Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1851/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) göndərilmişdir. Cavabdeh **********2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətinə əsasən onun ümumi sığorta stajı 21 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına uyğun pensiya kapitalı 15241,40 manat, xx.xx.2018-ci il tarixindən 458,25 manat olmaqla ümumilikdə 15699,65 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. X1 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "K.E.M.” firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövr sığorta stajına daxil edilməmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 63,5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 28 iyul 1971-ci il tarixdə başlamışdır. Belə ki, xx.xx.1971-ci il tarixdə Azərbaycan teleradio Mərkəzinə səs yazılışı sexinə səs operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1973-cü il tarixdə Azərbaycan teleradio Mərkəzinə səs yazılışı sexinə səs operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978ci il tarixdə Azərbaycan SSR Avtonəqliyyat Kontorunda 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə X2 İ dərəcəli operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə 26 Bakı Komissarı adına rayonun İctimai iaşəsi “Primorsk” k/t-nin alkoqolsuz içkilər barına maddi məsuliyyətli 3-cü dərəcəli bufetçi qəbul edilmiş, xx.xx.1986-cı ildə eyni yerdə maddi-məsul şəxs qismində 3-cü dərəcəli bufetçi keçirilmiş, xx.xx.1986-cı il taridə Bakı Rəngli metalların emalı zavoduna köçürülməsilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə “Tülpan” kafesinə (3 saylı qəlyənaltı) işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə Hərbi Ticarət №366 8 saylı Yeməkxanaya anbardar vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə “Nailə” ticarət kooperativinə anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə 26 Bakı Komissarı adına rayonun İctimai İaşə İdarəsinin “Qağayı” kafesinə 3-cü dərəcəli bufetçi qəbul edilmiş, xx.xx.1989-cu ildə müvəqqəti olaraq müdir səlahiyyətlərinin həvalə edilməsi ilə həmin yerdə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə “Azərittifaq”a keçirilməsilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Bakı şəhər ТВ-də müvəqqəti olaraq 69 saylı mağazaya müdür vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə KЕМ firmasının direktoru vəifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" MMC-nin baş direktoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə "xxxx" MMC-də Administrator vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-də adminstrator vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə Uzaq Şimal rayonuna bərabər götürülən ərazi, Xantı-Mansiysk şəhər Təsərrüfat müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 05 oktyabr 2021-ci il tarixli **********2 saylı məktubla müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya xx.xx.2022-ci il tarixli yazılı etirazında göstərmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi "xxxx" firmasındakı əmək fəaliyyəti dövrü ilə bağlı məsələ qeyri-müəyyəndir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixi cavabdeh orqana cavab məktubunda qeyd etmişdr ki, “K.E.M” firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla yanaşı, iddiaçının özünün monitoriq və araşdırma şöbəsinə verdiyi cavaba əsasən isə “K.E.M” firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum deyildir. Yaşa görə əmək pensiyasının təyin edilməsinin yeganə şərti kim əmək kitabçasının mövcudluğunu irəli sürmək isə sui-istifadəyə yol aça bilər. Azərbaycan Respublikasının “K.E.M." frmasının sadəcə adının əmək kitabçasına yazılması, iddiaçının özünün də dediyi kimi firmanın arxiv və faktiki sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi, iddiaçının adı çəkilən müəsisədəki əmək fəaliyyəti dövrünü şübhə altına alır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xx.xx.1971-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Azərbaycan Teleradio Mərkəzinin səs yazılışı sexində səs operatoru vəzifəsində işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR Avtonəqliyyat Kontorunda 2-ci dərəcəli sürücü, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək X2 İ dərəcəli operator, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı Komissarı adına rayonun İctimai iaşəsi “Primorsk” k/t-nin alkoqolsuz içkilər barında 3cü dərəcəli bufetçi vəzifəsində işləmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Tülpan” kafesində işləmişdir. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Hərbi Ticarət № 366-da 8 saylı yeməkxanada anbardar, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Nailə” ticarət kooperativində anbardar, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək 26 Bakı Komissarı adına rayonun İctimai İaşə İdarəsinin “Qağayı” kafesində bufetçi, müvəqqəti olaraq müdir vəzifələrində işləmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı şəhər ТВ-də müvəqqəti olaraq 69 saylı mağazada müdür vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə КЕМ firmasının direktoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Rusiya Federasiyasında müxtəlif müəssisələrdə işləmiş, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.1974-cü il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. İddiaçı hazırda əmək kitabçasında göstərilən iş stajının 25 ildən çıx olmasına istinad edərək ona 65 yaşının tmam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2017 - 30 iyun 2018-ci illər üzrə üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 63 il 6 aydır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2018-ci ilin iyun ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 63,5 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarında oan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və onun 63,5 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilkin şərti ödəyir. İkinci şərtə gəldikdə, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il 2 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, 26.01,1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, 21,06.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 18 il 9 ay əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 20 il 9 ay 2 gün təşkil edir. Eyni zamanda sözügedən şəxsin xx.xx.2006-cı il tarixinədək 20 il 2 gün sığorta stajına uyğun olaraq 15.241,40 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 458,25 manat olmaqla, ümumilikdə, 15699,65 manat pensiya kapitalı müraciət etdiyi tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2018-ci il tarixə 25 il sığorta stajı olmalıdır. Lakin iş materiallarına əsasən iddiaçının 25 il sığorta stajının olması müəyyən edilmir. Belə ki, ƏPQ-nin 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasındakı bütün qeydlər nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2018-ci il tarixə keçmiş SSRİ-nin ərazisində və Azərbaycan Respublikasında cəmi 31 il 8 ay 7 gün ümumi iş stajı mövcud olmuşdur. Lakin işdən görünür ki, cavabdeh iddiaçının xx.xx.1993-xx.xx.2005-ci il tarixlərdə “KEM” firmasında işlədiyi dövr üzrə müəssisənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün onun həmin müəssisədə işlədiyi 11 6 ay 10 gün iş stajını sığorta stajına daxil etməmiş, nəticədə iddiaçının 25 ildən az, cəmi 21 il sığorta stajının olması qənaətinə gələrək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşaraq bildirir ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023cü il tarixli məktublarından görünür ki, dövlət reyestrində "xxxx" İstehsalat-Kommersiya Firmasının xx.xx.1994-cü il tarixdə 6340 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə "xxxx" İstehsalat-Kommersiya Firmasının qeydiyyat qovluğunda mövcud olan sənədlər məhkəməyə təqdim edilmiş, həmin sənədlərə əlavə edilmiş 6340 nömrəli təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən "xxxx" İstehsalat-Kommersiya Firması xx.xx.1994-cü ildə qeydiyyatdan keçmiş, əsas fəaliyyət növü tikinti materiallarının istehsalı və realizəsi, məişət xidmətlərinin göstərilməsi, vasitəçilik, kommersiya fəaliyyəti, broker xidmətləri, sərgi-satış, yarmarka və auksionların təşkili olmuş, hüquqi ünvanı ünvan 1 "xxxx" İstehsalat-Kommersiya Firmasının nizamnaməsindən görünür ki, müəssisənin təsisçisi İddiaçı Midyat oğlu olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.1994-cü ildə "xxxx" İstehsalat-Kommersiya Firmasının təsis edilərək qeydiyyatdan keçirilməsi, onun isə əmək kitabçasında xx.xx.1993-cü il tarixdən özünün həmin müəssisənin direktoru kimi təyin edilməsi barədə qeyd aparması iş materialları ilə öz təsdiq tapmışdır. Müəssisənin fəaliyyət göstərməsi ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi xx.xx.2022-ci il tarixli 01/3-3397 nömrəli məktubunda göstərmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “K.E.M” firmasına dair məlumat mövcud deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 noyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-19/2-2/6-1423/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü ildə 6340 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş "xxxx" İstehsalat-Kommersiya firması ilə bağlı İcra Hakimiyyətində olan bütün sənədlərin, o cümlədən müəssisənin yaradılması, onun fəaliyyətinin təmin edilməsi məsələsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumat aşkar edilməmişdir. Belə ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilə qədər olan arxiv sənədləri qanunamüvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Qeyd edilən sənədləri əldə etmək üçün aidiyyəti üzrə Dövlət Arxivinin Bakı filialına və ya DSMF-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-4/2- 2107/2023 nömrəli məktubundan görünür ki, sorğuda qeyd olunan “K.E.M” İstehsalat- Kommersiya firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vergi orqanında “K.E.M” İstehsalat-Kommersiya firmasının vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, “K.E.M” İstehsalat-Kommersiya firmasının xx.xx.1994-cü il tarixdə qeydiyyata alınması müəyyən olunsa da, sonrakı tarixlərdə onun fəaliyyət göstərməsinə dair hər hansı bir sübut mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.10-cu bəndinə əsasən idarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaları”nın 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). İşdən görünür ki, iddiaçı “K.E.M” İstehsalat-Kommersiya firmasının təsisçisi və direktoru olmaqla, rəhbər vəzifəli şəxsi olmuş, müəssisənin fəaliyyətinin təşkili və sənədlərinin saxlanması onun məsuliyyətində olmuşdur. Həmçinin xx.xx.2001-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə görə vergi ödəyiciləri vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan hüquqi şəxsin, onun filial və nümayəndəliklərinin olduğu yer üzrə, habelə sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Vergi Məcəlləsinin 34.1-ci maddəsinə görə vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin bir nüsxədə surətlərini vergi orqanına təqdim etməlidirlər. İstinad olunan normalardan görünür ki, xx.xx.2001-ci il tarixdən müəssisələrin Vergi Məcəlləsinə uyğun vergi ödəyicisi kimi uçota alınması müəyyən edilmişdir. İddiaçı direktor kimi 2005-ci ilədək fəaliyyət göstərdiyini bildirsə də, qanuni təmsilçisi olduğu müəssisənin vergi ödəyicisi kimi hər hansı bir fəaliyyətinin olması, ümumiyyətlə, vergi ödəyicisi kimi uçota alınması da iş materialları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə şəxsə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına görə əmək pensiyasının hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin məzmununa ziddir. xx.xx.2006-cı il tarixədək şəxsin əmək kitabçası iş stajını sübut edən əsas sənəd olsa da, oradakı məlumatlar həqiqətə uyğun olmalı, şəxsin həqiqətən həmin əmək fəaliyyəti ilə məğul olduğunu müəyyən etmək qabiliyyətinə malik olmalıdır. Lakin işin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, iddiaçı əmək kitabçasında qeyd aparılan müəssisənin işçisi deyil, təsisçisi və direktoru olmaqla rəhbəri olmuş, həmin müəssisənin qanunamüvafiq fəaliyyəti onun məsuliyyətində olmuş, müəssisənin faktiki fəaliyyət göstərməsi ilə bağlı heç bir sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması ilə də belə bir hal müəyyən edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, “K.E.M” İstehsalat- Kommersiya firmasının 1993-2005-ci illərdə fəaliyyət göstərməsi müəyyən olunmadığından cavabdeh həmin dövrü iddiaçının sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Belə olan halda isə aydın olur ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının sığorta stajı tələb olunan 25 ildən azdır. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1851/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1851/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver