraq İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının Orta aylıq məbləği 1871,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 842,29 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1524,18 manat olmaqla orta aylıq əmək haqqısı 4376,22 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajıa uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (4376,22 manat) 80 faizi- 3500,98 manat məbləğində müəyyən edilib. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1 yavar 2023-cü il tarixidən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilə şəxsin əmək pensiyası həmi tarixdən 381,7 manat, 29.1-ci madddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 4417,18 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6938 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulmuş suallar üzrə is materiallarında olan sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalini Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məktublarını nəzərə alaraq, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1421,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 639,79 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1166,43 manat olmaqla orta aylıq əmək haqqısı 3365,97 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3365,97 manat) 80 faizi-2692,78 manat məbləğində, eyni zamanda vəzifə maaşının artımı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1871,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 842,29 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1524,18 manat olmaqla orta aylıq əmək haqqısı 4376,22 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (4376,22 manat) 80 faizi-3500,98 manat məbləğində olduğu, bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023- cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 3851,7 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 4.417,18 manat olduğu müəyyən edilir Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1-309074/23 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 dekabr 2023-cü il tarixində daxil olmuş 2-1 (112)-7505/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin 14 aprel 2021-ci il tarixindən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanıb İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1421,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 639,79 manat, rütbəyə görə əlavəsi 138.00 manat, digər növ əlavələri (mükafatlara, maddi yardımlara, müavinətlərə və xüsusi iş şəraitinə görə əlavələr) 1166,43 manat olmaqla orta aylıq əmək haqqısı 3365,97 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3365,97 manat) 80 faizi- 2692,78 manat məbləğində müəyyən edilib. Eyni zamanda vəzifə maaşının artımı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1871,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 842,29 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri (mükafatlara, maddi yardımlara, müavinətlərə və xüsusi iş şəraitinə görə əlavələr) 1524,18 manat olmaqla orta aylıq əmək haqqısı 4376,22 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (4376,22 manat) 80 faizi-3500,98 manat məbləğində müəyyən edilib. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 3851,7 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 4417,18 manat təşkil edir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 20 dekabr 2021-ci il tarixli **********9 saylı məktubda qeyd olunmuşdur ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 noyabr 2021-ci il tarixində daxil olmuş ərizəyə aidiyyəti üzrə baxılmışdır. Onun (ərizəçi İddiaçı) əmək pensiyasi Mərkəzi Filial tərəfindən 14 aprel 2021-ci il tarixindən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar yenidən hesablanmışdır. Onun vaxtilə qulluq keçdiyi vəzifələr üzre ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 1.421,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 639,79 manat, rütbəyə görə əlavəz 138 manat, digər növ əlavələr 1.166,43 manat olmaqla orta aylıq əmək haqqı 3.365,97 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3.365,97 manat) 80 faizi – 2.692,78 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən «Əmək pensiyaları haqqında» Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, İşlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən ərizənizdə göstərdiyiniz prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə əmək pensiyası hesablanarkən əsas götürülən 1 avqust 2003-cü il tarixdən 1 avqust 2008-ci il tarixədək olan dövr ərzində ona (iddiaçıya) ödənilmədiyindən, həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçıya xx.xx.2009-cu ildən xidmət illərinə görə prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmiş, iddiaçıya pensiya təyin edilərkən onun əmək pensiyasının məbləği Baş Prokurorluğun xx.xx.2009-cu il tarixli 1067 nömrəli arayışı əsasında Xİ.2003–İV.2005-ci il tarixinə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, V.2005-ci il-X.2008-ci il tarixlərə kimi Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işlədiyi dövr (ardıcıl gələn 60 ay-xx.xx.2003-xx.xx.2008-ci il) əsas götürülərək əmək pensiyası hesablanmışdır. İddiaçının 14 aprel 2021-ci il tarixindən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1421,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 639,79 manat, rütbəyə görə əlavəsi 138.00 manat, digər növ əlavələri (mükafatlara, maddi yardımlara, müavinətlərə və xüsusi iş şəraitinə görə əlavələr) 1166,43 manat olmaqla orta aylıq əmək haqqısı 3365,97 manat təşkil etmiş, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3365,97 manat) 80 faizi- 2692,78 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixindən vəzifə maaşının artımı ilə əlaqədar olaraq iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1871,75 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 842,29 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri (mükafatlara, maddi yardımlara, müavinətlərə və xüsusi iş şəraitinə görə əlavələr) 1524,18 manat olmaqla orta aylıq əmək haqqısı 4376,22 manat təşkil etmiş,əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 8 ay 10 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (4376,22 manat) 80 faizi-3500,98 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 3851,7 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 4417,18 manat təşkil edir. İddiaçı prokurorluq orqanlarında xidmətinə xitam verilərkən Azərbaycan Respublikasının Baş Prokurorluğunun 4 avqust 2021-ci il tarixli arayışını təqdim edərək hazırkı vaxtda (2021-ci il) Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm İşlər üzrə böyük müstəntiqin əmək haqqısının 4.327 manat, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin 3629,25 manat təşkil etdiyini əsas gətirərək, xidmət etdiyi dövrdə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində ödənilmiş vəzifə maaşına əlavənin onun əmək haqqı tərkibində nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; (xx.xx.2022-dək qüvvədə olan redaksiya) -20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: -20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; -21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir; -21.2-1-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli qərarı ilə, Azərbaycan Respublikasının prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmiş və Qərar 2020-ci il avqustun 1-dən qüvvəyə minmişdir. Qanunvericiliyin sadalanan normalarından göründüy kimi, prokurorluq işçilərinin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya pensiya təyin edilərkən Azərbaycan Respublikası Baş prokurorluğunun idarəsinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi və Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işlədiyi dövrdə, yəni ardıcıl gələn 60 ay -xx.xx.2003-xx.xx.2008-ci illərdə aldığı əmək haqqı barədə arayış təqdim etmiş və pensiya məbləği xx.xx.2009-cu il tarixli 1067 nömrəli arayışındakı orta əmək haqqı nəzərə alınaraq pensiya təyin edilmiş, eyni zamanda xx.xx.2021-ci il tarixdə prokurorluq orqanlarında xidmətinə xitam verilməsi ilə əlaqədar pensiyası yenidən hesablanarkən yenə ilkin müraciəti zamanı təqdim etdiyi ardıcıl gələn 60 ay-2003-2008-ci ilin orta əmək haqqının 3365,97 manatın 80%-i məbləğində 2692,78 manat müəyyən edilərək yenidən hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2020-ci ildən qüvvəyə minmiş Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən 9 ay ərzində ödənilmiş dövlət büdcəsi hesabına bir aylıq vəzifə maaşı həcmində əlavəsi onun xidmətinin son 24 ayın orta əmək haqqına daxil olmaqla pensiyanın təyin edilməsində seçim etdiyi 2003-2008-ci ilin, yəni ardıcıl gələn 60 ayın əmək haqqı olduğundan və cavabdeh orqana da məhz həmin dövrün əmək haqqı arayışını təqdim etdiyindən, qeyd edilən 5 illik müddətə daxil olmayan əmək haqqında əlavə onun pensiyasının yenidən hesablanmasında nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə seçim etdiyi əmək haqqı tərkibinə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni alsa da həmin əlavə onun seçim etdiyi 5 illik əmək haqqının tərkibində olmadığından cavabdeh tərəfindən həmin əlavə yenidən hesablama zamanı nəzərə alınmamışdır. Belə ki, sözügedən əlavə iddiaçının qeyd etdiyi kimi əmək haqqındakı “sonrakı artım” deyil, qulluğun son 24 ayında əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. Eyni zamanda, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 1.0.19-cu maddə əlavə edilmişdir ki, həmin maddəyə əsasən, əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Yəni, şəxs pensiyaya çıxdıqdan sonra, seçdiyi dövrün əmək haqqısının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdə artım olarsa (məsələn hazırkı iş üzrə 1 vəzfiə maaşı qədər verilən həmin əlavə 2 vəzifə maaşı qədər əlavə olarsa) bu “sonrakı artım” kimi həmin ödənci almış pensiyaçılara şamil ediləcəkdir. Hazırkı halda isə iddiaçının pensiyasının yenidən hesablanmasında xx.xx.2020-ci ildən verilən həmin əlavənin nəzərə alınması barədə dəlilləri əsassızdır. Əks yanaşma son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin müəyyən edilməsi barədə müddəanı əhəmiyyətsiz edər. Nəzərə alınsa ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir, bu zaman sözügedən əlavəni son 24 ayda almış şəxslə 60 ay ərzində almamış şəxslər arasında “fərq” qoyulmaqla, ədalətli olan və qanunvericiliyə söykənən differensasiya aparılmalıdır. Qanunverici orqan məhz bu aspektdən çıxış edərək, pensiyaçının öz mülahizəsinə əsasən aldığı məvacibin deyil, son 24 ay və ya istənilən ardıcıl 60 ay ərzindəki orta aylıq məbləğin müəyyən edilməsini şərt kimi təsbit etmişdir. Başqa sözlə, iddiaçının pensiyasının yenidən hesablanması zamanı seçim etdiyi 5 illik dövrlə bağlı əmək haqqında iddiaçının vəzifə maaşı, qulluq stajına görə əlavə, rütbəyə görə əlavə, maddi yardım və qeyd edilən 1600% əmək haqqından olan mükafatlar nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmışdır. Prokurorluq işçilərinə dövlət büdcəsi hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə əmək pensiyası hesablanarkən götürülən dövr ərzində, yəni xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbinə uyğun deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar