Məhkəmə qərarları › İş №2-1(112)-1864/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1864/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1864/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil , Cavabdehin nümayəndələri X1İnın iştirakları ilə, İddiaçı firmasının cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı firması cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, vergi orqanına göndərilmiş 10.10.2019-cu il tarixli, **********303400 nömrəli ƏDV qeydiyyatının ləğv olunması barədə ərizənin icra olunmasının cavabdehə öhdəlik qoyulması; ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarsız hesab olunması; 13.12.2019-cu il tarixli **********254900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarına əsasən hesablanmış 5.245,26 manat məbləğin silinməsi; 20 dekabr 2016-cı il tarixli, **********276300 nömrəli Vergilər hesablanması barədə qərarınını ləğv olunaraq hesablanmış 20929,75 manat əlavə dəyər vergisinin silinməsi; **********154300 nömrəli 06.06.2017-ci il tarixli Vergilərin hesablanması barədə qərarın ləğv olunaraq 3875,88 manat 2016-cı il üzrə mənfəət vergisinin silinməsi, 28.11.2019-cu il tarixli, **********160600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə qərarın ləğv olunaraq ona əsasən 3.292,95 manat 2019-cu ilin sentyabr ayına hesablanmış ƏDV məbləğinin silinməsi; 17.07.2018-ci il tarixdə analoji fəaliyyət üzrə məlumatlar əsasında 2017-ci ilin iyul ayı üçün 6.976,60 manat, iyun ayı üçün 7.674,20 manat məbləğində kameral qaydada hesablanmış ƏDV məbləğlərinin əsassız hesab edilərək silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Real-555” firmasının qeydiyyat sənədlərindən göründüyü kimi fəaliyyət növü istirahət və əyləncələrin təşkili üzrə fəaliyyət olmuş və firma öz fəaliyyətini yalnız Mərdəkan qəsəbəsində yerləşən “Tropikana" adlı çimərlikdə həyata keçirmişdir. Qeyd olunan çimərlik isə yalnız yay aylarında fəaliyyət göstərmiş və bu dövr ərzində isə onun dövriyyəsi hava şəraitindən və həftənin günlərindən birbaşa asılı olmuşdur. Xronometraj metodu ilə müşahidənin nəticələrinə görə "Real-555" firmasına süni dövriyyə yaradıb, ƏDV qeydiyyatına alıb və vergilər hesablamaq tamamilə əsassız və qanunsuzdur. Belə ki, Vergilər Nazirliyi yanında Bakı Departamentinin 03 iyul 20 15-ci il tarixli, **********1320 saylı qərarına əsasən "Real-555" firmasına məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Tropikana çimərliyində 04.07.2015-15.07.2015-ci il tarixlərində xronometraj metodu ilə müşahidə aparılmışdır. Xronometraj metodu ilə müşahidəninin nəticəsinə əsasən obyekt üzrə orta gündəlik satış dövriyyəsi 967.33 manat təşkil etmişdir. "Real-555” firmasına məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Tropikana çimərliyi yalnız mövsümi olaraq iyun ayının əvvəlindən sentyabr ayının 15-dək fəaliyyət göstərir. Sentyabr ayının 15-də Bakı şəhəri ətrafında olan bütün çimərliklər faktiki olaraq fəaliyyətini dayandırır. Lakin vergi orqanı tərəfindən 04.02.2016-cı il tarixdə **********630300 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktub göndərilərək, 2015-ci ilin oktyabr ayı üzrə 29987.33 manat, noyabr ayı üzrə 29020 manat, dekabr ayı üzrə 29987.33 manat dövriyyə kənarlaşması olması bildirilmişdir. Bildirilir ki, hələ **********346200 nömrəli 27.10.2015-ci il tarixli və **********314100 nömrəli 26.11.2015-ci il tarixli saylı məktublarla müraciət edərək fəaliyyətinin mövsümü xarakter daşıdığını və bunun bəyənnamələrdə nəzərə alınmasını xahiş etmişdir.Bütün bunlara baxmayaraq, 31.03.2016-cı il tarixdə **********714300 saylı Vergilərin hesablanması barədə qərara əsasən 2015-ci ilin 4-cü rübü üzrə 3559.79 manat kameral qaydada vergi hesablamışdır. Bununla bağlı olaraq 20.10.2016-cı il tarixdə **********852500 nömrəli məktubla müraciət edərək oktyabr-dekabr aylarının çimərlik mövsümü olmadığını və hesablanmış verginin azaldılmasını xahiş etsələ də, vergi orqanı tərəfindən **********562300 nömrəli 28.12.2016-ci il tarixli İnzibati şikayətin baxılmamış saxlanılması haqqında qərar çıxararaq hüquqlarını bir daha pozmuşdur. Bundan sonra Bakı Vergilər Departamentinin 11.08.2016-cı il tarixli **********9527 saylı xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarına əsasən firmaya məxsus çimərlikdə 3 gün, yəni 12 avqust 2016-cı il tarixdən 14 avqust 2016-cı il tarixdək müşahidə aparılmış, 12.08.2016-cı il tarixli 094214 nömrəli akta əsasən həmin gün dövriyyə 71 manat. 13.08.2016-cı il tarixli 094215 nömrəli akta əsasən həmin gün dövriyyə 6363,11 manat, 14.08.2016-cı il tarixli 094216 nömrəli akta əsasən həmin gün dövriyyə 7286,50 manat müəyyən edilmişdir. 14.08.2016-cı il tarixdə tərtib olunmuş xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktına əsasən orta günlük dövriyyə 4573,53 manat müəyyən edilmişdir. Buradan da görünür ki. həftənin 5-ci günü cəmi 71 manat dövriyyə olmuşdur, istirahət günləri isə dövriyyə çox olub, vergi orqanı da həmin 2 günün dövriyyəsini bütün ilə şamil edibdir. Bakı Vergilər departamenti 22.10.2016-cı il tarixdə **********222500 nömrəli kameral uyğunsuzluq barədə növbəti məktub göndərərək 2016-cı ilin 3-cü rübü üzə ümumilikdə 158650,68 manat dövriyyə kənarlaşmasının olmasını bildirmiş və dərhal da 28.10.2016-cı il tarixdə **********566100 saylı qərara əsasən müəssisəyə 6246,02 manat kameral qaydada vergi hesablanmışdır. Bundan cəmi 1 gün sonar 29.10.2016-cı il tarixdə yenidən vergi orqanı tərəfindən **********44200 nömrəli uyğunsuzluq məktubu və 01.11.2016-cı il tarixdə **********12070 nömrəli ƏDV qeydiyyatına alınmaq üçün məktub göndərilmişdir. Tərəflərindən 06.11.2016-cı il tarixdə **********838200 nömrəli izahat məktubu göndərilsə də vergi orqanı tərəfindən buna məhəl qoyulmadan 15.11.2016-cı il tarixdə 01.09.2016-cı il tarixdə qüvvəyə minməklə məcburi ƏDV qeydiyyatına qoyaraq 20 dekabr 2016-cı il tarixli, **********276300 nömrəli qərarına əsasən firmaya 20 929. 75 manat əlavə dəyər vergisi hesablanıldı. Bunun davamı olaraq **********154300 nömrəli, 06.06.2017-ci il tarixli qərara əsasən firmaya 3875,88 manat 2016-cı il üzrə mənfəət vergisi hesablandı.Həmçinin, vergi orqanı 17.07.20 1 8-ci il tarixdə analoji fəaliyyət iızrə məlumatlar əsasında 2017-ci ilin iyul ayı üçün 6976.60 manat, iyun ayı üçün7674,20 manat məbləğində kameral hesablama həyata keçirmişdir. Yəni 2017-ci ilin iyun və iyul ayları üzrə ƏDV hesablanmışdır. Lakin bu dövrdə obyektin icarədə olması və iddiaçının fəaliyyət göstərməməsi heç bir vergi orqanını maraqlandırmamışdır. 28.11.2019-cu il tarixli **********160600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" barədə qərara əsasən 25.10.2019-cu il tarixli **********584000 saylı qərara əsasən hesabladığı 3 863,46 manat vergi məbləğini azaldaraq yenidən 3 292,95 manat vergi hesablamışdır. Bundan sonra vergi orqanı özünün 28.10.2016-cı il tarixdə **********566100 saylı qərarına əsasən müəssisəyə hesabladığı 7623.5 manat kameral vergini 13.12.2019-cu il tarixdə azaldaraq **********254900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarına əsasən yenidən 5245.26 manat vergi hesablamışdır. 19.02.2020-ci il tarixdə **********131800 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə əsasən firmanın dövlət büdcəsinə 67318.1 1 manat vergi borcunun, o cümlədən 45761.58 əsas vergi borcunun olması bildirilmişdir. 10.10.2019-cu il tarixdə vergi orqanına ƏDV qeydiyyatının ləğv olunması ilə bağlı müraciət etsə də, əsassız olaraq ƏDV qeydiyyatının ləğv olunmasından **********226500 nömrəli 15.10.2019-ci il tarixli məktuba əsasən imtina edilmişdir, imtina səbəbi kimi, vergi orqanına fəaliyyət dayanma və ya ləğv olunma barədə ərizə təqdim edilmədiyi bildirilmişdir. Halbuki, 09.04.2019-cu il və 16.09.2019-cu il tarixlərində fəaliyyətin dayandırılması barədə ərizə təqdim olunmuşdur. Bütün vergi hesablamaları da məhz həmin ƏDV qeydiyyatına görə aparılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Musayeva iddianın mümkün sayılmamasını xahiş edərək yazılı izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarətinin (səyyar vergi yoxlaması, kameral vergi yoxlaması və operativ vergi yoxlaması) nəticələrinə uyğun olaraq vergi ödəyicisinə əlavə vergi məbləği hesablanır və həmin nəticələr müvafiq inzibati aktla(vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar, vergilərin hesablanması barədə qərar və s.) rəsmiləşdirilir.Yəni, iddiaçı əslində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarına əsasən hesablanmış 5.245,26 manat, 17.07.2018-ci il tarixdə analoji fəaliyyət üzrə məlumatlar əsasında 2017-ci ilin iyul ayı üçün 6.976,60 manat və iyun ayı üçün 7.674,20 manat məbləğində kameral qaydada hesablanmış ƏDV məbləğlərinin əsassız hesab edilərək silinməsi barədə qərar qəbul edilməsi tələbi ilə, həmin məbləğlərinhesablanmasına əsas olmuş vergi orqanının qərarlarını - 13.12.2019-cu il tarixli **********254900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı və 17.07.2018-ci il tarixli **********727100 və **********984600 nömrəli “Vergilərin hesablanması barədə” qərarları mübahisələndirmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 2.2.1 -ci maddəsinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddiaya aiddir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan 13.12.2019-cu il tarixli **********254900 nömrəli qərar 13.12.2019-cı il tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmişdir.Habelə 20 dekabr 2016-cı il tarixli **********276300 nömrəli qərar 20.12.2016-cı il tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş və vergi ödəyicisi tərəfindən22.12.2016-cı il tarixdə, 06.06.2017-ci il tarixli **********154300 nömrəli qərar 07.06.2017- ci il tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş və vergi ödəyicisi tərəfindən 07.06.2017 ci il tarixdə, 28.11.2019cu il tarixli **********160600 nömrəli qərar 27.11.2019- cu il tarixdə vergi ödəyicisinə elketron qaydada təqdim olunmuş və vergi ödəyicisi tərəfindən 02.12.2019-cu il tarixdə oxunmaqla qəbul edilmişdir. Eyni zamanda bildiririk ki, iddiaçı tərəfindən ləğv olunması tələb olunan 17.07.2018-ci il tarixdə analoji qaydada iyun və iyul ayları üzrə hesablanmış vergi məbləğləri **********727100 nömrəli və **********984600 nömrəli qərarlar əsasında hesablanmışdır ki, qeyd olunan qərarlar 18.07.2018-ci il tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş və vergi ödəyicisi tərəfindən 09.04.2019-cu il tarixdə oxunmaqla qəbul edilmişdir. Həmçinin 06.06.2017-ci il tarixli **********154300 nömrəli qərara əsasən hesablanmış 3875.88 manat mənfəət vergisi vergi ödəyicisi tərəfindən verilmiş bəyannamə əsasında 259.41 manat göstərilməklə şəxsi hesab vərəqəsindən azaldılmış, 21.05.2019-cu il tarixli **********339400 nömrəli yeni qərar ilə kameral qaydada 3.616.47 manat olmaqla (3875.88 - 259.41 ) şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.Odur ki, cavabdeh iddia tələbinin mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktlarda vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi (hüquqi müdafiə vasitələri) göstərildiyindən məhkəmə qaydasında mübahisələndirmə müddəti 30 gün qəbul edilməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçının hazırki iddia tələbi üç hissədən ibarətdir: 1 İddiaçı barəsində tərtib olunmuş qərarların ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcların silinməsi ; 2 ƏDV qeydiyyatının ləğv olunması barədə ərizənin cavabdeh tərəfindən icra edilməsi; 3 ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarsız hesab edilməsi. Məhkəmə ilk öncə iddia tələbinin qərarların ləğvi ilə bağlı hissəsinə münasibət bildirir. Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, qərarların ləğvi məsələsinə baxılarkən Vergi Məcəlləsinin həm köhnə, həm də yeni redaksiyası nəzərə alınmalıdır. Belə ki, Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 01 yanvar 2019-cu il tarixdə Vergi Məcəlləsin 70.2-ci maddəsi 30 noyabr 2018-ci il tarixli Qanunla yeni redaksiyada verilmiş, həmin Qanun 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi, qanunvericiliyin köhnə redaksiyasında vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilən sənədlərin elektron qaydada göndərildiyini və 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Lakin, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, Məhkəmə qeyd edir ki, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində fərdi elektron səhifə kimi elektron kabinet yaradılır və elektron kabinetdən istifadə üçün vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Vergi orqanı tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bu səbəbdən Məhkəmə iddia tələbinin qərarların ləğvi ilə bağlı hissəyə münasibət bildirərkən, vergi ödəyicisinin həmin qərarların mübahisələndirmə hüququnun 2019-cu il tarixədək elektron kabinet vasitəsilə oxunma tarixindən; 2019-cu il yanvarın 1-dən isə vergi ödəyicisinin elektron kabinetinəelektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra yarandığını qeyd edir. İş materiallarında olan 04 iyul 2008-ci il tarixli vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilənin predmeti odur ki, həmin münasibətlər zəminində vergi bəyannamələrinin (hesabatların)) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməli, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildiriş verilməlidir. Göründüyü kimi, vergi orqanı ilə vergi ödəyicisi arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində tərəflər, aralarında aparılmalı olan yazışmaların məhz elektron qaydada həyata keçirilməsinə razılaşdırmışdırlar. İş materiallarında olan sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 20 dekabr 2016-cı il tarixli, **********276300 saylı qərarından görünür ki, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı firmasına 2016-ci ilin sentyabr ayı üçün 20.929,75 manat əlavə dəyər vergisi hesablanmış və vergi ödəyicisinə şikayət vermək hüquqlarının xülasəsi izah olunmuşdur. Həmin qərar vergi ödəyicisinə 20.12.2016-cı il tarixdə göndərilmiş və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, vergi ödəyicisi, yəni İddiaçı firması tərəfindən 22.12.2016-cı il tarixdə saat 13:46 raddələrində oxunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 06 iyun 2017-cı il tarixli, **********154300 saylı qərarından görünür ki, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı firmasına 2016-ci il vergi dövrü üzrə 3.875,88 manat mənfəət vergisi hesablanmış və vergi ödəyicisinə şikayət vermək hüquqlarının xülasəsi izah olunmuşdur. Həmin qərar vergi ödəyicisinə 07.06.2017-ci il tarixdə göndərilmiş və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, vergi ödəyicisi, yəni İddiaçı firması tərəfindən 07.06.2017-ci il tarixdə saat 17:29 raddələrində oxunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 17 iyul 2018-cı il tarixli, **********984600 saylı qərarından görünür ki, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı firmasına 2017-ci ilin iyun ayı üçün 7.674,21 manat əlavə dəyər vergisi hesablanmış və vergi ödəyicisinə şikayət vermək hüquqlarının xülasəsi izah olunmuşdur. Həmin qərar vergi ödəyicisinə 18.07.2018-ci il tarixdə göndərilmiş və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, vergi ödəyicisi, yəni İddiaçı firması tərəfindən 09.04.2019-cu il tarixdə saat 10:43 raddələrində oxunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 17 iyul 2018-cı il tarixli, **********727100 saylı qərarından görünür ki, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı firmasına 2017-ci ilin iyul ayı üçün 6.976,60 manat əlavə dəyər vergisi hesablanmış və vergi ödəyicisinə şikayət vermək hüquqlarının xülasəsi izah olunmuşdur. Həmin qərar vergi ödəyicisinə 18.07.2018-cı il tarixdə göndərilmiş və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, vergi ödəyicisi, yəni İddiaçı firması tərəfindən 09.04.2019-cu il tarixdə saat 10:50 raddələrində oxunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 13 dekabr 2019-cu il tarixli, **********254900 saylı qərarından görünür ki, İddiaçı firmasına 2016-cı ilin 3-cü rübü üçün 5.245,26 manat sadələşdirilmiş vergi borcu hesablanmış və vergi ödəyicisinə şikayət vermək hüquqlarının xülasəsi izah olunmuşdur. Həmin qərar vergi ödəyicisinə 13.12.2019-cu il tarixdə göndərilmiş və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, vergi ödəyicisi, yəni İddiaçı firması tərəfindən 24.02.2020-ci il tarixdə saat 22:41 raddələrində oxunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 28 noyabr 2019-cu il tarixli, **********160600 saylı qərarından görünür ki, İddiaçı firmasına 2016-cı ilin sentyabr ayı üçün 3.292,95 manat əlavə dəyər vergi borcu hesablanmış və vergi ödəyicisinə şikayət vermək hüquqlarının xülasəsi izah olunmuşdur. Həmin qərar vergi ödəyicisinə 28.11.2019-cu il tarixdə göndərilmiş və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, vergi ödəyicisi, yəni İddiaçı firması tərəfindən 02.12.2019-cu il tarixdə saat 10:57 raddələrində oxunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 20 dekabr 2016-cı il tarixli, **********276300 saylı və 06 iyun 2017-cı il tarixli, **********154300 saylı qərarların ləğvi ilə bağlı münasibətdə bildirir ki, iddiaçının hazırki iddia tələbinin bu hissəsi ilə mübahisələndirildiyi vergi orqanı tərəfindən qəbul edilən qərarlar 2016 və 2017ci illərə aiddir. İddiaçı vergi orqanı tərəfindən qəbul edilən qərarların mövcudluğundan 22 dekabr 2016-cı il və 07 iyun 2017-ci tarixdən, yəni elektron qaydada göndərilmiş qərarların oxunduğu vaxtdan xəbərdar olmuşdur. Beləliklə, iddiaçı vergi orqanı tərəfindən qəbul edilən 20 dekabr 2016-cı il tarixli, **********276300 saylı və 06 iyun 2017-cı il tarixli, **********154300 saylı qərarlarından ən geci 22 dekabr 2016-cı il və 07 iyun 2017-ci il tarixlərdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin qərarların mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, o, vergi orqanı tərəfindən qəbul edilmiş 20 dekabr 2016-cı il tarixli, **********276300 saylı və 06 iyun 2017-cı il tarixli, **********154300 saylı qərarlarının mübahisələndirmək hüququnu ötürmüş olur, həmçinin, iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 17 iyul 2018-cı il tarixli, **********984600 saylı və **********727100 saylı qərarların ləğvi ilə bağlı münasibətdə bildirir ki, iddiaçının hazırki iddia tələbinin bu hissəsi ilə mübahisələndirildiyi vergi orqanı tərəfindən qəbul edilən qərarlar 2018-ci ilə aiddir. İddiaçı vergi orqanı tərəfindən qəbul edilən qərarların mövcudluğundan 09.04.2019-cu il tarixdən, yəni elektron qaydada göndərilmiş qərarların oxunduğu vaxtdan xəbərdar olmuşdur. Beləliklə, iddiaçı vergi orqanı tərəfindən qəbul edilən 17 iyul 2018-cı il tarixli, **********984600 saylı və **********727100 saylı qərarlarından ən geci 09 aprel 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin qərarların mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 28 noyabr 2019-cu il tarixli, **********160600 saylı və 13 dekabr 2019-cu il tarixli, **********254900 saylı qərarların ləğvi ilə bağlı tələbə münasibətdə bildirir ki, iddiaçının hazırki iddia tələbinin bu hissəsi ilə mübahisələndirildiyi vergi orqanı tərəfindən qəbul edilən qərarlar 2019-cu ilə aiddir. Vergi orqanı tərəfindən sözügedən qərarlar müvafiq olaraq 28 noyabr 2019-cu il və 13 dekabr 2019-cu il tarixdə göndərildiyi halda, vergi ödəyicisi tərəfindən həmin qərarlar 02 dekabr 2019-cu il və 24 fevral 2020-ci il tarixdə oxunmuşdur. Məhkəmə qeyd etmək istəyir ki, 2019-cu ilə aid olan qərarları mübahisələndirmək hüququ, vergi ödəyicisinin oxunma tarixindən hesablanmamalıdır. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, vergi orqanı tərəfindən elektron üsulla göndərilən sənəd 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Belə olduğu halda, Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş 28 noyabr 2019-cu il tarixli, **********160600 saylı və 13 dekabr 2019-cu il tarixli, **********254900 saylı qərarları vergi ödəyicisinə müvafiq olaraq 02 dekabr 2019-cu il tarixdə və 17 dekabr 2019-cu il tarixdə çatdırılmış olur. Lakin iddiaçı, həmin qərarlardan 2019-cu ilin dekabr ayından etibarən xəbərdar olduğu halda, həmin qərarları 26 fevral 2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim etdikdən sonra mübahisələndirmiş və mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüş həmçinin prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qərarların ləğvi hissəsində iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə iddiaçının “ƏDV qeydiyyatın ləğvi ilə bağlı” ərizənin icra olunması və ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarsız hesab olunması ilə bağlı hissəyə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi Vergi Məcəlləsinin 158-ci maddəsinin norması ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDVnin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, vergi ödəyicisi ƏDVnə cəlb olunan əməliyyatlar aparmağı dayandırdığı halda, ƏDV qeydiyyatının ləğvi ilə bağlı vergi orqanına ərizə ilə müraciət etməlidir. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmadığı halda, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Vergi ödəyicisinin son ƏDV-yə cəlb olunan əməliyyatların aparmağının dayandırılması ilə bağlı hesabatlar məhkəməyə təqdim edilməmiş, belə olduqda, Məhkəmə tərəfindən, vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatların aparmağının məhz hansı tarixdən etibarən dayandırılması müəyyən etmək mümkün olmamışdır. Hazırki mərhələdə iddiaçının irəli sürdüyü “qeydiyyatın ləğvi ilə bağlı” ərizənin icra olunması və ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarsız hesab olunması ilə bağlı hissənin baxılmasının mümkün olmaması səbəbi odur ki, Məhkəmə tərəfindən iddiaçı barədə qəbul edilmiş yuxarıda sadalanan qərarların mübahisələndirilməsi üçün müəyyən olunmuş müddət ötürüldüyündən, dolayısı ilə iddia tələbi həmin hissədə mümkünsüz olduğundan, iddia tələbinin ƏDV qeydiyyatının ləğvi ilə bağlı ərizənin icra olunmasının cavabdehə öhdəlik qoyulması hissəsinə də baxılması mümkün sayılmamalıdır. Həmçinin, ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarsız hesab olunmasına baxılması isə yalnız ƏDV qeydiyyatının ləğvi ilə bağlı ərizəyə baxıldıqdan sonra mümkündür. Odur ki, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar