Məhkəmə qərarları › İş №2-1(112)-186/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-186/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-186/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında hamam və tualetin tikilməsinə qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 (on min) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 1962-ci ildən X4 və iddiaçının atası X8 Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi 10 ünvanında yaşamışlar. 1993-cü ildə Əbdülqasım Səlimov və iddiaçının atası Səlimzadə Mövsüm Cavabdehnə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi 10 ünvanında yerləşən evlərin özəlləşdirilməsini xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin 12 mart 1993-cü il tarixli 031/62 nömrəli sərəncamı ilə evlər özəlləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2006-cı il tarixli, 2(004)-100/2006 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanı iddiaçı X5 ilə cavabdeh X9 arasında istifadə qaydalarının müəyyən edilməsi formasında, hər birinə yeni ünvan verilməsi ilə bölünmüşdür. Tərəflər arasında bölündükdən sonra 2008-ci ildə iddiaçının atası X8 0,0252 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 86.6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 65,9 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 1/2 hissə, X3, İddiaçı 1/2 hissədən qalan hissə, X1 1/2 hissədən k/s 16,4 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı, atası Səlimov Mövsüm və qızı ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Fərdi yaşayış evi, orada yerləşən hamam-tualet 1950-ci illərdən tikildiyindən demək olar ki, uçulub-dağılır. 2006-cı ildə X4 ilə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edildikdən və ünvanlar ayrıldıqdan sonra iddiaçı digər ünvanda qalmış və onlar tərəfindən uçurdulmuşdur. Ötən il hamam və tualet tikmək istədikdə Yasamal RİHdən gəlib zor vasitəsi ilə dağıtdılar. Onların qanunsuz hərəkətlərinə görə bərpa etməyə çalışdığı tikili üçün iddiaçı 2000 manat ziyana düşmüşdür. Ona bildirilmişdir ki, yalnız Yasamal RİH müvafiq razılığını aldıqdan sonra təmir işlərini apara bilər. İddiaçı 2021-ci ilin avqust ayında Yasamal RİH-yə yazıb hamam-tualetin bərpa edilməsiniə icazə verilməsini xahiş etmişdir. Bu dəfə isə ona Yasamal RİH-dən 04 oktyabr 2021-ci il tarixdə 8-99-069 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, payçıların yalnız notarial qaydada verdikləri razılıq ərizələri və aparacaqları yenidənqurma işlərinin eskiz layihəsi təqdim edildikdən sonra müraciətə baxıla bilər. Cavabdehə məhkəmənin sərəncamı ünvanlanaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər təqdim edilmiş, həmçinin iddiaya dair yazılı münasibətin (etirazın) məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamış, cavabdeh xx.xx.2022-ci il tarixli, 453/d nömrəli məktubunda ünvan 4 ünvanına dair hər hansı bir məlumatın rayon İcra Hakimiyyətində aşkar edilmədiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5684/2022 nömrəli qərardadı ilə X7 və X6 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-696/2023 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən həmin qərardadda qeyd olunan məsələlər üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-186/2024 nömrəli qərardadı ilə X7 və X1 hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər X7 və X6 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin, həmçinin üçüncü şəxslər X7 və X1 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçıya 22 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında hüquqi yardım edilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra-“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. İddia tələbində cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 (on min) manat kompensasiya ödənilməsi barədə qərar qəbul olunması tələb edilir. Lakin məhkəmədə iddia qaldırmazdan əvvəl eyni əsaslarla və məbləğdə kompensasiyanın verilməsi tələbi ilə cavabdehə rəsmi müraciət edilməsi, cavabdehin müraciətin təmin olunmasından imtina etməsi və ya müraciətini cavabsız saxlaması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı ərizənizin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil tələbinə mahiyyəti üzrə baxılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia kompensasiyanın ödənilməsi hissədə mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası “cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 (on min) manat kompensasiyanın ödənilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X19.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar