Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1857/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftaı Departamentinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzilə dair çıxarışın verilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin onun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının 1-ci Vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşayan gənclərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə Nizami rayonu, ünvan 2 ünvanında tikilmiş yaşayış binası istifadəyə verirlmişdir. O, da həmin binada 29 nömrəli mənzillə təmin olunmuşdur. Yaşadığı yaşayış binası ilə bağlı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 434 saylı sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Onlara verilən mənzillərə aid onlara heç bir sənət verilməmişdir. Onların şəxsiyyətini təsdiq edən sənədlərində qeydiyyat ünvanları oxuduqları internat məktəblərinədir. Onun üçün onlar verilən mənzillərə qeydiyyata düşmək istəyirlər. Lakin, yaşadıqları mənzilin onlara aid olduğuna dair əllərində heç bir sənədləri yoxdur. Onun üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət edirlər. Nizami rayon İcra Hakimiyyəti xx.xx.2016-cı ildə onlara 50 saylı sərəncam təqdim etmişdir. Onlara verilən sərəncamla bəziləri qeydiyyata düşmüşlər. Lakin, qeydiyyat məsələsi “Asan xidmət” mərkəzlərinə verildikdən sonra, yerdə qalan sakinlər qeydiyyata düşə bilməmişlər. Səbəbini öyrəndikdə isə onlara verilən sərəncamın heç bir qanuni əsası olmadığını bildirmişlər. Məsələnin məzmunu belədir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 83 saylı Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi vətəndaş X5 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. F.B.Əliyev şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerləşən mənzilləri valideyinlərini itirmiş və imkansız ailələrə payladığını bildirmişdir. xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinə bağışlanmışdır. Hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən onlara verilən kirayə müqaviləsi qanunsuzdur. Mənzillərin onlara kirayə müqaviləssi kimi verilməsi ilə bağlı heç bir əsas yoxdur. Mənzillər onlara təqdim olunan zaman Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva öz çıxışında xüsusi mülkiyyətlərinə verildiyini bildirmişdir. İddia etdiyi sözlər itəsdiq edəcək video çarx, foto şəkilər və məaqələlər X7 rəsmi internet səhifəsində var. Mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etdiyi dövlət orqanlarının imtinası qanunsuzdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 83 saylı, xx.xx.2014-cü il tarixli sərəncamından görünür ki, ünvan 3 ünvanında 0.195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844.0 kv.m, ümumi sahəsi 3247.5 kv.m olan 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi vətəndaş X5 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. F.B.Əliyev şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerləşən mənzilləri valideyinlərini itirmiş və imkansız ailələrə payladığını bildirərək, qeyd edilən binanın balansa qəbul edilməsini xahiş etmiş, xx.xx.2014-cü il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinə bağışlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 434 saylı Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan yaşayış binasını balansa qəbul etməklə vahid texniki-istismarı normalarına uyğun xidmətin təşkili və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi məqsədilə ünvan 3 ünvanında 0.195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844.0 kv.m, ümumi sahəsi 3247.5 kv.m olan 60 mənzildən ibarət 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Nizami rayon Mənzil-X1 balansına qəbul edilmiş və istismar edilməsi üçün həmin Birliyin 28 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 50 saylı, 28 aprel 2016-cı il tarixli “Aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış şəxslər üçün Nizami rayonu, ünvan 4 ünvanında tikilmiş yaşayış binasından ayrılmış mənzillərin kirayə müqaviləsinin onların adına bağlanması haqqında” Sərəncamından çıxarışdan görünür ki, sərənacamın 2-ci bəndində qeyd edilmişdir ki, aşağıdakı aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış şəxslərə ayrılmış mənzillərin kirayə müqaviləsi onların adına (mənzillərin özəlləşdirilməməsi şərti ilə) bağlanılsın və həmin şəxslər müvafiq mənzillərin kirayəçisi hesab edilsinlər. Sərəncamın 2.27ci bəndində qeyd edilmişdir ki, Nizami rayonu, ünvan 4 ünvanı, blok A, mərtəbə 55, sahəsi 71.6 kv.m olan 2 otaqlı, 29 saylı mənzilin kirayə müqaviləsi 3 nəfər ailə tərkibi ilə (özü, 1985-ci il təvəllüdlü arvadı X3, 2014-cü il təvəllüdlü oğlu X6) 1987-ci il təvəllüdlü İddiaçı adına bağlanılsın. İşdə olan cavabdeh tərəfindən verilmiş **********67 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı vətəndaş İddiaçı adına Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 50 saylı sərəncamın xx.xx.2016-cı il tarixə verildiyi müəyyən edilmişdir. İmtinanın əsası kimi, cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 12.1-ci maddələrinə istinad etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən hallara əsaslanmaqla irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanında 0.195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844.0 kv.m, ümumi sahəsi 3247.5 kv.m olan 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi vətəndaş X5 xüsusi mülkiyyətində olmuş, sonradan həmin şəxs şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerləşən mənzilləri valideyinlərini itirmiş və imkansız ailələrə payladığını bildirərək, qeyd edilən binanın balansa qəbul edilməsini xahiş etmiş, xx.xx.2014-cü il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinə bağışlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 434 saylı Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan yaşayış binasını balansa qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətin təşkili və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi məqsədilə ünvan 3 ünvanında 0.195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844.0 kv.m, ümumi sahəsi 3247.5 kv.m olan 60 mənzildən ibarət 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Nizami rayon Mənzil-X1 balansına qəbul edilmiş və istismar edilməsi üçün həmin Birliyin 28 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 50 saylı, 28 aprel 2016-cı il tarixli sərəncamına əsasən isə həmin mənzillər özəlləşdirilməmək şərti ilə aztəminatlı ailələrə, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış şəxslərə ayrılmış, buna dair onlarla kirayə müqaviləsi bağlanılmışdır. Həmin mənzillərdən birinə dair isə, ünvan 5 ünvanı, blok A, mərtəbə 5, sahəsi 71.6 kv.m olan, 2 otaqlı, 29 saylı mənzilin kirayə müqaviləsi 3 nəfər ailə tərkibi ilə (özü, 1985-ci il təvəllüdlü arvadı X3, 2014-cü il təvəllüdlü oğlu X6) 1987ci il təvəllüdlü İddiaçı ilə bağlanılmışdır. Göründüyü kimi, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzil dövlət mənzil fonduna aid olan yaşayış sahəsidir və həmin yaşayış sahəsinə dair tərəflər arasında kirayə müqaviləsi bağlanmasına dair sərəncam qəbul edilərkən qeyd edilmişdir ki, kirayə müqaviləsi mənzillərin özəlləşdirilməməsi şərti ilə bağlanılır, eləcə də, kirayə müqaviləsinin bağlanması barədə sərəncam 28 aprel 2016-cı il tarixdə, yəni Azəbraycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra (2009-cu il oktyabrın 1-dən sonra) qəbul edilmişdir. Bu səbəblərdən də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktaybrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquların dövlət qeydiyyatı üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85cimaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1857/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1857/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver