Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1861/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 9 oktyabr 1975-ci il tarixdə indiki Oğuz rayonunun Xaçmaz kəndində doğulmuşdur. 1992-ci ildən 1994-cü ilədək müxtəlif hərbi hissələrdə xidmət etmiş, Azərbaycan Respublikasının mm ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı ağır ıralanmışdır. Qarabağ müharibəsində aldığı xəsarətlərdən sonra yaralanmağından, qorxudan, sarsıntıdan səhhətində ağır ağciyər xəstəliyi və digər ağır sağalmaz onkoloji xəstəliklər səhətində yaranmışdır. Bununla bağlı, demək olar ki, hər il xəstəxanalarda müalicələrdə olur, xəstəliyi ilə bağlı işləyə bilmir. Onkoloji xəstəlikdən əməliyyat olunmuş və hər həftədə ona 3 dəfə onkoloji xəstəliklərlə bağlı müvəqqəti yaşamağı üçün tibbi tədbirlər görülür. Xəstəliyi ilə bağlı müalicə və müayinə xərclərini ödəyə bilmir, bununla belə himayəsində 2 yaşlı övladı və arvadı var. Hərbi əməliyytlar zamanı aldığı xəsarət və xəstəliklərlə bağlı onu müayinə edib 28 avqust 2020-ci il tarixdə forma 88 yazılıb Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə (https://www.e-gov.az/az/'services/read/3493/0) e-sosial portalında şəxsi kabinetə baxış zamanı (https://e-sosial.az/#/cabinet) məlum olmuşdur ki, e-sosial portalında ona əlillik dərəcəsi erilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, bu ona və ailəsinə qarşı haqsız bir mövqedir, hərbi əməliyytlar zamanı yaralanmağından, qorxudan, sarsıntıdan ağır ağciyər xəstəliyi və digər ağır sağalmaz onkoloji xəstəliklər səhətində yaranmışdır. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 ömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən lunması meyarlarına dair Əsasnamə»nin 2.2.3-cü maddəsinə (ağciyərlərin xroniki respirator atmamazlığı, xroniki tənəffüs çatışmazlığı ikinci dərəcə ilə (J96.1),) və 2.2.14-cü maddəsinə (Dərinin igər bədxassəli yeni törəmələri, qarnın ön divarının melanoması T2aN0M0. Sağ diz nahiyyəsinin fıbroz istiositoması (C44);) əsasən ona 2-ci qrup əlillik təyin edilməlidir. X8 Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi əsassız olaraq onun xəstəlyinin 2-ci qrup Azərbaycan Respublikasının ərazi ütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsindən imtina etmişdir. Agentlik imtina aktında qeyd etmişdir ki, onun əlavə müalicəyə ehtiyacı olması. Ətraflı: Son bir il ərzində stasionar müalicəsi yetərli deyil. Əlavə ixtisaslaşmış müayinə və müalicəyə ehtiyac var. Qeyd olunmalıdır ki, sağalmaz onkoloji və ağciyər xəstəsisir, onun müalicəsinin heç bir müsbət nəticəsi yoxdur. Sadəcə müalicənin səbəbi ondan ibarətdir ki, onun xəstəliyi daha da ağırlaşmasın, həyatına vaxtından əvvəl ölüm təhlükəsi yaranmağına gətirib çıxarmasın. Bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qanunsuz olaraq ona əlillik təyin edilməsindən imtina edir, bu səbəbdən də o, məhkəməyə müraciət edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 147, 149-cu maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 4.1, 33-cü maddələrinə, AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.2.3, 2.2.14, 24.3-cü bəndlərinə əsaslanaraq, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 54.1-ci maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «ikinci qrup ümumi əlilliklə əlaqədar xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətində aşağıdakılar bildirilir: - Müəyyən olunmuşdur ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının İddiaçı aid 0307003AADUH nömrəli 15 fevral 2020-ci il tarixli göndərişi şəxsin iştirakı olmadan 25 fevral 2020-ci il tarixdə qiymətləndirilmiş və xəstənin TSEK-ə göndəriş üçün tələb olunan müalicə müddəti gözlənilmədiyindən, xəstənin ixtisaslaşmış müalicə və müayinəyə ehtiyacı olduğundan əlilliyin təyinindən imtina edilmişdir. Oğuz Rayon Mərkəzi X1 aid 0307003AAD1H nömrəli 17 avqust 2020-ci il tarixli növbəti göndərişi şəxsin iştirakı olmadan 28 avqust 2020-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin edilmişdir. 0307003AAD1H nömrəli göndərişdə əlilliyin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd olunmuşdur. Ümumiyyətlə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müvafiq Hərbi Həkim Komissiyasının qərarı əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiaysının 4 may 2017-ci il tarixli 848 saylı qərarında qeyd olunur ki, diaqnoz “döş bel nahiyyəsini dəlib-keçən güllə yarası” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərar ilə təsdiq edilmiş «Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat»ın 3.1. bəndinə görə “şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir.” Mirzağa Umarovun döyüş zonasında hərbi xidmətdə aldığı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 4 may 2017-ci il tarixli 848 saylı qərarında qeyd olunmuş “döş bel nahiyyəsini dəlib-keçən güllə yarası” diaqnozu travması qeyd olunur. Bu travma əlilliyin təyininə əsas vermir. iddiaçı 9 oktyabr 2020-ci il tarixdə əyani müayinədə də olmuşdur. Travmanın hazırda əlilliyin təyininə əsas verən ağırlaşması aşkar edilmir, əlilliyə əsas verən melanomanın isə hərbi ilə əlaqəsi yoxdur. Buna görə də qərar düzgündür. Mirzağa Umarova əlilliyin təyini və səbəbin seçilməsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və tabeli tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyindən, iddianın təmin edilməməsi barədə qərar qəbul çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - (2.2.3) ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); - (2.2.14) lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97). Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat»ın 3.1-ci bəndinə görə şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf öz tələbini AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.3 və 2.2.14-cü bəndlərinə istinad etməklə əsaslandırır, lakin iddiaçıda həmin müddəalarda nəzərdə tutulan xəstəliklərin olması işdə olan tibbi sənədlərlə və tərəflərin təqdim etdiyi dəlillərlə təsdiqlənmir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan Əsasnamənin müddəalarında “travma” əsasında birinci, ikinci və üçüncü dərəcə əlilliklərin təyin olunması mümkün sayılsa da, travmanın nəticəsində orqanızmin həyat fəaliyyətinin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmamasından asılı şəkildə şərtləndirilir. İddiaçıya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 4 may 2017-ci il tarixli qərarı ilə müvafiq diaqnozla “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi isə, müvafiq hallarda «Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat»ın 3.1-ci bəndinə görə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas versə də, birinci və ikinci dərəcə əliliyin təyin olunmasına “birmənalı əsas” kimi çıxış edə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçıya hazırda xəstəliyin səbəb əlaqəsi dəyişdirilməklə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup əliliyin təyin olunmasına əsas olmadığından, cavabdeh inzibati orqan AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası qanuna zidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1861/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1861/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver