Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1856/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətnin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Bakı şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə iclası 21 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi məqsədilə iddia tələbinin dəqiqləşdirilərək, tələbinin iddiaya cavab verməli orqana qarşı irəli sürülməsi təklif edilməsinə baxmayaraq, iddiaçı mövcud iddia tələbinə iddia ərizəsində qeyd etdiyi məzmunda baxılmasının məqsədəmüvafiq olduğunun hesab etdiyini bildirmişdir. İddia ərizəsində göstərilmişdir ki, X7 ilə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində xx.xx.2013- cü il tarixində Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış gənclərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə Nizami rayonu, ünvan 1 ünvanında tikilmiş yaşayış binası istifadəyə verilmişdir. İddiaçı da həmin binada 5 nömrəli mənzillə təmin olunmuşdur. Yaşadığı yaşayış binası ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 434 saylı saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Verilən mənzillərə aid heç bir sənəd verilməmişdir. Şəxsiyyəti təsdiq edən sənəddə qeydiyyat ünvanı oxuduğu internat mektəbidir. Onun üçün iddiaçıya verilən mənzillərə qeydiyyata düşmək istəyi. Lakin yaşadığı mənzilin iddiaçıya aid olmasına dair heç bir sənəd yoxdur. Ona görə də Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə müraciət etmişlər. Nizami rayonu İcra Hakimiyyəti xx.xx.2016 cı ildə onlara 50 saylı sərəncam təqdim etmişdir. Onlara verilən sərəncamla bəziləri qeydiyyata düşmüşlər. Lakin qeydiyyat məsələsi ASAN xidmət idarələrinə verildikdən sonra, yerdə qalan sakinlər qeydiyyata düşə bilməmişdir. Səbəbini öyrəndikdə isə onlara verilən sərəncamın heç bir qanuni əsasının olmadığını bildirmişlər. Mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etdikləri dövlət orqanlarının imtinasının qanunsuz olduğundan iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinə etiraz edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı adına Bakı şəhər Nizami rayon icra Hakimiyyəti tərəfindən verilmiş 50 saylı sərəncamın xx.xx.2016-cı il tarixdə verildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyqun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək verdiyi izahatında qeyd etdi ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddiaya cavab verməli olan orqan olmadığından iddia qeyri-mümkün hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçı ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilin İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdədir. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 50 №li 28 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, 2405-ci məhəllə, 1 C ünvanında blok A, mərtəbə 1, səhəsi 71,6 kv.metr olan 2 otaqlı 5 saylı mənzilin kirayə müqaviləsi 4 nəfər ailə tərkibi ilə İddiaçı (özü, 1979-cu il təvəllüdlü arvadı X1, 2012-ci il təvəllüdlü oğlu X5, 2012-ci il təvəllüdlü oğlu İddiaçı,) sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edildikdən sonra mənzillərin özəlləşdirilməməsi şərtilə sosial kirayə müqaviləsinin bağlanılması qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 383 saylı 19 iyun 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5 ünvanında 0,195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844,0 kv metr, ümumi sahəsi 3247,5 kv. metr olan 60 mənzildən ibarət 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün həmin Birliyin 28 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sözügedən sərəncamının icrası ilə bağlı aidiyyəti üzrə müvafiq təşkilati tədbirlər həyata keçirilmiş və həmin sərəncam qüvvədədir. Məktubda həmçinin qeyd edilmişdir ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 50 saylı sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin birtipli forması təsdiq edildikdən sonra qeyd olunan ünvanda mənzillərlə təmin olunmuş şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması (mənzilin özəlləşdirilməməsi şərtilə) qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 27 avqust 2009-cu il tarixli Fərmanına əsasən Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial-kirayə müqaviləsinin birtipli formasının təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Qanunvericiliyə uyğun olaraq sosial-kirayə müqaviləsinin birtipli forması təsdiq olunduqdan sonra, yuxarıda göstərildiyi kimi ünvan 2 ünvanında yerləşən binanın balanssaxlayan təşkilatı Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən yaşayış sahələrinə dair sosial-kirayə müqaviləsinin bağlanması təmin edilə bilər. Qeyd olunanlara əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası olaraq Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 50 №li 28 aprel 2016-cı il tarixli Sərəncamına istinad edərək ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilin İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb etsə də, lakin istinad olunan sərəncama əsasən iddiaçıya yalnız mənzilin özəlləşdirilməməsi şərtilə sosial kirayə müqaviləsinin bağlanılması hüququ verildiyi müəyyən edilir. Məhkəmə o cümlədən qeyd edir ki, mövcud iddia tələbi ilə bağlı inzibati orqan artıq öz iradəsini ifadə etmiş, o cümlədən sözügedən məsələ ilə bağlı inzibati akt qəbul edilmiş, həmin inzibati aktda isə sosial kirayə müqaviləsinin bağlanması şərtləri öz əksini tapmışdır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi bir neçə inzibati orqana qarşı yönəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2 mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətnin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Bakı şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1856/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1856/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver