Məhkəmə qərarları › İş №2-1(112)-1866/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1866/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1866/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Texniki Universitetinin “Arzu” X5 İdarə Heyətinin 11 saylı, 10 noyabr 1996-cı il tarixli Protokuluna əsasən iddiaçının atası X6 adına verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci kilometrliyində yerləşən ümumi sahəsi 600 kv.m olan 233 saylı bağ sahəsinə dair çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Texniki Universitetinin “Arzu” X5 İdarə Heyətinin 11 saylı, 10 noyabr 1996-cı il tarixli Protokuluna əsasən iddiaçının atası X13 həmin Birliyin üzvlüyünə qəbul edilmiş, ona Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci kilometrliyində yerləşən ümumi sahəsi 600 kv.m olan 233 saylı bağ sahəsi ayrılmış və 233 saylı Bağçının üzvlük kitabçası verilmişdir. İddiaçının atası X13 25 aprel 2021-ci il tarixdə vəfat etmiş, iddiaçının atasından qalan miras bağ sahəsini qanun üzrə vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsi məqsədi ilə Salyan Rayonu 2 saylı Xüsusi Notariat Ofisinə müraciət etmişdir. İddiaçının atasından qalan bağ sahəsini rəsmiləşdirilməsi üçün Salyan Rayonu 2 saylı Xüsusi Notariat Ofisinin 417 nömrəli, 04 iyun 2021-ci il tarixli məktub ilə birlikdə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********42 saylı, 07 iyul 2021-ci il tarixli məktubu ilə daşınmaz əmlak üzərində hüquqlar iddiaçının atasının adına dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Belə ki, bağ sahəsinin iddiaçının mərhum atasının adına dövlət qeydiyyatına alınmasından imtina olunmasının əsas səbəbi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad edərək 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarışın iddiaçı tərəfindən təqdim olunmaması göstərilmişdir. Baxmayaraq ki, qeyd olunan sənədlər iddiaçı tərəfindən İdarəyə tam şəkildə təqdim olunmuşdur. Bundan başqa həmin bağ sahəsi mərhum atasının, onun vəfatından sonra isə iddiaçının faktiki istifadəsinə və sahibliyinə keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Arzu” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Eyni zamanda, daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha olsa da, faktiki 0,1208 ha-dır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********42 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Texniki Universitetinin “Arzu” bağçılıq-yoldaşlıq birliyinin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci km-də yerləşən ümumi sahəsi 600 kv.m olan 233 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 162531 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2021-ci ildə Salyan rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 204 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Texniki Universiteti “Arzu” bağçılıqyoldaşlıq birliyinin 233 nömrəli bağçının üzvlük kitabçasına əsasən Arzu” bağçılıqyoldaşlıq birliyinin idarə heyətinin xx.xx.1996-cı il tarixli 11 nömrəli protokoluna görə X13 bağçılığa üzv qəbul edilmişdir. Şıxlar kəndi yaxınlığındakı Bakı Salyan Şossesinin 61-ci kilometrliyində sahəsi 600 kv.m olan 233 nömrəli bağ sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 17 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X14 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Arzu” bağçılıq-yoldaşlıq birliyinin üzvüdür və Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci km-də 600 kv.m olan 233 saylı torpaq sahəsi ona məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Qaradağ rayonu Şıxlar bağ massivində yerləşən “Arzu” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında 191-ci sırada X3 adı, bağ sahəsinin nömrəsi 233, bağ sahəsinin ölçüsü 0,06 ha qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayonu 2 saylı Xüsusi Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 417-g nömrəli məktubda bildirilmişdir ki, İddiaçı notariat ofisinə müraciət edərək xx.xx.2021-ci ildə vəfat etmiş mərhum atası X6 qanun üzrə vərəsəsi olması barədə sizə yazılı məlumat verməyimizi xahiş etmişdir. Onun ofisə təqdim etdiyi mərhum atasının ölüm haqqında şəhadətnaməsindən, habelə digər sənədlərindən məlum olur ki, o həqiqətən də AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən mərhumun qanun üzrə vərəsəsidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli məktubu ilə təqdim əlavə edilmiş Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Qaradağ rayonu Şıxlar bağ massivində yerləşən “Arzu” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında 191-ci sırada X3 adı, bağ sahəsinin nömrəsi 233, sahəsinin ölçüsü 0,06 ha qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 28 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar bağ massivində yerləşən “Arzu” bağçılıq-yoldaşlıq birliyinin üzvü mərhum X9 dair müvafiq sənədlərin surəti təqdim edilmişdir. Bu məsələ ilə bağlı başqa heç bir sənəd mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 42 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhərinin həm Şıxlar qəsəbəsində, həm də Nardaran qəsəbəsinin Ləhiş bağ massivində Azərbaycan Texniki Universitetinin bağçılıq təsərrüfatları vardır. İş materiallarına əlavə edilmiş Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 723 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən atası X15 xx.xx.2021-ci il rəhmətə gedən günə qədər Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Arzu” bağçılıq-yoldaşlıq birliyi, 232 saylı bağ evində yaşamışdır. Yaşadığı ev mərhumun özünəməxsus olub. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 233 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının təsdiq edilmiş surətindən görünür ki, Şıxlar bağ massivi “Arzu” b/y 233 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi 0,1208 ha, 0,0608 artıqdır. Vətəndaş tərəfindən göstərilən 0,06 ha torpaq sahəsi ümumi ərazisi 0,1208 ha olan hasar daxilindədir. Bağ sahəsində sahəsi 134,8 kv.m olan iki mərtəbəli bağ evi İ, İİ, İİİ, İV sahəsi = 63,0 kv.m köməkçi tikililər var. Torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətti keçmir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 nömrəli qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) nəzdində “Arzu” bağçılıq yoldaşlığı yaradılmışdır. Həmin siyahı sizə təqdim edilmişdir. Sözügedən bağçılıq yoldaşlığına Arzu adının verilməsi ilə bağlı arxiv qovluğunda hər hansı sənəd aşkar edilməmişdir. Sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinə dair vətəndaşlar tərəfindən təqdim edilən sənədlərdə bağçılıq yoldaşlığının adı “Arzu” kimi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********42 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda bildirilmişdir ki, mərhum X4 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 233 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Arzu” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçı iddia etdiyi Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci km-də sahəsi 600 kv.m olan 233 saylı torpaq sahəsinin mərhum X10 aid olması barədə sonuncunun adının da olduğu Arzu” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısının surətini və mərhumun xx.xx.1996-cı il tarixdən “Arzu” bağçılıq-yoldaşlıq birliyinin üzvü olması barədə üzvlük kitabçasını təqdim etmişdir. Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsi X1 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Arzu” bağçılıq-yoldaşlıq birliyinin üzvü olmasını və Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci km-də 600 kv.m olan 233 saylı torpaq sahəsinin ona məxsus olmasını təsdiq edir. Cavabdehin imtinasının, etirazının əsas dəlili ondan ibarətdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Arzu” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X7 adı aşkar olunmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına Azərbaycan Texniki Universitetinin “Arzu” bağçılıq-yoldaşlıq birliyinin 2 nüsxədə siyahısı təqdim edilmişdir. 1-ci siyahı- Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun nəzdində “Arzu” bağçılıq yoldaşlığının 262 nəfərdən ibarət Siyahıdır. -2-ci Siyahı -Azərbaycan Texniki Universitetinin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən “Arzu” Bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin 194 nəfərlik Siyahıdır. X1 adı həmin siyahıda 191-ci sırada göstərilmiş, ona məxsus bağ sahəsinin nömrəsi 233, sahəsi 0,06 ha ölçüdə göstərilmişdir. Qeyd edilməlidir ki, təqdim olunmuş 262 nəfərlik siyahının adı rus dilində, üzvlərin adları kiril qrafikalı əlifba əsasında tərtib edildiyi halda, 194 nəfərlik siyahının adı, üzvlərin adları latın qrafikalı əlifba əsasında azərbaycan dilində tərtib olunmuşdur. Beləliklə, yazı dili, yazı qrafikasına əsasən 262 nəfərlik siyahının daha əvvəl, 194 nəfərlik siyahının daha sonra tərtib edildiyi müəyyən olunur. Qeyd edilməlidir ki, 194 nəfərlik siyahının sonradan tərtib edilməsi həmin siyahının mötəbər olmaması və ya həmin siyahı əsasında verilmiş üzvlük kitabçasının hüquqmüəyyənedici sənəd qismində çıxış etməməsini ifadə etmir. Belə ki, əvvəla təqdim edilmiş 194 nəfərlik siyahı da “Arzu” bağçılıq-yoldaşlıq birliyinin idarə heyətinin sədrinin və Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədrinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qeyd edilən siyahı məhkəmənin sorğusu əsasında Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş hər iki siyahını müqayisə etdikdə 1-ci siyahıda bəzi üzvlərin adlarının həm də 2-ci siyahıda olduğu müəyyən olunur. Məsələn, 1-ci siyahıda 217-ci sırada adı çəkilən İ.P.Ramazanov 2-ci siyahıda 61-ci sırada göstərilmiş, Q.Ə.Həsənov 1-ci siyahıda 62-ci sırada, 2-ci siyahıda isə 187-ci sırada göstərilmiş, A.H.Abdullayev 1-ci siyahıda 17ci sırada, 2-ci siyahıda 185-ci sırada göstərilmiş və s. Cavabdeh iddiaçının adının arxivdə olan 262 nəfərlik siyahıda olmadığına əsaslanaraq təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında bağ sahəsinin qeydiyyatından imtina etsə də cavabdeh orqan özü 262 nəfərlik siyahıda adları çəkilməyən lakin 194 nəfərlik siyahıda adları çəkilən bağçılıq üzvlərinin adına bağ sahələrinin qeydiyyatını aparmışdır. Belə ki, Arzu" bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin 194 nəfərlik siyahısında neçə nəfərin adına birliyin ərazisində yerləşən bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barada məlumatın verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən "Arzu" bağçılıq yoldaşlıq birliyi nəzdində dövlət reyestrində qeydiyyata alınmış əmlaklara dair va adlarına ləğv edilmiş Dövlət Torpaq va Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin plan və ölçüsü verilmiş 80 nəfərdən ibarət vətəndaşların siyahısı təqdim edilmişdir. Həmin 80 nəfərlik siyahıdan görünür ki, adları yalnız 2-ci siyahıda çəkilən, lakin 1-ci siyahıda olmayan vətəndaşların bağ sahələrinə hüquqları cavabdeh orqan tərəfindən qeydə alınmışdır. Məsələn, 2-ci siyahıda 10-cu sırada Q.M.Xəlilov, 23-cü sırada M.Ə.Əzimov, 37-ci sırada İ.A.Qasımov, 109-cu sırada N.Ə.Qurbanov, 121-ci sırada N.H.Qasımov, 176-cı sırada T.V.Quliyeva və digərlərinin adlarına müvafiq bağ sahələrinə mülkiyyət hüquqları qeydiyyatdan keçmişdir. Beləliklə, cavabdeh orqan Arzu X5 yalnız 262 nəfərdən ibarət siyahısının təhvil verildiyinə, iddiaçının adının həmin siyahıda olmadığına istinad etsə də həmin birliyin 194 nəfərlik siyahısında olub 262 nəfərlik siyahıda olmayanların adlarına bağ sahələrinin qeydiyyatını aparması, qeydiyyat orqanının sonradan tərtib edilmiş 2-ci siyahını hüquqmüəyyənedici sənəd qismində qəbul etdiyini göstərir. Eyni zamanda cavabdehin iddiaçının müraciətinə cavabında mərhumun adının birinci siyahıda olmadığına istinad edərək müraciətin təminindən imtina etməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunur. Məhkəmə onu da qeyd edir ki, iddia olunan bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0.06 ha olsa da cavabdeh orqanın mütəxəssisinin keçirdiyi yerli müayinədə həmin ünvanda istifadadə olan torpaq sahəsinin ölçüsünün 0,1208 ha olmaqla 0,0608 artıq olduğu müəyyən olunmuşdur. Məhkəmə hazırkı iddia üzrə iddiaçının 233 nömrəli bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha ölçüdə qeydiyyatını xahiş etdiyini, əlavə torpaq sahəsininin qeydiyyatına iddia etmədiyini nəzərə alaraq tələbə uyğun olaraq 0.06 ha ölçüdə qeydiyyatın aparılmasını əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanunsuz olmuş, iddiaçının tələbinin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı Azərbaycan Texniki Universitetinin “Arzu” bağçılıq-yoldaşlıq birliyinin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci km-də yerləşən ümumi sahəsi 600 kv.m olan 233 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Texniki Universitetinin “Arzu” bağçılıq-yoldaşlıq birliyinin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndi yaxınlığında Bakı-Salyan şossesinin 61-ci km-də yerləşən ümumi sahəsi 600 kv.m olan 233 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar