Məhkəmə qərarları › İş №2-1(112)-1865/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1865/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1865/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “cavabdehin X1 2023/2024 tədris ili üçün 56 nömrəli tam orta məktəbin müvafiq 1-ci sinifə yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “cavabdehin üzərinə X1 və X3 2023/2024 tədris ili üçün 56 nömrəli tam orta məktəbin müvafiq 1-ci və 2-ci siniflərinə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın “cavabdehin X1 2023/2024 tədris ili üçün 56 nömrəli tam orta məktəbin müvafiq 1-ci sinifə yerləşdirilməsi, xx.xx.2023-cü il tarixdən X2 hazırda oxuduğu 27 nömrəli orta məktəbdən 56 nömrəli tam orta məktəbə köçürülən vaxtadək aylıq 1000 manat olmaqla dəymiş zərərin hesablanması, vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən alınaraq ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

4. Məhkəmənin 28 fevral 2024-cü il tarixli qərardadı ilə iddia tələbi -“xx.xx.2023-cü il tarixdən X2 hazırda oxuduğu 27 nömrəli orta məktəbdən 56 nömrəli tam orta məktəbə köçürülən vaxtadək aylıq 1000 manat olmaqla dəymiş zərərin hesablanması, vurulmuş ziyana görə kompensasiyanın cavabdedən alınaraq ödənilməsi- hissəsində mümkün sayılmaması qərara alınmışdır.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X4 ilə bağlı 2023-cü ilin iyun ayında Rus dili üzrə müsahibədən uğurla keçdiyi üçün, xx.xx.2023-cü il tarixdə elektron portal vasitəsi ilə yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 56 nömrəli orta məktəbə elektron sorğu iddiaçı tərəfindən yerləşdirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının sorğusuna imtina verilmişdir. İmtinaya əsas kimi iddiaçının övladının Ağdam rayonunda qeydiyyatda olması göstərilmişdir. Sonradan iddiaçının növbəti elektorn sorğusuna cavab verilərək bildirilmişdir ki, 56 nömrəli məktəbdə yerlərin tutulduğu bildirilmişdir. İddiaçının həyat yoldaşı ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırda Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə və Sabit Orucov küçələrinin kəsişməsi 1180-ci məhəllədə tikintisi başa çatmamış “Capital Plaza” yaşayış kompleksi 4-cü mərətbə ev 1 ünvanında yaşayırlar. Tədris ilinə 40 gündən az vaxt qalmasına baxmayaraq, iddiaçı oğlunu yaxınlıqda yerləşən məktəbə yerləşdirə bilməmişdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, şagirdlərin elektron qeydiyyatı “Açıq hökümətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun həyata keçirilir. Bu hal isə özlüyündə birinci sinifə qəbul üçün elektron qeydiyyat zamanı şagird sıxlığı ilə əlaqədar vaxtında aşkar edərək qabaqlayıcı tədbirlər görməyə verməyə imkan verir. Qeyd edilən sıxlıq amili isə əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika bağlıdır. Şagird yerinin az, lakin demoqrafik sıxlığının yüksək olduğu məktəblərdə mikroərazi prinsipi tətbiq olunur. Belə ki, ilk növbədə həmin təhsil müəssisələrinin müəyyən olunmuş ərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Daimi qeydiyyatı olmayan valideynlərə isə məktəbdə sıxlıq olduğu halda, həmin ərazi prinsipi tətbiq olunmayan digər məktəbləri seçmələri tövsiyə olunur. Göründüyü kimi, iddiaçıya dəfələrlə bu barədə rəsmi cavab verilmiş, sualları cavablandırılmış və daimi qeydiyyat ünvanı səbəbindən imtina olması əsaslandırılmışdır. 7.İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi - cavabdeh tərəfindən X1 2023/2024 tədris ili üçün 56 nömrəli tam orta məktəbin müvafiq 1-ci sinifə yerləşdirilməsi tələbindən ibarətdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə bildirmişdir ki, iddiaçının övladları 56 nömrəli tam orta məktəbin rus sektorunda təhsil almaq üçün qəbul edilmişlər, X4 1-ci sinifə yerləşdirilmişdir, bununla iddiaçı ilə cavabdeh arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışıdr.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: -1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda işüzrə icraata xitam verilir. -67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. -67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir,işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “cavabdehin X1 2023/2024 tədris ili üçün 56 nömrəli tam orta məktəbin müvafiq 1-ci sinifə yerləşdirilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar