Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1857/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı vergi qeydiyyatının (VÖEN **********) və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********746900 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı adına "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçı fiziki şəxs kimi vergi qeydiyyatına alınmış və adına ********** saylı VÖEN açılmışdır. Məktubda göstərilir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində vergiyə cəlb olunmalı işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hazırda iddiaçının adına açılan ********** saylı VÖEN üzrə şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 5871,71 manat borc olduğu göstərilir. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. İddiaçı ərizəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim olunması barədə tələbin tamamilə qanunsuz olduğunu bildirmişdir. Aparılmış araşdırılma zamanı İddiaçı tərəfindən 2021-ci il ərzində 85500,0 manat dəyərində nəqliyyat vasitələrinin 7 ədəd elektron alış aktları vasitəsi ilə "X8" MMC-yə təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilsə də, vergi orqanında uçota alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli **********485400 nömrəli "Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixində vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Etiraz Vergi Məcəlləsinin 16.1.2, 33.3, 33.4, 33.5-ci maddələri ilə əsaslandırılmışdır. İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı avtomobil alqı-satqısı ilə məşğul olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyindən qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə də əməl edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarixli **********406700 №-li əmri ilə təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında" ərizə formasının doldurulması qaydasına əsasən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə" forması fiziki şəxslərin vergi uçotunun ləğv edilməsi məqsədilə fəaliyyətinə xitam verildikdə fiziki şəxs tərəfindən, fiziki şəxs vəfat etdikdə (yaxud məhkəmə tərəfindən itkin düşmüş, ölmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda) onun varisi (varisləri) və ya səlahiyyətli digər şəxs tərəfindən doldurularaq vergi orqanına təqdim edilir. Vergi ödəyicisi tərəfindən bugünədək “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə" forması İlə Bakı şəhəri X4 üzrə Baş İdarəsinə ümumiyyətlə müraciət edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, iddiaçıya həmin tarixdə 5,343.75 manat məbəğində vergi borcu hesablanmışdır. - İddiaçının cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı hazırki tələblə əlaqədar cavabdehə müraciət etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Müraciətin qeydiyyata alınması haqqında xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, “sizin tərəfinizdən göndərilmiş elektron müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində **********869400 nömrə ilə qeydiyyata alınmışdır. Müraciətinizə baxılma vəziyyəti ilə onlayn rejimdə sənədin “əməliyyat tarixçəsi”ndə tanış ola bilərsiniz”. - Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablaşmaq hüququ vardır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********746900 saylı qərarından görünür ki, iddiaçı barəsində 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 4.275 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır. - Xidmətin göstərilməsi haqqında 79 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2015-ci il olan avtomobili satmağı 100 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2015-ci il olan “Chevrolet Cruze” minik markalı avotmobili 11.700 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 101 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 120 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2013-cü il olan “Chevrolet Cruze” minik markalı avtomobili 12.400 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 98 №-li müqavilədən görünür ki, iddiaçı “Hyundai Elantra” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 120 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2015-cü il olan “Hyundai Elantra” minik markalı avtomobili 13.700 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 103 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 100 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2013-cü il olan “Chevrolet Cruze” minik markalı avtomobili 10.200 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 102 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 100 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2015-ci il olan “Chevrolet Cruze” minik markalı avtomobili 11.200 manat məbləğində satmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2.70237/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “DİN Baş Dövlət Yol Polisi idarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adında xx.xx.2005-ci il tarixdən "VAZ 21093" markalı **-XF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə "HYUNDAİ TUCSON" markalı **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X1 adına rəsmiləşdirilmişdir, xx.xx.2021-ci il tarixdə "HYUNDAİ SONATA" markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X2 adına rəsmiləşdirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələbi iki hissəsən ibarət olmaqla, birinci tələb - cavabdehin qərarının ləğv edilməsi hissəsi mübahisələndirmə haqqında iddia növünə, ikinci qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, vergi orqanın hərəkəti və qəbul edilmiş qərar qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33.5-ci maddə yeni redaksiyada verilmişdir. 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. İşin hallarına görə cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********746900 saylı qərarı ilə iddiaçı barəsində 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 4.275 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır. Qəbul edilmiş qərarı cavabdeh onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən 2021-ci il ərzində 85500,0 manat dəyərində nəqliyyat vasitələrinin 7 ədəd elektron alış aktları vasitəsi ilə "X8" MMC-yə təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilsə də, vergi orqanında uçota alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli **********485400 nömrəli "Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixində vergi orqanı tərəfindən vergi uçotuna alınmış və ona qeyd edilən borc hesablanmışdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1.). Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3.). Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır. Məhkəmə hesab edir ki, məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin qərarı – əlverişsiz inzibati akt yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Qanunverciliyin göstərilən normalarının hazırki işə tətbiqi zamanı da müəyyən edilir ki, iddiaçı gəlir əldə etmək məqsədilə hər hansı faəliyyəti sübuta yetirilməmişdir. Buna görə də vergi orqanın mübahisələndirilən qərarı qanunsuz olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Məhkəmənin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Düzdür 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33.5-ci maddə yeni redaksiyada verilərək vergi orqanının öz təşəbbüsü ilə vergi uçotuna alınmasının mümkünlüyü qanunvericilikdə təsbit edilmiş olsa da, hüquq münasibətinin yarandıgı dövrdə olmadıgından hazrki işin hallarına təsir edə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********746900 saylı qərarı ləğv edilməli və İddiaçı vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********746900 saylı qərarı ləğv edilsin. İddiaçı (VÖEN **********) vergi qeydiyyatının ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva