Məhkəmə qərarları › İş №2-1(112)-1850/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1850/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1850/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxslər X15 və Əzim-zadə X20, İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X29 və qeyriləri) qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və çıxarışların etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı (bundan sonra - İddiaçı) 02.06.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı ev üzrə X30, X31, X14 və X13 mülkiyyət hüquqları ilə əlaqədar qeydiyyatın ləğv edilməsi, həmin ünvanda yerləşən torpaq sahəsinin X15, Əzim-zadə X20, X1, X2, X3, X16, X22, X11 və X13 adlarına özəlləşdirilməsi ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh 26.07.2021-ci il tarixli, **********33 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, daşınmaz əmlakın mülkiyyətçisinin müraciətinə əlavə edilmiş ərizəsi (mülkiyyətçinin notarial qaydada təsdiqlənmiş ərizəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsli, texniki pasport), şəhər (rayon) icra hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alınaraq söküldükdə isə mülkiyyətçi ilə müvafiq icra hakimiyyəti arasında notarial qaydada bağlanmış müqavilə və daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ləğvi barədə icra hakimiyyətinin İdarəyə ünvanlanmış məktubu əsasında ləğv edilə bilər. Qeyd olunan fərdi yaşayış evinin X23 məxsus hissəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8005/20 saylı, 02.12.2020-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3həsinin üçüncü şəxslər X15, Əzim-zadə X20, X1, X2, X3, X16, X22, X11 və X13 adlarına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı ev üzrə X16, X22, X11 və X13 mülkiyyət hüquqları ilə əlaqədar qeydiyyatın ləğv edilməsi, həmin ünvanında yerləşən torpaq sahəsinin X15, Əzim-zadə X20, X1, X2, X3, X16, X22, X11 və X13 adlarına özəlləşdirilməsi ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.08.2021-ci il tarixli, 2-1(112)-9190/2021 saylı qərardadı ilə X29, Əzim-zadə X32, X8, X9, X10, X30, X31, X14 və X25 və 03 noyabr 2021-ci il tarixli, 2- 1(112)-9190/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. AN-İ ******* nömrəli 06.12.2018-ci il tarixli, AN-İ ******* nömrəli 15.08.2018-ci il tarixli, AN-İ ******* nömrəli 19.12.2018-ci il tarixli, AN-İ ******* nömrəli, 09.01.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən X31, X14, X25 və X30 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən daşınmaz əmlakın onların mülkiyyətlərində olan hissələrini İddiaçı xeyrinə özgəninkiləşdirmişlər. Qeyd olunan şəxslərin İddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqavilələri cavabdehə təqdim edilsə də, onların mülkiyyət hüquqları ilə əlaqədar qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri olan X29, Əzim-zadə X32, X8, X9 və X3 mülkiyyətlərində, eyni zamanda faktiki istifadələrində olan sahələrinin bazar qiyməti müəyyənləşdirilərək İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin şəxslərə kompensasiya məbləği təklif olunmuşdur. Lakin qeyd olunan şəxslər kompensasiya məbləğlini könüllü almaqdan imtina etdikləri üçün İddiaçı X29, Əzim-zadə X32, X8, X9 və X5 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılmasına dair” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İlkin iddia ərizəsi icraata qəbul edildikdən sonra ilkin iddia üzrə cavabdehlər tərəfindən İddiaçınə qarşı “torpaq, yaşayış və qeyri- yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsinə dair” qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçılar Əzimzadə X32 və qeyriləri vəsatətlə müraciət edərək inzibati işin aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 24 iyul 2019-cu il tarixli 2-1(81)-1592/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Beləliklə də, həmin iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmə mübahisələri yekunlaşana qədər mübahisə predmeti olan evin mülkiyyətçiləri həmin ünvanda yerləşən tikili altında olan və həyətyanı sahə üzrə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evə dair X31, X14, X25 və X16 hissələri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün satın alındıqdan sonra üçüncü şəxslərin tikili altında olan və həyətyanı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh orqan tərəfindən üçüncü şəxslərin ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə görə hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışının verilməsi qanunsuz olduğundan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarlarının və digər normativ hüquqi aktların müddəalarını kobud şəkildə pozmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi 11.10.2021-ci il tarixli, **********77 saylı iddiaya etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin X23 məxsus hissəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8005/20 saylı, 02.12.2020-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, daşınmaz əmlakın mülkiyyətçisinin müraciətinə əlavə edilmiş ərizəsi (mülkiyyətçinin notarial qaydada təsdiqlənmiş ərizəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsli, texniki pasport), şəhər (rayon) icra hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alınaraq söküldükdə isə mülkiyyətçi ilə müvafiq icra hakimiyyəti arasında notarial qaydada bağlanmış müqavilə və daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ləğvi barədə icra hakimiyyətinin İdarəyə ünvanlanmış məktubu əsasında ləğv edilə bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********33 saylı 26.07.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 3həsinə dair paylı mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli 14.08.2019-cu il tarixli çıxarış Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyəti hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1973-cü il tarixli pasport əsasında verilmişdir. Göründüyü kimi müvafiq torpaq sahəsinə dair verilmiş çıxarış qanunvericiliyin tələblərinə uyğundur. İddiaçı 346/g-12 nömrəli, 10.06.2019-cu il tarixli məktubuna və müvafiq alqı-satqı müqavilələrinə əsasən müvafiq fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəsi ilə X30, ********** qeydiyyat nömrəsi ilə X14 və ********** qeydiyyat nömrəsi ilə X13 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Üçüncü şəxs X29 03.11.2021-ci il tarixdə iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etmiş və iddia tələbinin əsaslı və mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia tələbini qəbul etməyərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İşdə olan 28.01.2019-cu il tarixdə X23 verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən, ümumi sahəsi 206.2 kv.metr olan fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ ilə X24 (2 otaq), X26 (2 otaq), X12 (2 otaq), X17 (4 otaq), X23 (1/5 hissə), Əzimzadə Məmməd İbrahim Xəlil oğluna (1/5 hissə), X8na (1/5 hissə), X6 (1/5 hissə) və X5 (1/5 hissə) məxsusdur. Həmin çıxarışa əsasən fərdi yaşayış evinin yerləşdiyi 0.01308 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla həmin şəxslərin istifadəsindədir. 14.08.2019-cu il tarixdə X23 verilmiş RX seriyalı 178117 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən, ümumi sahəsi 206.2 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 0.02304 kv.metr torpaq sahəsi yuxarıda adları qeyd olunan payçı fiziki şəxslərin xüsusi mülkiyyətindədir. İddiaçı hazırda cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindəki 81 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun üçüncü şəxslərin adına qeydə alınmasını qanunsuz hesab etməklə bu qeydi mübahisələndirir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir (iddiaçı - Bakı şəhəri İddiaçı, cavabdeh -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi). Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrıayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf, mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ) və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu, həmçinin aşağıdakılardan irəli gəlir. İİQ-in 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri) (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-819/2019 saylı 27.02.2019-cu il tarixli qərarı). İnzibati orqanlar arasında yaranan mübahisənin həllinə gəldikdə, bu mübahisələrin həlli qaydası İİQ-nun 4.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanına əsasən həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir (bu müddəa Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanı ilə əlavə dilmişdir). “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası (bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin Apellyasiya Şuralarının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən (bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) yuxarı instansiyaya şikayətlərin (bundan sonra şikayət) verilməsi, habelə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə (bu Əsasnamənin 1.4-3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) baxılması mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır. Həmin Əsasnamənin 1.4-1-ci bəndinə əsasən həmin Əsasnamənin məqsədləri üçün “inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciət” dedikdə, icra hakimiyyəti orqanları (bundan sonra ‒ inzibati orqanlar) arasında səlahiyyətlərin mənsubluğu, bölüşdürülməsi və həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə üzrə aidiyyəti inzibati orqanın həmin mübahisənin yaranmasına səbəb olmuş digər inzibati orqanın qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdiyi yazılı müraciət başa düşülür. Göründüyü kimi, Əsasnamə icra hakimiyyəti orqanları, yəni inzibati orqanlar arasında təkcə səlahiyyətlərin mənsubluğu və bölüşdürülməsi ilə bağlı yaranmış mübahsələrə deyil, həm də qanunvericiliklə inzibati orqanlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrə məhkəmə qaydasında deyil, Şura tərəfindən baxılmasını müəyyən etmişdir. Əsasnamənin 1.4-2-ci bəndinə əsasən inzibati orqan tərəfindən mübahisənin yaranmasına səbəb olmuş qərarın qəbulu, digər hərəkətin edilməsi və ya hərəkətsizliyi barədə digər inzibati orqana məlum olduğu və ya məlum olmalı olduğu gündən 90 gün müddətində sonuncu inzibati orqan: 1.4-2.1. mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana məsələ ilə bağlı yazılı müraciət edir; 1.4-2.2. müraciətin nəticəsi ilə bağlı inzibati orqanın ona təqdim etdiyi yazılı məlumatdan razı qalmadığı və ya müraciət nəticəsiz qaldığı hallarda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair Şuraya müraciət edir. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, hansı ki, qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar